Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə178/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   174   175   176   177   178   179   180   181   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

571 



45. Onlara (daha çox günaha batmaq üçün bir müddət) möhlət verərəm. Həqiqətən 

Mənim əzabım dözülməz dərəcədə şiddətlidir.  

46. Yoxsa sən (risaləti təbliğ etmək müqabilində) onlardan ücrət (muzd) istəyirsən və 

onlar ağır borc yükü altında qalıblar?!  

47. Yoxsa qeyb (lövhi-məhfuz) yanlarındadır və onlar (səninlə mübahisə etdikləri 

məsələləri, qiyamət günü kafirlərin Allah yanında mö’minlərdən üstün olacağını 

oradan öyrənib) yazırlar?!  

48. (Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər) 

kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o, (balığın qarnında) qəm-kədər 

içində boğularaq (Rəbbinə) dua etmişdi.  

49. Əgər Rəbbindən ona bir mərhəmət (ne’mət) yetişməsəydi, o, məzəmmət olunaraq 

quru yerə (səhraya) atılacaqdı.  

50. Amma (tövbə etdikdən sonra) Rəbbi onu (Öz bəndələri içərisində) seçdi və 

salehlərdən (peyğəmbərlərdən) etdi.  

51. (Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Qur’anı eşitdikləri zaman (sənə olan 

həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin 

barəndə): "O divanədir!" - deyirlər.  

52. Halbuki bu (Qur’an) aləmlərə (insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir! 

(Onun nazil olduğu kimsə heç vaxt divanə ola bilməz!)  

 

 



 

 

 



 

 

 



 


Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

572 



 

 

.



69

.  


əl-Haqqə  

(Haqq olan qiyamət) surəsi  

(Məkkədə nazil olmuşdur, 52 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Haqq olan qiyamət!  

2. Nədir qiyamət?!  

3. Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə 

öyrətdi?)  

4. Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!  

5. Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.  

6. Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.  

7. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. 

Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki 

içi bomboş xurma kötükləri idilər.  

8. İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!  

9. Fir’on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö’təfikə əhli (Lut qövmü) də günah 

(xəta) törətmişdilər.  

10. Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir 

əzabla yaxalamışdı.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

573 



11. Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz 

daşıdıq.  

12. Ona görə ki, bunu (mö’minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət 

dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda 

saxlasın!  

13. Sur bircə dəfə üfürüləcəyi;  

14. Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman 

-  


15. Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!  

16. Və (göy) süst düşüb parçalanacaqdır!  

17. Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün 

(ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk 

daşıyacaqdır!  

18. O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. 

Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!  

19. Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun!  

20. Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) 

inanmışdım!"  

21. Bundan belə o, xoş güzəran içində,  

22. Yüksək bir Cənnətdə olacaqdır.  

23. (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö’minlər onlardan ayaq üstə 

olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).  

24. (Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində 

yeyin-için!"  

25. Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə 

verilməyəydi!  

26. Hesabımın nə olduğunu bilməyəydim!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

574 



27. Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)  

28. Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə 

bilmədi).  

29. Mülküm (səltənətim) də məhv olub getdi!"  

30. (Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın!  

31. Sonra da Cəhənnəmə atın!  

32. Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!  

33. Çünki o, böyük olan Allaha inanmırdı.  

34. O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə 

rəğbət oyatmırdı.  

35. Bu gün bax burda onun yaxın bir dostu yoxdur.  

36. İrindən başqa bir yeməyi də yoxdur.  

37. Onu ancaq günahkarlar yeyər!"  

38. And içirəm gördüklərinizə,  

39. Və görmədiklərinizə ki,  

40. Bu (Qur’an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın 

Allahın ona nazil etdiyi) sözüdür!  

41. O, şair sözü deyildir! Nə az inanırsınız!  

42. O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!  

43. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.  

44. Əgər o (Peyğəmbər) özündən bə’zi sözlər uydurub Bizə isnad etsəydi,  

45. Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu 

vurardıq)!  



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə