R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə62/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   58   59   60   61   62   63   64   65   ...   153

çox  olan  14  müstəmləkə  və  asılı  sahələrə  nəzarət  etməkdə  davam 

edir.  Bundan  başqa,  1931-ci  ildə  Millətlər  Birliyini  yaradaraq  hal-

hazırda xeyli xüsusi çəkisi və nüfuzu olan 53 keçmiş, dominionunu 

və  koloniyasını  (indi  müxtəlif  statuslu  müstəqil  dövlətləri)  özündə 

birləşdirir. XIX əsrin ortalarında dünya sənaye məhsulunun yarıdan 

çoxunu  verməklə  dünyanın  aparıcı  və  qüvvətli  imperiyası  kimi 

tanınan Böyük Britaniya XX əsrin əvvəllərindən bu mövqeyini get-

gedə itirmişdir. Lakin yenə də ən inkişaf etmiş dövlət kimi dünyada 

tanınmaqdadır.  Belə  ki,  indi  dünya  sənaye  məhsulunun  -  6  %-dən 

çoxunu verməklə, aparıcı «7-lər qrupu»na daxildir. Müasir dünyada 

ÜDM-dan 

elmi-tədqiqat 

işlərinə 

və 


təcrübə-konstruktor 

araşdırmalarına ayırmalara (2,2 %) görə dünyada özünəməxsus yer 

tutur.  Bununla  yanaşı,  son  illərdə  Nobel  mükafatı  alanların  sayına 

görə  (70)  o  ancaq  ABŞ-dan  (179)  geri  qalır,  dünya  miqyaslı 

Oksford (1167-ci il), habelə 1209-cu ildən fəaliyyətdə olan məşhur 

Kembriç  Universitetinə  malikdir.  Deyilənlərlə  yanaşı,  ÜDM-  da 

xüsusi  çəkisi  70  %-dən  artıq  olan  xidmət  sferasına  görə  bir  çox 

Avropa ölkələrini keçərək ABŞ-a  yaxınlaşmaqdadır. 1273-cü ildən 

XX əsrin 70-ci llərinə - Şimal dənizinin şelf zonasında neft istehsah 

dövrünə  qədər  Böyük  Britaniyada  yanacaqda  hegemonluğu  kömür 

sənayesi  etmişdir.  1970-ci  ildən  ölkə  neft-qaz  hasilatında  tələbatı 

ödəyəcək miqdarda məhsul istehsal edərək hətta  neft məhsulundan 

ixrac  da  etməyə  başlamışdır.  1956-cı  ildə  dünyada  ilk  «Kolder  - 

Xoll»  (Kembricdə)  AES-nin  istifadəyə  verilməsi  (1954-cü  ildə 

Obninskini nəzərə almasaq) ilə bağlı olan atom dövründə 14 AES-

in  tikilməsi  XX  əsrin  70-ci  illərinə  qədər  davam  etmişdir.  Şimal 

dənizi  köməyə  gəldikdən  sonra  yanacaqda  karbohidrogen 

məhsulları  istehlakı  ödənilməsində  liderlik  etməyə  başlamışdır. 

Digər  tərəfdən,  Böyük  Britaniya  əmək  məhsuldarlığı  yüksək  olan 

Avropada  ən  inkişaf  etmiş  kənd  təsərrüfatına  da  malikdir.  Böyük 

Britaniya  urbanizasiyanın  səviyyəsinə  görə  də  -  91  %  dünya 

ölkələri içərisində ən qabaqcıl dövlət sayılır. Göstərilənlərlə yanaşı, 

o,  hələ  Đkinci  Dünya  müharibəsi  qabağı  dünyaya  ilk  yeni 

şəhərsalma təcrübəsini təqdim etmişdir. 

Əlverişli  coğrafı  və  geosiyasi  mövqeyə  malik  olan  Böyük 

Britaniya  Avropanm  şimal-qərbində  yerləşən  ada  dövlətidir.  O 

şimaldan  360  km  məsafədə  Đrlandiya  ilə,  qərbdən  Atlantik  okeanı 



suları  ilə,  cənub-şərqdən  eni  220  km  olan  La-Manş  və  eni  33  km 

olan  Pa  -  de  -  Kale  boğazları  ilə  əhatələnmişdir.  Sahil  xəttinin 

uzunluğu  12429  km-dən  artıqdır.  Ölkə  rəsmi  olaraq  ərazisinin  90 

%-dən  artığını  təşkil  edən  ən  böyük  adanın  adı  ilə  «Đngiltərə» 

adlanır.  Onun  tərkibində  Đngiltərə,  Şotlandiya,  Uels,  Şimali 

Đrlandiya  tarixi  coğrafi  ərazilərlə,  habelə  5,5  mindən  artıq  ada,  o 

cümlədən  Men,  Anqlsi,  Uayt,  Daxili  Qebrid,  Xarici  Qebrid, 

Orkney,  Şotland  və  sair  adalar  yerləşirlər.  Dominion  və 

kaloniyalardan  böyük  gəlir  götürən,  La-Manş  və  Pa-de-Kale 

boğazlarından  keçən  mühüm  dəniz  ticarət  yollarında  əlverişli 

coğrafı  mövqeyə  malik  olan  Böyük  Britaniya  Yer  kürəsinin  bütün 

regionlan  ilə  əlaqə  yaratmağa  imkan  qazanmışdır.  Ölkədə  dəmir 

filizi  və  kömür  yataqlarının  bir-birinə 

yaxın  yerləşməsi 

metallurgiyanın  güclü  inkişafına,  bu  isə  müstəmləkələrin  ələ 

keçirilməsində  və  Dünya  okeanında  hökmranlıq  edilməsində 

başlıca rol oynayan güclü dəniz donanmasının yaradılmasına imkan 

vermişdir.  XX  əsrin  sonuna  qədər  Böyük  Britaniya  Avrasiya 

materiki  ilə  yalmz  La-Manş  və  Pa-de-Kale  boğazları  ilə  əlaqə 

saxlaya  bilirdisə,  1994-cü  ildən  Kale  və  Divr  arasında 

«avrotunnel»in  istifadəyə  verilməsi  ölkəni  digər  Avropa  ölkələri 

dünyasına  daha  da  yaxınlaşdırmağa  səbəb  olmuşdur.  Böyük 

Britaniyanın  donmayan  dənizlərlə  əhatə  olunması  onun  iqtisadi 

inkişafına xarici ticarətinin il boyu davam etməsinə imkanı daha da 

artırmışdır. 

Ərazinin  təbii  şəraiti  və  təbii  ehtiyatlarının  münasibliyi 

iqtisadi  inkişafa  xidmət  edən  başlıca  zəminlər  hesab  olunurlar. 

Relyefdə  düzənliklər,  təpəli  düzənliklər,  hündürlüyü  800  metrə 

çatan  Pennin  və  hündürlüyü  1343  metrdən  çox  olmayan  (Ben  - 

Nevis  zirvəsi)  Qrampian  dağlıq  sahələr  bir-biri  ilə  uzaqlaşaraq 

insanların  əmək  fəaliyyətlərinin  tətbiq  olunmasında  heç  bir 

maneçilik  törətmirlər.  Təbii  şəraitin  aparıcı  elementi  olan  iqlim 

mülayim  kontinental  okean  xarakterlidir.  Belə  hal  havaların  qeyri 

sabit, dumanlı, çiskinli. küləkli keçməsinə səbəb olur. Ölkənin qışı 

çox  yumşaq  və  rütubətli,  yanvarın  orta  temperaturu  şimal-şərqdə 

3,5°S, cənub-qərbdə 5,5°S təşkil edir. Cənub-qərbdən ölkəyə daxil 

olan  isti  okean  hava  axımları  qışda  temperatur  gedişinin 

yüksəlməsinə, yağışlı havaların baş verməsinə səbəb olur. Şərqdən, 




şimal-şərqdən  uzunmüddətli  soyuq  havaların  gəlməsi  -  18°S 

temperaturun  baş  verməsi  ilə  nəticələnir.  Yay  sərin  keçir, 

Temperaturun gedişi ərazinin müxtəlif yerlərində 12-32°S arasında 

dəyişir.  Atmosfer  yağıtılarının  illik  gedişi  də  dəyişkən  olmaqla  - 

ərazi  üzərə  600-2000  mm-dən  artığa  çatır.  Çox  da  uzun  olmayan 

sulu  çaylarından  Severnini  -  354  km,  Temzanı  -340  km,  eləcə  də 

Merseyam,  Taynanı,  Uiram,  Xamberi,  Klaydam,  Tisi  qeyd  edə 

bilərik. Çaylardan dağlıq ərazilərdə elektrik enerjisinin alınmasında, 

suvarmada, nəqliyyatda istifadə olunur.  

Çəkilmiş  kanallann  ümumi  uzunluğu  350  km-dən  artıq  olmamaqla 

onlardan  nəqliyyatda  da  istifadə  edilir.  Şimali-Qərbi  Đngiltərə  və 

Şimali  Şotlandiya  dağ  göllərinə  malikdirlər.  Onların  möcüzəli 

sahilləri  il  boyu  çoxlu  sayda  turistlərin  və  idmançılarının  axımına 

səbəb olur. Çox da məhsuldar olmayan podzol, qonur meşə torpaq 

növlərindən əkinçilikdə geniş istifadə olunur. Ərazinin 9%-ə qədəri 

meşə ilə örtülü olsa da onlar su qoruyucu və istirahət xarakterlidir. 

Ölkənin  oduncağa  olan  tələbatının  ancaq  15  %-ni  ödəmək 

mümkündür.  Əgər,  dağlıq  və  çay  dərələrində  yabanı  meşələr 

mövcuddursa,  mədəni  ağac  növləri,  parklar  ölkənin  hər  bir  ərazisi 

üçün adi hal olmuşdur. 

Böyük 

Britaniyada 



təsərrüfatının 

ərazi 


strukturunun 

formalaşmasında  təbii  şərait  -  təbii  ehtiyat  faktoru  başlıca  rol 

oynamışdır. Xüsusilə, alçaq dağlıq sahələrin ətəklərində, Şotlandiya 

düzənliyi  ərazisində  mövcud  olan  6  böyük  və  çoxlu  sayda  xırda 

kömür yataqlarının aşkarlanması və onlardan istehsal qədim sənaye 

rayonlarının  əmələ  gəlməsinə  səbəb  olmuşdur.  Ölkədə  ümumi 

kömür  ehtiyatı  190  mlrd.  ton  təşkil  edir.  Neft  ehtiyatı  -  7,0  mlrd. 

tondan artıq deyil. Əsasən Şimal dənizi hövzəsində aşkarlanmışdır. 

1975-ci  ildən  sənaye  əhəmiyyətli  Fortis,  Brent,  Ninian,  Payper, 

Beril,  Statford  və  başqa  mədənlər  aşkar  edilmişdir.  Leman, 

Đndefatiqeybl,  Xevett  yataqlarında  -  4,0  trln  kubmetr  qaz  ehtiyatı 

vardır. 1960-cı ilə qədər ölkədə olan tələbat kömürdən alman qaza 

əsaslamırdı.  Tərkibində  dəmirin  xüsusi  çəkisi  28%o  olan  dəmir 

filizi  başlıca  olaraq  Norttempşirdədir.  Ehtiyatı  6,0  mlrd.  tondan 

azdır.  Gümüş,  qurğüşün,  qalay,mis  ehtiyatı  Kornuoll  adasındadır. 

Darem və Çeşirdə - daş duz, Yorkşirdə - kalium duzu, Kormuollda - 

volfram bu və ya digər ölçüdə ehtiyatlara malikdir. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə