Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

onlara təsir edirsə, bu yalnız heç bir iradəsi olmayan və nəticə etibarilə itələndikləri
tərəfə meyil edən etinasız, xasiyyətcə mülayim olanlarda baş verə bilər. Belə mülayim
xasiyyətlilərə ayrı-ayrı fərdlər arasında rast gəlinir, lakin bütöv xalq arasında buna çox
nadir halda rast gəlmək olar, əgər belə bir xalq varsa da, deməli, bu, onların ən
tənəzzül dövrlərini yaşadıqlarını göstərir.
Ağlın kəşfi bir xalqdan digərinə çox asanlıqla ötürülə bilir. Xarakterin keyfiyyəti
isə ötürülə bilmir. Bu, dəyişilməz, başlıca elementlərdir, ali xalqların psixoloji
xüsusiyyətini fərqləndirməyə imkan verir. Kəşflər ağla minnətdardılar, bütün
bəşəriyyətin ümumi sərvətidilər; xarakterin üstünlükləri və ya çatışmazlıqları isə hər
bir xalqın müstəsna sərvətidir. Bu, dalğaların əsrlər ərzində hər gün sarsılmaz
qayalığa çırpılaraq onun cizgilərini yonmasına bənzəyir; o, növün spesifik əlamətinə,
balığın üzgəcinə, quşun dimdiyinə, yırtıcının dişinə uyğun gəlir. Xalqın tarixinin
inkişafını onun ağlı yox, xarakteri müəyyən edir. Xarakterin təsirini həmişə tamamilə
zəif hadisənin görünən şıltaqlıqlarında və ya olduqca əzəmətli taledə axtarmaq
lazımdır, o, müxtəlif şəriətlərə görə, insanların əməllərinə rəhbərlik edir.
Xarakter insan həyatına təsir edən ən güclü amildir, amma ağlın təsiri əsil
həqiqətdə çox zəifdir. Romalılar tənəzzül dövründə kobud əcdadları ilə müqayisədə
daha incə ağla sahib idilər, lakin onlar xarakterlərinin əvvəlki keyfiyyətini itirmişdilər:
səbatlılıq, enerji, yenilməz mətanət, ideallar uğrunda özünü qurban verə bilmək,
qanunlara olan toxunulmaz hörmət, əcdadların əzəməti ilə yaradılmışdı. 60 minlik
ingilis 250 milyon hindlini yalnız xarakterləri sayəsində öz hakimiyyətləri altında
saxlaya bilirdi, halbuki, onlardan çoxu ağılca demək olar ki, bərabər səviyyədə idilər,
bəziləri isə estetik zövqlərinə və fəlsəfi dünyagörüşlərinin dərinliyinə görə hətta
ingilislərdən də üstün idilər. Yalnız xarakterləri sayəsində ingilislər tarixin indiyə
qədər tanıdığı ən nəhəng müstəmləkə imperiyasının başında durublar. Cəmiyyət, din
və imperiyalar ağla deyil, xarakterə söykənirlər. Xarakter xalqlara hiss etmək və
fəaliyyət göstərmək imkanı verir. Onlar müzakirə etmək və yaxud həddən çox
düşünməklə heç vaxt qələbə qazana bilməyiblər.
Peşəkar psixoloqların işlərinin fövqəladə dərəcədə zəif alınması və praktiki
maraqlarının əhəmiyyətsizliyinin əsas səbəbi, özlərini bütünlüklə zəkanın
öyrənilməsinə həsr etmələri və xarakterin öyrənilməsini isə tamamilə kənara
qoymaları ilə əlaqədardır. Tanıdıqlarımdan təkcə Ribo, öz əsərində bu məsələyə
toxunub, xarakterin əhəmiyyətindən söz açıb və etiraf edib ki, xarakter mənəvi
inkişafın həqiqi təməlini təşkil edir, amma təəssüflər olsun ki, o, buna cəmi bir neçə
səhifə yer ayırıb. “Ağıl – “College France”nin elm xadimi, professoru tamamilə əsaslı
olaraq yazır – psixoloji təkamülün yalnız ikinci dərəcəli formasıdır. Onun əsas tipi
xarakterdir. Ağıl isə həddən çox inkişaf eləyəndə həmişə məhvə aparır”.
Mən burada sübut etməyə çalışacağam ki, əgər xalqların psixologiyaları ilə
müqayisəli şəkildə tanış olmağı arzu edirlərsə, onda hər şeydən öncə xarakterin
öyrənilməsinə başlasınlar. Fakt odur ki, bu cür mühüm elm sahəsi (çünki tarix və
siyasət ondan qaynaqlanır) heç vaxt tədqiqat obyekti olmayıb, əgər bizə məlum
olmasaydı ki, bu elmi nə laboratoriyalar, nə də kitablar vasitəsilə əldə oluna bilir,
yenə də tamamilə anlaşılmaz qalardı, onu yalnız uzun sürən səyahətlər vasitəsilə
öyrənmək mümkündür. Yeri gəlmişkən, heç nə əsas vermir deyəsən ki, onunla çox
downloaded from KitabYurdu.org


tezliklə peşəkar psixoloqlar məşğul olacaq. Onlar hazırda, vaxtilə özlərinə aid olan bu
sahə ilə məşğul olmağı bir kənara qoyub, özlərini anatomik və fizioloji tədqiqatlara
həsr ediblər. Beynin anatomiyasını öyrənmək, mikroskop altında hüceyrələri tədqiq
etmək, həvəs və reaksiyanı bir-birinə bağlayan qanunları öyrənmək, bütün bunlar
ümumi fiziologiyaya aiddir, həm insana, həm də qurbağaya eyni dərəcədə xasdır,
lakin o, bizim növün müxtəlif tiplərinin psixoloji xüsusiyyətinin dərk olunması üçün
tətbiqindən kənarda qalır. Ona görə də Pollakın bu yaxınlarda çapdan çıxmış “Les
caracteres” adlı maraqlı tədqiqat əsərini və ümumilikdə, bu tip əsərləri təşviq
etməmək mümkün deyil.
Əməyimizin həcmi çox məhdud olsa da, bütün hallarda onlar bizə xarakterin
xalqların taleyini hansı dərəcədə müəyyən etdiyini daha aydın nümunələrdə
göstərməyə imkan yaradır. Mən bütün tarixi, görünmə dərəcəsinə baxmayaraq, irqin
psixoloji xüsusiyyəti formalaşdıqda, demək olar ki, növün anatomik əlamətləri kimi
möhkəm əlamətlərə malik olması ilə bağlı başqa örnəklər də gətirəcəyəm.
İrqin psixoloji xüsusiyyətindən onların dünya və həyat haqqındakı bilikləri
formalaşır, eləcə də davranışları və nəhayət, tarixləri. Zahiri cisimləri məlum,
təəssürat üsulu ilə dərk etməklə, hər bir fərd hiss edir, düşünür, amma bunu
mükəmməl surətdə, əla psixoloji xüsusiyyətə malik olanların hiss etdiklərindən,
düşündüklərindən fərqli şəkildə edir. Bundan məlum olur ki, tamamilə müxtəlif
tiplərə uyğun qurulan psixoloji təsisatlar, tam qovuşmaya çata bilmir.
İrqlərin əsrlər boyunca bir-biri ilə toqquşması, başlıca olaraq onların
xarakterindəki barışmazlıqla bağlıdır.
Əgər müxtəlif irqlərin eyni cür hiss etmədikləri, düşünmədikləri, eyni cür hərəkət
etmədikləri və bir-birlərini başa düşmədikləri, daim nəzərə alınmazsa, onda tarixdən
heç nə anlaşıla bilməz. Şübhəsiz ki, müxtəlif xalqların dillərində ümumi sözlər var,
onları sinonimlər adlandırırlar, lakin bu ümumi sözlər onları eşidənlərdə oxşar
olmayan hislər, ideyalar və təfəkkür üsulu oyadır. Psixoloji xüsusiyyətləri bizimkindən
hissolunacaq dərəcədə fərqlənən xalqlar arasında dərin uçurumu başa düşmək üçün,
onlarla birlikdə yaşamaq lazımdır. Bunu, hətta onların sırasından yalnız bizim dildə
danışa bilənlər və bizim tərbiyəni alanlarla öz ölkəmizdə də etmək mümkündür.
Uzaq səyahətlərə çıxmadan da sivilizasiyalı kişi və qadın arasında mövcud olan
dərin psixoloji fərqləri qeyd etməklə, hətta qadının daha savadlı olması halında belə,
bu barədə bəzi təsəvvürləri tərtib etmək olar. Onlar ümumi maraqlara, ümumi
hislərə malik ola bilərlər, lakin onlarda heç vaxt oxşar ideya assosiasiyası ola bilməz.
Onlar əsrlər boyu öz aralarında bir-birlərini başa düşmədən danışırlar, çünki mənəvi
orqanizmləri müxtəlif tiplərə uyğun qurulduğundan, zahiri şeyləri eyni cür qavraya
bilməzlər. Təkcə məntiqlərində olan fərq kifayətdir ki, onların arasında keçilməz bir
uçurum yaransın.
Elə müxtəlif irqlərin psixoloji xüsusiyyətləri arasındakı bu uçurumun özü izah edir
ki, ali xalqlar niyə primitiv xalqları öz sivilizasiyalarına daxil etməyə, heç vaxt məcbur
edə bilmirlər. Geniş yayılmış belə bir fikir də var ki, təhsil bu işin öhdəsindən gələ
bilər – bu, təmiz zəka nəzəriyyəçilərinin nə vaxtsa yaratdıqları ən qəmgin
xəyallarından biridir. Şübhəsiz ki, təhsil yaddaş sayəsində – ən primitiv varlıqlar belə
ona malikdilər və o, insanın müstəsna imtiyazını təşkil etmir – bəşəriyyət silsiləsinin
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə