R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə64/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   60   61   62   63   64   65   66   67   ...   153

başlanğıcından  1960-cı  ilin  ortalarına  qədər  olan  dövrdə  qaz 

yanacağı kömürdən alınma hesabına ödənilirdisə, 1967-ci ildən şelf 

zonasından bu yanacaq növünü hasil etmək mümkün olmuşdur. Bu 

əsasdan da Böyük Britaniya son illər yerli mənbələr hesabına yanar 

qaz  hasilatını  110  mlrd.  kubmetrə  çatdırmışdır,  Bu  da  RF,  ABŞ, 

Kanadadan  sonrakı  4-cü  yer  deməkdir.  Lakin  tələbat  tam 

ödənilmədiyindən hər il Norveçdən boru kəməri ilə 3 mlrd. kubmetr 

yanar  qaz  London-Lanka-Şir  magistral  qaz  boru  xəttinə  əlavə 

olunur. 

Yanacaq  energetika  kompleksinin  aparıcı  sahələrindən  biri 

də,  başqa  təsərrüfat  sahələrindən  fərqli  olaraq  hasil  olunmuş 

məhsulun  sonrakı  məqsədlərdə  istifadə  üçün  yığılıb  anbarlarda 

saxlanıla  bilməsi  mümkün  olmayan  elektroenergetikadır.  Onun 

SES,  AES,  ĐES  və  alternativ  mənbələri  mövcuddur.  Böyük 

Britaniya kapitalist dünyasında 1956-cı ildə ilk AES (Kolder-Xoll) 

quraşdıran dövlət hesab edilir. Eyni zamanda, sonrakı illərdə AES-

lər  Xanterstonda  -  Eyr  qraflığında,  Berklidə  (Qlosterşir), 

Dandjiessdə (Kend qraflığmda) tikilmişdir. AES-lərdən adambaşına 

düşən illik elektrik enerjisinin miqdarına görə ABŞ-dan, Fransadan, 

AFR-dən  və  Kanadadan  geri  qalır.  AES-lərin  13,0  mln.  kvt-dan 

artıq  gücü  və  36  bloku  vardır.  Đllik  elektrik  enerjisinin  28  %-ə 

qədəri (95 mlrd. kvt saat) AES-lərdən alınır. 

Đri  şəhərlərdə,  xammal  rayonlarında  fəaliyyət  göstərən  ĐES-

lər  kömürlə  işləyərək  illik  elektrik  enerjisi  hasilatının  -  70,3  %-ni 

verə  bilir.  Böyük  gücə  malik  olan  ĐES-lər  Londonda,  Xay-

Marixemdə, 

Torp 



Marçda, 



Taksford 

yaxınlığında 

(Hottinqemşirdə) istehlakın ödənilməsinə xidmət edirlər. 

SES-lər  çox  da  böyük  olmamaqla  Şotlandiya  və  Şimali 

Đrlandiya  ərazisində  fəaliyyət  göstərməklə  -  2  %-ə  qədər  elektrik 

enerjisi verə bilirlər. 

Alternativ - külək və qabarma elektrik stansiyasına malikdir. 

Böyük Britaniya  göstərilən mənbələr hesabına hər il 350 mlrd. kvt 

saat  elektrik  enerjisi  hasil  edərək  dünya  ölkələri  arasında  9-cu 

yerdədir.  Ölkənin  elektrik  enerji  sistemi  La-Manş  boğazından 

keçməklə  Fransanın  enerji  sistemi  ilə  əlaqələndirilmişdir.  Son  illər 

Böyük  Britaniya  YEK-də-380  mln.  tut  məhsul  istehsal  etmişdir. 

Đllik tələbat - 330 mln. tut, ixracat isə - 145 mln. tutdan az deyildir. 



Metallurgiya 

Böyük 


Britaniyanın 

qədim 


sənaye 

komplekslərindən  hesab  edilir.  Yerli  dəmir  filizi  ehtiyatları 

tükəndiyindən - 80 % xammalı Kanadadan, Braziliyadan, Đsveçdən 

almağa  məcbur  olur.  Ona  görə  də  başlıca  metallurgiya  zavodları 

sahil  zonalarında:  Skantropda  (Xambera  yaxınlığında),  Cənubi 

Uelsdə  (Port-Tolbort  və  Llanueri),  Tissaydda  (Lakenbi  -  Redkar), 

Şotlandiyada  (Ravenskreyq),  Şeffılddə  yerləşdirilmişdir.  Qara 

metallurgiya  müəssisələri  ildə  18  mln.  tondan  çox  polad  əridə 

bilirlər. Əlvan metallurgiyanın sahil zonalarında yerləşməsinə səbəb 

gətirmə  xammalların  mövcudluğudur.  Ona  görə  də  Temzada,' 

Cənubi  Uelsdə,  Lankaşirdə  əlvan  metal  əridən  müəssisələr 

fəaiiyyətdədir.  Digər  tərəfdən,  Şotlandiyada  yerləşən  SES-lər 

yaxinlığinda,  Linmut  AES-i  yaxınlığında  da  alüminium  zavodları 

mövcuddur.  Deyilənlərlə  yanaşı  təkrar  əlvan  metallurgiya 

müəssisələri  iri  maşınqayırma  mərkəzlərində  -  Qərbi  Midlenddə, 

Böyük Londonda və Lankaşirdə yaradılmışdır. 

Britaniya 

sənayesinin 

aparicı 

sahələrindən 

biri 

də 


maşinnqayırmadır.  Ümumi  sənaye  məhsulunun  -  42  %-ni,  ixracat 

məhsullarinin  isə  -  45  %-dən  çoxunu  verir.  Đstehsal  səviyyəsində 

ABŞ-dan,  Yaponiyadan,  Almaniyadan  və  Fransadan  geri  qalır. 

Struktur  müxtəlifliyində  isə  Avropada  AFR-i  qabağa  buraxır. 

Böyük  Britaniya  maşınqayırmanm  yüksək  ixtisaslı  kadrlarla  təmin 

olunmuş standart olmayan, bahalı və  yüksək keyfıyyətli növlərinin 

buraxılışı  üzrə  ixtisaslaşmışdır.  Məhsul  istehsalının  digərlərinə 

nisbətən  yüksəkliyinə  və  işçi  qüvvəsinin  çoxluğuna  görə  ümumi 

maşınqayırma,  yəni  -  yol  texnikası,  energetika  avadanlıqları  -

turbogeneratorlar, buxar qazanları, AES-lər üçün müxtəlif qurğular, 

kənd  təsərrüfatı  texnikası,  tibb  ləvazimatı  qabaqcıl  yer  tutur. 

Dünyada  Britaniya  traktorları  şöhrətə  malikdr.  Son  illər 

dəzgahqayırma,  kimya  üçün  avadanlıqlar  xüsusi  inkişaf  sürəti 

almışdır.  Ölkədə  hər  il  3,0  mln.  ədəd  avtomobil  buraxılır.  «Rolls-

Roys»,  «Britiş  Leyland»  adlı  yerli  avtokompaniyalan  fəaliyyət 

göstərir.  Aparıcı  zavodlar  Böyük  London  (Luton),  Birmingem, 

Koventri,  Derbi,  Birestol,  Liverpul,  Oksford  aqlomerasiyalarında 

yaradılmışdır.  «Rover»,  «Ford»,  «Yaquar»,  «Voksxoll»,  «Talbot», 

«Xon-da», 

«Nissan» 

və 

«Toyota» 



xarici 

avtomobil 




korporasiyalarının  fılialları  da  məhsul  istehsah  ilə  məşğuldurlar. 

Đldə dünya bazarlarına - 600 mindən artıq avtomobil ixrac olunur. 

1965-ci ilə qədər Böyük Britaniya maşınqayırmada dünyada 

liderlik  etmişdir.  Son  illər  şelf  zonasında  neft  və  qaz  yataqlarının 

işlənməsi  üçün  yeni-yeni  gəmi  növləri  düzəldilmişdir.  Yanacaq 

gəmilərinin  yarıya  qədəri  Klaydsaydda  düzəldilir.  Ölkədə  100-dən 

artıq  gəmi  nəqliyyatda  istifadə  olunur.  Bundan  başqa,  Berkenxed, 

Barrau,  Portsmut,  Plimut,  Belfast  kimi  gəmiqayırma  mərkəzləri 

vardır.  XX  əsrin  90-cı  illərində  Böyük  Britaniya  elm  tutumlu 

maşınqayırmaya  xüsusi  fikir  vermişdir.  Buraya  elektron  sənayesi 

daxildir ki, o da dünya sənaye məhsulunda - 9%-ə qədər xüsusi çəki 

ilə  tanınır.  Böyük  Britaniya  elektron  sənayesinə,  habelə  elmi-

tədqiqat işlərinin aparılmasına ayrılan xərclərdə - 35 % Avropada 1-

ci yerdə durur.  

«Đnterneşnl  kompüters  limitel»  («Ay-Si-El»)  kompaniyasına  malik 

EHM-ri  buraxılışının  buna  misal  göstərə  bilərik.  Rabitə  və  xidmət 

sferasında  kompüterləşmə  prosesi  ən  yüksək  səviyyədə  həyata 

keçirilməkdədir. Böyük Britaniya müxtəlif məqsədlər üçün istifadə 

olunan  yarımkeçirici  cihazlar  buraxmaqda  Avropa  ölkələri 

içərisində  AFR-dən  sonrakı  yeri  tutur.  Aerokosmik  sənaye 

sahəsində də Böyük Britaniya özünəməxsus yer tutur. Hərbi-sənaye 

kompleksinin  inkişafına  dünyada  20  kompaniya  xidmət  edirsə, 

onun  üçü  ingilislərə  məxsusdur  (ABŞ-da-  10,  Fransada  -  5, 

Almaniyada - 1). «Britiş aerospeys», «Djeneral elektrik» və «Rals-

Reyn»  kompaniyaları  buna  misal  ola  bilər.  Bu  kompaniyalar 

aviasiya  mühərrikləri,  təyyarələr,  aviaraket  texnikaları  buraxılması 

üzrə  ixtisaslaşmışlar.  Elektron  sənayesi  məhsulları  istehsah  Böyük 

London  üçün  xarakterdirsə,  aviaraketqayırma  sənayesi  Bristal, 

London, Derbi şəhərlərində cəmlənmişdir. 

Çox  dinamik  inkişaf  edən  təsərrüfatlardan  biri  də  kimya 

sənayesidir.  Onun  xammalının  çox  vaxtlar  neft  emalı  sahəsinin 

məhsulları  təşkil  etməkdədir.  Göstərilən  sənaye  sahəsinin  verdiyi 

məhsulun  illik  miqdarına  görə  ölkə  Avropada,  Almaniya  və 

Fransadan  sonrakı  3-cü  yeri  tutur.  Onun  aparıcı  məhsulları  əsasən 

üzvi  sintezə  aiddir.  Aparıcı  «Đmperiel  kemik  indastriz»  kimya 

korporasiyası  dünya  kimya  korporasiyaları  arasında  6-cı  olmaqla 

Böyük  Britaniyada  kimya  sənayesinin  illik  məhsulunun  50  %-ni 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə