R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə72/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   68   69   70   71   72   73   74   75   ...   153

saxlanılmaqla  arıçılıq,  baramaçılıq,  balıqçılıq  sahələri  də  inkişaf 

etmişdir. Ölkədə iribuynuzlular - 30 mln. başa qədər olmaqla əsasən 

südçülük  və  ətçilik  istiqamətində  ixtisaslaşdırılmışdır.  Bu 

istiqamətlənmə təbii şəraitlə, digər tərəfdən də iri bazara yaxınlıqla 

bağlıdır. Süd və süd məhsulları ASK-da 19 % təşkil edir. Onun illik 

tədarükünün  kəmiyyət  göstəricisi  -  (inək  südünün)  -  25  mln.  tona 

çatır.  Adambaşına  430  kq  süd  məhsulu  əldə  olunur.  Ət 

məhsullarının ASK-da xüsusi çəkisi - 18 %, spirtli içkilərin xüsusi 

çəkisi  -24  %-dən  çoxdur.  Đllik  ət  tədarükü  adambaşına  -  115  kq 

olmaqla  -6,3  mln.  tondan  artıq  deyildir.  Iribuynuzlular  Bretani, 

Normandiya,  Laura,  Lumuzen,  Şarol  rayonlarında  inkişaf 

etdirilmişdir. Sayı - 16 mln. başa çatan donuzçuluq təsərrüfatı isə iri 

şəhərlər  ətrafında,  kartof  və  şəkər  çuğunduru  becərilən  rayonlarda 

inkişaf  etdirilməkdədir.  Xırdabuynuzluların  (10  mln.  baş)  inkişaf 

etdirildiyi  fermalar  isə  Mərkəzi  massivdə  və  ölkənin  cənub-qərb 

hissəsindədir. 

Đri  quşçuluq  fabrikləri  Paris  rayonunun  şimal  və  qərb 

hissəsində, ayrı-ayrı iri şəhərlər ətrafında yerləşərək əhalini təzə ət, 

yumurta  və  digər  məhsullarla  təmin  edir.  Fransa  ildə  2,1  mln.  ton 

quş əti tədarük etməklə Avropada 1-ci yeri tutur. 

Balıqçılıq  Atlantik  okeanının  şimal  və  sahil  zonasında 

həyata keçirilir. Onun inkişafında Konkarno, Qilvinek, Buon-Şyur-

Mer,  Loryan,  Mazen,  Olepon,  Arkaşon  limanları  əhəmiyyət  kəsb 

edirlər. Ölkə çaylarında farel balığı yetişdirilir. 

Təbii  imkanların  mövcudluğu  ölkədə  baramaçılıq  və 

arıçılığın inkişafına diqqəti daha da artırır. 

Qeyd etmək lazımdır ki, Fransa ildə 36 mlrd. dollarlıq ərzaq 

və kənd təsərrüfatı məhsulları ixrac edirsə, 30 mlrd. dollarlıq ərzaq 

və  kənd  təsərrüfatı  məhsullarını  istehlakın  ödənilməsi  üçün  idxal 

edir. 


Fransa  yüksək  inkişaf  etmiş  nəqliyyat  sisteminə  malikdir. 

Müxtəlif nəqliyyat növləri şaxələnmiş konfıqurasiyaya malikdır. Bu 

sahədə  Paris  xüsusilə  seçilir.  Demək  olar  ki,  ölkə  paytaxtının 

yüksək  keyfıyyətli  avtomobil  və  iri  sürətlə  hərəkət  edən  qatarlara 

malik olan dəmir yollarının bütün digər şəhərlərlə əlaqəsi vardır. Bu 

sözləri  hələlik  Mərkəzi  massivlə  Pireneyə  aid  etmək  gərəksizdir. 

Şəhərlərarası  sərnişindaşımada  avtomobil  nəqliyyatı  aparıcı  yer 



tutur.  Onun  sərnişin  və  yükdaşımada  xüsusi  çəkisi  74  %-dən  az 

deyildir. Avtomobil yollarının uzunluğu (bərk örtüklü) 900 min km-

ə  bərabərdir.  Yüksək  keyfıyyətli  4  cərgəli  avtomobil  yolları 

çəkilmişdir.  Ölkənin  paytaxtı  Paris  Bordo,  Marsel,  Tuluza, 

Bayonna,  Lion,  Moluz  və  digər  şəhərlərlə  avtomobil  yolları  ilə 

birləşdirilmişdir.  Avtomobil  nəqliyyatının  yük  dövriyyəsi  160 

mlrd.ton.km-dən  artıqdır.  Dəmiryolu  nəqliyyatına  xidmət  edən 

xətlərin ümumi uzunluğu 32 min km olsa da, onun 14,2 min km-ri 

elektrikləşdirilmişdir. Dəmir yollarını sıxlığı hər 1000 kv km-də 58 

km-dən  çoxdur.  Dəmir  yolu  ilə  sərnişindaşımalarında  Fransa 

Avropada  1-ci,  yük  dövriyyəsində  isə  -  53  mlrd.ton.km  2-ci  yeri 

tutur.  Sərnişinlərin  ən  çox  daşındığı  xətt  Paris-Lion-Marsel  hesab 

edilir  ki,  orada  da  yüksək  sürətə  (200-500  km  saat)  malik  olan 

lokomativ  maşınlarmdan  -qatarlardan  istifadə  olunur.  Fransada 

yüksək  sürətli  dəmir  yolu  xətləri  1987-ci  ildən  çəkilməyə 

başlamışdır. Bu Paris-Lion xəttidir. Onun uzunluğu 417 km-dən az 

deyil. Sonralar Paris-Lion xətti Marselə qədər uzadılaraq uzunluğu 

878 km-ə çatan Cənub-Şərq magistralı alınmışdır. Fəaliyyətdə olan 

Cənub-Qərb  magistralı  («Akvitaniya»)  Paris-Bordo  (700  km) 

xəttindən  ibarətdir.  Paris  -«Sever»  (Belçika  sərhədində),  Paris- 

Strasburq (460 km) -  «Şərq», Paris-Bretan («Qərb»)  yüksək sürətli 

dəmir  yolları  xətləri  də  sərnişin  və  yükdaşımalarında  fəal  iştirak 

edirlər.  Ölkədə  böyük  sürətli  dəmir  yolu  xətlərinin  istifadəyə 

verilməsi  əsasən,  iqtisadi  səmərəlilik  və  vaxta  qənaət  olunmasına 

əsaslanır. Gələcəkdə, bu xətlər qonşu ölkələrin böyük sürətə malik 

olan  dəmiryolu  xətləri  ilə  birləşdirilməsi  həyata  keçiriləcəkdir. 

Artıq  Fransa  -  Belçika,  Fransa  -  Böyük  Britaniya,  Fransa  -  Đtaliya, 

Fransa - AFR («Reyn - Rona»), Fransa - Đspaniya arasında bu plan 

həyata keçirilmişdir. 

Daxili  su  yolları  -  çaylar,  kanallar,  suvarma  kanalları  bir-

birilə  əlaqələndirilərək  demək  olar  ki,  ölkənin  hər  yerində 

mövcuddur.  Daxili  su  yollarının  uzunluğu  10  min  km-rə  yaxın 

olmaqla  daxili  yükdaşımada  3%  çəkiyə  malikdir.  Burada  əsasən 

taxıl,  tikinti  materialları,  kömür  daşımalarına  üstünlük  verilir. 

Daşımalarda  Sena  -Sona  kanalı  fərqlənir.  Paris,  Strasburq,  Ruan, 

Bordo,  Qavr,  Dyun-kerk  və  Mets  başlıca  çay  limanlarındandır. 

Fransanın  dəniz  flotunda  ildə  90  mln.  tona  yaxm  yükdaşıyan  210 



müxtəlif yükgötürmə qabiliyyətli gəmi vardır. Yük tutumuna görə o 

dünyada 25-ci yeri tutur. Dəniz limanları olan Marselin yükdaşıma 

gücü  -  95  mln.  ton  (62,3mln.  ton  neft  məhsulları),  Qavrın  -  56,2 

mln. ton, Dyurkerkin -40 mln. ton, Nant - Sen - Nazerin - 25 mln. t, 

Ruanm - 24 mln. ton, Bordonun - 9 mln. tondur. Deyilənlərlə yanaşı 

ixtisaslaşmasına  görə  çox  da  böyük  olmayan  Antifer  (neft),  Bulon 

(kömür, şəkər), Brest (ev quşları ixracatı), Şerbur və Denn (meyvə-

tərəvəz)  ,  Sen-Malo  (kübrə),  Kole  (kömür,  metal);  sərnişin 

daşımalarına  görə  La-Manş  sahillərində  Kale-  20,1  mln,  Bulon  - 

900 min sərnişin ; hərbi-dəniz bazası - Brest və Tulon limanları da 

fəaliyyət göstərir.  

Fransa, tələbatı ödəyə bilən, müxtəlif istiqamətli boru kəmər 

nəqliyyatı  ilə  Qərbi  Avropada  xüsusi  yer  tutur.  Ölkədə  neft 

kəmərləri  7,5  min  km  uzunluğa  malikdirsə,  qaz  kəmərlərinin 

uzunluğu  25  min  km-dən  az  deyildir.  Yükdaşımada  boru  kəmər 

nəqliyyatının  xüsusi  çəkisi  2  %-dən  artıqdır.  Qərbi  Avropada  ən 

böyük neft kəməri hesab edilən Fos-Strasburq - Karlsruenin (AFR) 

uzunluğu  765  km-dən  artıqdır.  Neft  emalı  zavodlarının  əksəriyyəti 

onun üzərində yerləşir. Parisə neft və neft məhsulları Qavrdan daxil 

olur.  Aralıq  dənizi  limanları  1990-cı  ildən  Əlcəzairdən  maye  qaz 

alaraq  ölkənin  daxili  rayonlarına  boru  kəmərləri  vasitəsilə 

istiqamətləndirir.  Eyni  zamanda  tələbat  Hollandiyadan,  Şimal 

dənizindən, 

Rusiyadan 

idxal 

olunmuş 


qaz 

hesabına 

da 

ödənilməkdədir.  Yerli  Lak  qaz  mədənləri  də  bu  sahədə  az  rol 



oynamır. 

Ən  bahalı  nəqliyyat  hesab  edilən  hava  nəqliyyatı  ilə 

çatdırılması  tez  gərək  olan  yüklərin  daşınmasına  üstünlük  verilir. 

Hava  daşımalarına  görə  Fransa  dünyada  5-ci  yeri  tutur.  Çünki  o, 

ildə 100 mln. nəfər sərnişin, 1,4 mlrd. ton yük daşıyıyır. Fəaliyyətdə 

olan  Şarl  de-Qol  hava  limanı  ildə  50  mln.  nəfər  sərnişinə  xidmət 

edir. Bundan başqa, Orli, Nitsa, Marsel, Lion, Tuluza, Bordo, Paris 

hava limanları da idxal və ixrac əməliyyatlarında fəal iştirak edirlər. 

Turizm 

və 


rekreasiya 

təsərrüfatının 

inkişafı 

və 


yerləşdirilməsində  Fransa  dünyada  tanınan  ölkələrdəndir.  Bu 

təsərrüfatın  illik  gəliri  5,7  mlrd.  frank  olmaqla  ildə  75,5  mln-dan 

artıq  turisti  qəbul  edə  bilən  900  min  işçisi  vardır.  Turizm  və 

rekreasiya  təsərrüfatının  inkişafında  14  mindən  çox  abidə  və 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə