Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə79/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   110

232
“De: “Şübhəsiz, əgər insan və cin tayfası bu Quranın bənzərini gətirmək üçün 
bir yerə toplaşsalar, hətta bir-birlərinə arxa və kömək olsalar belə, onun bənzərini 
gətirə bilməzlər.””
2) Yunus surəsinin 38-ci ayəsi:
. َﻦﻴِﻗِﺩﺎَﺻ ْﻢُﺘْﻨُﻛ  ْﻥِﺇ ِﷲ ِﻥﻭُﺩ  ْﻦِﻣ ْﻢُﺘْﻌَﻄَﺘْﺳﺍ ِﻦَﻣ ﺍﻮُﻋْﺩﺍ َﻭ ِﻪِﻠْﺜِﻣ ٍﺓَﺭﻮُﺴِﺑ ﺍﻮُﺗْﺄَﻓ ْﻞُﻗ ُﻩﺍَﺮﺘْﻓﺍ  َﻥﻮُﻟﻮُﻘَﻳ ْﻡَﺃ
“Yoxsa onlar: “Bunu özündən uydurmuşdur” – deyirlər. De: “Əgər doğru 
deyirsinzsə, ona bənzər bir surə gətirin və Allahdan başqa bacardığınız hər kəsi 
köməyə çağırın.””
3) Hud surəsinin 13-cü ayəsi:
. َﻦﻴِﻗِﺩﺎَﺻ ْﻢُﺘْﻨُﻛ  ْﻥِﺇ ِﷲ ِﻥﻭُﺩ  ْﻦِﻣ ْﻢُﺘْﻌَﻄَﺘْﺳﺍ ِﻦَﻣ ﺍﻮُﻋْﺩﺍ َﻭ ٍﺕﺎَﻳَﺮَﺘْﻔُﻣ ِﻪِﻠْﺜِﻣ ٍﺭَﻮُﺳ ِﺮْﺸَﻌِﺑ ﺍﻮُﺗْﺄَﻓ ْﻞُﻗ ُﻩﺍَﺮﺘْﻓﺍ  َﻥﻮُﻟﻮُﻘَﻳ ْﻡَﺃ
“Yoxsa onlar: “Bunu özündən uydurmuşdur” - deyirlər. De: “Əgər doğru 
deyirsinizsə, onun kimi on uydurma surə gətirin və Allahdan başqa bacardığınız 
hər kəsi köməyə çağırın.””
4) Tur surəsinin 33-34-cü ayələri:
. َﻦﻴِﻗِﺩﺎَﺻ ﺍﻮُﻧﺎَﻛ  ْﻥِﺇ ِﻪِﻠْﺜِﻣ ٍﺚﻳِﺪَﺤِﺑ ﺍﻮُﺗْﺄَﻴْﻠَﻓ . َﻥﻮُﻨِﻣْﺆُﻳ  َﻻ ْﻞَﺑ ُﻪَﻟﱠﻮَﻘَﺗ  َﻥﻮُﻟﻮُﻘَﻳ ْﻡَﺃ
“Yoxsa onlar: “Bunu özündən uydurub” – deyirlər. (Xeyir!) Əksinə, onlar 
(həqiqəti bilə-bilə) iman gətirmirlər. 
Əgər doğru deyirlərsə, onun kimi bir kəlam gətirsinlər.”
5) Bəqərə surəsinin 23-24-cü ayələri:
 ْﻢُﺘْﻨُﻛ  ْﻥِﺇ ِﷲ ِﻥﻭُﺩ  ْﻦِﻣ ْﻢُﻛَءﺍَﺪَﻬُﺷ ﺍﻮُﻋْﺩﺍ َﻭ ِﻪِﻠْﺜِﻣ  ْﻦِﻣ ٍﺓَﺭﻮُﺴِﺑ ﺍﻮُﺗْﺄَﻓ ﺎَﻧِﺪْﺒَﻋ  ٰﻰَﻠَﻋ ﺎَﻨْﻟﱠﺰَﻧ ﺎﱠﻤِﻣ ٍﺐْﻳَﺭ ﻰِﻓ ْﻢُﺘْﻨُﻛ  ْﻥِﺇ َﻭ
. َﻦﻳِﺮِﻓﺎَﻜْﻠِﻟ  ْﺕﱠﺪِﻋُﺃ ُﺓَﺭﺎَﺠِﺤْﻟﺍ َﻭ  ُﺱﺎﱠﻨﻟﺍ ﺎَﻫُﺩﻮُﻗَﻭ ﻰِﺘﱠﻟﺍ َﺭﺎﱠﻨﻟﺍ ﺍﻮُﻘﱠﺗﺎَﻓ ﺍﻮُﻠَﻌْﻔَﺗ  ْﻦَﻟ َﻭ ﺍﻮُﻠَﻌْﻔَﺗ ْﻢَﻟ  ْﻥِﺈَﻓ . َﻦﻴِﻗِﺩﺎَﺻ
“Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, onda əgər doğ-
ru danışırsınızsa, ona bənzər bir surə  gətirin və Allahdan başqa  şahidlərinizi 
(köməyə) çağırın. 
Əgər etməsəniz – heç vaxt edə bilməyəcəksiniz də - onda, kafirlər üçün hazır-
lanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin.”
Təhəddi ayələri barədə bir neçə diqqətəlayiq məqam:
1. Yuxarıda qeyd edilən təhəddi ayələrindən birincisində mübarizəyə çağı-
rış bütün insanlara və cinlərə, yəni aləmdəkilərə ünvanlanmışdır. Buradan ay-
dın olur ki, Quranın möcüzəviliyi təkcə onun “fəsahətli və bəlağətli ərəb dilində 
olması”nda xülasələşmir, onun başqa möcüzəvi cəhətləri də vardır. Yoxsa qeyri-
ərəbləri ərəb dilində olan bir kitabın qarşısına çıxmağa dəvət etmək yersiz olardı.


233
2. Yuxarıda qeyd edilən təhəddi ayələrinin ilk üçü ardıcıl nazil olan surələrdə, 
yəni nüzul ardıcıllığı ilə 50-ci, 51-ci və 52-ci surələrdə yerləşmişdir. 
3. Yuxarıda qeyd edilən 2-ci və 3-cü ayələrdə təhəddi - kəmiyyət istisna olmaq-
la – eyni şəkildədir. 
4. Yuxarıda qeyd edilən ayələrin ilk dördü “məkki” surələrdə, axırıncı ayə isə 
birinci nazil olan “mədəni” surədə yerləşir. Bu onu göstərir ki, təhəddi, ən çox 
Məkkədə olmuşdur. Məkkədə müsəlmanların sayının az, kafirlərin isə qüdrətli 
olduqlarını nəzərə alaraq, heç şübhəsiz, təkrar-təkrar və ciddi şəkildə təhəddiyə 
çağırış müsəlmanlarda özünəgüvən, müşrik və kafirlərdə isə sarsıntı yaratmaqda 
təsirli olmuşdur. 
5. Məkki surələrdə yerləşən “təhəddi” ayələrinin tonu ilə mədəni surədə yer lə-
şən təhəddi ayəsinin tonu arasındakı fərq aydın şəkildə görünməkdədir: 
Fərqlərdən biri budur ki, Quranın qarşısına çıxmaqda onların aciz olduqları 
ayədə işlənən “ﺍﻮُﻠَﻌْﻔَﺗ  ْﻦَﻟ َﻭ” (heç vaxt edə bilməyəcəksiniz də) ifadəsi ilə açıq-aş-
kar elan edilir.  
 Digər bir fərq isə “Bəqərə” surəsində yerləşən təhəddi ayəsinin axırında təh -
didamiz cümlənin olmasıdır. Halbuki, digər təhəddi ayələrində  təhdid yoxdur. 
Üstəlik, bu təhdid Quranı inkar edənlərə deyil, ona şəkk-şübhə edənlərə yönəl-
mişdir. Çünki ayənin  əvvəlində: “Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə 
şəkkiniz varsa” cümləsi bu incə məqama işarə edir ki, hətta Quranın haqq olduğu 
barədə  şəkk-şübhə belə etməyin. Başqa sözlə, bu ayə inkar və iftira bir yana, 
hətta Quranın vəhy olmasına tərəddüdlə yanaşmağı  rəva bilmir və bu barədə 
xəbərdarlıq edir. 
6. Təhəddi ayələrinin birincisi təhəddinin “vüsət”i, axırıncısı isə “şiddət”i ba-
xımından diqqəti çəkir.
Təhəddi - “azalmağa doğru”, yoxsa “artmağa doğru”
Bəzi təfsirçilər və Quran tədqiqatçıları bu əqidədədirlər ki, Quranda təhəddi 
“azalmağa doğru” üç mərhələdə bəyan edilmişdir:
Birinci mərhələ: Qurana bənzər bir kitab gətirmək (İsra surəsi, 88-ci ayə);
İkinci mərhələ: Qurana bənzər on surə gətirmək (Hud surəsi, 13-cü ayə); 
 Üçüncü mərhələ: Qurana bənzər bir surə gətirmək (Yunus surəsi, 38-ci ayə və 
Bəqərə surəsi, 23-ci ayə).
Beləliklə, Qurani-Kərim təhəddinin şərtlərini getdikcə azaltmışdır. Hətta Qu-
ranın kiçik bir surəsi kimi surə gətirmələrinə razı olmuşdur. 
Amma görəsən, təhəddinin “azalmağa doğru” olmasını qəbul etmək mümkün-
dürmü?


234
Belə görünür ki, təhəddi ayələrinin nüzul ardıcıllığını nəzərə alaraq – bu ayə-
lə rin  nüzul  ardıcıllığını bir qədər əvvəldə qeyd etdik – bu nəzəri qəbul etmək və 
düzgün hesab etmək mümkün deyildir. Çünki bu ayələrdə (ilk üç ayədə) əvvəlcə 
Qurana bənzər bir kitab, sonra Quran surəsinə bənzər bir surə, daha sonra Qurana 
bənzər on surə gətirmək təklif edilir. Belə olduğu təqdirdə bu nəzəri düzgün hesab 
etmək olmaz.  
Yuxarıdakı  nəzərin müqabilində  təhəddi ayələrinin “artmağa doğru” nəzəri 
dayanır. Çünki “İsra” surəsinin 88-ci ayəsində “bu Qurana bənzər” ifadəsi işlən-
mişdir və bu, Quranın bir ayəsinə də şamil olur. Heç şübhəsiz, “bu Qurana bənzər” 
ifadəsində bütün Quran nəzərdə tutula bilməzdi. Belə ki, “İsra” surəsi nüzul ardı-
cıllığına görə 50-ci surədir, yəni hələ Quranın hamısı nazil olmamışdı. “Yunus” 
surəsində Qurana bənzər bir surənin, “Hud” surəsində isə on surənin gətirilməsi 
təklif edilir. Beləliklə, təhəddinin üç mərhələsi aşağıdakı şəkildə olacaqdır:
Birinci mərhələ: Quranın bənzərini gətirmək və bu, bir ayəyə də şamil olur 
(İsra surəsi);
İkinci mərhələ: Qurana bənzər bir surə gətirmək (Yunus surəsi); 
Üçüncü mərhələ: Qurana bənzər on surə gətirmək (Hud surəsi).
Bu iki nəzəri müqayisə etdikdə, surələrin nüzul ardıcıllığına görə ikinci nəzərin 
düzgün nəzərə çarpmasına baxmayaraq, lakin yenə də qəti fikir söyləmək müm-
kün deyildir. Çünki bu üç ayədən sonra “Tur” surəsinin 34-cü ayəsində “Qura-
nın bənzərini” gətirmək, daha sonra “Bəqərə” surəsinin 23-cü ayəsində “Qurana 
bənzər bir surə” gətirmək təklif edilmişdir. Odur ki, söylənilən nəzərlərə fənn üsrə 
mütəxəssislərin irəli sürdükləri nəzərlər olaraq baxılır.
“Sərfə” nəzəriyyəsi
Biz təhəddi ayələri ilə tanış olduq. Quranın qarşısına çıxmaqda bəşərin aciz qal-
ması və ona təslim olması Quranın möcüzəliyini sübuta yetirdi. Amma: “Nə üçün 
bəşər Quranın bənzərini gətirə bilmədi?” - sualının cavabında bəzi şiə və sünni 
alimləri “sərfə” nəzəriyyəsini
1
 qeyd etmiş, bunu Quranın möcüzəvi cəhətlərindən 
biri hesab etmişlər. Bu nəzəriyyəyə görə, Allah bəşəri Quranın qarşısına çıxmaq 
fikrindən döndərmişdir. 
Qeyd etmək lazımdır ki, bu nəzəriyyənin izahı zəminində fikirayrılığı vardır. 
Bəzi alimlər qeyd etmişlər ki, Allah Quranın bənzərini ərsəyə gətirmək, yaratmaq 
qüdrətini bəşərdən almışdır. Yəni əgər onlar Quranın bənzərini yaratmağa qalxsa-
lar da, bu işi görə bilməyəcəklər. 

  Müraciət edin: Ulumil-Quran indəl-mufəssirin, c.2, s.430-445. “Sərfə” nəzəriyyəsinə aid fikirlər barədə 
Ustad Məhəmmədhadi Mərifət geniş bəhs etmişdir (ət-Təmhid, c.4, s.137-190). 


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə