Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

Birləşmiş Ştatları məskunlaşdıran irqin malik olduğu həmin başlıca keyfiyyətlərin
çatışmazlığı üzündən, həmin respublikaların hamısı istisnasız olaraq, daima ən qanlı
anarxiyaların qurbanlarına çevrilirlər və ərazilərinin fövqəladə dərəcədə zənginliyinə
baxmayaraq, bir-birinin ardınca bütün mümkün oğurluq, iflas və despotizmə
yuvarlanırlar. Onların süqutunun səbəblərini qiymətləndirmək üçün T.Çayldın
Amerikanın ispandilli respublikaları barədə qələmə aldığı gözəl və qərəzsiz əsərinə
baxmaq lazımdır. Bunun səbəblərinin kökü, nə enerji, nə iradə, nə də ki əxlaqa malik
olmayan irqin ruhi xüsusiyyətlərində gizlənir. Xüsusilə də əxlaq qaydalarının yoxluğu,
Avropada pis hesab etdiyimiz hər bir şeyi belə ötüb keçir. Ən əhəmiyyətli şəhərlərdən
biri olan Buenos-Ayresi nümunə gətirən müəllif, azacıq da olsa vicdan və əxlaqını
qoruyub saxlayanlardan ötrü oranı yaşamaq üçün tamamilə mümkün olmayan yer
elan edir. Belə bir enişə nisbətən daha çox yuvarlanan Cənubi Amerika respublikası
Argentina ilə bağlı həmin yazıçı əlavə edir: “Bu respublikanı kommersiya nöqteyi-
nəzərindən öyrənin və siz əxlaqsızlığın orada demək olar ki, hər yerdə qabarıq nəzərə
çarpmasından heyrətlənəcəksiniz”.
Təsisatlara gəldikdə, onlardan hər hansı birini yaxşı nümunə olaraq gətirmək
belə mümkün deyil, həmin təsisatlar o dərəcədə irqi xarakterin məhsuludurlar ki,
onları bir xalqdan digərinə ötürmək belə, mümkün deyil. Bilmək maraqlı olardı,
Birləşmiş Ştatların liberal təsisatları primitiv irqlərə tətbiq edilsəydi, o vaxt görəsən
nə olardı?
“Bu ölkələr, – müxtəlif ispandilli Amerika respublikaları haqqında danışan Çayld
qeyd edir, – türk sultanı qədər qeyri-məhdud hakimiyyətə malik prezidentlərin
nəzarəti altındadırlar. Hətta bir qədər də məhdudiyyətsiz, çünki onlar avropa
diplomatiyasının bezikdiriciliyindən və təsirlərindən müdafiə olunublar. İnzibati
personal yalnız onların əlaltılarından ibarətdir, vətəndaşlara hər şey yaxşı gəlir və ona
səs verirlər, lakin o bu səslərə ümumiyyətlə, heç bir əhəmiyyət vermir... Argentina
respublikası – yalnız adına görə respublika hesab olunur; əsl həqiqətdə isə o,
siyasətdən özünə ticarət quran adamların oliqarxiyasıdır”.
Bu dərin enişdən bir qədər yayına bilən yeganə ölkə Braziliyadır, o da hakimiyyəti
müsabiqələrdən müdafiə edən monarxiya rejimi sayəsində buna nail ola bilib. O da
belə enerjisiz və iradəsiz irqlər üçün həddən çox liberal olduğundan, sonunda qala
bilməyib yıxıldı. Ölkə həmin andaca bütünlüklə anarxiyaya düşdü və iki və ya üç il
ərzində orada hakimiyyətdə olan adamlar xəzinəni elə çalıb-taladılar ki, vergiləri 60%
artırmaq lazım gəldi.
Əlbəttə, Cənubi Amerikanı məskunlaşdıran latın irqinin tənəzzülü, təkcə
siyasətdə deyil, sivilizasiyanın bütün elementlərində özünü büruzə verir. Əgər
özbaşına buraxılsaydılar, bu bədbəxt respublikalar tamamilə barbarlığa qayıdardılar.
Bütün sənaye və bütün ticarət əcnəbilərin – ingilis, amerikalı və almanların – əlində
cəmlənib. Valparaiso ingilis şəhərinə çevrilib, əgər əcnəbiləri oradan qoparsaydılar,
onda Çilidə də heç nə qalmazdı. Yalnız əcnəbilərin sayəsində bu ölkələr hərdən
Avropa sivilizasiyasının parıltısını verən zahiri görünüşlərini hələ də qoruyub saxlaya
bilmişlər.
Latın irqinin belə dəhşətli tənəzzülü özlüyündə, qonşu ölkədə ingilis irqinin
çiçəklənməsi ilə müqayisədə ən kədərli olanı və eyni zamanda mənim izah etdiyim
downloaded from KitabYurdu.org


psixoloji qanunların təsdiqi üçün nümunə gətirə biləcəyim ən ibrətamiz təcrübəni
təşkil edir.
Bu nümunələrdən də görürük ki, onun ruhi xüsusiyyətlərinin nəticəsi olaraq
ortaya çıxanlardan, xalq xilas ola bilmir; əgər bu ona nəsib olursa da, onda bu çox
nadir hallarda sanki fırtına nəticəsində cazibə qüvvəsindən azad olaraq havaya qalxan
toza bənzəyir. Fikrimizcə, idarəçilik formaları və konstitusiyanın xalqın taleyində
müəyyənedici əhəmiyyət daşıdığına inanmaq – uşaq arzularına qapılmaq kimi bir
şeydir. Xalqın taleyi onun öz əlindədir, xarici amillərdən asılı deyil. Hökumətdən
yalnız tələb oluna bilər ki, idarə etdiyi xalqın hiss və ideyalarının ifadəçisi olsun. Bu və
ya digər hökumətin varlığı əksər vaxtlarda yalnız bir faktın, onun xalqın mənafeyini
dəqiq əks etdirməsi ilə müəyyən olunur. Elə bir idarəçilik forması və ya təsisat yoxdur
ki, onlara nisbətdə hər şeyin əla və yaxud pis olduğunu deyə biləsən. Daqomeya
kralının (Daqomeya krallığı Afrikada müasir Benin dövlətinin ərazisində XVIII əsrin
əvvəlində yaranıb və XIX əsrdə ərazisini xeyli genişləndirib. Qul alveri krallığın əsas
məşğuliyyəti olub. Dövləti iki kral idarə edib, biri gündüzlər, digəri isə gecələr)
idarəçiliyi – güman ki, idarə etdiyi xalq üçün əla idarəçilik olub. Hətta ən mükəmməl
Avropa konstitusiyası belə, həmin xalq üçün rejimin işləyib hazırlaya biləcəyindən
aşağı səviyyəli görünə bilərdi. Bax, dövlət adamlarının bir çoxunun əhəmiyyət
vermədiyi, məsələ təəssüf ki, budur, onlar elə təsəvvür edirlər ki, idarəetmə forması
daşına bilən bir şeydir və müstəmləkələr də metropoliya təsisatları tərəfindən idarə
oluna bilərlər.
Belə bir məntiqlə balıqların da havada yaşaya biləcəyinə inandırmağa cəhd
etmək olar, o əsasla ki, bütün ali heyvanlar hava ilə nəfəs alırlar, balıqlar niyə ala
bilməsin ki. Yalnız bir səbəbdən, ruhi xüsusiyyətlər fərqliliyindən, müxtəlif xalqlar eyni
rejimdə uzun müddət yaşaya bilməzlər. İrlandiyalı və ingilisi, slavyan və macarı, ərəb
və fransızı eyni qanunlar altında böyük çətinliklə və fasiləsiz inqilablar nəticəsində
saxlamaq olar. Müxtəlif xalqlardan təşkil olunmuş böyük imperiyalar həmişə
müvəqqəti mövcud olmağa məhkumdurlar. Müəyyən vaxtlarda moğol imperiyasının
və ya sonrakı dövrdə ingilislərin Hindistanda uzun zaman ərzində mövcud ola
bilmələrinin bir səbəbi, yerli irqlərin həddən artıq çoxsaylı və fərqli olmaları və nəticə
etibarilə bir-birlərinə qarşı son dərəcə düşmən kəsilmələri ilə əlaqəli olub, bu da ona
gətirib çıxarıb ki, onlar əcnəbilərə qarşı birləşmək haqqında belə düşünə bilməyiblər;
digər tərəfdən, bu, gəlmə hökmdarlarda fəth etdikləri xalqların adət-ənənələrinə
hörmət etmək və onlara öz qanunları ilə yaşamağa icazə vermək kimi olduqca doğru
siyasi instinkt olub.
Əgər tədqiqatçılar qarşılarına xalqların psixoloji xüsusiyyətlərindən irəli gələn
bütün nəticələri göstərmək məqsədi qoysaydılar, onda çoxlu sayda kitablar yazmaq
və bütün tarixi tamamilə yeni nöqteyi-nəzərdən hazırlayıb, düzəltmək lazım gələrdi.
Onu daha dərindən öyrənmək, siyasət və pedaqogika üçün əsas təşkil etməlidir.
Hətta demək olar ki, onun tədqiqi insanları səhvlərin girdabından və bir çox
çevrilişlərdən xilas edə bilərdi, əgər xalqlar öz irqlərinin xüsusiyyətlərindən irəli gələn
uğursuzluqlardan, ümumiyyətlə, qaça bilsəydilər, əgər onların idrakının səsi həmişə
əcdadlarının amiranə səsləri ilə boğulmasaydı.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə