Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   8   9   10   11   12   13   14   15   ...   81

puç edirlər. Onlar yeni sivilizasiyanın təşəkkülünə imkan verirlər. Belə ki, irqlərin
toqquşması nəticəsində köhnə psixoloji əlamətlər məhv edilib və mövcudolma ilə
bağlı yeni şərtlərin əsasında çox tezliklə yeni əlamətlər formalaşacaq.
Yalnız formalaşma mərhələsində olan irqlərdə irsən keçmiş cizgilər, irsiyyətin əks
fəaliyyətləri onları darmadağın edir, bu bölümdə xatırladılan amillərdən ən axırıncısı,
mühitin təsiri ortaya çıxır. Qədim irqlərə zəif təsir edə bilən həmin amillər, yeni
irqlərə çox güclü təsirə malikdilər. Çarpazlaşma əcdadlardan irsən keçmiş psixoloji
əlamətləri məhv edərək, bir növ tabula rasa (tabula rasa, insan beyninin başlanğıcda
“boş bir lövhə” olduğunu qabardan fəlsəfi görüş) yaradır, mühitin əsrlər boyunca
davam edən təsiri nəticəsində, sonucda yeni psixoloji əlamətlər formalaşdırır və
tədricən onları möhkəmləndirir. Yalnız və yalnız onda hesab etmək olar ki, yeni tarixi
irq təşəkkül tapıb. Fransız irqi bu cür yaranıb.
Mühitin həm fiziki, həm də mənəvi təsirinin şəraitə uyğun olaraq, ya çox güclü,
yaxud əksinə çox zəif olması buradan aydın olur və elə bununla izah etmək
mümkündür ki, onların təsiri niyə bu xüsusda ən zidd rəylərdə özünü büruzə verir. Biz
elə indicə yaranmaq mərhələsində olan irqlərə həmin təsirlərin çox güclü olduğunu
görə bildik. Lakin lap əvvəldən irsən möhkəm oturuşmuş qədim irqlərə baxsaq, onda
demək olar ki, mühitin təsiri, əksinə sıfıra bərabərdir.
Mənəvi mühitə nisbətdə: onun təsirinin çox əhəmiyyətsiz olduğuna dair
sübutumuz var, məsələn, Qərb sivilizasiyaları Şərq xalqlarına təsir göstərməkdə
acizdilər, hətta bir neçə nəsil ərzində qaynayıb-qarışsalar belə, buna Birləşmiş
Ştatlarda yaşayan çinliləri nümunə göstərə bilərik. Fiziki mühit üçün biz onun
hökmünün, mühitə uyğunlaşmanın çətinliyi üzündən çox zəif olduğunu etiraf edə
bilərik. Özündən əvvəlkindən tamamilə fərqlənən yeni mühitə daşınan qədim irq –
fərqi yoxdur, burada söhbət insan, heyvan və ya bitkidən gedir – dəyişilməkdən daha
çox məhv olmağa məhkumdur. Ardıcıl olaraq onlarla müxtəlif xalqlar tərəfindən zəbt
edilən Misir, həmişə onlar üçün məzar olub. Həmin xalqlardan heç biri yeni iqlimə
uyğunlaşa bilməyib. Yunanlar, romalılar, farslar, ərəblər, türklər və s. öz qanlarının
izlərini heç vaxt orada saxlaya bilməmişlər. Orada rast gəlinən yeganə tip, cizgiləri ilə
dəyişməz qalan həmin fəllahdır – misirli rəssamlar onu yeddi min il bundan əvvəl
firon sərdabələrində və saraylarında naxışlarla həkk ediblər.
Avropanın tarixi xalqlarının əksəriyyəti hələ yaranma ərəfəsindədirlər və bu
faktın özü, tarixi başa düşmək üçün çox mühümdür. Yalnız bir tək müasir ingilis,
özlüyündə tam müəyyənləşmiş mükəmməl irqi təmsil edir. Yeni, olduqca birnövlü tipi
yaratmaq üçün ona qədim bretan, anqlosaks və normandiyalı qarışıb. Fransada isə
əksinə, provanslı bretandan, overntsdən və normandiyalıdan tamamilə fərqlənir.
Baxmayaraq ki, hələ fransızın orta tipi mövcud deyil, ən azı məlum vilayətlərin orta
tipləri mövcuddur. Təəssüflər olsun ki, həmin tiplər, ideya və xarakterlərinə görə
kəskin fərqlənirlər. Buna görə, onların hamısı üçün eyni dərəcədə faydalı ola bilən
təsisatlar tapmaq çətindir. Onların hisləri və dinləri arasında olan dərin fərqlər və
buradan qaynaqlanan siyasi çevrilişlər başlıca olaraq, ruhi xüsusiyyətlərlə bağlı
fərqlər üzərində dayanır, gələcəkdə onları aradan qaldırmaq mümkün ola biləcək.
Nə vaxt ki, şərait müxtəlif irqləri eyni ərazidə birgə yaşamağa məcbur edib,
həmişə belə olub. Bir-birilə təmasda olan irqlər nə qədər fərqli olublarsa, çəkişmə və
downloaded from KitabYurdu.org


daxili müharibələr də həmişə intensivliyi ilə seçilib. Aralarındakı uyğunsuzluq ifrat
həddə olduqda, onları eyni təsisatlar, eyni qanunlar altında yaşamağa məcbur etmək
tamamilə mümkünsüz olur. Müxtəlif irqlərdən təşəkkül tapan böyük imperiyaların
tarixi həmişə eyniyyət təşkil edib. Onlar çox vaxt öz baniləri ilə birlikdə qeyb olublar.
Müasir millətlərdən yalnız hollandlara və ingilislərə özlərindən tamamilə fərqlənən
asiya xalqlarını əsarətləri altına almaq nəsib olub, çünki onlar bu xalqların adət və
ənənələrinə, qanunlarına hörmətlə yanaşmağı bacarıblar, onlara əslində
özünüidarəetmə imkanı veriblər və vergi yığımı, ticari əlaqələr və sülhün qorunması
işlərində öz iştiraklarını isə məhdudlaşdırıblar.
Bu nadir istisnaları çıxmaq şərti ilə bir-birinə uyğun gəlməyən xalqları birləşdirən
bütün böyük imperiyalar, yalnız zor gücünə yaradıla bilər və elə güc yolu ilə də məhvə
məhkumdular.
Millətin təşəkkülü və uzun müddət yaşaması üçün onun, aramla, bir-birindən elə
də kəskin fərqlənməyən, daim öz aralarında çarpazlaşan, eyni ərazidə yaşayan, eyni
mühitin təsiri altında olan, eyni təsisatlar və eyni dinə malik olan irqlərin tədricən bir-
birinə qarışması lazımdır. Bu müxtəlif irqlər yalnız o zaman, bir neçə əsrdən sonra
yekcins milləti formalaşdıra bilərlər.
Dünya qocaldıqca irqlər daha çox dayanıqlı olur və onların bir-birinə qarışması
yolu ilə dəyişməsi çox nadir hallarda baş verə bilir. Dünya yaşa dolduqca, bəşəriyyət
hiss edir ki, irsi yük necə də ağırlaşır və dəyişikliyin baş verməsi getdikcə çətinləşir.
Avropaya gəldikdə, demək mümkündür ki, onun üçün tarixi irqlərin formalaşması
erası yaxın vaxtlarda başa çatacaq.
İkinci bölmə
İRQLƏRİN PSİXOLOJİ ƏLAMƏTLƏRİ SİVİLİZASİYALARIN MÜXTƏLİF
ÜNSÜRLƏRİNDƏ NECƏ AŞKAR OLUNUR
I fəsil
XALQLARIN TARİXİ XARAKTERİN NƏTİCƏSİ KİMİ
Xalqın tarixi həmişə onların ruhi xarakterinin nəticəsi olaraq ortaya çıxır. –
Müxtəlif nümunələr. – Fransanın siyasi təsisatları irqin xarakterindən doğur. –
Onların həqiqi dəyişməzliyi zahirən görünən dəyişkənlikdir. – Bizim ən fərqli siyasi
partiyalarımız müxtəlif cür adlansalar da eyni siyasi məqsədlər güdürlər. –
Mərkəzləşmə və şəxsi təşəbbüslərin aradan qalxması, dövlətin xeyrinədir. – Fransız
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə