A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
30 iyun 2016-cы il № 37-40 (9043)
6
“Transneft”: “Sənaye təhlükəsizliyi
tələblərinin pozulması faktlarına görə
11 inzibati işin başlanmasına baxmaya-
raq, vəziyyət daha pisləşib”.
Rusiyanın “Transneft” şirkəti krimi-
nal vəziyyətlə əlaqədar Mahaçqala-No-
vorossiysk marşrutu ilə nəql olunan nef-
tin həcminin azaldığını və Mahaçqala
limanındakı “Daqnefteprodukt” termi-
nalına boşaldılan zaman neftin həcmində
itkilərin qeydə alındığını bildirib.
Şirkətin yaydığı məlumatda bildiri-
lir ki, yaranmış vəziyyət Xəzər neftinin
Rusiya infrastrukturundan keçən ixrac
kanallarının bağlanmasına və mühüm
tranzit kanalının itirilməsinə gətirib çıxa-
ra bilər.
Məlumatda deyilir ki, neftin tankerlərdən
“Daqnefteprodukt” terminalına boşaldılma-
sından sonra yaranan itkilər və problemlərlə
bağlı yük sahiblərindən “Transneft”in ün-
vanına mütəmadi olaraq müraciətlər daxil
olur: “Neftin çənlərə (“Daqnefteprodukt”
terminalının çənlərinə - redaktor.) boşaldıl-
ması zamanı, itkilərin həcmi, qüvvədə olan
normativlərə əsasən, 0,2 faizi keçməməli-
dir. Türkmənistandan yük göndərənlər qeyd
edirlər ki, 2013-cü ildə itkilərin həcmi 0,69
faiz, 2014-cü ildə - 0,84 faiz, 2015-ci ildə -
0,44 faiz, 2016-cı ilin birinci rübündə isə ar-
tıq 1,43 faiz təşkil edib”, - deyə şirkət qeyd
edib.
“Daqnefteprodukt” terminalının çənlərin-
dən neft daha sonra “Çernomortransneft”ə
(“Transneft”ə daxildir) təhvil verilərək ma-
gistral neft boruları sisteminə nəql edilir. La-
kin, 2016-cı ilin mayında Türkmənistandan 5
min ton neft qəbul edən “Daqnefteprodukt”
terminalı həmin həcmi “Transneft”in siste-
minə təhvil verməkdən imtina edib. Hazırda
“Daqnefteprodukt” yükün sahibini terminalın
çənlərində “ölü” qalıqların əmələ gəlməsinə
dair aktı imzalamağa məcbur etməyə çalışır”,
- deyə məlumatda bildirilir.
Bundan başqa, “Transneft” “Daqnef-
teprodukt”dan nefti təhvil alan zaman onun
tərkibində xlorlu duzların konsentrasiya
göstəricilərinin və suyun həddindən artıq
yüksək olduğunu qeydə alıb.
“Yalnız 2016-cı ilin birinci rübü ərzində
“Daqnefteprodukt”un çənlərindən kondisi-
yaya uyğun olmayan neftin qəbulu 16 dəfə
dayandırılıb. 2015-ci il ərzində isə 50-dək
analoji hal qeydə alınıb”, - deyə məlumatda
bildirilir.
“Rostexnadzor” tərəfindən yoxlamalar
keçirilərək, sənaye təhlükəsizliyi tələblərinin
pozulması faktlarına görə 11 inzibati işin baş-
lanmasına baxmayaraq, vəziyyət daha pislə-
şib.
“Nəticədə,
Mahaçqala-Novorossiysk
marşrutu ilə nəql olunan neftin həcmi azalır.
“Lukoyl” 2013-cü ildən Mahaçqala limanın-
dan neftin nəqlini iki dəfə azaldaraq, həcm-
ləri Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə
yönəldib. Türkmənistan istehsalçıları da
Mahaçqala limanından neftin nəqlini dayan-
dırmaq niyyətində olduqlarını bildiriblər”, -
deyə “Transneft”in açıqlamasında bildirilir.
“Daqnefteprodukt” Səhmdar Cəmiyyə-
tindəki kriminal vəziyyət və respublikanın
inzibati qurumlarının fəaliyyətsizliyi, faktiki
olaraq, Xəzər neftinin Rusiya Federasiya-
sının dövlətə məxsus yeganə infrastrukturu
vasitəsilə ixrac marşrutunun bağlanmasına
gətirib çıxarır.
Tranzit kanalının itirilməsi isə neftin po-
tensial həcmlərinin Bakı-Tbilisi-Ceyhan və
Gürcüstan limanlarına yönəldilməsinə gəti-
rib çıxaracaq”, - deyə “Transneft”in açıqla-
masında bildirilir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ümumdünya
Qaçqınlar Günü münasibətilə yaydığı hesabata görə, 2015-ci ildə
dünyada qaçqın, məcburi köçkün və sığınacaq axtaran insanların
sayı 65,3 milyon nəfər olub.
Hələ 2011-ci ildə BMT dünyadakı qaçqınların sayının 42,5 mil-
yona çatdığını elan etmişdi. Cəmi beş il keçməsinə baxmayaraq bu
kədərli rekordu daha böyük rəqəmlə yeniləmək lazım gəlib. Hesa-
batda bildirilir ki, planetimizdə hər 113-cü insan qaçqınlıq həyatı
yaşamağa məcburdur və cəmi bir il ərzində qaçqınların sayı 12,4
milyon çoxalıb. Yeni qaçqın kütləsinin yarıdan çoxu cəmi üç ölkə-
nin payına düşür: Suriya (4,9 milyon nəfər), Əfqanıstan (2,7 milyon
nəfər) və Somali (1,1 milyon nəfər).
Türkiyə artıq ikinci ildir ki, ən çox qaçqın qəbul edən ölkələr
siyahısında ilk yerdə durur. Bu ölkəyə pənah gətirən qaçqınların sayı
2,5 milyondan artıqdır.
Ekspertlərin rəyincə, “soyuq müharibə” dövründən qalmış və
həllini gözləyən münaqişələr, eləcə də son illərdə alovlanan yeni mü-
naqişə ocaqları və vətəndaş müharibələri qaçqınların sayının sürətlə
artmasının əsas səbəbləridir.
Təkcə bu yaxınlarda bir həftə ərzində
ən azı, 880 miqrant və qaçqın Aralıq dəni-
zini keçmək istərkən dənizdə boğulub. Bu
barədə Birləşmiş Millətlər Təşkilatının
qaçqınlar üzrə agentliyi bildirib. Böyük
Birtaniyanın “The Guardian” media qu-
rumu yazır ki, dənizdə boğulanların sayı
ilə bağlı rəqəm İtaliyaya aparılan sağ
qalmış qaqçınlarla müsahibə nəticəsində
müəyyənləşdirilib.
Birləşmiş Millətlər Təşkilatının qaçqınlar
üzrə agentliyi tərəfindən o da qeyd edilib ki,
bu il dənizi keçmək istərkən boğulan miqrant
və qaçqınların sayı 2510 nəfərə çatıb, ötən
ilin müvafiq dövründə isə bu rəqəm 1855
idi. Bu barədə də BMT-nin sözçüsü Uilyam
Spindler məlumat verib. O bildirib ki, hazır-
da insan qaçaqmalçıları insanları qayıqlara
dolrurur, amma bu zaman bir çox məqamları
qətiyyən nəzərə almırlar: “Bu qayıqlar üzmək
üçün o qədər də yararlı deyil və dənizi keç-
mək üçün bir sıra zəruri göstəricilərə cavab
vermir. Elə buna görə onlar sahildən arala-
nandan az sonra xilasediciləri köməyə çağır-
mağa məcbur olurlar. Xilasedicilər köməyə
tələssələr də, bəzən hər şey çox gec olur”...
Qeyd edək ki, Yaxın Şərqin Suriya, Li-
viya kimi dağılmaqda olan ölkələrində ölüm
və qırğınlardan canını qurtarmağa çalışan
qaçqınların Aralıq dənizində bu cür müəm-
malı və kütləvi şəkildə batması ilə bağlı prob-
lem getdikcə kəskinləşməkdədir. Boğulma
halları ildən-ilə çoxalır və kütləviləşir. Dünya
birliyi və beynəlxalq təşkilatlar isə heç nə ilə
kömək edə bilmir.
Tahir DADAŞOV
60 mindən çox mühacir
həlak olub və ya itkin düşüb
Son 20 il ərzində
bütün dünyada dəniz
və ya quru yolla təh-
lükəsiz ərazilərə keç-
məyə cəhd edərkən 60
mindən çox mühacir
həlak olub və ya itkin
düşüb. Bu barədə mə-
lumatlar Miqrasiya
üzrə Beynəlxalq Təş-
kilatın məruzəsində yer alıb.
RİA Novosti informasiya agentliyinin verdiyi xəbərə görə,
“Ölüm səyahəti: həlak olmuş və ya itkin düşmüş mühacirlərin müəy-
yən olunması və izlənməsi” adlı məruzə 1996-cı ildən indiyədək
miqrasiya ilə bağlı vəziyyəti qiymətləndirir.
Təşkilatın məlumatına əsasən, 2015-ci ildə təhlükəsiz ərazilərə
keçməyə cəhd göstərən 5,4 min mühacir həlak olub və ya itkin dü-
şüb. Bu il isə Avropaya üz tutan hər 23 qaçqından biri həyatını itirir.
Ölümlə nəticələnən faciələrin 80 faizi mühacirlər Aralıq dənizindən
keçərkən baş verir.
RUSiYA xƏZƏR nefTinin MühüM
TRAnZiT kAnAlInI iTiRƏ BilƏR
qAÇqInlARIn SAYI
RekoRD hƏDDƏ ÇATIB
DƏniZDƏ BoĞUlAnlARIn SAYI ARTIR
“Mistral” tipli iki gəmi alıb
Misir Dövlət Te-
leviziyasının verdiyi
məlumata görə Mi-
sirin Fransadan al-
dığı “Mistral” tipli
helikopterdaşıyan
gəmi İsgəndəriyyə
sahillərinə gəlib.
Fransa Misirin
dəniz donanmasına
qoşulub.
Misirin keçmiş
prezidentinin şərəfinə “Camal Əbdül Nasir” adlanan helikopter-
daşıyan gəmi Aralıq dənizində Fransa ilə birgə keçirilən “Kleopat-
ra-2016” hərbi təlimlərində iştirak edib.
Misir Fransadan “Mistral” tipli iki gəmi alıb. Bunlar Misir donan-
masının heyətində ən yeni gəmilər olacaq. Uzunluğu 199 metr, eni
32 metr, hündürlüyü 58 metr olan helikopterdaşıyan gəminin ümumi
yük tutumu 22 min tona bərabərdir.
Dənizdə birlikdə
patrul xidməti çəkəcəklər
İndoneziya, Ma-
layziya və Filippin
son vaxtlar dəniz qul-
durlarının gəmilərə
artan hücumu və
insanların girov gö-
türülməsi ilə bağlı
Sulu dənizində birgə
patrul xidmətinin təş-
kili barədə prinsipial razılığa gəliblər. Bu barədə üç ölkənin mü-
dafiə nazirlərinin Manilada keçirilmiş görüşünü ümumiləşdirən
“STAR” qəzeti məlumat yayıb.
Malayziyanın müdafiə naziri Hişamuddin Huseynin sözlərini
sitat gətirən qəzet yazır: “Üç ölkə arasında dənizdə, havada patrul
xidmətinin birlikdə təşkili və kəşfiyyat məlumatlarının mübadiləsi-
nin aparılması nəzərdə tutulur”. Nazirin sözlərinə görə, nümunə kimi
Malak körfəzində aparılan birgə patrul xidməti əsas götürüləcək.
Belə ki, həmin ərazidə xidmətin uğurlu təşkili nəticəsində burada
2004-cü ildə baş verən hadisələrin sayı 37-dən 2015-ci ildə cəmi 3-ə
enib.
Əməkdaşlığın son formatının üç ölkənin müdafiə nazirlərinin
gələn ay Cakartada keçiriləcək görüşü zamanı dəqiqləşdiriləcəyi bil-
dirilir.
Turist gəmisi yoxa çıxıb
“New Straits Times”
nəşrinin yaydığı məlu-
mata əsasən, malayziyalı
xilasedicilər iyunun 24-də
Cənub Çin dənizində
təhlükə siqnalı vermiş
gəminin axtarışlarına
başlayıblar. Göyərtəsində
24 nəfər olan gəminin tu-
ristlərə xidmət göstərdiyi
bildirilir.
Gəmi ilə son əlaqə hadisədən bir gün əvvəl yerli vaxtla saat
23:00-də saxlanılıb. Həmin vaxt gəmi Malayziyanın qərbində yer-
ləşən Sabah ştatının yaxınlığında olub. Bundan sonra gəminin heyəti
ilə əlaqə kəsilib.
Yayılan məlumatda bildirilir ki, göyərtədə 12 çinli turist, yerli
kurortlardan birinin 6 əməkdaşı və eyni sayda heyət üzvləri var.