Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə176/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   ...   172   173   174   175   176   177   178   179   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

564 



Allah, Cəbrail, əməlisaleh mö’minlərdir. Bunlardan sonra da mələklər onun 

yardımçısıdır).  

5. Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr - 

müsəlman, mö’min, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə 

qızlar versin!  

6. Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun 

yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara 

verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə 

rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).  

7. (Kafirlər cəhənnəm oduna atıldıqları zaman onlara belə deyiləcəkdir: ) "Ey kafir 

olanlar! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq (dünyada) törətdiyiniz əməllərin 

cəzasını çəkəcəksiniz!"  

8. Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) 

tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) 

altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla 

birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara 

yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şö’lə saçarkən onlar belə 

deyəcəklər: "Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. 

Həqiqətən, Sən hər şeyə qadirsən!"  

9. Ya Peyğəmbər! Kafirlərə qarşı (qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş. Onlarla sərt 

rəftar et. Onların məskəni Cəhənnəmdir. Ora necə də pis sığınacaqdır!  

10. Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim 

qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və 

(Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: 

"(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!" - deyildi.  

11. Allah iman gətirənlərə isə Fir’onun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O 

zaman o: "Ey Rəbbim! Mənim üçün Öz dərgahında - Cənnətdə bir ev tik. Məni 

Fir’ondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!" - demişdi.  

12. (Allah mö’min qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub 

saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının 

yaxasından ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin 

sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən 

oldu.  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

565 



 

 

 



.

67

.  


əl-Mulk

  

(Mülk və ya hakimiyyət) surəsi  

(Məkkədə nazil olmuşdur, 30 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər 

şeyə qadirdir!  

2. Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı 

yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.  

3. Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın 

yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç 

orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!  

4. Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun 

düşərək yenə də sənə tərəf qayıdacaqdır!  

5. And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) 

bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-

yaxan alovlu atəş əzabı hazırladıq.  

6. Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!  

7. Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli 

uğultusunu eşidəcəklər!  



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

566 



8. O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora 

(Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): "Məgər sizə (Allahın 

əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?" - deyə soruşacaqlar.  

9. Onlar deyəcəklər: "Bəli, bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. 

Amma biz (onu) yalançı sayıb demişdik: "Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz 

sadəcə olaraq (haqdan) çox azmısınız!"  

10. Onlar: "Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza 

yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!" - deyəcək,  

11. Və beləcə öz günahlarını e’tiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli!  

12. Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir 

mükafat gözləyir!  

13. (Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi yoxdur). 

(Allah) ürəklərdə olanları biləndir!  

14. Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə 

qədər biləndir, (hər şeydən) xəbərdardır!  

15. Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən 

yeyin. Axır dönüş də Onadır!  

16. (Ey insanlar!) Göydə olanın (Allahın) yer hərəkətə gəlib çalxalandığı zaman sizi 

onun dibinə batırmayacağına əminsinizmi?!  

17. Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə 

arxayınsınızmı?! Onda Mənim (sizi əzabla) qorxutmağımın necə olduğunu mütləq 

biləcəksiniz.  

18. Onlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib 

etmişdilər. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları cəzalandırmağım (inkar 

etməyim) necə oldu.  

19. Məgər onlar başları üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını açıb-yumaraq) 

uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. 

Həqiqətən, O, hər şeyi görəndir!  




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə