Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   2   3   4   5   6   7   8   9   ...   81

Naturalistlər növləri necə təsnif edirlər. – Onların metodlarının insana tətbiq
olunması. – İnsan irqlərinin müasir təsnifatının zəif tərəfi. – Psixoloji təsnifatın
əsasları. – İrqlərin orta tipi. – Hansı dərəcəyə qədər müşahidə etməyə imkan verilir. –
İrqin orta tipini müəyyən edən psixoloji faktorlar. – Əcdadların və bilavasitə
valideynlərin təsiri. Məşhur irqin bütün fərdlərinin malik olduğu ümumi psixoloji
nailiyyətlər. – Ölən nəsillərin müasir nəslə nəhəng təsirləri. – Bu təsirlərin riyazi
əsasları. – Kollektiv ruh ailədən kəndə, şəhərə və əyalətə necə yayılır. – Şəhərin bir
vahid tam kimi formalaşmasından ortaya çıxan üstünlüklər və təhlükələr. – Kollektiv
ruhun formalaşmasını mümkünsüz edən şərait. – Məsələn, İtaliya. – Orada təbii irqlər
öz yerlərini tarixi irqlərə veriblər.
Naturalistlər növlərin təsnifatını irsiyyət tərəfindən ötürülən düzgünlük və
daimilik kimi məşhur anatomik xüsusiyyətlərin iştirakı ilə əsaslandırırlar. Biz isə artıq
bilirik ki, bu xüsusiyyətlər irsi olaraq toplanılan, müşahidə edilə bilməyən
dəyişikliklərin təsiri ilə dəyişikliyə uğrayırlar. Lakin qısa tarixi zaman mərhələsindən
baxdıqda, demək mümkündür ki, növlər dəyişilməzdir.
Naturalistlərin təsnifat metodlarının insana tətbiqi, çox sayda, tamamilə yeni
tiplərin meydana çıxmasına imkan verdi. Dərinin rəngi, kəllənin forma və həcmi kimi
yalnız anatomik əlamətlərə əsaslanaraq, insan nəslinin bir çox müxtəlif növlərdən
təşkil olunduğunu və ehtimal ki, müxtəlif cür törəndiyini öyrənmək mümkün oldu.
Mifoloji ənənələrə ehtiramla yanaşan alimlər üçün bu növlər irqlərdən daha
əhəmiyyətli mahiyyət daşımır. Lakin kiminsə əsaslı surətdə dediyi kimi, “əgər, zənci
və qafqazlı ilbiz olublarsa, onda bütün zooloqlar bir nəfər kimi təsdiq edərlər ki, onlar
tamamilə müxtəlif növlərdəndilər, heç vaxt bir, yəni eyni cütlükdən törəyib, ayrıla
bilməzdilər”.
Bizim təhlilə aidiyyəti olan, bu anatomik xüsusiyyətlər onların yalnız ümumi, çox
kobud bölmələri ehtimal olunur. Onların müxtəlifliyi yalnız insan növlərində üzə çıxır
və bir-birindən kəskin şəkildə fərqlənirlər, məs, ağlar, zəncilər və sarılarda olduğu
kimi. Lakin xalqlar öz zahiri görünüşlərinə görə bir-birinə çox bənzəyirlər, amma onlar
bir-birlərindən öz hissiyyat və fəaliyyətlərinə görə və nəticə etibarilə, öz
sivilizasiyaları, etiqadları və incəsənətləri ilə kəskin fərqlənə bilərlər. İspan, ingilis və
ərəbi bir qrupda birləşdirmək olarmı? Onların arasında olan psixoloji fərqlər hamının
gözünə girmirmi və bütün bu fərqlər onların tarixlərinin hər səhifəsindən bizə
boylanmırmı?
Məşhur xalqların müxtəlif elementlərə təsnifatı üçün, anatomik
xüsusiyyətlərindəki çatışmazlıqlara, məsələn, dil, etiqad və siyasi təsisatlar, istinad
etmək istəyirlər, ancaq belə təsnifatlar ciddi tənqidlərə dözmür. Vaxtı çatanda biz
görəcəyik ki, bir çox xalqlar yad dilləri, etiqad və təsisatları o dərəcə də dəyişdiriblər
ki, assimilyasiyaya uğrayıblar, deməli, həm də onların ruhi tərzi ilə razılaşıblar.
Anatomiya, dillər, mühit, siyasi qruplar təsnifat üçün əsas verə bilməyəndə, bunu
bizə psixologiya verir. Sonuncu təsdiq edir ki, hər bir xalqın təsisat, incəsənət, etiqad
və siyasi çevrilişlərinin arxasında məşhur əxlaq və intellektual xüsusiyyətləri dayanır,
onların təkamülü doğur. Elə bu xüsusiyyətlər də, belə adlandırsaq, yekun olaraq irqin
ruhunu formalaşdırır.
downloaded from KitabYurdu.org


Hər bir irq özünün anatomik orqanizmi ilə yanaşı, həm də dayanıqlı psixoloji
orqanizmə malikdir. Bunlardan ikincisi beynin quruluşundan asılıdır ki, buna da şübhə
etmək belə, mümkün deyil. Lakin elm hələ o dərəcədə inkişaf etməyib ki, onun
mexanizminin detallarını göstərə bilsin, bu səbəbdən, biz onun əsasından yapışa
bilmirik. Bununla belə, onunla yaxından tanışlıq heç bir halda psixoloji orqanizmin
təsvir olunmasını dəyişdirə bilməz, çünki ondan əmələ gəlir və bizə müşahidə
imkanları yaradır.
Əxlaqi və intellektual xüsusiyyətlərin məcmusu xalqın ruhunu əks etdirir,
özlüyündə onun bütün keçmişini, bütün əcdadlarının irsini və davranışını
şövqləndirən səbəbləri sintez edir. Həmin irqdən olan ayrı-ayrı fərdlərdə bunlar üzün
cizgiləri kimi dəyişkəndilər; lakin müşahidələr göstərir ki, bu irqdən olan fərdlərin
əksəriyyəti həmişə müəyyən sayda ümumi psixoloji xüsusiyyətlərə malikdilər, lap
növlərin təsnifatındakı möhkəm dayanıqlı anatomik xüsusiyyətlər kimi. Bu
sonuncular, psixoloji xüsusiyyətlər, irsən, düzgün və daimi olaraq yenidən hasil edilir.
Ümumi psixoloji xüsusiyyətlərin bu aqreqatı əsaslı olaraq milli xarakter
adlandırılan bir şeyi təşkil edir. Onların məcmusu xalqı müəyyən etməyə imkan verən
orta tipi təşkil edir. Təsadüfən götürülmüş min fransız, min ingilis və min çinli, əlbəttə
ki, bir-birindən fərqlənəcək. Amma onlar öz irqlərindən əxz etdikləri gücə malikdirlər,
onun əsasında fransız, ingilis və çinlinin ideal tipini yaratmaq mümkündür, lap
naturalist, ümumi cizgilərdə it və atı təsvir etdiyi kimi. İt və atların müxtəlif növlərinin
oxşar təsviri, hamısı üçün ümumi olan əlamətləri birləşdirə bilər, lakin o fərqləri yox
ki, bunların vasitəsilə onların çoxsaylı cinslərini fərqləndirmək mümkün olsun.
Əgər irq çox qədimdirsə, deməli, yekcinsdir, belədə onun orta tipi daha aydın
müəyyənləşir ki, müşahidəçinin beynində daha tez möhkəmlənsin.
Yad xalqa baş çəkəndə, etiraf edək ki, bizi heyrətləndirən, getdiyimiz ölkə
əhalisinin ümumi xüsusiyyətləridir, çünki təkrarlanan yalnız bu xüsusiyyətlərdir.
Fərdlərə görə fərqlər nadir hallarda təkrarlanırlar, bu səbəbdən də
diqqətimizdən yayınırlar. Tezliklə biz nəinki ilk baxışdan ingilis, italyan, ispana xas
olan əxlaqi və intellektual xüsusiyyətləri – bu onların əsas cizgilərini təşkil edir və bir
qədər irəlidə biz ondan danışmışdıq – müşahidə edirik. İngilis, qaskoniyalı,
normandiyalı, flamand bizim ağlımızda artıq müəyyən tipə uyğun gəlir, onları
asanlıqla təsvir edə bilərik. Təsvirin ayrıca götürülmüş fərdə tətbiqi mümkündür ki,
kafi dərəcədə olmasın, bəzən hətta yanlış da ola bilər. Lakin təsvirin həmin irqin
fərdlərinin əksəriyyətinə tətbiqi, onun ən düzgün təsvirini verir. Beynin qeyri-iradi
fəaliyyəti, onun köməyilə hər hansı bir xalqın fiziki və psixoloji tipi müəyyən edilir,
tamamilə oxşar metod ilə naturalistə növləri təsnif etməyə imkan verir.
Hər hansı bir irqin fərdlərinin əksəriyyətinin bənzər psixoloji təşkilatları, çox sadə
fizioloji əsaslara malikdir. Hər bir fərd, əsl həqiqətdə təkcə öz valideynlərinin
bilavasitə məhsulu deyil, həm də öz irqinin, yəni əcdadlarının bəhrəsidir. Elm adamı,
iqtisadçı Şeyson hesablayıb ki, Fransada əgər bir yüzilliyə üç nəsil hesablasaq,
istənilən minillik üçün hər birimizin damarlarında ən azı 20 milyon müasirimizin qanı
axır... “Eyni ərazidən, eyni vilayətdən olan əhali yeri gəlsə, ümumi əcdadlara
malikdirlər, oxşar gildən düzəldiliblər, eyni nişanəni daşıyırlar və daim uzun və ağır
zəncirlə geriyə, orta tipə doğru çəkilirlər, çünki əslində, onlar həmin zəncirdə yalnız
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə