Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

beşmərtəbəli evlər, dəmiryol körpüləri və vağzallarıdır. Bu, mənfəət və fayda güdən
incəsənət növü məlum mərhələ üçün nə vaxtsa qotik üslubda tikilmiş kilsə və ya
feodal qəsri kimi çox xarakterikdir; gələcək arxeologiya üçün isə böyük, müasir otellər
və qotik məbədlər eyni maraq kəsb edəcək, çünki onlar hər bir əsrin özündən sonra
qoyub getdiyi daş kitabələrin ardıcıl vərəqlənən səhifələridir və eyni zamanda o,
bütün müasir incəsənəti təşkil edən yaramaz sənədləri, zavallı saxtakarlıqları nifrətlə
kənara tullayır.
Bizim rəssamların səhvi ondan ibarətdir ki, onlar artıq bizdə olmayan düsturları,
uyğun gələn estetik tələbatları və ideyaları dirçəltmək istəyirlər. Bizim biçarə klassik
tərbiyəmiz, onların başlarını vaxtı keçmiş anlayışlarla doldurub və bizim günlər üçün
tamamilə maraqsız olan estetik ideallar təlqin edir. Əsrlər boyunca hər şey dəyişir –
insanlar, onların tələbatları və inamları. Hansı prinsiplərə söykənib təsdiq etmək olar
ki, yalnız tək estetika inkişaf qanunlarına tabe olmur, hansı ki, kainatı idarə edir? Hər
bir estetika özlüyündə məlum dövrün və məlum irqin gözəllik idealıdır və gözəllik
idealı isə daim dəyişilməlidir. Fəlsəfi nöqteyi-nəzərdən, bütün ideallar eyni
əhəmiyyətə malikdir, çünki onlar yalnız müvəqqəti simvollardır. Nə vaxt ki, Avropa
şüurunu əsrlər boyu saxtalaşdıran yunanların və romalıların təsiri nəhayət ki, bizim
tərbiyəmizdən yox olub gedəcək və ətrafımıza sərbəstcəsinə baxa biləcəyik, yalnız o
vaxt bizim üçün aydınlaşacaq ki, dünyada Parfenon abidəsi tək estetik dəyərə malik
və müasir xalqlar üçün yüksək maraq kəsb edən, estetik dəyəri olan oxşar abidələr
çoxdur.
Bütün yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar, əgər incəsənət,
sivilizasiyanın digər elementləri kimi xalqların ruhlarının zahiri təzahürünü təşkil
edirsə, bu hələ o demək deyil ki, o, bütün xalqların fikirlərinin dəqiq ifadəçisidir.
Bu izahat çox önəmlidir. Zira, məlum xalq üçün sivilizasiyanın bu və ya digər
elementinin əhəmiyyətliliyi, o xalq tərəfindən həmin elementə tətbiq edilən
dəyişdiricilik gücü ilə ölçülür. O, həmin elementi yad irqdən götürür. Əgər onun
fərdiyyətçiliyi, məs. başlıca olaraq incəsənətdə özünü göstərirsə, belədə o, kənardan
gətirilmə nümunələrə öz möhürünü, yəni izini qoymasa, onları təqlid etmək
qabiliyyətində olmayacaq. Əksinə, o, dühası üçün heç bir yozuma xidmət etməyən
həmin elementləri çox az dəyişdirə bilər. Romalılar memarlığı yunanlardan əxz
etdikdə, heç bir köklü dəyişikliklərə yol vermədilər, çünki onlar öz ruhlarını heç də öz
abidələrinə yönəltməmişdilər.
Hətta bu cür, orijinal memarlıqdan tamamilə məhrum, lazımlı nümunələri və
rəssamları xaricdə axtarmağa məcbur olan xalqda belə, incəsənət bir neçə əsr
ərzində mühitin təsirinə tabe olmalı və təxminən özünə zidd olmasına baxmayaraq,
özünü onu qəbul edən irqin təzahürü kimi göstərməlidir. Məbədlər, saraylar, zəfər
tağları, Roma antik barelyefləri – yunanların və ya onların şagirdlərinin işidir; amma
bu abidələrin xarakteri, onların təyinatı, ornamentləri, hətta ölçüləri bizdə heç vaxt
Afina dühasının poetik və zərif xatirələrini deyil, daha çox Roma ruhunu şövqləndirən
güc, hökmranlıq, hərbi ehtiraslar doğuracaq. Beləliklə, hətta irqin daha az orijinal
olduğu, hansısa bir iz qoya bilmədiyi sahədə də o, heç bir addım ata bilmir, yalnız
özünə məxsus olan və öz ruhi xarakteri və gizli fikirlərindən nələrisə bizə çatdıra bilir.
downloaded from KitabYurdu.org


Həqiqətən, əsl sənətkar, istər memar, ədib və ya şair olsun, məlum dövr və
məlum irqin ruhunu möhtəşəm ümumiləşdirmələrlə ötürə bilmək kimi fövqəladə
qabiliyyətə malikdilər. Çox təəssüratlı, demək olar qeyri-iradi, daha çox obrazlarla
düşünən, bir az da belə demək mümkünsə, çox çürükçülük edən sənətkarlar,
yaşadıqları cəmiyyətin ən düzgün aynasıdırlar; onların əsərləri hər hansı bir
sivilizasiyanın ən düzgün obrazının canlandırılması üçün ən önəmli sənədlər hesab
olunurlar – onlara istinad etmək mümkündür. Onlar o qədər qeyri-iradidirlər ki,
səmimi olmaya bilmirlər və ətraflarını saran mühitin təəssüratlarına o dərəcədə
həssasdırlar ki, onun ideyalarını, hislərini, tələbat və arzularını dəqiqi şəkildə verməyə
bilməsinlər. Onlarda hər hansı bir azadlıq yoxdur və elə bu onların gücünü təşkil edir.
Onlar irqin ruhunun məcmusunu təşkil edən ənənələr, ideya və inanclar dairəsinə,
dövrün irsən gələn hiss, düşüncə və nəsihətlərinin, öz üzərlərində güclü təsirinə
malikdilər, onların sıx dairəsi ilə əlaqəlidirlər. Çünki qeyri-iradiliyin qaranlıq sahəsini,
o, idarə edir və onların əsərləri də orada yetişir,. Əgər bu əsərlər olmasaydı, biz ötən
əsrlər haqqında yalnız qədim tarixçilərin rəvayət etdiyi mənasız hekayələr və
qərəzkar yalanlardan bəhrələnməli olacaqdıq ki, hər bir xalqın həqiqi keçmişi bizim
üçün demək olar ki, Platonun Sirli Atlantidanın sulara qərq olması ilə bağlı
söylədikləri kimi qaranlıq qalacaqdı.
Bədii əsərin xüsusiyyəti ondan ibarətdir ki, onu doğuran tələbat və ideyaları
səmimi əks etdirə bilsin. Yox, əgər bədii əsərlər – düzgün dildən ibarətdirsə, belədə
həmin dili izah etmək çox vaxt olduqca çətin olur. Əsərlər və onu yaradan qeyri-
iradilik arasında intim əlaqə mövcuddur. Amma bizə birindən digərinə qalxmağa
kömək edən əlaqəni necə tapmalı? Bu fikir günbəgün, saysız-hesabsız toplanan mühit
təsirlərindən, inanclar, tələbatlardan irsən formalaşır, başqa irqdən və digər əsrdən
olan adamlar üçün çox vaxt başa düşülməz olur. Lakin o sözlə deyil, daşın köməkliyi
ilə bizə gəlib çatanda, daha da anlaşılmaz olur; zira, söz – bir-biri ilə uyğun gəlməyən
ideyaları belə, eyni libasla örtə bilən elastik formadır. İncəsənət əsərlərinin, xüsusi ilə
də memarlıq əsərlərinin, keçmişindən danışan müxtəlif dillər – hələ ən anlaşılanıdır.
Kitablardan daha səmimi, din və dildən az süni olan memarlıq abidələri, eyni
zamanda hislər və tələbatları da ötürə bilirlər. Memar – insanların mənzillərini və
tanrıların yurdlarını inşa edir. Axı həmişə tarixi təşkil edən hadisələrin ilk səbəbləri
məbədlərin hasarları və ya ev ocağına yaxın yerlərdə yetişirdi.
Yuxarıda söylənilənlərdən belə nəticəyə gələ bilərik, əgər, sivilizasiya təşəkkül
tapdığı müxtəlif elementlər, onu yaradan xalqın ruhunun ən düzgün təzahürüdür,
onlardan bəziləri, xalqın ruhunu digərlərindən daha yaxşı əks etdirirlər. Lakin həmin
elementlərin təbiəti bir xalqdan digərinə, bir mərhələdən başqa bir mərhələyə
nisbətdə müxtəlifləşdiyindən, görünür, onların arasında bir element də tapa
bilməzsən ki, ondan müxtəlif sivilizasiyaları dəyərləndirmək üçün, ölçü kimi istifadə
etmək mümkün olsun.
O da məlumdur ki, bu elementlər arasında iyerarxiya bölgüsü aparmaq da
mümkün deyil, çünki həmin bölgü əsrlərdən əsrlərə, nəzərdən keçirilən elementlərin
özlərinin sosial faydalılığına görə dövrə uyğun şəkildə dəyişir.
Əgər sivilizasiyaların müxtəlif elementlərinin mühümlüyünü ancaq faydalılıq
nöqteyi-nəzərindən mühakimə etsək, demək mümkündür ki, ən vacib elementlər bir
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə