R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə70/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   66   67   68   69   70   71   72   73   ...   153

yerli  kokslaşan  kömürün  və  dəmir  filizlərinin  uzlaşması  məhsul 

istehsalının  kəmiyyət  və  keyfıyyət  göstəricilərinin  yüksəkliyinə 

səbəb  olur.  Eləcə  də  Lyo  Kryozo  və  Kaen  (Normandiyada) 

metallurgiya  rayonlan  ildə  14  mln.  tona  qədər  çuqun,  20  mln. 

tondan  çox  polad  istehsal  etməyə  kömək  edirlər.  Metallurgiya 

müəssisələrinin  tam  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  ildə  20 

mln.  tondan  artıq  dəmir  fılizi  idxal  olunur.  Hal-hazırda  qara 

metallurgiya  sahəsində  ancaq  mini  (xırda)  zavodların  tikilməsinə 

üstünlük verilir ki, onlar da başlıca olaraq metal qırıntılarının əmələ 

gəlməsi  ilə  əlaqədar  olaraq  maşınqayırma  müəssisələrinə  yaxın 

yerləşdirilirlər. 

«Yuzinor-Sasilar» 

metallurgiya 

kombinatı 

monopoliyalıq edir. 

Daha  çox  enerji  və  xammal  tutumlu  sahə  olan  əlvan 

metallurgiyada  aparıcı  yeri  alüminium  sahəsi  tutur.  Đldə  0,9  mln. 

ton  məhsul  verən  bu  sahə  Provansının  boksitlərinə,  dağ  çaylarının 

elektrik enerjisinə əsaslanır. Mərkəzi massivin Đssuari sahəsində də 

fəaliyyət  göstərən  alüminium  zavodu  istehlakın  ödənilməsinə 

yönəldilən  məhsul  istehsal  edir.  Đldə  Fransa-0,6  mln.  ton  mis 

məhsullarını xaricdən almalı olur. 

Maşınqayırma Fransa təsürrüfatının döyünən ürəyi, düşünən 

beynidir.  Çünki  burada  elektrotexnika,  elektronika,  metalkəsən 

dəzgahlar,  gəmilər,  aviakosmik  və  hərbi  sənaye  kompleksləri, 

avtomobil  başlıca  məhsul  verən  sahələr  kimi  tanınırlar. 

Maşınqayırmada  ölkə  fəhlə  və  ışçi  qüvvəsinin  2/5-si  çalışır. 

Franskont  sahəsi,  Paris  rayonu,  Rona-AĐp  regionu  daha  çox 

maşınqayırma  məhsullarının  olması  ilə  tanınırlar.  Maşıqayırmada 

ən prioritet sahələrdən sayılan aviakosmik kompleksdir. Bu sahədə 

başqa  ölkələrlə  korporasiya  və  qabaqcıl  texnologiyanın  tətbiqi 

keyfıyyətin yüksəldilməsinə, maya dəyərin aşağı salınmasına səbəb 

olur. Belə hal dünya bazarında ən çox gəlir mənbəyinin  yaranması 

deməkdir.  Avtobusların  istehsalına  xidmət  edən  «Erbas  industri» 

layihəsində  SNEKMA,  «Aero-spasyal»,  «Mesye»  fransız  firmaları 

iiə  yanaşı  Almaniyanın  «Daym-ler-Bents»,  ingilislərin  «Britiş 

Erspeys»,  ispanların  «Kasa»,  hollandların  «Fokker»  fırması  fəal 

iştirak  edirlər.  Həmin  avtobuslar  Tuluzda,  Paris  aqlomeriyasında 

istehsal 

olunurlar. 

Avropa 

Đttifaqı 



ölkələrinin 

peyklərinin 

buraxılmasında  köməklik  edən  yerli  «Arian»  kosmik  raketlərin 



fəaliyyətinin  60  %-ni  Fransa  maliyyələşdirir.  Kosmik  raketlərin 

buraxılışında eyni zamanda nəhəng - «Dosso Aviason» və «Sektant 

Avionik»  firmaları  da  fəaldırlar.  Tuluzda  fəaliyyət  göstərən 

«Aerospasyal»yə  Bordo  aqlomerasiyasındakı  zavodlar  aerokosmik 

texnikanın  istehsal  mərkəzləri  hesab  olunurlar.  SNEKMA 

müəssisələri əsasən Paris aqlomerasiyası ərazisində yaradılmışdır. 

Fransa,  hərbi  sənaye  məhsulları  ixracatma  görə  dünya 

ölkələri  arasmda  birinci  5-liyə  daxildir.  Belə  ki, o,  ən  çox  silah  və 

hərbi  texnika  satışı  ilə  dünyada  tanınır.  Đnformatika  vasitələri 

buraxüışı 

«ĐBM-Frans», 

«Byul», 


«Xyulett-Pakkard-Frans» 

fırmalarma  həvalə  edilmişdir.  Kompüter  quraşdırılması  zavodu 

Monpele şəhərində olmaqla, «ĐBM-Frans» fırmasına məxsusdur. 

Fransa  ildə  620  mln.  dollar  dəyərində  müxtəlif  dəzgahlar 

buraxır ki, onun da 200 mln. dollar dəyərində olanını ixrac edir. 

Gəmiqayırma,  əsasən  xarici  sifarişlərin  yerinə  yetiriməsilə 

nəhəng quru yük daşıya bilən gəmilər istehsalı ilə məşğuldur. Hərbi 

gəmilərin  buraxılması  ilə  Brest,  Şerbur,  Tulon  zavodları  tanınır. 

Ölkə,  eləcə  də  dünyada  elektrovoz,  vaqon  və  başqa  lokomativ 

maşınqayırma məhsullarının ixracatı ilə də məşhurdur. 

Fransa  sənayesində  avtomobili  maşınqayırması  xüsusi  yer 

tutur. Hər il istehsal etdiyi 3,6 mln. avtomobilin yandan çoxu ixrac 

edilir.  Onun  ən  böyük  firmaları  «Reno»,  «Pejo-Sitroyen»,  «Fiat-

Frans»,  «Ford-  Frans»  hesab  edilir.  «Rono»  zavodu  Parisətrafı 

Bulon-Biyankurda  yerləşərək  46  min  işçiyə  malikdir.  Onun  digər 

zavodları  Lion  və  Normandiya  rayonlarında  fəaliyyət  göstərir. 

Trans milli korporasiya hesab edilən «Rono»nun xarici fıliallarında 

400  min  işçi  çalışır.  Belə  filiallar  Đspaniyada,  Portuqaliyada, 

Belçikada,  Sloveniyada,  Mərakeşdə  yaradılmışdır.  Lion  rayonunda 

fəaliyyət  göstərən  «Reno  Boikyul»  fırması  əsasən  avtobuslar,  yük 

maşınları  buraxılışı  ilə  tanınır.  «Pejo»  firması  Monbelyar-Soşo 

şəhərində  yerləşir  ki,  o  da  20  min  nəfər  işçi  qüvvəsinə  malikdir. 

«Pejo»nun  Paris  regionunda,  Lotaringiyada,  eləcə  də  ölkənin 

şimalında  da  zavodları  vardır.  12  mindən  artıq  işçi  qüvvəsi  olan 

«Sitroyen»  zavodu  Sartre-de-Bretan  şəhərində  yaradılmışdır. 

Ölkənin  avtomobil  parklarında  32  mln-dan  artıq  avtomobil  vardır. 

Hər 1000 nəfərdən 440 nəfəri avtomobil sahibidir. Fransada əsasən 

yerli  avtomobillərin  alınmasına  üstünlük  verilir.  Yerli  bazarın 




tələbatının  ödənilməsində  «Reno»-29,2  %,  «Pejo»-17,7  %, 

«Sitron»-12,5 % çəkiyə malikdirlər. Xarici maşınların xüsusi çəkisi 

46  %  olmaqla  «Ford»,  «Fiat»  «Folksfagen»  markalarına  üstünlük 

verilir. Yapon avtomobillərinin 3,2 %-dən çox çəkisi yoxdur. 

Atom enerjisi ilə məşğul olan kommisariat bu sahədə elmi-

tədqiqat  işlərinin  aparılmasını  həyata  keçirir.  «Franatom»  atom 

reaktorları  istehsalı  ilə  məşğuldur.  Rona  çayı  hövzəsində  yerləşən 

Pyerlat və Markul atom sənayesinin mərkəzləri sayılırlar. 

Bu 

illərdə 


kənd 

təsərrüfatının 

yüksək 

səviyyədə 



mexanikləşdirilməsi,  onun  məhsullarına  olan  tələbatın  artması, 

traktorlar  üçün  Qrenoblda  neftmaşınqayırma  avadanlıqları  düzəldə 

bilən  zavodun  yaradılmasına  səbəb  olmuşdur.  Fransa,  Qərbi 

Avropada  ən  böyük  kombayn  parklarına  malik  olan  dövlət  hesab 

edilir. 

Ümumiyyətlə,  Fransa  maşınqayırması  Parisdə,  Lion  və 

Şimal  rayonlarında  özünün  yüksək  konsentrasiyalılığı  ilə  digər 

Qərbi Avropa dövlətlərindən fərqlənməkdədir. 

ETĐ-nin 

nailiyyətlərinin 

yüksək 

səviyyədə 



tətbiqi, 

təsərrüfatın  bütün  sahələrində  kimya  məhsullarının  daha  çox 

işlədilməsi  kimya  sənayesinin  5  dəfədən  çox  artmasına  səbəb 

olmuşdur.  Onun  kübrə,  rezin,  plastik  kütlə  (ildə  1,0  mln.  ton), 

sintetik  kauçuk  (0,6  mln.  ton),  müxtəlif  liflər,  yuyucu  toz  və 

müxtəlif  vasitələr,  tibb  ləvazimatları,  ətriyyat,  soda,  turşu,  duz, 

meşə-kimya,  kömür-kimya  sahələri  müxtəlif  coğrafı  yerləşmələrə 

malikdir.  Müəssisələrin  yerləşməsi  xammalla,  tələbatla,  çox  işçi 

qüvvəsinin  mövcudluğu  ilə,  əlverişli  mövqe  ilə  bağlıdır.  Belə  ki, 

yerli  xammallar  əsasında  Şimalda  -kömür-kimya,  Lotaringiyada 

kömür-kimya  və  soda  istehsalı,  Elzasda  -  kalium  kübrəsi  (ildə  3,0 

mln.  t),  Landda  meşə-kimya,  gətirmə  xammala  əsasən  Marsel, 

Qavra, Bordo və Aşağı Sena sənaye qovşaqlarında neft-kimya, ucuz 

elektrik  enerjisi  əsasında  Alpda,  Pirineydə,  Lakda  elektrokimya, 

Lion  rayonunda  toxuculuğun  inkişafı  müxtəlif  növ  kimya 

istehsalına  səbəb  olmuşlar.  Paris  özünün  əczaçıhq,  ətriyyat 

məhsulları  ilə  dünya  şöhrəti  qazanmışdır.  Avtomobil  şinləri 

istehsalı da ölkənin paytaxtı üçün xarakterikdir. Klermon-Ferran və 

Monlyussonda  isə  iri  rezin  məmulatları  zavodlarının  varlığı  ucuz 

yerli  işçi  qüvvələrinin  olmasına  əsaslanmışdır.  Ölkədə  -  Lion  və 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə