Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə80/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   110

235
Bəzi alimlər isə bu qənaətdədirlər ki, Allah, ümumiyyətlə, Quranın qarşısına 
çıxmaq və onun bənzərini yaratmağa qalxmaq qüdrətini bəşərdən almışdır. Yəni 
bəzilərində Quranın bənzərini ərsəyə gətirmək, yaratmaq qüdrəti olsa da, onlar-
dan Quranın qarşısına çıxmaq qüdrəti alındığına görə bu işi görə bilməmişlər.
Seyid Murtəza qeyd edir ki, Allah Quranın bənzərini  ərsəyə  gətirə bilmək 
üçün lazım olan elmi bəşərdən almışdır.
1
 Əgər soruşsaq ki: “Quranın möcüzəliyi 
“sərfə” nəzəriyyəsi ilə necə izah oluna bilər?”, onlar bu sualın cavabında deyirlər: 
Fərz edək ki, insanlar Quranın bənzərini ərsəyə gətirməyə, yaratmağa qadir dir-
lər və nəzərə alaq ki, Quranın qarşısına çıxmağa da dəvət olunublar. Belə olduğu 
təqdirdə, bu işi həyata keçirmək üçün lazımi şərtlər mövcud idi. Lakin eyni halda 
görürük ki, onlar bu işi yerunə yetirməyə qalxmamışlar. Bu hal təəccüb doğurur.
2
 
Ondan ötrü təəccüb doğurur ki, onların həm Quranın qarşısına çıxmaq qüdrəti var 
idi, həm də təhəddi ayələri onları bu işə təhrik etmişdi. Digər tərəfdən də onlar 
da öz mövqelərini və şan-şöhrətlərini ciddi təhlükədə görüb çarə yolu axtarırdılar 
(Quranın qarşısına çıxmaq üçün məntiqi səbəbləri var idi). Lakin onlar Quranın 
qarşısına çıxmadılar. Bu isə, Allahın onları bu fikirdən döndərməsindən (yəni on-
lardan bu qüdrəti almasından) başqa bir mənanı ifadə etmir. 
Bu nəzəriyyənin nöqsanı aydın şəkildə görünməkdədir. Çünki bu nəzəriyyəyə 
görə Quranın möcüzəliyi onun özündə, o cümlədən, bənzərsiz fəsahətində deyil dir. 
Burada “sərfe-himəm”, yəni insanların bu fikirdən döndərilməsi bir möcüzə olur. 
Yəni Mütəal Allah Qurani-Kərimə bənzər bir kitabı ərsəyə gətrimək istəyənləri 
bu fikirdən döndərmişdir. Bu nəzəriyyənin nöqsanı budur ki, Quranın möcüzəvi 
məzmunu və üslubu onun bir möcüzə olması üçün yetərli hesab edilmir.
3
  Şiə 
alimləri arasında Seyid Murtəza və Şeyx Mufid bu nəzəriyyənin tərəfdarıdırlar.
Quranın bənzərini yaratmaq cəhdləri
“Sərfə” nəzəriyyəsinin əsassız olduğu təkcə nəzəri baxımdan deyil (yuxarıda bu 
barədə bəhs etdik), əməli baxımdan da sübuta yetmişdir. Çünki tarix səhifələrində 
Quranın bənzərini yaratmaq cəhdləri qeydə alınmışdır. Söz yox ki, bu cəhdlər bizim 
üçün ibrət dərsləridir. Deməli, təhəddiyə çağırışa cavab verilmiş və Quranın bənzərini 
ərsəyə  gətirməyə  cəhd edilmişdir. Lakin uğursuzluq və rüsvayçılıqdan başqa bir 
nəticəsi olmamışdır. Burada bu cəhdlərdən üç nümunəni sizin nəzərizinə çatdırırıq:
Peyğəmbərlik iddiası edən Museyləmə Kəzzab “Fil” surəsinin müqabilində bu 
cümlələri söyləmişdir:
1
  Ulumil-Quran indəl-mufəssirin, c.2, s.455.
2
  Öncəki qaynaq, s.431.

