R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə58/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   54   55   56   57   58   59   60   61   ...   153

Ölkənin  geosiyasi  mövqeyi    1990-cı  ilin  oktyabrın  3-ndə  alman 

dövlətinin  bir-biri  ilə  birləşməsindən  sonra  daha  da  dəyişmişdir. 

(Şərqi  Almaniya  da  Şimali  Atlantika  blokunun  -  NATO-nun  üzvü 

hesab edilmişdir). Onun nəticəsində Almaniya ərazisi 43 %, əhalisi 

isə 67 %-dən çox artmışdır. 

Ərazinin mülayim iqlimi insanların yaşayışma, onların əmək 

fəaliyyətlərindən  maksimum  istifadə  etməyə,  xüsusilə  də  kənd 

təsərrüfatına  imkan  verir.  Düzənliklərdə  qış  ayının  temperaturu 

+1°-S,  dağlarda  -  6°-S-yə,  yayda  isə  +20°"S-yə  bərabər  olur. 

Yağıntıların  illik  gedişi  600-2000  mm  (Bavariya  Alplarmda) 

arasında  dəyişməkdədir.  Relyefdə  ən  hündür  nöqtə  Bavariya 

Alplarının  Suqşpitse  zirvəsində  2963  m-ə  çatır.  Ərazi  relyefi 

təsərrüfat  işlərinin  görülməsində  müsbət  təsirini  göstərir.  Ərazidə 

bərəkətli  və  məhsuldar  topaqlar  əkinçiliyin  inkişafı  və  müxtəlif 

növlərin yerləşdirilməsi üçün zəmin yaradır. Əsasən, podzol və boz 

meşə  torpaqları  üstünlük  təşkil  edir.  AFR-də  demək  olar  ki,  təbii 

meşələrdən  əsər-əlamət  qalmamışdır.  Təbii  bitki  örtüyü  ancaq 

qoruqlarda  qalmışdır.  Ərazinin  40  %-dən  çoxu  antropogen 

meşələrlə örtülmüşdür. Belə hal, oduncağa olan tələbatı 70 % yerli 

mənbələr  hesabına  ödəməyə  imkan  verir.  Çaylar  əsasən  cənubdan 

cənub-şərqə doğru axmaqla xeyli hidroenerji potensialına malikdir, 

gəmiçilik üçün gərəklidir, suvarmaya, məişətdə istifadəyə yararlıdır 

və s. Bunlardan Reyn, Vezer, Elba, Morel, Mayne, Nekkore, Emsa, 

Dunay  çaylarının  adlarını  çəkə  bilərik.  Əhilinin  şirin  suya  olan 

tələbatının  90  %-i  yeraltı  sular  hesabınadır.  Müalicə  əhəmiyyətli 

mineral  sular  əsasında  Baden-Baden  və  başqa  kurortlar  fəaliyyət 

göstərirlər. Ölkənin cənubunda yerləşən Baden ən böyük göllərdən 

biri hesab olunur. Hər il çaylarla 235 mln. ton yanacaq, fıliz, tikinti 

materialları,  ərzaq  məhsulları  daşımır.  Avropanın  ən  böyük  çay 

limanı Duysburq buradä yerləşərək hər il 40 mln. tondan artıq yük 

daşıması ilə tanınır. 

Mineral-xammal  təbii  sərvətləri  vaxtı  ilə  iqtisadi  inkişafa 

yaxşı  təsir  etsələr  də  son  illərdə  onların  çoxunun  istehsah  hətta 

dayandırılmışdır. Kömür ehtiyatına görə AFR Qərbi Avropada 1-ci 

yeri  tutur.  Onun  da  ehtiyatı  Rur,  Saar,  Axen,  Lauzis,  Nijnereyn 

yataqlarında olmaqla 230 mlrd. ton təşkil edir. Qonur kömür əsasən 

açıq  üsulla  hasil  edilir.  Ölkədə  80-cı  illərdən  dəmir-fılizi  (ehtiyat 



7,5 mlrd. ton) və uran istehsalı dayandırılmışdır. Qannoverdə, Verra 

çayı hövzəsində kalium duzu ehtiyatı aşkarlanmışdır. Bu əsasdan da 

AFR  kalium  duzu  və  kalium  kübrəsi  əldə  edilməsində  dünyada 

qabaqcıl yerlərdən birini tutur. Məşhur farfor sənayesi - Meyssendə, 

ölkədə  tapılan  kaolin  xammallarına  əsaslanır.Ölkənin  şimal 

hissəsində - Şimali Almaniya düzənliyində ehtiyatı 70 mln. ton olan 

neft,  ehtiyatı  340  mlrd.  kub  m-ə  çatan  təbii  qaz  aşkarlanmışdır. 

Ərazidə  pirit,  barit,tikinti  materialları  xammalları,  gil,  şüşə 

alınmasında xammal kimi işlədilən qumun xüsusi növlü ehtiyatları 

da  müəyyən edilmişdır. 

Əhalisinin sayına - 82,3 mln. nəfər, sıxlığının yüksəkliyinə 

(230 nəfər), urbanizasiya səviyyəsinə (87 %) görə Avropa ölkələri 

içərisində ən qabaqcılı AFR-dir. Əhalinin sayı ən çox 

Türkiyədən,Italiyadan,keçmiş,Yuqoslaviyadan,Yunanıstandan,Port

uqaliyadan köçüb gedən immiqrantlar hesabına ildən - ilə 

artmaqdadır. Gəlmə əhalinin sayı 7,0 mln. nəfəri ötmüşdür. Hal-

hazırda hər 1000 nəfərə doğum 9,3 nəfər, ölüm isə 10,5 nəfərə 

bərabərdir. Deməli, təbii artımın koofisenti - 1,2 promıl təşkil edir. 

Urbanizasiyanın qüvvətli getməsi ilə tanınan AFR-də şəhər 

əhalisinin xüsusi çəkisi 87 %-dən artıqdır. Reyn-Rur meqalopolisi 

Reyn-Rur, Reyn - Mayn, Reyn -Nekkar və Hollandiyanın 

Randstadası hesabına formalaşmışdır. Bu, dünyada dövlətlərarası 

meqalopolis adlanır. Qadınların işə çox cəlb olunması (55 %) təbii 

artıma öz mənfi təsirini göstərir. Pensionerlərin xüsusi çəkisi 20 %-

dəıi çoxdur. Orta ömür kişilər üçün 74,3 il, qadınlar üçün 81 ilə 

qədərdir. Qəbul edilmiş dövlət dili alman dili sayılır. Đşçi 

qüvvəsinin 37 %-i sənayedə. 3 %-i kənd təsərrüfatında, 60 %-i 

xidmət sferasında çalışır. 

Đşsizlərin  burada  sayı  5,0  mln.  nəfəri  keçmişdir.  Hər 

birisinin  əhalisinin  sayı  1,0  mln.dan  artıq  olan  Berlin,  Hamburq, 

Münxen şəhərləri vardır. Ölkədə xristian, islarm dinləri mövcuddur. 

Đnzibati - ərazi quruluşuna görə federativ dövlət hesab edilən AFR-

də 16 torpaq bölgüsü ayrılır. Bunlar Baden Vyurtemberq, Bavariya, 

Berlin,  Brandenburq,  Bremen,  Qamburq,  Nessen,  Meklenburq  - 

Perednyana Pameraniya, Reynland-Pfalts, Şimali Reyn- Vestfaliya, 

Saar,  Aşağı  Saksosoriya,  Saksoniya-  Anqalt,  Tyurinqiya,  Slezvit-

Qolşteyn  torpaqlarından  ibarətdir.  Xüsusi  səlahiyyətlərə  və 



konstitusiyaya  malik  olmaqla  təhsil  haqqında  özlərinin  hər  birinin 

qanunu  vardır.  ARF-idarəetmə  formasına  görə  parlamentli 

respublikadır. Prezidentin rolu burada çox azdır. Ali qanunvericilik 

orqanı  Parlamentdir.  Parlament  iki  palatadan:  bun-destaq  və 

bundespatdan  ibarətdir.  Bundestaq  ümumi  əhali  tərəfındən  4  il 

müddətinə  seçilir.  Hökuməti  federal  kansler  formalaşdırır.  Ölkədə 

865 min üzvü olan ASDP aparıcı partiya hesab edilir. 

Müasir  Almaniya  dünyanınn  ən  inkişaf  etmiş  ölkələrindən 

biridir. 

Haqq 


olaraq 

Almaniyanı 

sosial-iqtisadi 

inkişaf 


göstəricilərinə  görə  dünya  təsərrüfatının  lokomotivi  adlandırırlar. 

Onun  iqtisadiyyatının  əsasını  sənaye  təşkil  edir.  Sənayenin  ölkədə 

50  minə  yaxın  müəssisəsi  fəaliyyət  göstərməklə  ümumi  işçi 

qüvvəsinin 7,0 mln-a qədərini özünə cəlb etmişdir. Ölkədə istehsal 

olunan  Ümumi  Daxili  Məhsulun  35  -  %-ə  qədərini  (625  mlrd. 

dollarlıq)  verən  sənayenin  dünya  sənaye  məhsulu  sistemində  6,42 

%çəkisi  vardır  ki,  bu  da  onu  dünyanın  4-cüsü  (ABŞ,  Çin, 

Yaponiyada  sonra)  hesab  etməyə  imkan  verir,  II  Dünya 

müharibəsinə 

qədər 


sənayenin 

əsasını 


metallurgiya, 

ağır 


maşınqayırma  və  hərbi  sənaye  təşkil  edirdi.  ADR-lə  birləşdikdən 

sonra şəra hissədə ümumi əhalinin 20 %-i yasasa da, ölkənin sənaye 

məhsulunda hasilat sahəsi qərbdə 2 %, şərqdə 9 %-dən çox deyildir. 

Lakin AFR-də emal sənayesinin xüsusi çəkisi daha yüksəkdir. Get-

gedə  ölkədə  bir  neçə  yerli  hasilat  sahələri  öz  fəaliyyətini 

dayandırmaqla  daha  çox  elm  tutumlu  sahələrin  inkişafına  fikir 

verilir.  Son  illər  ən  çox  avtomobil,  aerokosmik,  neft  emalı,  atom 

energetikası,  elektronika  sahələri  vüsət  alır.  Göstərilənlər  o  qədər 

sürətlə inkişaf edir ki, nəticədə istehlakın ödənilməsi tam öz əksini 

tapır. Belə ki, son illər neft emalı  - 35 dəfə, avtomobil sahəsi - 12 

dəfə, kimya  - 7 dəfə  artmışdır. Bunlarla  yanaşı,  qədim şəhərlərdən 

Rur və Saarda kömür hasilatı, süni parçalarla əvəz olunan toxucluq, 

dəmir  fılizi  (heç  hasil  olunmur)  hasilatı  çox  zəifləmişdir.  Müasir 

Almaniya  dəzgah,  müxtəlif  istehsal  vasitələri,  avtomobil,  üzvi 

kimya  məhsulları  ixracatına  görə  dünyada  ən  qabaqcıl  yerlərdən 

birini  tutur.  Ölkənin  bütün  iri  sənaye  kompaniyaları  transmilli 

korporasiyalar  kimi  fəaliyyət  göstərirlər.  Bunlardan  aviakosmik, 

hərbi  sənaye,  avtomobil  sahəsi  üzrə  «Daymler  -  Kraysler», 

«Folksvaqonverke», 

elektrotexnika 

sahəsi 

üzrə 


«Siems», 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə