A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
30 iyun 2016-cы il № 37-40 (9043)
2
(Əvvəli 1-ci səhifədə)
Dinamik mövqeləşdirmə sis-
temi gəminin hərəkətvericilərin-
dən aktiv istifadə edərək, onun
mövqeyini və kursunu avtomatik
rejimdə tam nəzarət altında saxla-
mağa imkan verir. DP-2 trenajo-
ru dəniz əməliyyatlarında iştirak
edən gəmi sürücülərinin hazırlan-
masında çox böyük rola malikdir.
Bu simulyator dənizçilərə yüksək
səviyyəli təlim keçməyə imkan
verəcək.
Daha sonra tədbir iştirakçıları
Azərbaycan Xəzər Dəniz Gəmi-
çiliyinin inzibati binasında yeni
yaradılmış muzey ekspozisiyası
ilə tanış oldular. Muzeydə nüma-
yiş etdirilən fotoşəkillər Azərbay-
can Xəzər Dəniz Gəmiçiliyinin
nəqliyyat və neft donanmalarının
zənginləşməsi üçün Ümummilli
Liderimiz Heydər Əliyevin danıl-
maz xidmətlərindən, eləcə də Ulu
Öndərin layiqli davamçısı, möh-
tərəm Prezitentimiz İlham Əliye-
vin dəniz nəqliyyatına qayğı və
diqqətindən bəhs edir. Ekspozi-
siyada həmçinin Azərbaycanda
gəmiçiliyin tarixi və inkişafı, hə-
yatını dənizlə bağlayan insanlar
haqqında materiallar təqdim olu-
nur. Bu materialları daha geniş
formatda muzeydə quraşdırılmış
müasir informasiya texnologiya-
ları avadanlığı vasitəsilə də iz-
ləmək mümkündür.
Daha sonra dənizçilərin peşə
bayramı münasibətilə Gəmiçili-
yin akt zalında tədbir keçirildi.
Tədbir Azərbaycan Respublika-
sının Dövlət Himninin səsləndi-
rilməsi ilə başladı. Azərbaycan
Respublikasının Dövlət Dəniz
Administrasiyasının rəisi Qüdrət
Qurbanov dənizçiləri peşə bay-
ramları münasibətilə təbrik etdi,
son illər dəniz nəqliyyatında əldə
olunan uğurlardan, həyata keçi-
rilən tədbirlərdən söz açdı. Qeyd
etdi ki, Ümummilli Lider bu çətin
və şərəfli peşə sahiblərinə daim
diqqət və qaygısını əsirgəməyib.
Dahi Öndərimizin başladığı iş-
ləri onun siyasi varisi, Prezident
İlham Əliyev layiqincə davam
etdirir. Bu gün dəniz nəqliyyatı
dövlətin xüsusi diqqətində olan
prioritet sahələrdəndir.
“Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” Qapalı Səhmdar Cə-
miyyətinin sədri Rauf Vəliyev
geniş məruzə ilə çıxış edərək, son
illərdə aparılan islahatlardan, gö-
rülən işlərdən danışdı. Bildirdi ki,
Gəmiçiliyin rəhbərliyi qarşıya qo-
yulan vəzifələri yerinə yetirmək
üçün Xəzərdə və Xəzərdənkənar
hövzələrdə rəqabətədavamlı və
beynəlxalq standartlara uyğun
dəniz xidmətləri göstərən nü-
fuzlu və çevik gəmiçilik şirkəti
qurmaq, kommersiya baxımın-
dan səmərəli fəaliyyəti təmin et-
mək, Azərbaycanın beynəlxalq
nəqliyyat və logistika mərkəzinə
çevrilməsinə əhəmiyyətli töhfə
vermək, gəmiçilik sahəsində yük-
səkixtisaslı yerli kadrların forma-
laşmasına nail olmaq əzmindədir.
Bu istiqamətdə artıq xeyli iş gö-
rülüb.
“Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” Qapalı Səhmdar Cə-
miyyəti yaradıldığı gündən köklü
islahatlar və struktur dəyişiklik-
ləri aparılıb, maliyyə hesabatları-
nın hazırlanması üzrə beynəlxalq
standartlara uyğun qaydada, Gə-
miçilikdə SAP sisteminin mo-
dulları tətbiq edilib, Mərkəzi
Dispetçer Sistemi, Elektron Tə-
chizat Sistemi, Vahid korporativ
kompyuter şəbəkəsi yaradılıb.
Eyni zamanda, gəmilərin sahillə
rabitəsinin optimallaşdırılması
üçün tədbirlər görülüb, gəmilər-
də elektron xəritələr tətbiq olu-
nub.Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi beynəlxalq miqyasda
tanınmış şirkətlərlə daimi əmək-
daşlıq edir. Belə ki, KSƏTƏMM
(Keyfiyyət, sağlamlıq, əməyin
təhlükəsizliyi və ətraf mühitin
mühafizəsi) idarəetmə siste-
mi Amerika Gəmiçilik Bürosu
(ABS) tərəfindən audit olunub,
nəticədə Gəmiçiliyə və onun gə-
milərinə İSO-9001, İSO-14001,
OHSAS-18001 və İSO-50001
üzrə 5 illik sertifikatlar, Azərbay-
can Dövlət Dəniz Akademiyasına
isə Keyfiyyətin idarə edilməsi
sistemi (İSO 9001:2008) üzrə 3
illik sertifikat təqdim edilib.
“Ernst & Young” şirkəti bey-
nəlxalq standartlara uyğun ha-
zırlanmış maliyyə hesabatlarının
və Davamlı inkişaf haqqında he-
sabatın auditini həyata keçirərək
müsbət rəy verib, “Fitch Rating”
şirkəti ilə Gəmiçiliyə kredit rey-
tinqinin alınmasına dair əmək-
daşlıq sahəsində uğurlu iş aparı-
lıb.
Rauf Vəliyev Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyində
Gənclər və kadr siyasətindən,
AXDG-nin Xəzərdə aparıcı
mövqeyinin qorunub saxlanılma-
sı istiqamətində atılan addımlar-
dan, Xəzərdənkənar fəaliyyətin
bərpası və donanmaların yenilən-
məsindən ətraflı söhbət açdı, qar-
şıda daha əhəmiyyətli vəzifələrin
durduğunu vurğuladı. Qeyd etdi
ki, Azərbaycan Xəzər Dəniz Gə-
miçiliyi ilk növbədə dəniz nəq-
liyyatına dövlətimizin dəstəyinə,
xüsusilə də möhtərəm Prezidenti-
miz İlham Əliyevin daimi diqqə-
tinə güvənir. Son dövrdə imza-
lanmış Fərman və Sərəncamlar
strateji əhəmiyyət daşıyır. Belə
ki, Xəzər Dəniz Gəmiçiliyinin
inkişaf istiqamətlərinin müəyyən
edilməsi, 2016-2020-ci illərdə
Azərbaycan Respublikasında gə-
miçiliyin inkişafına dair Dövlət
Proqramının hazırlanması ölkə
rəhbərliyinin diqqət mərkəzində
olmaqla yanaşı, Gəmiçilik qarşı-
sında qlobal vəzifələr qoyur. Bu
gün Xəzər regionunda bir sıra
irimiqyaslı beynəlxalq layihələr
həyata keçirilir. Şərq-Qərb, elə-
cə də Şimal-Cənub istiqamət-
lərində nəqliyyat dəhlizlərinin
inkişafına yönəlmiş bu layihələr
– Bakı-Tbilisi-Qars dəmir yolu,
Azərbaycanla İran arasında dəmir
yolu xəttinin tikintisi, Xəzərdə ən
böyük Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının tikintisinin
yekunlaşdırılması, Azərbaycanın
«Viking» layihəsinə qoşulma-
sı Gəmiçilik üçün yeni hədəflər
müəyyənləşdirir.
Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi qarşıda
duran bütün məqsədlərə nail ol-
maq və yeni uğurlara imza atmaq
üçün tam gücü ilə çalışır.
Çıxışının sonunda “Azərbay-
can Xəzər Dəniz Gəmiçiliyi” Qa-
palı Səhmdar Cəmiyyətinin sədri
Rauf Vəliyev bir daha dənizçiləri
peşə bayramı münasibətilə təbrik
etdi, onlara işlərində uğurlar ar-
zuladı.
Mərasimdə “Rusiya Dəniz
Registri Azərbaycanda” QSC-nin
sədri Şaban Quliyev və başqala-
rı son illərdə dəniz nəqliyyatının
inkişafında müşahidə edilən müs-
bət dəyişikliklərdən və müasir
tendensiyalardan danışdılar.
Əməkdə fərqlənənlərə “Də-
nizçi günü” münasibəti ilə “Də-
niz Donanmasının fəxri işçisi”
döş nişanları təqdim olundu.
Sonda tədbir iştirakçılarına
Azərbaycan Xəzər Dəniz Gə-
miçiliyinin fəaliyyəti və inkişafı
haqqında korporativ film nüma-
yiş etdirildi.
“DƏNİZ”
Hörmətli həmkarlar!
Sizi “Dənizçi günü” peşə
bayramı münasibətilə səmi-
mi-qəlbdən təbrik edir, sizə
uzun ömür, möhkəm cansağlı-
ğı, müstəqil Azərbaycanımızın
tərəqqisi naminə çətin və şərəfli
fəaliyyətinizdə yeni-yeni nailiy-
yətlər arzulayıram.
Möhtərəm Prezidentimiz İl-
ham Əliyevin müvafiq Sərən-
camları ilə 25 iyun - “Dənizçi
günü” peşə bayramının təsis
edilməsi də, “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” Qapalı Səhm-
dar Cəmiyyəti yaranandan sonra
hər il peşə bayramı ərəfəsində
bir qrup dəniz nəqliyyatı işçisi-
nin Vətənin yüksək mükafatları
ilə təltif olunması da sizin fəda-
kar əməyinizin həm də dövlət
tərəfindən layiqincə qiymətlən-
dirilməsinin bariz nümunəsidir.
Ölkə başçısının 2016-cı il
iyunun 24-də imzaladığı Sərən-
camlarla dəniz nəqliyyatın-
da səmərəli əmək fəaliyyətlə-
rinə görə Gəmiçiliyin 9 işçisi
“Tərəqqi” medalı ilə təltif edil-
miş, 1 nəfər “Əməkdar mühən-
dis” fəxri adına layiq görülmüş, 2
nəfərə isə Azərbaycan Respubli-
kası Prezidentinin fərdi təqaüdü
verilmişdir. Bayram sevincimizə
sevinc qatan bu Sərəncamları
Gəmiçiliyin bütün kollektivinin
əməyinə verilən yüksək qiymət
kimi dəyərləndiririk.
Bayramdan ötən bir il kol-
lektivimizin bütün üzvlərinin
eyni məqsəd uğrunda çalış-
ması sayəsində “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyəti üçün uğurlu
oldu. AXDG-nin Xəzərdə apa-
rıcı mövqeyi möhkəmləndiril-
di, Xəzərdənkənar fəaliyyətinin
genişləndirilməsi istiqamətində
mühüm addımlar atıldı. Donan-
malarmız dövlətin dəstəyi ilə
yanaşı, həm də daxili imkanları-
mız hesabına alınan və daha ge-
niş texniki imkanlara malik yeni
gəmilərlə zənginləşdirildi.
Bildiyiniz kimi, Azərbay-
can Xəzər Dəniz Gəmiçiliyinin
xarici sularda fəaliyyəti məhz
Cəmiyyət yaranandan sonra,
2014-cü ildə “Üzeyir Hacıbəyli”
və “Natəvan” gəmilərinin alın-
ması ilə bərpa olunub, 2015-ci
ildən nəqliyyat donanmamızın
“Qaradağ”, “Teymur Əhmədov”
və “Maestro Niyazi” gəmiləri
də Qara və Aralıq dənizlərində
üzür.
Cari ilin aprelində yeni gə-
milərin sevincini yaşadıq.Ru-
siyada inşa edilən və dedveyti
5490 ton olan “Rəsul Rza”, “Şair
Vaqif”, “Şair Sabir”, “Hüseyn
Cavid”, “General Aslanov”,
“Qafur Məmmədov” quru yük
gəmiləri artıq Qara dəniz, Ara-
lıq dənizi və digər hövzələrdə
yükdaşıma əməliyyatlarına cəlb
edilib. Yeni alınan bu teploxod-
ların hesabına Xəzərdənkənar
hövzələrdə işləyən gəmilərimi-
zin sayı 11-ə çatdırılıb.
Aprelin 22-də isə Bakı Gə-
miqayırma Zavodunda “Azər-
baycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin
sifarişi ilə inşa edilən 3 ədəd
80 nəfərlik sərnişin gəmisinin
- “Üfüq”, “Zəfər” və “Turan”ın
istismara verilməsi mərasimi ke-
çirildi. Mərasimdə dövlət başçı-
mızın iştirakı bizə hədsiz sevinc
bəxş etməklə yanaşı, həm də
cavabdeh olduğumuz işlər üçün
məsuliyyət hissimizi qat-qat ar-
tırdı.
Əminəm ki, müstəqil Azər-
baycanı qətiyyətlə daha xoşbəxt
gələcəyə aparan dövlət başçı-
mızın hər sahədə mütərəqqi si-
yasətini dəstəklədiyinizi bundan
sonra da əməli işinizlə sübut
edəcək, müqəddəs üçrəngli bay-
rağımızı yaxın-uzaq ölkələrin
sularında böyük iftixarla dalğa-
landıracaq, yük daşınmasında,
Xəzərdə neft və qaz istehsalında
yüksək dəniz nəqliyyatı xidmət-
ləri göstərilməsində çiyninizə
düşən vəzifələri layiqincə yerinə
yetirəcəksiniz.
Sizə aydın səma, uğurlu
səfərlər arzulayıram.
Bayramınız mübarək!
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev
dənizçiləri peşə bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:
DƏniZ nƏqliYYATI işÇilƏRi
PeşƏ BAYRAMlARInI qeYD eTDilƏR
25 iYUn “DƏniZÇi Günü” iDi