 Müraiət edin: Bəhauddin Xürrəmşahi, Quranın tərcüməsi, s.662.


236
1
...ٌﻞﻳِﻮَﻁ ٌﻡﻮُﻁْﺮُﺧ َﻭ ٌﻞﻴِﺑَﻭ  ٌﺐْﻧَﺫ ُﻪَﻟ .ُﻞﻴِﻔْﻟﺍ ﺎَﻣ َﻙﺍَﺭْﺩﺃ ﺎَﻣ َﻭ .ُﻞﻴِﻔْﻟﺍ ﺎَﻣ ُﻞﻴِﻔْﻟَﺍ
Bir məsihi yazar “Həmd” surəsinin müqabilində bu surənin özündən istifadə 
edərək bu cümlələri söyləmişdir:
2
.ِﻥﺎَﻤﻳ ْﻹﺍ َﻁﺍَﺮِﺻ ﺎَﻧِﺪْﻫِﺍ . ُﻥﺎَﻌَﺘْﺴُﻤْﻟﺍ َﻚِﺑ َﻭ ُﺓَﺩﺎَﺒِﻌْﻟﺍ َﻚَﻟ .ِﻥﺎﱠﻳﱠﺪﻟﺍ ُﻚِﻠَﻤْﻟَﺍ .ِﻥﺍَﻮْﻛَ ْﻷﺍ  ﱡﺏَﺭ .ِﻥﺎَﻤْﺣﱠﺮﻠِﻟ ُﺪْﻤَﺤْﻟَﺍ
Həmin yazar “Kövsər” surəsinin müqabilində isə bu cümlələri söyləmişdir:
.َﺮِﺣﺎَﺳ َﻝ ْﻮَﻗ ْﺪِﻤَﺘْﻌَﺗ  َﻻ َﻭ .َﺮِﻫﺎَﺟَﻭ َﻚﱢﺑَﺮِﻟ ﱢﻞَﺼَﻓ .َﺮِﻫﺍَﻮَﺠْﻟﺍ َﻙﺎَﻨْﻴَﻄْﻋَﺍ ﺎﱠﻧﺇ
Bu yazar quruluş  və üslub baxımından Quran ayələrini tam şəkildə  təqlid 
edərək özünü Quranın bənzərini yaradan bir fərd kimi qələmə vermək istəmişdir. 
Bu uydurmaları da Museyləmə  Kəzzabdan oğurlamışdır. Museyləmə  Kəzzab 
“Kövsər” surəsinin müqabilində bu cümlələri söyləmişdir:
     
3
.ٌﺮِﻓﺎَﻛ ٌﻞُﺟَﺭ َﻚَﻀَﻐْﺒَﻣ  ﱠﻥﺇ َﻭ .َﺮِﺟﺎَﻫَﻭ َﻚﱢﺑَﺮِﻟ ﱢﻞَﺼَﻓ .َﺮِﻫﺎَﻤَﺠْﻟﺍ َﻙﺎَﻨْﻴَﻄْﻋَﺍ ﺎﱠﻧﺇ
Tarixi mənbələrdə belə nümunələrə rast gəlinir.
4
Fəslin əsas mətləbləri:
1. Təhəddi, Quranın qarşısına çıxmağa və onun bənzərini yaratmağa çağırışdır. 
Mütəal Allah ilahi vəhyi inkar edənlərə təklif etmişdir ki, əgər iddaları doğrudur-
sa, Quranın bənzərini ərsəyə gətirsinlər.
2. Quranda təhəddi ayələri iki qisimdir: 1) Ümumi təhəddi; 2) Xüsusi təhəddi.
3. Quranda ümumi təhəddi barədə beş ayə vardır. Bu ayələr nüzul ardıcıllığına 
görə bu surələrdə yerləşir: İsra, Yunus, Hud, Tur, Bəqərə. İlk üç surə ardıcıl olaraq 
nazil olan əllinci, əlli birinci və əlli ikinci surələrdir.
4.  Təhəddi ayələrindən birincisində mübarizəyə çağırış bütün insanlara və 
cinlərə, yəni aləmdəkilərə ünvanlanmışdır.
5. Təhəddi ayələrinin ilk dördü “məkki” surələrdə, axırıncı ayə isə birinci nazil 
olan “mədəni” surədə yerləşir.
6. Məkki surələrdə yerləşən təhəddi ayələrinin tonu mədəni surə olan “Bəqərə” 
surəsində yerləşən təhəddi ayəsinin tonundan fərqlənir.
7. Təhəddi ayələrinin birincisi təhəddinin “vüsət”i, axırıncısı isə “şiddət”i ba-
xımından diqqəti çəkir.
8. Bəzi təfsirçilər və Quran tədqiqatçıları bu əqidədədirlər ki, Quranda təhəddi 
“azalmağa doğru” üç mərhələdə bəyan edilmişdir:
Birinci mərhələ: Qurana bənzər bir kitab gətirmək (İsra surəsi, 88-ci ayə);

 “əl-Mizan”, c.1, s.68.
2
  Müraciət edin: “əl-Bəyan”, s.94. 

 Müraciət edin: “əl-Bəyan”, s.94-99.

 Müraciət edin: “Numunə” təfsiri, c.1, s.134-135.


237
İkinci mərhələ: Qurana bənzər on surə gətirmək (Hud surəsi, 13-cü ayə); 
Üçüncü mərhələ: Qurana bənzər bir surə gətirmək (Yunus surəsi, 38-ci ayə və 
Bəqərə surəsi, 23-ci ayə).
9. Təhəddi ayələrinin yerləşdiyi surələrin nüzul ardıcıllığını, eləcə də, “İsra” 
surəsinin 88-ci ayəsində “bu Qurana bənzər” ifadəsinin işləndiyini nəzərə alaraq, 
təhəddinin “artmağa doğru” olduğu nəzəri daha düzgün nəzərə çarpır, yəni:
Birinci mərhələ: Quranın bənzərini gətirmək və bu, bir ayəyə də şamil olur 
(İsra surəsi);
İkinci mərhələ: Qurana bənzər bir surə gətirmək (Yunus surəsi); 
Üçüncü mərhələ: Qurana bənzər on surə gətirmək (Hud surəsi).
10. “Tur” və “Bəqərə” surələrində də təhəddi ayələrinin gəldiyini nəzərə alaraq 
demək olar ki, Quranda təhəddinin müəyyən mərhələləri olmamışdır. Yuxarıda 
qeyd edilən nəzərlər isə fənn üzrə mütəxəssislərin nəzərləri hesab edilir.
11. “Sərfə” nəzəriyyəsinə görə Quranın möcüzəliyi onun özündə, o cümlədən, 
bənzərsiz fəsahətində deyildir. Burada “sərfe-himəm”, yəni insanların bu fikirdən 
döndərilməsi bir möcüzə olur. Yəni Mütəal Allah Qurani-Kərimə bənzər bir kitabı 
ərsəyə  gətrimək istəyənləri bu fikirdən döndərmişdir. Bu nəzəriyyənin nöqsanı 
budur ki, Quranın möcüzəvi məzmunu və üslubu onun bir möcüzə olması üçün 
yetərli hesab edilmir.
12. Tarix səhifələrində Quranın bənzərini yaratmaq cəhdləri qeydə alınmışdır 
ki, bu cəhdlərin uğursuzluq və rüsvayçılıqdan başqa bir nəticəsi olmamış, eyni 
halda Qurana izzət və əzəmət gətirmişdir.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə