Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   2   3   4   5   6   7   8   9   ...   81

Şəhərlər, müstəsna vətən anlayışı baxımından hərbi qüdrət nöqteyi-nəzərinə
görə, çox zəif olsalar da, sivilizasiyanın inkişafına nisbətdə, əksinə, hədsiz güclü
olublar. Vətən ruhuna nisbətən yığcam olan şəhər ruhu bəzən daha bəhrəli olur.
Afina – qədimdə, Florensiya və Venesiya – orta əsrlərdə, elə də çoxsaylı olmayan
insan toplumunun, sivilizasiyanın hansı dərəcəyədək yüksələ biləcəyinin bariz
nümunəsidir.
Kiçik şəhər və əyalətlər uzun zaman müstəqil həyat sürdükdə, sonda o dərəcədə
möhkəm ruha malik olurlar ki, onların qonşu şəhər və ya əyalətlərlə birləşərək milli
ruhu formalaşdırması, demək olar ki, mümkünsüz olur. Hətta belə bir birləşmə alınsa
belə, məlum olacaq ki, təmas elementləri olduqca uyğunsuz gəlir və bu uyğunluğun
alınması nəinki bir günün, hətta bütöv bir əsrin işi deyil. Bu işi başa çatdırmaq üçün
Rişelye və Bismarklara ehtiyac duyulur. Lakin hətta bu cür adamlar da həmin işi yalnız
uzun zaman ərzində görülən hazırlıqlardan sonra yekunlaşdıra bilirlər. Əlbəttə,
hansısa bir ölkə, tutaq ki, İtaliya xüsusi şəraitdən yararlanmaqla dərhal vahid
dövlətdə birləşə bilər, amma bu onun həm də milli ruha yiyələnəcəyi demək deyil,
belə düşünmək kökündən səhvdir. Mən İtaliyada pyemontları, venesiyalıları,
romalıları və sair aydın görür, lakin hələ orada italyanları sezə bilmirəm.
İndi gördüyümüz irq, baxmayaraq ki, yekcinsdir və ya deyil, yalnız bir faktın
gücünə əsasən çoxdan tarixə sivilizasiyalı irq kimi düşə bilər, amma ona həmişə təbii
yox, süni irq kimi baxmaq lazım gələcək. Təbii irqləri hazırkı dövrdə yalnız vəhşilərdə
tapmaq olar. Yalnız onlarda bütün qatqılardan təmiz xalqları, müşahidə etmək olar.
Sivilizasiyalı irqlərin böyük əksəriyyəti indiki dövrdə yalnız tarixi irqlərdir.
Biz indi həmin irqlərin necə təşəkkül tapması ilə məşğul olmaq fikrində deyilik.
Onlar təbiətən və yaxud tarixən təşəkkül tapıblar, bu, mühüm deyil. Bizi
maraqlandıran uzun çəkən keçmişin onlarda hansı xüsusiyyətləri yetişdirməsidir.
Yüzilliklər ərzində eyni şəraitdə yaşayaraq və irsən əxz etməklə, bu xüsusiyyətlər,
sonda olduqca dayanıqlılıq qazanıblar və hər bir xalqın tipini müəyyənləşdiriblər.
II fəsil
İRQLƏRİN XARAKTER
DƏYİŞKƏNLİYİNİN HƏDDİ
Sən demə, qaydaları irqlərin sabitliyi deyil, onların xarakterinin dəyişkənlikləri
təşkil edirmiş. – Bu görünüşün əsası – əsas cizgilərin dəyişməzliyi və ikinci
dərəcəlilərin isə dəyişkənliyidir. – Heyvan növlərinin psixoloji xüsusiyyətlərinin
assimilyasiyası dəyişilməz və dəyişilən əlamətləri ilə. – Mühit, şərait, tərbiyə ikinci
dərəcəli psixoloji əlamətlərə təsirini göstərir. – Xarakterin gizli imkanları. – Müxtəlif
dövrlər tərəfindən təqdim edilən nümunələr. – Terror adamları. – Görəsən, başqa
zamanlarda onlar nə ola bilərdilər. – İnqilablara baxmayaraq, milli xarakterlər necə
olur ki, dəyişilməz qalır. – Müxtəlif nümunələr. – Nəticə.
Yalnız sivilizasiyaların inkişafını diqqətlə öyrənməklə, irqlərin psixoloji
xüsusiyyətlərinin sabitliyini müəyyən etmək olar. İlk baxışda, ümumi qaydalar, demə,
downloaded from KitabYurdu.org


onun sabitliyi yox, dəyişkənlikləri imiş. Xalqların tarixi həqiqətən, bəzən belə güman
etməyə əsas verir ki, onların ruhu zamanla olduqca tez və həm də əhəmiyyətli
dəyişikliklərə uğrayır. Sizə elə gəlmirmi ki, məsələn, Kromvel zamanının ingilis
xarakteri ilə müasir ingilis xarakteri arasında mühüm fərqlər var? Sizə görə, müasir
italyan, Benvenuto Çellinin memuarlarında təqdim etdiyi coşqun və qəzəbli insandan
daha ehtiyatlı və hiyləgər deyilmi? Çox uzaqlara getməyib, Fransa sərhərdləri ilə
kifayətlənməyə çalışaq. Bir neçə əsr və ya bəzən hətta bir neçə il ərzində fransızların
xarakterində nə qədər gözlə görünən dəyişikliklər baş verib. Hansı tarixçi XVII və XVIII
əsrlərin xarakterləri arasında fərqləri qeyd etməyib ki? Və bizim günlərdə: sizə elə
gəlmirmi ki, sarsılmaz Konvent üzvləri ilə Napoleonun sözəbaxan qullarının
xarakterləri arasında uçurum mövcuddur? Baxmayaraq ki, eyni insanlar idilər və bir
neçə il ərzində görün onlar nə qədər dəyişiblərmiş.
Bu dəyişikliklərin səbəblərini izah etmək üçün biz, ilk növbədə xatırlamalıyıq ki,
psixoloji növ, anatomik növ kimi kiçik saylı, əsas dəyişilməz xüsusiyyətlərdən təşkil
olunub və onların ətrafında dəyişilən, daimi olmayan ikinci dərəcəli əlamətlər
qruplaşır. Hər hansı bir heyvanın görünən strukturunu dəyişdirən maldar və ya
hansısa bitkinin zahiri görünüşünü o dərəcədə, təcrübəsiz gözün onu çətinliklə tanıya
biləcəyi formada düzəldən bağbanın elədikləri, həmin növlərin əsas xüsusiyyətlərinə
zərrə qədər də təsir göstərmir. Bu onların yalnız ikinci dərəcəli əlamətlərinə təsir edir.
İncəsənətin bütün cidd-cəhdlərinə baxmayaraq, əsas xüsusiyyətlər həmişə yeni
nəsildə özünü büruzə verir.
Psixoloji təsisatların da lap anatomik növlərin əlamətləri kimi dəyişilməyən əsas
xüsusiyyətləri var. Lakin bununla yanaşı, onlar həm də çox yüngül dəyişilə bilən ikinci
dərəcəli xüsusiyyətlərə də malikdilər. Bu, sonuncular isə mühiti, şəraiti, tərbiyə və
müxtəlif faktorları asanlıqla dəyişdirə bilirlər.
Həmçinin yaddan çıxarmaq olmaz ki (həm də bu, çox mühümdür) psixoloji
təsisatlarımızda biz xarakterin bütün mümkün təmayüllərinə malikik, hansı ki, şərait
onların üzə çıxmasına heç də həmişə imkan vermir. Əgər onlar təsadüf nəticəsində
tətbiq ediliblərsə, həmin andaca az və ya çox dərəcədə keçici, yeni şəxsiyyət təşəkkül
tapır. Nəhəng dini və siyasi böhranlar zamanı xarakterdə müşahidə olunan sarsıntılar,
elə məhz bununla izah olunur, sanki hər şey dəyişikliyə uğrayıb: adətlər, ideyalar,
davranışlar və s.
Həqiqətən də hər şey, sanki fırtınadan sonra sakitləşmiş göl səthinə bənzəyir,
lakin çox nadir hallarda olur ki, bu, uzun müddət çəksin.
Xarakterdəki bu təmayüllərin gücü, məşhur, qeyri-adi hadisələr nəticəsində
hərəkətə keçir, nəhəng dini və siyasi böhranların görkəmli xadimləri özümüzlə
müqayisədə - biz özümüzü zavallı, rəzil qismində görürük – azman kimi görünürlər.
Halbuki onlar da bizim kimi adi adamlar idi lakin şərait hamının xaraktercə malik
olduğu təmayülləri onlarda hərəkətə gətirmişdi. Elə “konventin nəhənglərini”
götürək, hərbiləşdirilmiş Avropaya meydan oxurcasına baxırdılar və öz rəqiblərini
sadə ziddiyyətə görə gilyotin altına göndərirdilər. Mahiyyətcə onlar da bizim kimi
hörmətli və sülhpərvər sakinlər idilər. Adi vaxtlarda çox güman ki, özlərini
idarələrindəki kabinetlərinin divarları arxasında çox sakit və yekrəng aparırdılar.
Müstəsna hadisələr, adi vaxtlarda tətbiq olunmadan qalan, beyinlərdəki bəzi
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə