A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
30 iyun 2016-cы il № 37-40 (9043)
4
Azərbaycan xəzər Dəniz Gəmiçiliyi
xəzər hövzəsində Sosial korporativ
Məsuliyyəti üzrə fəaliyyətinə dair
Davamlı inkişaf haqqında hesabatını
açıqlayan ilk gəmiçilik şirkətidir
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Davamlı İnki-
şaf haqqında Hesabatı “Ernst & Young” şirkəti tərəfindən
müstəqil auditdən keçərək, müsbət rəy alınmışdır. Gəmiçili-
yin 2014-2015-ci illərdə iqtisadi, sosial və ekoloji sahələrdə
fəaliyyətinin nəticələrini tam şəffaf açıqlayan Hesabatda
keyfiyyət, sağlamlıq, ətraf mühitin qorunması, əməyin mü-
hafizəsi, kadrların idarə edilməsi və digər sosial sahələrdə
yerinə yetirilmiş işlər və əldə olunmuş nailiyyətlər öz əksini
tapmışdır. AXDG-nin Davamlı İnkişaf haqqında Hesabatı
Beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün GRI Sis-
teminin logistika və nəqliyyat xidmətlərinə dair mövcud
tələbləri nəzərə alınaraq hazırlanmışdır. Bu proses 2015-ci
ilin noyabrından başlanmış və sənəd 2016-cı ilin əvvəlində
dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən olan
“Ernst & Young”a təqdim edilmişdir.
Davamlı İnkişaf haqqında Hesabatda yer almış hər bir
məsələ daim Gəmiçilik rəhbərliyinin diqqət mərkəzindədir. Bu
barədə geniş izah və şərhlər müvafiq bölmələrdə öz əksini tap-
mışdır.
Beynəlxalq iqtisadiyyatda müşahidə edilən qlobal çətin-
liklər, onların iqtisadi fəaliyyətə təsiri fonunda davamlı inki-
şafın təmin olunması, iqtisadi, sosial və ekoloji sahələrdə qar-
şıya qoyulmuş vəzifələrin reallaşdırılması AXDG üçün uğurlu
fəaliyyətin başlıca meyarıdır. Bu istiqamətdə Davamlı İnkişaf
haqqında Hesabatın hazırlanması, onun müstəqil beynəlxalq
auditinin keçirilərək dərc edilməsi müstəsna əhəmiyyətə ma-
likdir və bundan sonra da Gəmiçiliyin fəaliyyətində şəffaflığın
təmin edilməsinə xidmət edəcəkdir.
Qeyd edək ki, bu, AXDG-nin Davamlı İnkişaf sahəsində
ilk hesabatıdır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər
hövzəsində Sosial Korporativ Məsuliyyəti üzrə fəaliyyətinə
dair Davamlı İnkişaf haqqında Hesabatını açıqlayan ilk gəmi-
çilik şirkətidir.
qəzetimizin siqnalı ilə
“PARİS QOMMUNASI” zavodu ağac yo-
nucular sex firqə özəyində olan intizamsızlıqlar
haqqında “Qaspi bolşeviki” qəzetində 23 no-
yabrda yazılan məqalə bu sex özəyində böyük
dönüş əmələ gətirmişdir. Ağac yonucular sexi-
nin firqə özəyi siyasi dərs dərnəyində “Qaspi
bolşeviki”nin siqnalı müzakirə olunmuşdur.
Həmin məqalə özəkdə firqə qanunlarına və in-
tizama tabe olmayan Rışkov, Nikitin, Roqovun
barəsində yazılmış faktlar təhlil olunmuşdur.
Qəzetin bu faktları üzərində firqə üzvləri
çıxışda bulunaraq, firqə intizamına qarşı özlə-
rini doğrulda bilmədiklərini qeyd etmişlər.
Rışkov sex tərəfindən Lökbatana göndə-
rilərkən oraya getməkdən boyun qaçırması
firqə bürosuna verilmişdir. Nikitin və Roqov
3 ay üzvlük haqlarını verməmələri barəsində
məsələlər dərnəkdə həll edildikdə səhvləri-
ni boyunlarına almışlar və o gündən etibarən
bunlar özlərinə qəti olaraq bolşevikcəsinə söz
vermişlər ki, bir ay belə olsun üzvlük haqlarını
saxlamayacaqlar, eyni zamanda siyasi dərslər-
də müntəzəm iştirak edəcəklər və bitərəf işçi
kütləsinin firqə siyasi dərs dərnəyinə cəlb olun-
ması yolunda ciddi çalışacaqlar.
“Qaspi bolşeviki” qəzeti,
8 dekabr 1932-ci il, № 155
qajuqov və Dunini məsuliyyətə
Bizim “Qristyanin” gəmisində mexanik
Qajuqov və onun 1-ci müavini Duninin səhlən-
karlığı nəticəsində prostoy saatları artır. Beləki,
motorist hərəkətedici sağ silindir podşivnikinin
qızdığını mexanik müavini Duninə xəbər ve-
rir, Dunin isə silindirin hərəkətini azaltmaqla
kifayətlənir.
Bu növ ilə gəmi 2 reys hərəkət etdikdən
sonra 3-cü reysdə (sentyabrın 19-da) silindirin
hərəkət etməməsindən 3 saat 15 dəqiqə dayanır
və bunun səbəblərini araşdırır.
Yenə sentyabrın 20-də 2-ci dəfə hərəkəte-
dici sol silindirin podşivniki yanır. Bunun da
səbəbini öyrənmək üçün gəmi 3 saat dayanır.
3-cü dəfə val bərk bağlanmadığından gəmi da-
yanır və bunun bağlanması üçün 3 nəfər işçi
artıq saatlar işləməyə məcbur olurlar.
Bütün bunlar onu göstərir ki, gəmi neft dol-
durmasına dayandıqda mexanik Qajuqov və
onun müavini Dunin mexanizmləri yağlamır-
lar. Nəticədə bu kimi prostoy saatlarının art-
masına səbəb olurlar. Prostoy saatların artması
gəmi daşınma planının kəsirlə ödənilməsinə
səbəb olur.
“Qaspi bolşeviki” qəzeti,
3 oktyabr 1933-cü il, № 103
Zərbəçi teploxodun
ehtiyacı zəif ödənilir
“Ağamalı oğlu” teploxodu ilə yarışan “Qo-
mintern” teploxodu neft daşınma planının ye-
rinə yetirilməsində heç də geridə qalmayır. Bu
teploxod sentyabr ayında 9 reislik planı 100
faiz yerinə yetirmişdir. Oktyabr ayında dəxi 9
reisdən 6 reisini edərək, orta hesabla planı 105
faiz yerinə yetirmişdir. Bütün qomanda plan
uğrunda mübarizədə səfərbərliyə alınmaqla
sosyarış və zərbəçiliyə əhatə edilmişlərdir.
Aşağı qomanda makinaya yaxşı baxması
və yanacağa qənaət uğrunda namuslu çalışma-
sı nəticəsində sentyabr ayının hər günündə sərf
edilən yanacağın 10 % - nə qənaət edilmiş və
buna görə də neft donanması tərəfindən 1500
manatla mükafatlandırılmışdır.
Teploxod hər reisi 83 saata getməli ikən,
qapitanın idarə etməsi nəticəsində axırıncı
reisə 75 saat getmişdir. Oktyabrın 25-də 39
nəfərlik ekipaja 8 cüt çəkmə və 6 cüt pencək
verilmişdir.
Lakin bütün bu müvəffəqiyyətlərə baxma-
yaraq, bir sıra nöqsanlar da yox deyildir. Belə-
ki, soyuqlar başlandığı halda neft donanması
teploxodun yuxarı qomandasını hələ də isti pal-
tarlarla təmin etməmişdir. Ərzaqların verilməsi
dəxi qooperativ tərəfindən bəzən gecikdirilir.
Teploxodun mədəni ehtiyaclarının ödənilmə-
si yaxşı qurulmamaqla buraya vaxtı-vaxtın-
da mədəni baza tərəfindən qəzetələr verilmir.
Radionun aqqumlyatoru xarab olduğundan və
mandalina, balalayka qarmon və sair musiqi
alətləri təmir olunmadığından, istifadəsiz qal-
dığı halda bu xüsusda Qaspi hövzə qomitəsi
mədəni yaşayış sektoruna məlumat verilmiş-
dirsə də, heç bir tədbir görülməmişdir.
Teploxodun bəzən yanacaqla yaxşı təmin
edilməməsi nəticəsində prostoy saatları əmələ
gəlir. Məsələn, oktyabrın 18-də 32-ci körpüdə
Azneft tetorq tərəfindən teploxoda sulu yana-
caq verildiyindən dənizdə maşın dayanaraq
2 saat prostoy olmuş, bu xüsusda akt tərtib
edilərək əlaqədar təşkilatlara xəbər verilmişsə
də, heç bir nəticə çıxmamışdır.
Neft donanma müdiriyyəti, teploxodun bü-
tün ehtiyaclarını təmin edərək bir saat da olsun
prostoya yol verməməklə, YIQ (b) F ZÖQ və
AQ (b) F BQ-nin neft daşınması haqqındakı
qərarlarını danışıqsız yerinə yetirməlidir.
L. Quliyev.
“Qaspi bolşeviki” № 123 (161)
27 oktyabr 1933-cü il
Siyasi naryad uğrunda
“Paris Qommunası” zavodunun qazançıları
sex firqə özəyi öz işlərini yeni əsaslar üzərində
qurmaqdadır. Bu özəkdə 6 nəfər firqə təşkilat-
çısı olmaqla bir nəfər aşağı vəsilə özəyi katibi
vardır.
Firqə özəyi tərəfindən bu yoldaşlara ok-
tyabrın 17-dən 21-nə qədər nə iş görmələri
haqqında siyasi naryad verilmişdir ki, bu yol-
daşlar, 1-ci siyasi naryadı müvəffəqiyyətlə hə-
yata keçirmişlərdir. Ayın 20-də çağırılan aşağı
firqə təşkilatlarının iclaslarına yaxşı hazırlıq
aparılması nəticəsində bu iclaslarda artıq dərə-
cədə aktiv bitərəf işçilər iştirak etmişdir.
Bu siyasi naryadın həyata keçirilməsi işin-
də firqə özək katibi həm də sexin firqə təşki-
latçısı olan TARVERDİYEV ƏLİ yoldaş daha
aktiv çalışmışdır.
Belə ki, o öz vəzifəsi üzərində olan firqə
üzv namizədlərini və həm də sexdə olan aktiv
bitərəf işçiləri iclasa toplamış və onları firqə
dərnəklərinə 100 faiz cəlb etmişdir.
Bundan əlavə qazançılar sexi alətçilər qru-
punun firqə təşkilatçısı VOROBYOV yoldaş
dəxi aldığı siyasi naryadı lazımı qədər həyata
keçirməklə, başqa firqə təşkilatçısı PETUXO-
VA belə siyasi naryadın müvəffəqiyyətlə həya-
ta keçirilməsində yardım etmişdir.
Firqə təşkilatçılarına oktyabrın 21-dən 23-
nə qədər nə iş görmələri haqqında 2-ci bir si-
yasi naryad dəxi verilmişdir ki, bu naryadın
birinci maddəsi oktaybrın 22-də çağrılan firqə
iclaslarında həyata keçirərək, 2-ci maddəsini
isə oktaybrın 23-də firqə üzv, namizədlərinin
və aktiv bitərəf işçilərinin iştirakı ilə ödənil-
mişdir.
ƏLİ KƏBİRİ
“Qaspi bolşeviki” № 123 (161)
27 oktyabr 1933-cü il
Siyasi naryadın tətbiqinə daha
artıq diqqət
“ZAQFEDERASİYA” gəmi təmirat zavo-
dunun firqə qomitəsi aşağı həlqələrdə rəhbərli-
yi canlandırmaq və onları gündəlik firqə qərar-
ları ilə yaxından tanış etmək üçün siyasi naryad
işlərinin canlanmasına və genişlənməsinə artıq
fikir verməkdədir. Firqə qomitəsi tərəfindən
verilən keyfiyyəti olduqca yaxşıdır. Nümunə
üçün qomitə tərəfindən verilən 2 siyasi naryadı
götürəlim!
Oktyabrın 20-də çilingər ŞEVİN İVANIN
qrupuna verilən naryadda firqə üzvülük haq-
larını yığmaq haqqında “BAKINİSKİ RABO-
Çİ” qəzetəsinin 16 oktaybr tarixli nömrəsində
YIQ (b) F qərarını təhlil etmək, oktyabr inqila-
bının 16-cı ildönümünün əhəmiyyətini aydın-
laşdırmaq, kütləvi izahat işlərini genişləndir-
məklə bütün işçi və qommunistləri cəlb etmək
kibi məsələlər qeyd edilmişdir.
ŞEVİN İVAN verilən naryadı tamamilə və
vaxtından əvvəl öz qruppasında təhlil etmiş
və üzvülük haqlarını yubadanlardan üzvülük
haqlarını toplamışdır. Alətçilər sexi qrup təşki-
latçısı BARSUVA verilən siyasi naryadda isə
firqə təmizliyi haqqında başa salmaq ki, neft
donanması gəmilərini təmir edən turba qazan-
çılara alətlərin vaxtında verilməməsi, onların
işini pozacaqdır.
Tapşırılan naryadlar alətçilər qruppasında
dəxi vaxtından əvvəl təhlil edilmişdir.
“ZAQFEDERASİYA” gəmi təmirat zavo-
du firqə qomitəsi siyasi naryad işlərinin daha
da genişlənməsinə çalışmalı və bütün qrupları
siyasi naryadla təmin etməlidir.
“Qaspi bolşeviki” № 127 (165)
1 noyabr 1933-cü il
Çağırışa qoşuluruq
YİQ (b) F ZÖQ katibi Berya yoldaşın pa-
yız-qış siyasi təhsili haqqındakı məktubuna
əməli cavab olaraq, biz - “Qaspi bolşeviki”
qəzeti redaksiyasi “Stalinçi” qəzetinin çağırı-
şına səs verir, təmirat zərbəçiləri və ayrı-ayrı
gəmi işçiləri arasında siyasi təhsilin daha yük-
sək mərhələyə qaldırılması, bütün kommunist
və namizədlərin dərnəklərə 100 faiz cəlb edil-
məsi, eləcə də payız-qış firqə təhsilinin müvəf-
fəqiyyətlə yerinə yetirilməsi uğrunda daha cid-
diyyətlə çarpışacağımıza və işdə “Bir nəfər də
kommunist firqə təhsili dərnəklərindən kənar-
da qalmamalıdır” şüarını bolşevikcəsinə tətbiq
edəcəyimizə söz veririk.
Biz bu məqsədlə “Neft zərbəçisi” (Lökba-
tan), “Kirov neftçisi” və “Dokçu” qəzetlərini
sosializm yarışına çağırırıq.
“Qaspi bolşeviki” qəzeti,
14 noyabr 1933-cü il № 135
200 tələbə qəbul edilmişdir
QASPAR məktəbinin yenidən qurulma-
sı ilə əlaqədar mart ayında 200-ə qədər yeni
tələbə məktəbə qəbul olunmuşdur. Tələbələ-
rin əksəriyyəti Azərbaycanın rayonlarındandır.
Tələbələrin ümumi yatacaq evi ilə təmin edil-
məsi üçün əvvəlcədən yaxşı hazırlıq aparılmış-
dır. Rayondan gətirilən tələbələrin təchizatına
yaxşı diqqət verildiyi kimi, mədəni-məişət
sahəsindəki ehtiyacları dəxi vaxtında ödənilir.
Tələbələr kollektiv surətdə kino və teatrolara
göndərilirlər.
Ümumi yatacaq evlərinin təmizliyinə daha
artıq diqqət verilmişdir. Ümumi yatacaq evləri
yaxşı yatacaq uğrunda elan edilmiş ümumitti-
faq müsabiqəsinə qoşulmuşdur. Məktəbdə qız-
lar üçün xüsusi yatacaq evi düzəldilmişdir ki,
buranın təmizliyi başqa yatacaq evlərinə nü-
munə ola bilər. Tələbələrin sağlamlığına xid-
mət etmək üçün ümumi yatacaq evləri yanında
yeni doktor kabinəsi təşkil edilmişdir ki, bura-
da gecə növbələri dəxi olur.
“Arxangelsk” gəmisində olan ümumi yata-
caq evləri yeni binaya keçirilmişdir. Tələbələ-
rin dərs hazırlaması üçün şərait yaradılmışdır.
Belə ki, məktəbdə yeni dəftərxana və kitabxa-
na təşkil edilmişdir.
“Qaspi bolşeviki” qəzeti,
6 may 1934-cü il, № 23
O illərdə “Dəniz” nədən yazırdı
“Türk axını” layihəsi üzrə
Türkiyə ilə danışıqların
yenidən başlanması üçün
dialoqa hazırıq”
Rusiyanın enerji
nəhəngi “Gazprom”
şirkəti “Türk axını”
qaz boru kəməri
(Turkish Stream)
layihəsi üzrə Türkiyə
tərəfi ilə danışıqların
yenidən başlanması
üçün dialoqa hazır-
dır.
AZƏRTAC TASS
informasiya agentli-
yinə istinadla xəbər
verir ki, bu barədə “Gazprom”un rəsmi nümayəndəsi Sergey
Kupriyanov deyib. O bildirib ki, “Gazprom” “Türk axını” la-
yihəsi üzrə dialoqa hər zaman açıq olub.
Qeyd edək ki, iyunun 27-də Türkiyə Prezidenti Rəcəb Tay-
yib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub gön-
dərib. Məktubda Türkiyə ilə Rusiya arasında ənənəvi dostluq
əlaqələrinin bərpa olunması, regiondakı böhranların həlli ilə
bağlı əməkdaşlıq və terrorçuluqla birgə mübarizə aparılmasının
vacibliyinə dair vacib məqamlar əks olunub.
Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Su-
24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından
sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk
axını” layihəsi ilə bağlı Türkiyə ilə danışıqların dayandırıldı-
ğını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük
qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kub-
metr təbii qazın nəql olunmasına da qərar vermişdi.
“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə
Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard
kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxi-
li tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı.
Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulurdu.
“DƏniZ”