R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə71/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   67   68   69   70   71   72   73   74   ...   153

Strastburq  şəhərlərindən  keçən  boru  kəmərlərinin  mövcudluğu 

əsasında yeni-yeni kimya müəssisələrinin yaradılması həyata vəsiqə 

almışdır.  Ümumiyyətlə,    ölkənin  kimya  sənayesində  -«Ron-

Pulenk»,  «Sen-Qoben»,  «Elf  Atoşem»,  «Er  Likid»  adlı  nəhəng 

fırmalar fəaliyyət göstərirlər. Əczaçılıq və ətriyyat sahəsinin aparıcı 

firmaları  «Opeal»,  «Russel»,  UKLAF,  «Đv  Roşe»,  «Sandor»  hesab 

olunurlar. 

Yüngül sənayenin ən qədim sahələrindən birini - toxuculuğu 

qeyd  edə  bilərik.  Đri  şəhərlərdə  müəssisələrə  malik  olsa  da  son 

vaxtlar pambıq parça, yun parça toxuçuluğu xeyli geriləmişdir. 

Toxuculuğu 

inkişaf 


etdirmək 

üçün 


ABŞ-dan 

pambıq, 


Avstraliyadan,  CAR-dan  yun  almaqdadır.  Đldə  0,5  mlrd.  kv  metr 

pambıq  parça  toxunur  (adambaşma  7,8  kv  m).  Son  vaxtlar  tikili 

mallar və modalar məhsul buraxılışında üstünlük təşkil etməkdədir. 

Ümumiyyətlə,  toxuculuq  əsasən  3  başlıca  rayonda:  Lill,  Rube, 

Turkuen  şəhərlə-rində;  Elzas  və  Voqez  də  (Myuluz  şəhərində); 

Lion şəhəri və Rona hövzəsi hissələrində cəmlənmişdir. Təbii ipək 

toxuculuğu  Lionda  tut  baglarının  olmasından  baramaçığın 

mövcudluguna əsaslanır. Eləcə də ayaqqabı buraxılışı iri şəhərlərdə 

fabriklərə  malik  olmaqla  keyfiyyətli  məhsulları  ilə  dünya  şöhrəti 

qazanmışdır. 

Yeyinti  sənayesi  əhalinin  yerləşməsi  ilə  əlaqədar  olaraq 

ölkənin  hər  yerində  müəssisələrə  malikdir.  Buraxılan  məhsulların 

çeşidi  çox,  keyfıyyəti  isə  daha  yüksəkdir.  Ümumiyyətlə,  ölkədə 

400-dən  artıq  növə  malik  olmaqla  pendir,  şəkər  çuğunduruna 

əsaslanan  şəkər,  müxtəlif  növ  konservlər,  şokolad,  çörəkbişirmə, 

qənnadı,  spirt,  şərab  məhsulları  aparıcı  sahələrdir.  Hər  il  52  mln. 

hektolitr  üzüm  şərabını  yerli  xammallar  hesabına  əldə  edir. 

Adambaşına  düşən  üzüm  şərabına  görə  -  100  litr,  eləcə  də 

keyfıyyətinə  görə  Fransa  dünyada  1-ci  yeri  tutur.  Ölkədə  konyak, 

bordo,  kaqor,  pivə,  almadan  almalı  sidr,  şampan  şərabları  dünya 

əhəmiyyəti  kəsb  edirlər.  Şəkər  çuğundurundan  alman  şəkərin 

miqdarına görə - 4,5 mln. ton kapitalist ölkələri içərisində 2-ci yerə 

malikdir.  O,  eyni  zamanda  Đspaniyadan,  Đtaliyadan  ucuz  üzüm 

şərabı da idxal edir. 

Deyilənlərlə yanaşı Fransa iqtisadiyyatının inkişafında meşə, 

tıkinti,  habelə  xidmət  sferası  sahələri  də  böyük  rol  oynayır.  Meşə 




sənayesində sellüloz, karton, kağız əldə edilməsi və sair aparıcı yer 

tuturlar.  Đldə  9,0  mln.  ton  karton  istehsalı  da  meşə  sənayesinin 

məhsullarından sayılır. 

Dünya  kənd  təsərrüfatı  məhsulları  istehsalının  3,1  %-ni 

verən Fransa dünyada 5-ci yeri, Avropada isə 1-ci yeri tutur. Taxıl, 

mal  əti,  şəkər  çuğunduru  və  yağlı  bitkilər  tədarükünə  görə  Avropa 

Birliyi  ölkələri  içərisində  birinci,  şərab  əldə  edilməsinə,  şəkər 

çuğunduru  tədarükünə  görə  isə  dünyada  ikinci,  süd  sağımına  görə 

Avropada ikinci yerdə durur. Belə ki, dünyada buğda tədarükünə və 

ixracatına  görə  qabaqcıl  yer  tutur.  Arpa  və  buğdanın  2/3  -  si, 

qarğıdalı  məhsulunun  isə  yarısından  çoxu  ixrac  olunur.  Fransa 

buğda, şəkər, şərab, mal-qara yağı, mal və toyuq əti ilə əhalisini tam 

təmin  edə  bilir.  Kənd  təsərrüfatı  strukturu  göründüyü  kimi 

çoxsahəliliyi  ilə  (o  cümlədən  gülçülüklə)  seçilərək  demək  olar  ki, 

əkinçilik və heyvandarhq illik məhsul tədarükündə biri-birindən bir 

o qədər də fərqlənmirlər. 

Kənd  təsərrüfatında  ümumi  ərazinin  3/5-i  istifadə  olunur. 

Belə  ki,  kənd  təsərrüfatı  üçün  istifadə  olunan  sahə  34  mln. 

hektardan az deyildir. Bunun 55 %-ni əkin sahəsi, 37 % -ni otlaq və 

biçənəklər, 8 %-ni bağçılıq, bostançılıq və üzümçülük sahəsi tutur. 

Əkin  sahələrinin  irriqasiya  işlərinin  aparılması  və  istifadə 

olunmayan  yararsız  torpaqlar  hesabına  daha  da  genişləndirilməsi 

mümkünlüyü  vardır.  Fransa  bahalı  şərab  növlərini,  pendiri, 

buğdanı,  şəkəri,  əti  ixrac  etdiyi  halda,  yemlik  taxılı,  xüsusilə 

qarğıdalını,  yağlı  bitkilərin  toxum  növlərini,  üzüm  şərabının  ucuz 

növlərini, subtropik və tropik bitki məhsullarını, o cümlədən kofeni, 

kakaonu,  çayı,  tropik  meyvələri,  yüngül  sənayenin  inkişafına 

xidmət edən bəzi xam məhsulları (pambığı və s.) idxal edir. 

Kənd təsərrüfatının taxılçılıq üçün əkilən sahənin 50%-indən 

artığı  buğda  (1/4),  qarğıdalı,  arpa,  çovdar,  yulaf  becərilməsində 

istifadə  olunur.  Ölkənin  hər  yerində  buğda  becərilsə  də,  Sena, 

Luara,  Haron  çayları  boyu  yerləşən  düzənliklər  onun  başlıca 

rayonları hesab edilir. Hər il 65 mln. ton taxıl məhsulu toplansa da 

onun  35  mln.  tonu  buğda  məhsulu  hesabınadır.  Əsasən 

heyvandarlığın  yemi  üçün  qarğıdalı,  arpa  becərilməsi  Fransanın 

cənub-qərbində,  çovdar  becərilməsi  ərazinin  şimalında,  yulaf 

becərilməsi isə şimal-qərb rayonlarında həyata keçirilir. 



Suyun, günəşli günlərin, temperatur gedişinin münasib olduğu Rona 

çayı hövzəsində çəltik becərilir. Texniki bitkilərdən əsas yeri şəkər 

çuğunduru  tutur.  Onun  da  əkin  sahələri  ölkənin  şimal  rayonları 

üçün  xarakterdir.  Yəni  onun  becərildiyi  rayonlar  Pikardiya, 

Flandriya  və  Şimali  Fransa  düzənlikləri  sahələridir.  Đldə  30  mln. 

tona qədər şəkər çuğunduru məhsulu toplanılır. 

Ölkənin 

şimal 


və 

Paris 


rayonlarında 

kətan 


da 

becərilməkdədir.  Yağlı  bitkilərdən  -  raps  Paris  regionunda,  zeytun 

Aralıq dənizi rayonlarında becərilir. Tütün-Elzas sahəsində, kartof -

ölkənin hər yerində, xüsusilə də Bretani ərazisində, tərəvəz - Paris, 

Voklyuz,  Finisiter  ərazilərnidə,  bağçılıq  Normandiyi,  Bretani, 

Elzas,  Lotaringiya,  Aralıq  dənizi  sahili,  Lazur,  Korsika,  Provans 

ərazilərində  becərilir.  Provans  əyaləti  gülçülüyün  vətəni  hesab 

olunur.  Fransanın  La-Manş,  Lanqedok  (40  %),  cənub-qərb  (25  %) 

ərazilərinin  Haron,  Dordoni;  Şarantı,  Şampan,  Lion,  Rona-Luara- 

Sona çay vadiləri ərazilərində becərilən üzüm bağlarından (2,0 mln. 

ha) hər il 10 mln. tondan çox məhsul toplanılır. Üzüm məhsulunun 

toplanmasına  və  şərab  istehsalına  görə  Fransa  dünyada  ancaq 

Đtaliyadan  sonrakı  2-ci  yeri  tutur.  Üzümçülük  təsərrüfatı  Fransanın 

əsasən  14  aparıcı  rayonunda  inkişaf  etdirilmişdir.  Heç  də  təsadüfü 

deyildir ki, Fransanı bağlar və üzümlüklər ölkəsi adlandırırlar. 

Bağlarda  alma,  armud,  gavalı,  şaftalı,  albalı,  ərik,  qoz,  zeytun, 

almanın  dessert  və  xüsusi  növü  (yeyinti  sənayesi  xammalı  kimi 

istifadə  olunurlar),  sitrus  meyvələri  və  badam  becərilməsinə 

üstünlük  verilirsə,  bostan  və  tərəvəzçilikdə  -  faraş  tərəvəz,  faraş 

kartof,  kələm,  pomidor,  rəngli  kələm,  ənginar,  qulançar,  xiyar 

becərilməsi  üstünlük  təşkil  edir.  Fransanın  Konyak  şəhərində 

konyak  firmalarının  ofisləri  yerləşir  ki,  onlar  da  dünyada  çox 

tanınan  «Napoleon»  konyakı    məhsulunu  dünya  bazarına 

istiqamətləndirirlər.  Ölkənin  Şampan  əyalətində  becərilən  xüsusi 

növ  üzümdən  «Şampan»  şərabı  düzəldirilir.  Onun  dünyada  tayı 

bərabəri yoxdur. 

Fransanın  Bretani,  Normandiya  rayonlarında  almadan 

insanların  çox  xoşladıqları  sidr  çaxırı  alınır.  Eləcə  də  Provansada 

becərilən güllərdən ətriyyat sahəsində geniş istifadə olunur. 

Kənd  təsərrüfatının  2-ci  sahəsi  heyvandarlıqdır.  Hər  bir  yer 

üçün  xarakter  olan  iribuynuzlu,  xırdabuynuzlu,  donuz,  ev  quşları 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə