Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   2   3   4   5   6   7   8   9   ...   81

hüceyrələri hərəkətə gətirdi və onlar nəsillərin anlaya bilməyəcəyi azman fiqurlara
çevrildilər. Yüz il sonra Robespyer şübhəsiz ki, öz keşişi ilə yaxın dost olan, vicdanlı
dünya hakimi ola bilərdi; Fukye Tenvil ola bilsin ki, öz həmkarlarından daha çox
sərtliyi və adamlarla münasibətdə peşəsi ilə bağlı təkəbbürlülüyü ilə seçilən
məhkəmə müstəntiqi ola bilərdi ki, onu cinayətkarları izləmək bacarığına görə çox
yüksək qiymətləndirə və paxıllığını çəkə bilərdilər; Sen-Jüst öz rəisləri tərəfindən
hörmət edilən əla məktəb müəllimi ola bilərdi və çox yəqin ki, xidmətlərinə görə sülh
simvolu sayılan akademik palma budağı ilə təltif oluna bilərdi. Bununla belə,
öncəgörmələrimizin qanuniliyinə şübhə etməmək üçün, Napoleonun hələ bir-birinin
başını qoparmağa macal tapmayan zalım terrorçulara nə etdiyinə baxmaq kifayətdir.
Onların böyük əksəriyyəti dəftərxana rəisləri, müəllimlər, hakim və ya prefekt
oldular. Yuxarıda qeyd etdiyimiz, tufanın qaldırdığı dalğalar sakitləşdi və
həyəcanlanmış göl yenidən öz rahat görünüşünü aldı.
Hətta ən qarmaqarışıq, şəxsiyyətlərdə ən qəribə dəyişikliklərə gətirib çıxaran
dövrlərdə, çox asanlıqla irqin əsas cizgilərinin yeni formalarını tapmaq mümkündür.
Məgər, yakobinçilərin sərt mərkəzçi, müstəbid və istibdad rejimi, əsl həqiqətdə on
beş əsr ərzində fransızların ruhlarında dərin kök salmış mərkəzçi və istibdadçı
monarxiyadan çoxmu fərqlənirdi? Bütün inqilablardan sonra latın xalqlarında həmişə
sərt rejimlər meydana çıxır, bu sağalmaz tələbat idarə olunmalıdır, çünki o, bir növ
özündə irqlərin instinktlərinin sintezini ifadə edir. Bonapart yalnız özünün məşhur
qələbələri hesabına hökmdar olmamışdı. O, respublikanı diktaturaya çevirdiyi
dönəmdə irqin irsi instinktləri hər gün özünü daha güclü, daha intensivliyi ilə
göstərməyə başlamışdı və əgər həmin topçu zabit olmasaydı belə, başqa bir
avantürist ortaya çıxacaqdı. Əlli il ötəndən sonra onun adından varisin ortaya çıxması,
bütöv bir xalqın səsini almaq üçün kifayət etdi, çünki xalq azadlıqdan əziyyət çəkirdi
və qul olmağa can atırdı. Napoleonu Napoleon edən brümer deyil, xalqın ruhu idi,
demək olar, özü könüllü olaraq onun dəmir dabanı altına gedirdi.
“Onun ilk sehrli işarəsi ilə, – deyə Ten yazırdı – fransızlar itaətə məcbur edildilər
və təbii halda hüzura gəldilər; aşağı təbəqə – kəndlilər və əsgərlər – heyvan sadiqliyi
ilə; ali təbəqə – əyanlar və məmurlar – isə bizans yaltaqlığı ilə. Respublikaçılar
tərəfindən – heç bir müqavimət olmadı; əksinə, o, məhz bu sıradan olanların içindən
özünün ən yaxşı idarəçilərini tapa bildi: senatorlar, deputatlar, dövlət şurasının
üzvləri, hakimlər, hər növdən olan inzibatçılar. Həmin andaca azadlıq və bərabərlik
moizələri ilə o, onların müstəbidlik instinktlərini, əmr etmək yanğılarını, tabeçilik
qaydasında kimlərisə sıxışdırmaq istəklərini və bundan əlavə onların çoxunda pula və
eyş-işrətə olan iştahalarını təxmin etdi. İctimai Xilas Komitəsinin nümayəndəsi və
hansısa nazir və yaxud İmperiya prefekti arasında çox kiçik fərq var: eyni insandır,
lakin müxtəlif kostyumlardadır, əvvəl inqilabçı, sonra isə məmur mundirində”.
Əgər mühit insana bu qədər böyük təsir göstərirsə, bunun əsas səbəbi onun
əlavə və müvəqqəti xüsusiyyətlərlə və ya yuxarıda qeyd etdiyimiz kimi, xarakterin
gizli təmayülləri ilə bağlılığıdır. Əsl həqiqətdə, dəyişikliklər o qədər də dərin deyil. Ən
sülhpərvər insan belə aclığın təsiri altında qızğınlıq dərəcəsinə gəlib çata, bu da onu
istənilən cinayətə gətirib çıxara bilər, bəzi hallarda isə həmin şəxs öz yaxınlarını belə
downloaded from KitabYurdu.org


məhv edə bilər. Buna istinad edərək, demək olarmı ki, onun adi xarakteri qəti şəkildə
dəyişilib?
Sivilizasiyaların yaratdığı şərait bəzilərini var-dövlətə, sərvətə və digər qüsurlara
və bunların da öz növbəsində qarşısıalınmaz təsirlərinə gətirib çıxarır, digərlərində isə
böyük tələbatlar yaratsa da, onların ödənilməsi üçün vasitələr vermir, bu ümumi
narazılıqlara və narahatlıqlara gətirib çıxarır ki, o da öz növbəsində davranışa öz
təsirini göstərir və hər cür çevrilişlərə yol açır. Lakin həmin narazılıqlarda,
çevrilişlərdə həmişə irqin əsas cizgiləri də ortaya çıxır. Birləşmiş Ştatlardan olan
ingilislər nə vaxtsa öz aralarında baş verən çəkişmələr zamanı, daxili müharibələrə
sərf etdikləri həmin inadkarlıqlarını, qarşısıalınmaz enerjilərini, bu gün şəhərlərin,
universitet və fabriklərin salınmasına sərf edirlər. Xarakter dəyişilməyib. Yalnız onun
tətbiq edildiyi mövzu dəyişilib.
Xalqların psixoloji xarakterinə təsir göstərən müxtəlif amilləri bir-birinin ardınca
tədqiq edə-edə, biz qeyd edə bilərik ki, onlar xarakterin əlavə, müvəqqəti tərəflərinə
təsirini göstərir. Lakin həmin amillər xalqların əsas cizgilərinə heç vaxt toxunmur və
ya onlarla yalnız çox zəif irsi ehtiyatlar yolu ilə təmas edə bilirlər.
Bu deyilənlərdən belə nəticəyə gəlmək olmaz ki, irqin psixoloji xüsusiyyətləri
ümumiyyətlə, heç bir dəyişikliyə məruz qalmır. Amma anatomik əlamətlərdə olduğu
kimi onlar çox yüksək dayanıqlığa malikdilər. Məhz irqin ruhunun bu dayanıqlığının
nəticəsi olaraq, onlar əsrlər ərzində tədricən dəyişikliyə uğrayırlar.
III fəsil
İRQİN PSİXOLOJİ İYERARXİYASI
Psixoloji təsnifat anatomik təsnifata uyğun elə də çox olmayan dəyişilməz və
əsas cizgilərə əsaslanır. – İnsan irqinin psixoloji təsnifatı. – İbtidai irqlər. – Primitiv
irqlər. – Orta irqlər. – Ali irqlər. – Bu təsnifatı müəyyən edən psixoloji elementlər
qruplaşması. – Daha çox əhəmiyyətlilik daşıyan elementlər. – Xarakter. – Əxlaq. –
Zəka keyfiyyətləri tərbiyə vasitəsilə dəyişilə bilər. – Xarakterin keyfiyyəti daimidir və
hər bir xalqın dəyişilməz elementini təşkil edir. – Tarixdə onların rolu. – Primitiv xalqı
yüksək sivilizasiyanı qəbul etməyə məcbur etməyin mümkünsüzlüyünün səbəbləri.
Təbiət elmləri sahəsində növlərin təsnifatı üçün təməl qurduqdan sonra, çəkilən
zəhmət ona görə asanlaşır ki, dəyişilməz və nəticə etibarilə, hər bir növü müəyyən
edən əsas əlamətlər, elə də çoxsaylı deyil. Onların sıralanması həmişə bir neçə sətir
yer tutur. Bu ona görə belədir ki, əsil həqiqətdə naturalist yalnız dəyişilməz
əlamətlərlə məşğul olur, müvəqqəti olanlara heç bir diqqət ayırmır. Buna
baxmayaraq, həmin əsas əlamətlər, labüd olaraq bir sıra digər əlamətləri də öz
ardınca çəkib aparır.
İrqin psixoloji əlamətləri ilə də eyni şey baş verir. Təfərrüatlara varsaq, onda bir
xalq ilə digərinin, bir fərd ilə digəri arasında saysız-hesabsız, çox incə fərqləri
müşahidə edə bilərik. Lakin bütün diqqəti əsas əlamətlərə yönəltsək, etiraf etmək
lazım gələcək ki, hər bir xalq üçün onların sayı elə də çox deyil. Bu, azsaylı əsas
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə