R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə76/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   72   73   74   75   76   77   78   79   ...   153

Đtaliya  təsərrüfatında  aparıcı  sahələrdən  biri  də  çoxnövlü 

kimya  sənayesidir.  Onun  əsasən  plastik  kütlə,  lak,  boya,  əczaçılıq, 

natural  essensiya,  efır  yağı,  spirt,  xörək  duzu,  sintetik  kauçuk  (0,5 

mln.  t),  kalium  duzu  və  kübrə  məhsulları  ölkənin  bütün  əraziləri 

üçün xarakterdir. Dünyanın ən nəhəng kimya konsernlərindən biri -

«Montedison» və ENĐ dövlət birliyi burada yerləşir. Bu konsern və 

birliyin  verdiyi  əsasən  plastik  kütlə,  kimyəvi  lif  (1,0  mln.  t),  lak, 

boya 


və 

əczaçılıq 

məhsullarıdır. 

Liquriyada, 

Siciliyada, 

Kolabriyada  güldən,  meyvədən,  xüsusilə  berqamot  (sitrus 

meyvəsidir)  meyvəsindən  qədim  ənənəvi  sahə  hesab  edilən  təbii 

essensiya və efir yağı alınır. Əldə edilən essensiyadan çay, qənnadı 

və ətriyyat sahəsində geniş istifadə edilir. Hər il italyan kimyaçıları 

yeni-yeni  və  çox  mürəkkəb  məhsul  növləri  istehsal  edərək  onların 

çeşidlərini dəyişirlər. 

Şimalda  yerləşən  Milan,  Ro,  Novara,  Trekata,  Çezano  -

Maderno  qədim  kimya  sənayesi  mərkəzləridirsə,  Mantus,  Ravenn, 

Ferrar,  Porto  -  Marger  isə  neft-kimya  kombinatlarına  malikdir. 

Ölkənin  cənub  hissəsində  yerləşən  Priolo,  Djela,  Neapol,  Kalyar, 

Porto  -  Torres  şəhərləri  istehsal  etdikləri  plastik  kütlələri,  lakı, 

boyaları, sintetik kauçuku, kimyəvi lifləri ölkənin digər rayonlarına, 

habelə  xarici  ölkələrə  ixrac  edirlər.      Neft  və  qaza  əsaslanan  azot 

kübrəsi  Novar,  Merano,  Montaro,  Buss,  Kroton  şəhərlərində, 

kalium  kübrəsi  Siciliyanın  kalium  duzu  xammalına  əsaslanmaqla 

Porto Empedokl mərkəzinə malikdir. 

Əczaçılıq məmulatları istehsalı qədim sahələrdəndir. Milan, 

Bressi,  Turin,  Roma  və  s.  şəhərlər  çoxlu  sayda  belə  məhsullar 

istehsal edən müəssisələrlə tanınırlar. 

Đtaliya  üçün  qədim  təsərrüfat  şəhərləri  özündə  yüngül 

sənayeni  də  birləşdirir.  Sahənin  aparıcı  növü  toxuculuqdur. 

Toxuculuqda məxmər, ipək, mahud və kətan parça sahələri aparıcı 

yer  tuturiar.  Đxracatın  1/10-ni  pambıq,  yun,  ipək,  süni  və  sintetik 

liflər,  cut,  kətan  və  qatışıq  liflərdən  ibarət  parçalar  təşkil  edir.  50 

mindən artıq işçini əhatə edən pambıq parça toxuculuğu ölkənin hər 

yerində  toxuma  mərkəzlərinə  malik  olmaqla  xammalını  Özbəkis-

tandan,  Türkmənistandan,  ABŞ-dan  almaqdadır.  Bu  əsasdan  da  il-

də - 1,0 mlrd. kv.m pambıq parça toxunur (hər nəfərə 17,1 kv.metr). 

Avstraliyadan,  Fransadan,  Yeni  Zelandiyadan,  CAR-dan  alınan 




xammallar əsasında 100 minə qədər işçi qüvvəsi ildə 0,8 mlrd. kv. 

metr  yun  parça  toxuyur.  Əgər,  elektroenergetikanın,  suyun,  işçi 

qüvvəsinin,  istehlakın  olmasına  əsaslanaraq  pambıq  parça 

toxuculuğu ən çox şimal hissədə yerləşdirilmişsə, yun parça toxuma 

mərkəzləri 

Pemont, 


Veneto, 

Toskano, 

Prato 

şəhərlərində 



mövcudlaşmışdır.  Tut  bağlarına  əsaslanaraq  barama  məhsulu  əldə 

olunduğundan  Komo,  Trevizo  şəhərlərində  və  Kampaniya 

vilayətində  ipək  parça  fabrikləri  yaradılmışdır.  Cənub  rayonları 

sintetik parçalar məkanı hesab olunur.  Đtaliya, Avropada ən çox və 

keyfiyyətli  trikotaj  məhsulları  buraxmaqla  tanınır.  Moden,  Karp, 

Emiliya  -Romanya,  Lombardiya,  Pemont  trikotaj  mərəkəzlərinə 

malikdir. 

Đtaliya  dünya  bazarına  tikili  mallar,  keyfiyyətli  və  bahalı 

ayaqqabılar  ixracı  ilə  hələ  çox  qədimdən  məşhurdur.  Dünya 

bazarında satılan hər 3 ayaqqabıdan biri italyan ayaqqabısıdır. Hər 

il Milanda beynəlxalq ayaqqabı yarmarkası keçirilir. Fetr şlyapalan 

-  Alessandriyada,  ipək  qalstuklar  -  Turində,  eləcə  də  idman  və 

xizəkçi ayaqqabısı buraxılışına görə dünyada tanınır. 

Ölkədə  kənd  təsərrüfatına  əsaslanan  çox  sayda  xırda 

yarıkustar  müəssisələr  bazasında  yeyinti  sənayesi  inkişaf  etməyə 

başlamışdır.  O  məhsul  istehsalına  görə  maşınqayırmadan  və 

kimyadan  sonrakı  3-cü  yeri  tutur.  Đşçi  qüvvəsinin  sayına  görə  də 

yeyinti  sənayesi  maşınqayırma  və  toxuculuq  sənayesindən  sonrakı 

yeri tutaraq 500 min aktiv əmək ehtiyatlarına malikdir. Onun dünya 

əhəmiyyətli  meyvə-tərəvəz  konservi,  şəkər,  makaron  sahələri, 

zeytun  yağı,  üzüm  şərabı,  tomat  sahələri  iqtisadi  cəhətdən  gəlirli 

hesab  olunurlar.  Hər  il  -  56  mln.  hektalitr  üzüm  şərabı  verərək 

dünyada Fransa ilə 1-2-ci yerləri bölürlər. Dünyada tədarük olunan 

zeytun  yağımının 35%-ni Đtaliya verməklə üzüm şərabı ilə birlikdə 

onu dünya bazarına ixrac edir.  Keyfiyyətli pendir dünya bazarında 

Đtaliyanın  reytinqini  daha  da  artırmışdır.  Bir  qayda  olaraq  yeyinti 

sənayesi  müəssisələri  ölkənin  hər  bir  yeri  üçün  müqabildir.Đtaliya 

hər il 16 mlrd. dollarlıq ərzaq və kənd təsərrüfatı məhsulları istehsal 

etməklə  bərabər  20  mlrd.  dollarlıq  belə  məhsulları  idxal  etməyə 

məcburdur. 

Xammal ehtiyatının bolluğu, istehlakın gündən-günə artması 

tikinti  sənaye  kompleksinin  inkişafını  daha  vacibləndirir.  Yerli 




tələbatla  yanaşı  Qərbi  Avropa  bazarının  sementə  olan  istehlakının 

20  %-ni  Đtaliya  məhsulu  ödəyir,  Alpm  ətəkləri,  Neapolun, 

Tarantonun,  Porto-Torresin  ətraf  rayonları  böyük  sement  zavodları 

ilə tanınır. 

Đtaliyada  farfor-fayans  sahəsi  də  yaxşı  inkişaf  etmişdir. 

Fayansın  vətənəi  Fayents  şəhəri  hesab  edilir.  Bədii  estetik  şüşələr 

buraxılışı sahəsində isə Venetsiya şöhrət qazanmışdır. Ölkədə möv-

cud  olan  500-dən  çox  şüşə  zavodları  əsasən  Şimali  və  Mərkəzi 

Đtaliyada yerləşməklə avtomobillər üçün bərk növ şüşələr, ayrı-ayrı 

laboratoriyalar  üçün  qablar,  optik  aparatlar  üçün  şüşələr,  xrustal, 

lövhə şüşələr istehsalı ilə məşğuldurlar. 

Əlbəttə,  hər  bir  ölkədə  olduğu  kimi,  Đtaliyada  da  istehlakın 

ödənilməsini  təmin  etmək  məqsədilə  yerli  və  gətirmə  xammalların 

əsasında  meşə  sənayesi  də  inkişaf  etmişdir.  Onun  məhsullarından 

olan  -  Đtalyan  mebellərinin  dünya  şöhrətli  olmaları  bütün  ölkələrə 

məlumdur. 

Ümumiyyətlə,  Avropa  üçün  turist-rekreasiya  rayonlaşması 

aparılarkən  Qərb,  Cənub,  Mərkəzi-Şərq,  Şimal  rayonları  ayrılır. 

Bunlarda  da  sırf  ixtisaslaşma  həyata  keçirilərkən  dəniz  sahili, 

dağlıq,  göllər  ətrafı  və  çaylar  boyu  turizm  rayonlarını  ayırmaq 

mümkün  olur.  Burada  da  Aralıq  dənizi  hövzəsi  nəinki  Avropada, 

habelə dünyada əsas turist təsərrüfatı rayonu kimi tanınır. Nəticədə 

Fransa  və  Đtaliya  -  hər  ikisi  Aralıq  dənizi  hövzəsinə  malik 

olduqlarından  bu  sahədə  həmişə  liderlik  uğrunda  yarışmışlar. 

Đtaliyanın  turizm  -rekreasiya  təsərrüfatı  bu  regionda  Đtaliya 

Riverası,  Liquri,  Tirren,  Adriatik  dənizləri  hövzələrində  inkişaf 

etmişdir.  Göstərilən  rayonlarda  San-Remo,  Rapallo,  Portofino, 

Neapol,  Sorrento,  Venetsiya  Riverası  kimi  kurort  mərkəzləri 

fəaliyyət göstərir. Ölkə hər il 41,2 mln. turisti qəbul etməklə dünya 

ölkələri  içərisində  Fransa  (75  mln.  nəfər),  ABŞ  (51  mln.  nəfər)  və 

Đspaniyadan (49,0 mln. nəfər) sonra 4-cü yeri tutur. 

Mehmanxanaların  və  kempinqlərin  sayına  görə  Đtaliya 

Avropada  1-ci,  dünyada  isə  3-cü  yerdədir.  Tarixi  və  mədəni 

abidələrin sayına görə dünyada liderlik edir. 

Maddi  istehsalının  2-ci  aparıcı  sahəsini  kənd  təsərrüfatı 

tutur.  O  ölkə  təsərrüfatının  inkişafında  6%  xüsusi  çəkiyə  malikdir. 

Onun verdiyi məhsullar yeyinti sənayesinin inkişafında tələbatın 80 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə