241
8) Ayədə qəzəb və ölüm saçan “qətl”
sözü işlənməmişdir, əvəzində ümüdverici
məna daşıyan “həyat” sözü işlənmişdir.
9) Ayədə nəyinsə təsbit və bərqərar edilməsindən, deyimdə isə nəyinsə aradan
getməsindən söz gedir. Məlum məsələdir ki, “təsbit edilmə”, “aradan getmə”dən
üstündür.
10) “Qisas” sözü “müsavat” mənasına da işarə edir, əslində, qisas ədalətdən
xəbər verir. Halbuki, “qətl” sözündən ədalət mənası əldə edilmir.
Burada Qurani-Kərim barədə alimlərin söylədiyi
fikirlərdən iki nümunəni si-
zin nəzərinizə çatdırırıq:
Con Diven Port “Məhəmmədin və Quranın qarşısında təqsir üzrü” kitabının
müəllifi yazır:
“Hamılıqla qəbul olunmuşdur ki, Quran ən bəlağətli və fəsahətli dildə, ərəblər
arasında ən nəcib və ədəbli tayfa olan Qureyş tayfasının ləhcəsində nazil olun-
muşdur... Quran ən aydın təsvirlər və ən möhkəm təşbehlərlə doludur...”
1
Qurani-Kərimin ədəbi möcüzəliyinin bir qismi onun özünəməxsus üslubun-
dadır. Quran misli görünməyən bədii bir üslub yaratdı:
Quran nə nəzm, nə də
nəsr dir.
Quranda “ﻊ ْﺠَﺳ” çoxdur. Kahinlərin “səc”inə və “şeir”ə oxşamasın deyə, hörmət
əlaməti olaraq onu “ﻪَﻠِﺻﺎَﻓ” (fasilə) adlandırırlar. “Fasilə” dedikdə, hər ayənin axı-
rındakı oxşar kəlmələr nəzərdə tutulur. Quran parlaq keçmişi olan ərəb şeirinə də
bənzəmir. Quranı şeir və Peyğəmbəri (s) şair adlandıranları Quran qəti şəkildə
təkzib edir, buyurur: “Biz ona şeir öyrətmədik və bu ona heç yaraşmaz da.”
2
Lakin
Quranda şeir
cövhəri çoxdur, yəni zərif və məcazi bəyanlar, müxtəlif istiarələr,
təmsillər və təşbehlər vardır. Həmçinin Quranın eyni vəznli (qafiyəli) ayələri yüz
bənddən çoxdur. Bütün bunlarla yanaşı, habelə, Quranın ərəb və fars şeirində və
ədəbiyyatında böyük təsiri ilə yanaşı, Quran şeir deyildir. Deməliyik ki, Quran
fərdi bir üsluba malikdir. Quranın
söz və cümlələrinin musiqili, avazlı oxunuşu
qədimdən bəri tədqiqatçıların diqqətini çəkmişdir. Quranın avazla və cəm halında
oxunma qabiliyyətinə malik olması bənzərsizdir.
3
Quranın gətirdiyi bu üslub və ərəb ədəbiyyatında yaratdığı heyrətamiz yenilik,
demək olar ki, bənzərsizdir və gələcək nəsilləri öz qarşısında aciz qoymuşdur.
Quranın xüsusi bir cazibəsi və çəkiciliyi vardır, insanı sanki ovsunlayır, vəcdə
gətirir, daxilən rahatlaşdırır, insanın fitrəti və təbiətini oxşayır, vicdanı oyadır,
varlığa baxışı aşılayır.
4
1
“Numunə” təfsiri, c.1, s.136.
2
Yasin surəsi, ayə: 69.
3
Quranpəjuhi, s.8.
4
Ustad Məhəmmədhadi Mərifət, “Nəqş-e ahəng dər telavət-e Quran” (Quran lavə ndə avazın rolu),
“Keyhan-e əndişə” dərgisi, 28-ci say, məqalə.
242
3) Ali maarif və təlimlər (məna möcüzəliyi):
Quranın gözəlliyi yalnız onun söz və ifadələrində, fəsahət bə bəlağətində de-
yildir. Bu müqəddəs kitab dərin və dəqiq məna və maarif kimi daha üstün bir
gözəlliyə və dəyərə malikdir. Quran bəşəri hidayət etməkdən ötrü göndərilibdir.
Həzrət Peyğəmbər (s) bu kitab ilə insanları zülmətdən nura çıxartmışdır.
1
Qurani-Kərim İslamın “ana yasa”sı olub insan fitrətinə uyğun qayda-qanunları
ehtiva edir. Quran düşüncələrin zülməti üzərinə daim bir günəş kimi işıq saçır,
izzət və əzəməti bu qayda-qanunları öyrənib onlara əməl etməkdə görür.
Quran bu zəmində,
heç şübhəsiz, bir möcüzədir. Əxlaqi dəyərlərin tənəzzül etdi-
yi, insani adət-ənənələrin yerini qeyri-insani adət-ənənələrin aldığı, təcavüzkarlıq
və qarətin üstünlük hesab edildiyi, qız uşaqlarının diri-diri torpağa basdırıldığı,
xəyanət, fəsad, pozğunluq və ədalətsizliyin baş alıb getdiyi bir dövrdə əxlaqi
dəyərlərin və ən mütərəqqi qanunların bayraqdarı olan Quran zühur edir və insa-
naları sədaqətə, əmanətdarlığa, qardaşlığa, birliyə və insanlığa çağırır, bu
insani
keyfiyyətləri onlara xatırladır. Onları cəhalətdən elmə, zülmətdən nura, alçaqlıq-
dan kəramətə sövq etdirir. Bu həyat bəxş edən təlimlər və qanunlar sayəsində
İslam şərqdən qərbə bütün dünyanı tutur, İslamın şövkətli mədəniyyət bayrağı
dövrün mədəniyyət beşikləri sayılan diyarlarda dalğalanır.
Quranın bu qayda-qanunlarından bir neçə nümunəyə nəzər salaq.
1- Əmanətdarlıq və ədalət:
...ِﻝْﺪَﻌْﻟﺎِﺑ ﺍﻮُﻤُﻜْﺤَﺗ ﻥَﺃ ِﺱﺎﱠﻨﻟﺍ َ ْﻦﻴَﺑ ْﻢُﺘْﻤَﻜَﺣ ﺍَﺫِﺇ َﻭ ﺎَﻬِﻠْﻫَﺃ ٰﻰَﻟِﺇ ِﺕﺎَﻧﺎَﻣَ ْﻷﺍ ﺍﻭﱡﺩَﺆُﺗ ْﻥَﺃ ْﻢُﻛُﺮُﻣْﺄَﻳ َﷲ ﱠﻥِﺇ
“Həqiqətən, Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı əmr edir. İn-
sanlar arasında hökm çıxaranda, ədalətlə hökm çıxarın.”
2
2- Yaxşı əməllərə göstəriş və pis əməllərə qadağa:
. َﻥﻭُﺮﱠﻛَﺬَﺗ ْﻢُﻜﱠﻠَﻌَﻟ ْﻢُﻜُﻈِﻌَﻳ ِﻰْﻐَﺒْﻟﺍ َﻭ ِﺮَﻜﻨُﻤْﻟﺍ َﻭ ِءﺎَﺸْﺤَﻔْﻟﺍ ِﻦَﻋ ٰﻰَﻬْﻨَﻳ َﻭ ٰﻰَﺑْﺮُﻘْﻟﺍ ﻯِﺫ ﻯﺎَﺘﻳِﺇ َﻭ ِﻥﺎَﺴْﺣِ ْﻹﺍ َﻭ ِﻝْﺪَﻌْﻟﺎِﺑ ُﺮُﻣْﺄَﻳ َﷲ ﱠﻥِﺇ
“Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumun haqqını
verməyi əmr edir. Çox çirkin günahlardan, xoşagəlməz əməllərdən,
zülm və həddi
aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz.”
3
3- Təcavüzkarları onların etdikləri əməl ölçüsündə cavablandırmaq:
...ْﻢُﻜْﻴَﻠَﻋ ٰﻯَﺪَﺘْﻋﺍ ﺎَﻣ ِﻞْﺜِﻤِﺑ ِﻪْﻴَﻠَﻋ ﺍﻭُﺪَﺘْﻋﺎَﻓ ْﻢُﻜْﻴَﻠَﻋ ٰﻯَﺪَﺘْﻋﺍ ِﻦَﻤَﻓ
“Buna görə də, kim sizə qarşı həddini aşsa, siz də ona qarşı həmin ölçüdə həddi
aşın (cavab verin).”
4
1
İbrahim surəsi, ayə: 1.
2
Nisa surəsi, ayə: 58.
3
Nəhl surəsi, ayə: 90.
4
Bəqərə surəsi, ayə: 194.
243
4- İnsanların bərabərhüquqlu və üstünlük meyarlarının təqva, elm, Allah
yolunda cihad və bu kimi dəyərlər olması:
ﱠﻥِﺇ ْﻢُﻛﺎَﻘْﺗَﺃ ِﷲ َﺪْﻨِﻋ ْﻢُﻜَﻣَﺮْﻛَﺃ ﱠﻥِﺇ ﺍﻮُﻓَﺭﺎَﻌَﺘِﻟ َﻞِﺋﺎَﺒَﻗ َﻭ ﺎًﺑﻮُﻌُﺷ ْﻢُﻛﺎَﻨْﻠَﻌَﺟ َﻭ ٰﻰَﺜْﻧُﺃ َﻭ ٍﺮَﻛَﺫ ْﻦِﻣ ْﻢُﻛﺎَﻨْﻘَﻠَﺧ ﺎﱠﻧِﺇ ُﺱﺎﱠﻨﻟﺍ ﺎَﻬﱡﻳَﺄٰﻳ
.ٌﺮﻴِﺒَﺧ ٌﻢﻴِﻠَﻋ َﷲ
“Ey insanlar! Şübhəsiz, Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan)
yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq). Bir-birinizi tanıyası-
nız deyə, sizi böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda
irqi üstünlük
yoxdur.) Həqiqətən Allah yanında sizin ən hörmətliniz ən təqvalınızdır (Allahdan
ən çox qorxub çəkinən şəxsdir). Həqiqətən Allah çox bilən və xəbərdardır”
1
... َﻥﻮُﻤَﻠْﻌَﻳ َﻻ َﻦﻳِﺬﱠﻟﺍ َﻭ َﻥﻮُﻤَﻠْﻌَﻳ َﻦﻳِﺬﱠﻟﺍ ﻯِﻮَﺘْﺴَﻳ ْﻞَﻫ ْﻞُﻗ
“De: “Məgər bilənlərlə bilməyənlər birdirlər?””
2
.ﺎًﻤﻴِﻈَﻋ ﺍًﺮ ْﺟَﺃ َﻦﻳِﺪِﻋﺎَﻘْﻟﺍ ﻰَﻠَﻋ َﻦﻳِﺪِﻫﺎَﺠُﻤْﻟﺍ ُﷲ َﻞﱠﻀَﻓ َﻭ
“... Allah cihad edənlərə (evdə) oturanlardan (cihada getməyənlərdən) böyük
mükafatla üstünlük əta etmişdir.”
3
5- Hər növ istibdad və ədalətsizliyə qarşı çıxmaq:
... ْﻢِﻬْﻴَﻠَﻋ ْﺖَﻧﺎَﻛ ﻰِﺘﱠﻟﺍ َﻝ َﻼْﻏَ ْﻷﺍ َﻭ ْﻢُﻫَﺮْﺻِﺇ ْﻢُﻬْﻨَﻋ ُﻊَﻀَﻳ َﻭ
“... Və boyunlarında olan ağır yükü və zəncirləri onların boynundan götürür...”
4
6- Kafirlərin möminlərə başçı olmasının qadağan olması:
. ًﻼﻴِﺒَﺳ َﻦﻴِﻨِﻣْﺆُﻤْﻟﺍ ﻰَﻠَﻋ َﻦﻳِﺮِﻓﺎَﻜْﻠِﻟ ُﷲ َﻞَﻌْﺠَﻳ ْﻦَﻟ َﻭ
“... Allah heç vaxt kafirlərin möminlərə qalib gəlmələrinə bir yol
qoymayacaqdır.”
5
7- Kafirlərə qarşı sərt və möminlərə qarşı mərhəmətli olmaq:
... ْﻢُﻬَﻨْﻴَﺑ ُءﺎَﻤَﺣُﺭ ِﺭﺎﱠﻔُﻜْﻟﺍ ﻰَﻠَﻋ ُءﺍﱠﺪِﺷَﺃ ُﻪَﻌَﻣ َﻦﻳِﺬﱠﻟﺍ َﻭ ِﷲ ُﻝﻮُﺳَﺭ ٌﺪﱠﻤَﺤُﻣ
“Məhəmməd Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı
sərt, öz aralarında isə mehribandırlar.”
6
8- Sülh və qardaşlıq:
ْ ...ْﻢُﻜْﻳَﻮَﺧَﺃ َ َﻦْﻴَﺑ ﺍﻮُﺤِﻠ ْﺻَﺄَﻓ ٌﺓَﻮ ْﺧِﺇ َﻥﻮُﻨِﻣْﺆُﻤْﻟﺍ ﺎَﻤﱠﻧِﺇ
1
Hucurat surəsi, ayə: 13.
2
Zumər surəsi, ayə: 9.
3
Nisa surəsi, ayə: 95.
4
Ə`raf surəsi, ayə: 157.
5
Nisa surəsi, ayə: 141.
6
Fəth surəsi, ayə: 29.