R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə68/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   64   65   66   67   68   69   70   71   ...   153

Fransa mürəkkəb təbii şəraitə və inkişaf  ehtiyatlarına malik 

yeraltı  və  yerüstü  sərvətlərlə  səciyyələnən  dövlətdir.  Ərazi  relyefi 

eyni  sahəyə  malik  olan  dağlıq  və  düzənliklərdən  ibarətdir.  Şimali 

Fransa  Haronn,  Elzas  düzənliklərinin  kənd  təsərrüfatının, 

ümumiyyətlə 

ölkədə 


məhsuldar 

qüvvələrin 

düzgün 

yerləşdirilməsində 



və 

inkişaf 


etdirilməsində 

ölçüyəgəlməz 

əhəmiyyəti  vardır.  Ərazinin  50  %-ni  maksimal  hündürlüyü 

Monblan  zirvəsində  4810  m-ə  çatan  Alp,  Pireney,  Yura,  Vogez, 

Ardenn  dağlıq  sahələri  təşkil  edir.  Maraqlı  hal  odur  ki,  Monblan 

mövcud olan qar və buzlaqların hesabına Avropanın mərkəzinin su 

tənzimləyicisi  rolunu  oynayır.  Burada  ən  böyük  Mer-de-Qlas 

buzlağı  yerləşir  ki,  buraya  da  il  ərzində  ən  çox  turist  gəlməkdədir. 

Ərazinin  iqlimi  əsasən  Atlantik  hava  kütlələrinin  təsirindən 

formalaşır.  Burada  -  qərbdə  sırf  dəniz,  cənubda  Aralıq  dənizinin 

subtropik  və  şərqdə  mülayim  kontinental  iqlim  tipləri  hakimdir. 

Dağlarda  isə  o  yüksəklik  qanunauyğunluğu  əsasında  dəyişərək 

nisbətən  sərt  xarakterlidir.  Ölkənin  qərbində  orta  yanvar 

temperaturu  +7°S  təşkil  etdiyi  halda,  orta  iyul  +22°S-dən  artığa 

çatır. Aralıq dənizi sahillərində isə iyulun orta temperaturu + 24°S-

yə qədər qalxa bilir. Atmosfer yağıntıları isə 800-1000 nın arasında 

dəyişir,  dağlarda  bu  2000  mm-ə  çatır.  Relyefdə  olduğu  kimi 

yumşaq  və  mülayim  iqlim  xüsusiyyətləri  ölkə  kənd  təsərrüfatının 

inkişafında başlıca rol oynayır. 

Xüsusilə kənd təsərrüfatı üçün yararlı olan torpaq ehtiyatları 

podzol, çəhrayı, boz-meşə torpaq növlərindən ibarətdir. 

Ərazinin  çox  hissəsi  enliyarpaqlı  meşə  zonasında  yerləşir. 

O, ümumi ərazinin 30 %-ni örtmüşdür. Sahəsi 14 min kv km, illik 

ehtiyatı  55  mln.  kub  m-dir.  Đnsanların  təsərrüfat  fəaliyyətləri  ilə 

əlaqədar  olaraq  meşə  örtüyü  antropogen  təsirlərə  çox  məruz 

qalmışlar. Ona görə də Fransada mədəni bitki növləri, xüsusi ilə son 

illərdə daha çox artmaqdadır. 

Atmosfer  yağıntılarının  kifayət  qədər  olması,  relyef 

xüsusiyyətlərinin  səviyyəliliyi  Fransada  çay  şəbəkəsinin  sıxlığına 

və  sayına  öz  müsbət  təsirini  göstərir.  Buraya  suvarma,  elektrik 

enerjisi  alınması  və  nəqliyyat  məqsədilə  istifadədə  gərəkli  olan 

Sena,  Luara,  Yironda,  Rona,  Haronn,  Dordoni  çaylarının  adlarını 

çəkə bilərik. Çayların illik hidroenerji potensialı 100 mlrd. kvt saat 



təşkil  etməklə  Avropada  ancaq  Norveç  və  Đsveçdən  geri  qalır. 

Demək  olar  ki,  bütün  çaylar  bir-birilə  enlik  istiqamətində  kanallar 

vasitəsilə əlaqələndirilmişdir. 

Fransa  özünün  rekreasiya  resursları-çimərlikləri,  dağ  və 

meşə  massivləri,  çoxlu  sayda  tarixi  abidələri,  mineral  bulaqları, 

buzlaqları və s. ilə də turistlərin gəlişini özünə cəlb edirlər. 

Yerüstü  təbii  sorvətlərə  nisbətən  mineral  ehtiyatları 

Fransanın  ətrafında  yerləşdiyi  ölkələrdən  bir  o  qədər  də 

fərqləndirmir. Dəmir filizi ehtiyatı-8,5 mlrd. ton, kömürün ehtiyatı-

12  mlrd.  ton  (Elzas,  Saar,  Lotaringiya),  boksit  ehtiyatı-200  mln.  t, 

kalium duzu ehtiyatı-1,8 mlrd. ton, uran fılizi ehtiyatı-100 min ton, 

neft ehtiyatı-33 mln. t, qaz ehtiyatı-255 mlrd. kubmetr (Lak yatağı) 

təşkil edir. 

Qərbi  Avropada  yerləşən  Fransa  Prezident  respublika 

idarəetmə formasına malikdir. 

Qanunvericilik  orqanı  Parlamentdir.  1958-ci  ildə  qəbul  olunmuş 

Konstitusiyaya  görə  Parlament  Milli  Məclis  və  senatlardan  ibarət 

olmaqla 2 palatadan ibarətdir. Bu palatalar eyni zamanda Yuxarı və 

Aşağı  palatalar  adlanırlar.  Ölkənin  başçısı  ümumxalq  səsvermə 

yolu  ilə  7  il  müddətinə  seçilən  çox  böyük  səlahiyyətlərə  malik 

prezidentdir.  Prezident  hökuməti-Nazirlər  Sovetini,  ayrı-ayrı 

nazirləri  təyin  edir,  əslində  o,  parlament  qarşısında  heç  bir 

məsuliyyət  daşımayaraq  Ali  Baş  Komandan  vəzifəsini  də  yerinə 

yetirir.  Ölkə  22  vilayətə  ayrılır  ki,  onlarda  da  96  departament 

mövcuddur. 

Fransa  II  Dünya  müharibəsi  ərəfəsində  sahəsi  12  mln.  kv 

km,  əhalisi  70  mln.  nəfərdən  artıq  olan  mülklərə  malik  idi. 

Müharibədən  sonrakı  illərdə  milli  azadlıq  hərəkatının  nəticəsi 

olaraq  əksər  mülklərdən  əl  çəkməli  olmuşdur.  Ölkədə  1-ci 

respublika  1792-ci  ildə  elan  edilmişdir.  1789-cu  il  14  iyul  günü 

Bastiliyanının  alınması  ölkədə  milli  bayram  elan  edilmişdir.  300 

mindən  artıq  üzvü  olan  Kommunist  partiyası,  Fransa  sosialist 

parityası,  Fransa  demokratlar  ittifaqı  və  sair  aparıcı  partiyalardır. 

2,4 mln. üzvü olan Ümumi Əmək konfederasiyası həmkarlar ittifaqı 

isə böyük təşkilatlardan sayılır. 



Əhalisinin  95  %-ni  fransızlar  təşkil  edir.  Hər  1000  nəfər 

hesabı ilə doğum 13 nəfər, ölüm 9,0 nəfərdən çoxdur. Təbii artım 4 

nəfərdən artıq deyildir. Əhalinin orta sıxlığı hər kv km-da 110 nəfər 

təşkil  edir.  Kişilər  üçün  orta  ömür  sürmə  -  75,2  il,  qadınlar  üçün 

83,1  il  olmaqla  Avropada  1-ci,  dünyada  Yaponiyadan  sonra  2-ci 

yeri  tutur.  Şəhər  əhalisinin  xüsusi  çəkisi  76  %-ə  bərabərdir.  Əmək 

ehtiyatları ümumi əhalinin 24,2 min. nəfərini əhatə edir. Bunlardan 

sənayedə  31,3  %,  kənd  təsərrüfatında  7,3%,  xidmət  sahəsində 

61,5% işçi qüvvəsi çalışır. 

Fransada  800-dən  artıq  aqlomerasiya  qeydə  alınmışdır.  3 

dövlət  sərhədi  təmasında  yerləşən  Lodvi  (Lotaringiya)-Atyus 

(Belçika)-Eş 

(Lüksemburq), 

Sen-Lui-Myuluz 

(Elzas)-Bazel 

(Đsveçrə)-Lerrux 

və 

Beyl 


(AFR), 

Tyunvil 


(Lotaringiya)-

Lyuksemburq  -Mertsinq  (Saar)  beynəlxalq  aqlomerasiyalar  hesab 

olunurlar. Fransa dünyada qədim mədəniyyət və təhsil ənənələri ilə 

fərqlənən bir diyar hesab edilir. Mövcud 90 universitetdən çoxu, o 

cümlədən  Sorbonn  dünya  şöhrətinə  malikdir.  Ölkədə  hər  1000 

nəfərə  30  tələbə  düşür.  Təhsilə  hər  il  büdcədən  37,5%>-dən  çox 

ayırmalar mövcuddur ki, bu da Avropada ən yüksək göstərici hesab 

edilir.  ETĐ-nin  nəticəsində  Sofıya-Antipolis  (160  müəssisə), 

Moblan  (140  müəssisə),  Monpel  (65  müəssisə),  Annesi  (20 

müəssisə)  texnopolisləri  yaradılmışdır.  Yaşlı  əhalinin  sosial 

strukturunda  çinovniklər,  ziyalılar,  qulluqçular  -  37  %>,  fəhlələr  - 

14,7 %>, kənd təsərrüfatı istehsalçılan - 1,6 %, pensionerlər - 21,1 

%,  tələbələr,  hərbiçilər,  işsizlər-  25,6  %  xüsusi  çəkiyə  malikdirlər. 

Đşsizlərin 11,8 % olması Fransanı Avropada 5-ci yeri tutmağa səbəb 

olmuşdur. Đşçilər ən çox yaşı 25-ə qədər olan gənclər arasında, heç 

bir  ixtisası  olmayanlar  və  kənd  təsərrüfatında  çalışanlar  arasında, 

qadınlar arasında müşahidə edilir. Dövlət dili fransız dilidir. 

Đqtisadi  potensialına  görə  Fransa  Avropa  ölkələri  arasında 

AFR-dən  geri  qalır.  Sənaye  ölkəsi  sayılan  Fransada  kənd 

təsərrüfatının,  eiəcə  də  qeyri-istehsal  sahələrinin  də  iqtisadi 

inkişafda  böyük  rolu  vardır.  ÜDM-də  xidmət  sahələri  -  69  %, 

sənaye  26  %>,  kənd  təsərrüfatı-3  %  təşkil  edir.  Đqtisadiyyatın 

prioritet  sahələrindən  aviakosmik  və  hərbi  sənaye  kompleksləri, 

avtomobil      sahəsi,  parfümeriya,  yeyinti  kompleksi  və 

telekommunikasiya  xüsusi  yer  tutur.  ÜDM-nin  2,24%-i  elmi-



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə