A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
30 iyun 2016-cы il № 37-40 (9043)
7
1,7 kiloMeTRlik
GöYDƏlƏn
Yaponiyalı mühəndislər dünyanın ən
hündür göydələnini inşa etməyə hazırla-
şırlar. Tikintisinin 2045-ci ildə tamamlan-
ması planlaşdırılan layihə çərçivəsində
inşa ediləcək 1,7 kilometr hündürlüyündə
olacaq göydələn hələ ki, dünyanın ən
yüksək binası sayılan Dubaydakı məşhur
“Bürc-Xəlifə”dən iki dəfə böyük olacaq.
“independent.co.uk” saytı xəbər verir
ki, 2045-ci ildə tamamlanması nəzərdə tu-
tulan meqalayihə çərçivəsində 1,7 kilometr
hündürlüyü olacaq göydələn isə “Sky Mile
Tower” adlandırılacaq.
YARIZARAfAT,
YARIGeRÇƏk
qəribədir, “Malış”la böyüyənlərin də
ağzından çox vaxt süd iyi gəlir.
vallah, heç nə bilməsəm də, onu yax-
şı bilirəm ki, ağıl olanda ancaq və ancaq
başda olur.
Yalansız məqsəd olsa da, məqsədsiz
yalan olmur.
Başqalarının da uğuruna sevin ki, ən
azı sevincin həmişə bol olsun.
Güc ... biclikdədir?
eh, qarın, qarın... Təkcə qardaşdan
irəli deyilmişsən.
Çörəyimizin duzu var e... Sadəcə,
çörəyimizi yeyənlərin adamlığı yoxdur.
Çox adamın çörəyinin daşdan çıxması
o demək deyil ki, daşda yaxşı pul var.
Gəmidə oturmayanlar da gəmiçilərlə
niyə dalaşsınlar?
ermənilər hara desən, gələ bilərlər.
Amma ağıla çətin ki, gəlsinlər.
Badalağın birini ən ucuz neçəyə vu-
rurlar?
hər yalanın öz diapazonu var.
Torpaq baha olduğu üçün çox adam
əməllərinə görə utanıb yerə girmir?
keçdi o günlər. Adamı göydə oxuyur-
dular.
Dilinin bəlasına düşən bəladan dilə
düşənlərdən çoxdur.
“halal” kolbasası halalla haramın
fərqini bilməyənlər üçündür?
fəxrlə ... əslini dananlar var.
Yaxşı adam olduğumu mən də bilirəm.
Amma ayı hardan bilsin? xüsusən ac
olanda...
Maraqlıdır, öz adlarını düzgün yaza
bilməyənlər o boyda yalanları necə qu-
raşdırırlar?
Yüz fikir bir borcu ödəmirsə, bu, o
demək deyil ki, borcunu qaytarmaq barə-
də düşünməyəsən.
Görəsən indiki “məsləhətli donlar”
niyə bu qədər dar olur?
Yəqin ət ucuz olmadığı üçün yaxşı
adamlara daha quzu kəsmirlər.
Sudan quru çıxa bilməyənin quruda
da işi həmişə yaş olur.
ilk baxışdan sevgi yoxdur? Pula əksə-
riyyət ilk baxışdan vurulur ki?!
hirs, başı olmayan adamların hara-
sından vurur?
Dostun nə qədər çox olsa, düşmənin o
qədər az sevinəcək.
həqiqətdən sənin, yalandan mənim
xoşum gəlmirsə ortaq məxrəcə necə gələ
bilərik?
Bütün müharibələr qarın davasının
böyümüş formasıdır.
Gücün sözü sözün gücündən güclü
olan yerdə dil ölür.
Göyçəklərin içində ən pis ağzıgöyçək-
lərdir.
qapını örtməyənlər nə vaxtsa quyru-
ğu qapı dalında qalanlardır?
Baxmağa bir şey olmadığı üçün ada-
ma dəvə nalbəndə baxan kimi baxırlar?
keçəlliyin xeyri də var. Tüklərin hey-
rətdən heç vaxt biz-biz durmur.
Arabir “qurd ürəyi” də yemək lazım-
dır.
Ən çox ... adamlıqdan uzaq adamlar-
dan uzaq ol.
Səbri çox olanın səhvi az olar.
Düzü olmayanın həmişə qalın üzü
olur.
Yalan orucu batil edir?! elə isə çox
adamın oruc tutmasına nə ehtiyac?!
“hırnan-zırı” qanmayana nə işarə?
hamı özünü haqlı sayanda saymağa
bir şey olmaz.
Duzlu olan şeylərdən ancaq və ancaq
duzlu söhbətin xeyri var.
Ən yaxşı xəmir nə qədər su aparır?
Deyəsən həyat ən çox aktyor yetişdirir.
kor olmayanlar niyə mərifət sarıdan
korluq çəkirlər?
Yaxşı ki, ömür əbədi deyil. Yoxsa pis
adamlara həmişə dözmək olar?
Rasif TAHİROV
İran İslam Respublikası zəngin tarixi keçmişi
ilə xarici turistləri cəlb edən ölkələrdən biridir.
Buradakı tarixi abidələr avropalı turistlər üçün
olduqca maraqlıdır.
Belə tarixi abidələrdən biri də İsfahan şəhərinin
mərkəzindən axan Zayəndə çayı üzərindəki tarixi
Si o se pol körpüsüdür (“pol” sözü fars dilindən
tərcümədə körpü deməkdir. Si o se pol isə 33 arkası
olan körpü kimi tərcümə edilir).
Bu körpü Səfəvi dövlətinin şahənşahı II Şah
Abbas tərəfindən tikdirilib. Körpünün tikintisinə
1599-cu ildə başlanılıb və 1602-ci ildə başa çatdı-
rılıb. Uzunluğu 300 metr, eni 14 metr olan körpü-
nün tikintisini II Şah Abbas Gürcüstan əsilli vəziri
Allahverdi xana tapşırmışdır. Vəzir İranda, Azər-
baycanda və Gürcüstanda fəaliyyət göstərən tanın-
mış memarları dəvət edərək körpünü xüsusi zövqlə
tikdirib. Belə ki, 33 arkadan ibarət olan körpü yal-
nız çayı keçmək üçün deyil, həm də istirahət üçün
nəzərdə tutulub. Körpünün üstündə bir neçə otaq
inşa edilib ki, bunların birindən çayın suyunun ar-
tıb azalmasını müşahidə etmək üçün istifadə edilib.
Otaqlardan biri xüsusi olaraq şahənşahın, digərləri
isə saray əyanlarının gəzinti zamanı istirahəti üçün
tikilib. Otaqların şəhərə və çaya baxan pəncərələri
var.
Müasir dövrdə bu körpü turistlərlə yanaşı, yerli
əhalinin də gəzinti və istirahət yeridir. Gecələr kör-
pünün işıqlandırılması olduqca maraqlıdır və bura
İsfahan gənclərinin sevdiyi məkanlardandır.
Rabil Kətanov
R
amazanda oruc məhz Allahın buyru-
ğunu yerinə yetirib Onun rizasını qa-
zanmaq üçün tutulur. Oruc tutmaq hər
bir müsəlman üçün vacibdir, çünki oruc islamın
beş fərzindən biridir. Ramazana əbəs yerə on bir
ayın sultanı demirlər. Bütün müqəddəs kitablar,
o cümlədən Qurani-şərif bu ayda nazil olmuşdur.
Allahın sonuncu elçisi Məhəmməd salavatullaha
peyğəmbərlik bu ayda verilmişdir. Müsəlmanlar
Məkkəni bu ayda fəth etmişlər. Savab cəhətdən
min aydan daha xeyirli olan Qədr gecəsi bu aya
təsadüf edir.
İnsanlar islamdan əvvəl də oruc tutmuşlar, yəni
Oruc islamın zühuru ilə başlamamışdır. Qurani-kə-
rimdə deyilir: “Ey iman gətirənlər! Oruc tutmaq
sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə
də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllər-
dən çəkinəsiniz!.. (Oruc tutmaq) sayı müəyyən
olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə
və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa
günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqə-
ti olmayanlar isə (hər günün əvəzində) bir yoxsu-
lu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs
könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də
fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bil-
səniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”.
(Bəqərə,183-184).
Uca Yaradan möminlərə oruc tutmağı buyur-
maqla onları pis əməllərdən çəkindirir. Oruc insan-
da, hər şeydən əvvəl, nəfsə hakim olmaq vərdişi
aşılayır, eləcə də səbir, iradə və təmkin tərbiyə edir.
Ramazan ayında oruc tutmağı buyuran Tanrı insanı
sınağa çəkir: varlı kasıbın sosial vəziyyətini anlayır,
ona münasibətdə xeyirxah olmağın vacibliyini yadı-
na salır. Eyni zamanda orucun böyük əxlaqi-mənə-
vi, sosial əhəmiyyəti var. Hədisi-şərifdə deyilir ki,
“oruc sipərdir”, yəni müsəlmanı pis əməllərdən qo-
ruyan gizli silahdır.
Orucluq ayında möminlər düşmənçiliyə,
umu-küsüyə son qoymalı, bir-birinə münasibətdə
mərhəmətli olmağı, bir-birini bağışlamağı bacarma-
lıdırlar. Allah-təala oruc tutmağı buyurmaqla bütün
insanların mehriban şəraitdə yaşamasının zərurili-
yini xatırladır. İlin bir ayı ərzində müsəlmanlar eyni
cür qidalanır, eyni cür həyat tərzi keçirir, nəfsini,
şəhvətini cilovlamaq məcburiyyətində qalırlar ki,
bu da hər bir insan, bütövlükdə cəmiyyət üçün ol-
duqca vacibdir.
Allah-təala bəndəsinə faydalı olmayan heç
nəyi əmr etməz! Orucda böyük ilahi hikmət var.
Peyğəmbərimiz Məhəmməd salavatullah buyur-
muşdur: “Oruc tutun ki, sağlam olasınız!” Qədim
zamanlardan oruc insan sağlamlığını möhkəmlət-
mək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii
vasitə kimi nəzərdən keçirilir. Hələ islamdan çox-
çox əvvəl böyük mütəfəkkirlər müəyyən müddət
ac qalmağı, yəni oruc tutmağı tövsiyə etmişlər. Elə
müasir dövrdə də oruc vasitəsilə bir çox xəstəliklərə
əlac tapmaq mümkün olur. Bu gün həkimlər təs-
diqləyirlər ki, oruc tutmaq hamı üçün, hətta sağlam
adamlar üçün həyati zərurətdir. İnsan qida qəbul
edərkən, nəfəs alarkən həm də külli miqdarda toksin
maddə qəbul edir. Bu zərərli maddələri bədəndən
oruc tutmaqla kənarlaşdırmaq mümkündür. İnsan
oruc tutarkən mədə, bağırsaqlar, qaraciyər və həzm
prosesində iştirak edən digər orqanlar istirahət edir.
Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxa-
rır. Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın
cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr
yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqaniz-
minin elə bir üzvü yoxdur ki, orucun müsbət təsi-
rinə məruz qalmasın.
Qeyri-müsəlman ölkələrində aparılmış və on
minlərlə xəstəni əhatə etmiş araşdırmalar sübut et-
mişdir ki, oruc bir çox digər xəstəliklərin, o cümlə-
dən yüksək qan təzyiqinin, qaraciyər, dəri xəstəlik-
lərinin, xüsusilə allergiya və xroniki ekzemanın və
s. müalicəsinə kömək edir. Bundan başqa, oruc bir
çox insanların əziyyət çəkdiyi köklükdən və onun
doğurduğu xəstəliklərdən qurtulmaq üçün təsirli
vasitədir. Eyni zamanda oruc pis vərdişləri (siqa-
retə, narkotik maddələrə bağlılıq və s.) tərgitməyə
kömək edir.
Beləliklə, insan oruc tutmaqla həm ruhunu, həm
də bədənini tərbiyə edir. Axı sağlam ruh yalnız sağ-
lam bədəndə olur!
Orucluq ayı başa çatanda isə bütün müsəlman
dünyası Ramazan bayramını qeyd edir. Hər bir
müsəlman üçün bir ay oruc tutmaq fərz olduğu
kimi, Ramazan bayramında fitrə zəkatı vermək də
vacibdir. Hədisi-şərifdə deyilir ki, Allah bəndəsin-
dən tələb olunan fitrə verilməyənədək Ramazan
ayında tutulmuş oruc Yerlə göy arasında asılı qalır.
Müsəlman fitrə zəkatını bəxş etdiyi nemətlərə
görə Uca Yaradana şükür etmək, bayram günü ka-
sıbları sevindirmək, oruc vaxtı buraxılmış səhvlər-
dən təmizlənmək üçün verir. Fitrəni yalnız imkanlı
müsəlmanlar çıxarmalıdırlar. Ailə sahibi ailənin hər
bir üzvünün adından fitrə verməlidir.
Vaxtilə fitrə buğda, arpa, xurma, düyü, kişmiş
və s. ərzaq məhsullarından adambaşına təxminən 3
kiloqram həcmində ödənilirdi. Zaman keçdikcə ka-
sıblara və ehtiyacı olanlara münasibətdə göstərilən
bu xeyirxahlıq başqa formalar da almışdır. İndi
fitrəni pul şəklində də verirlər. Əslində, bu, daha
münasibdir. Belə ki, fitrəni pul kimi qəbul edən
şəxs onu öz ehtiyaclarına uyğun şəkildə xərcləmək
imkanı əldə edir. Özü də fitrə yalnız halal maldan
verilməlidir.
Fitrə bayram namazı başlayanadək çıxarılmalı-
dır. Əks təqdirdə, bu, fitrə hesab olunmur, adi sə-
dəqə sayılır. Fitrəni bayramdan bir-iki gün əvvəl də
çıxarmaq olar.
Çıxarılan fitrə ilk növbədə ehtiyacı olan qohum-
lara, qonşulara, tanışlara, eləcə də digər insanlara
verilir. Fitrə bir kasıbın azı birgünlük qida ehtiyacı-
nı ödəməlidir. İmkanlı müsəlmanlar daha çox fitrə
çıxarıb savab qazanırlar. Özü də bir şəxsin fitrəsi bir
kasıba da verilə bilər, bir neçə kasıb arasında da bö-
lünə bilər.
Ramazan bayramının fəzilətləri təkcə fitrə çıxar-
maqla məhdudlaşmır. Bayram günlərində müsəl-
man ailələrində şənlik əhval-ruhiyyəsi hökm sürür.
Uşaqlara hədiyyələr verilir, qonşular, dostlar bir-bi-
rinə qonaq gedir, bayram sovqatları aparırlar. Qo-
hum-əqrəba bir yerə toplaşır, bayramı birlikdə qeyd
edirlər. İncikliklər aradan qaldırılır, küsülülər barı-
şırlar.
Ramazan bayramı həm də müsəlmanların həm-
rəyliyini, birliyini, onların arasında qarşılıqlı anlaş-
manı möhkəmlədən mühüm hadisədir. Bayramın
davam etdiyi günlərdə insanlar bir-birinə qəlbən
daha yaxın olur, bayram sevincini bölüşürlər.
Bütün müsəlman dünyasında olduğu kimi,
etiqad azadlığı təmin edilən ölkəmizdə də Ramazan
bayramı yüksək səviyyədə qeyd edilir. Bayram mü-
nasibətilə iki gün qeyri-iş günü elan edilir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
“Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir.
Eyni zamanda, öz milli və dini ənənələrinə sadiq
olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi
dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ra-
mazan ayı bütün dövrlərdə Azərbaycan xalqının
qəlbində yaşamışdır. Sadəcə olaraq, müstəqillik
əldə etdikdən sonra bu bayram rəsmi bayram kimi
qeyd edilir”.
Mübarək Ramazan ayında Tanrıya edilən dualar
daha tez qəbul olunandır. Gəlin, işğal altında olan
torpaqlarımızın düşmən tapdağından azad edilməsi,
Azərbaycanımızın tərəqqisi, daha da qüdrətlənməsi
üçün dua edək! Allah orucunuzu və müqəddəs ayda
edəcəyiniz duaları qəbul eləsin! Amin!
Tahir DADAŞOV
33 ARkADAn iBARƏT olAn köRPü
YAlnIZ ÇAYI keÇMƏk üÇün DeYil, hƏM
DƏ iSTiRAhƏT üÇün nƏZƏRDƏ TUTUlUB
on BiR AYIn SUlTAnI