R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə61/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   57   58   59   60   61   62   63   64   ...   153

mln. km-ə çatan avtomobil nəqliyyatıdır. Avtomobil parklarında 45 

mln-dan  çox  avtomobil  vardır  ki,  bu  da  ona  Avropada  birinci  yeri 

tutmağa  imkan  verir.  Avtomobil  nəqliyyatının  ilk  yük  dövriyyəsi 

200 mlrd. ton km, sıxlığı isə 1800 kv km -də 1000 km-dən çoxdur. 

Orta  Almaniya  kanalı  daxili  su  yollarının  (uzunluğu  7,0  min  km) 

fəaliyyətini, həm də onun rolunu xeyli artırmışdır.  

Gəmiçilik  Reyn  və  Elba  çaylarında  yaxşı  inkişaf  etmişdir.  Çay 

limanı  olan  Duysburqun  illik  yükdaşıma  qabiliyyəti  -  50  mln.  ton, 

Karlspuenin  -  12  mln.  t,  Kölninki  isə  -  10  mln.  tondan  artıqdır. 

Xarici  iqtisadi  əlaqələrin      yaradılmasında      yük      dövriyyəsinə   

görə      (6,5      mln.      t)  dünyada  20-ci  yeri  tutan  dəniz  nəqiiyyatı 

böyük  əhəmiyyət  kəsb  edir.  Başlıca  dəniz  limanlarından  olan 

Hamburqun  yük  dövriyyəsi  -55  'mln.  ton,  neft  limanı  sayılan 

Vilhelmsxafenin - 16 mln. t., Bremenin - 15 mln. t, Rostokun - 14 

mln.  t,  Lyubekin  -  12  mln.  t  yük  daşıması  vardır.  Konteyner 

daşımalarının tonnajına görə AFR dünyada 4-cü yeri tutmaqla ABŞ, 

Panama  və  Tayvandan  geri  qalır.  Su  nəqliyyatının  yük 

dövriyyəsində  xüsusi  çəkisi  21  %  təşkil  edir.  Hava  nəqliyyatı 

beynəlxaq 

əhəmiyyət 

kəsb 

edir. 


Dünyanın 

ən 


böyük 

aviakompaniyası  olan  «Doyçe  Lyuftqanza»  bütün  kontinentfərə 

istiqamətlənən xətlərə malikdir. Frankfurt Avropada ən böyük hava 

limanına  çevrilərək  ildə  40  mln.  sərnişinə xidmət  edir.  Limanlarda 

1030-dan  artıq  gəmi  saxlanılır.  Münxenin  sərnişin  dövriyyəsi  -  15 

mln.  nəfər,  Düsseldorfun  -  8  mln.  nəfər,  Berlindəki  Şenefeld 

aeroportu ildən ilə genişləndirilərək - 10 min nəfər sərnişinə qulluq 

edir. Uzunluğu 44 min km olan dəmiryollarının yük dövriyyəsi 25 

%-dən  (75  mlrd.  ton  km)  çox  deyildir.  Onun  85  %-i 

elektrikləşdirilmişdir. 

Iri  sürətli  qatarlarının  hərəkət  etdiyi  dəmiryollarının 

mövcudluğuna  görə  AFR  Qərbi  Avropada  tanınır.  Belə  ki,  Köln  -

Frankfurt - Mayn (180km), Berlin - Qannover (260 km), Manheym 

Ştutqart, Effurd-Leyspik-Halle və başqa xətlər iti sürətli qatarlarının 

istifadəsinə verilmişdir.  

Onu göstərmək kifayətdir ki, nəticədə Berlin Qannover arası 

məsafə 4 saat müddətinə yox, 1,5 saata qət edilmiş olur. Ölkənin iti 

sürətli  qatarlarının  hərəkət  etdiyi  dəmir  yolları  qonşu  ölkələrin 

dəmiryolları şəbəkələri ilə də birləşdirilmişdir. Bunlara misal olaraq 



Almaniya - Belçika -, Almaniya - Fransa («Reyn-Roni»), Almaniya 

-  Đsveçrə  dəmiryolu  xətlərini  göstərmək  oiar.  Almaniyada  boru  - 

kəmər  nəqiiyyatının  inkişafı  əsasən  gətirmə  xammallarla  bağiıdır. 

RF-dən çəkilən  «Yamal  - Avropa»  qaz kəmərindən məhsulu qəbul 

etmək üçün  «Steqal»,  «Medal»,  «Yaqal»,  «Vidal» qaz xətləri artıq 

hazırdır. Ölkədə emal mərkəzlərindən istehlaka istiqamətlənən boru 

kəmər  nəqliyyatının  110  min  km-ə  qədər  ümumi  uzunluğu  vardır. 

Bundan  8  min  km-ni  neft  və  neft  məhsulları  daşıyan  xətt,  98  min 

km.-ini isə qaz nəql edən xətlər təşkil edir. Hər il ölkəyə uzunluğu 

442 km-ə çatan Ekofısk  - Emden kəməri ilə 20  mlrd. kubmetr qaz 

idxal  olunur.  Norveçin      şimal      dənizi      sektorundan      isə   

Almaniyaya, 

Böyük 

Britaniyaya, 



Belçikaya, 

Avstriyaya, 

Đspaniyaya,  Çexiyaya  idxal  olunmuş  qazın  miqdarı  50  rnlrd. 

kubmetr təşkil edir. 

Xarici ticarətin həcminə görə - 1,2 trln dollar AFR dünyada 

ancaq  ABŞ-dan  geri  qalır.  Xarici  ticarət  balansı  sistematik  olaraq 

müsbət xarakterlidir. Ölkə aktiv ticarət balansına malikdir, ona görə 

ki, ixracat 543 mlrd. dollar, idxalat isə 470 mlrd. dollar təşkil edir. 

Xarici  ticarətin  satış  və  coğrafi  strukturu  dövlətin  beynəlxalq 

coğrafı  əmək  bölgüsündə  iştirakının  xarakterini  əks  etdirir. 

Đxracatda  əsasən  nəqliyyat  vasitələri  -  avtomobil,  müxtəlif 

maşınqayırma məhsulları, kimya, elektrotexnika, elektronika, ərzaq 

məhsullar,  tütün  məmulatı;  idxalatda  isə  müxtəlif  xammallar, 

yanacaq məhsulları, investisiya malları üstünlük təşkil edir. AFR-in 

ticarət  əlaqələri  əsasən  ABŞ,  Fransa,  Böyük  Britaniya,  Kanada  ilə 

həyata keçirilir. Ölkəyə qoyulan xarici kapitalın miqdarı 203 mlrd. 

marka  təşkil  edir  ki,  burada  da  əsasən  ABŞ  və  Fransa  fərqlənir. 

Lakin  AFR-in  xarici  ölkələrə  qoyduğu  kapitalın  miqdarı  isə  325 

mlrd.  markadan  az  deyildir.  Fransanın  neft  kompaniyası  «Elf 

akiten» AFR-də «Leyna 2000» neft emal zavodunun tikilməsinə 5,0 

mlrd. marka investisiya qoymuşdur. Müasir Almaniya üçün Rusiya 

Federasiyası  neft,  qaz,  AFR  isə  Rusiyaya  maşın  və  avadanlıqlar, 

dəmiyolu vaqonları, kimyəvi maddələr, ərzaq məhsulları ixrac edir. 

Ölkə  ərazisində  bir-birindən  təsərrüfat,  iqtisadi  inkişaf, 

kompleks  sosial-iqtisadi  problemlərə  və  s.  xüsusiyyətlərinə  görə 

fərqlənən Şimal, Cənub, Şərq rayonları ayrılır. Şimalda Rur kömür 

metallurgiya  kompleksi,  gəmiqayırma,  başlıca  kənd  təsərrüfatı 



sahələri,  südçülük,  heyvandarlıq,  taxıl,  meşə,  məhsuldar  torpaqları 

olan Qamburq, Bremen, Şlezviq- Golşteyn, Aşağı Saksoniy, Şimali 

Reyn -Vestfaliya əraziləri yerləşir. 

Cənub  yeni  sənaye  sahələrinə,  avtomobil,  kompüter,  elmi-

tədqiqat  və  təhsil  müəssisələri,  200-də  artıq  elektron  fırmaları, 

aerokosmik  və  hərbi  sənaye  kompleksləri  inkişaf  edən  Nekkaru, 

Bavariya və s. ərazələri özündə birləşdirir. 

Şərq keçmiş ADP ərazisini əhatə edir. Daha doğrusu, buraya 

Meklenburq-Qabaq  Pomeraniya,  Berlin,  Brandenburq,  Saksoniya, 

Tyurinqiya, 

Saksoniya-Anqalt 

torpaqları 

daxildir. 

Az 


urbanizasiyalı,  aqrar,  gəmiqayırma,  heyvandarlaq,  elektrotexnika, 

optika,  poliqrafıya,  tipoqrafıya,  dünya  miqyaslı  yarmarka,  kağız 

fabriki,      farfor,      buğda,      şəkər      qamışı,      ov      tüfəngi,      ağac   

emalı, keramika, şüşə və avtomobil istehsalı şəhərlərinə malikdir. 



 

VI.3. Böyük Britaniya 

 

Sahəsi - 244,1 min kv.km 

Əhalisi - 60 mln. nəfər 

Paytaxtı -London şəhəridir. 

ÜDM- 1,525 trlndollar 

ÜDM (hər nəfərə düşən) - 25,4 min dollar 

 

Böyük Britaniya, iqtisadi inkişaf səviyyəsinə görə ABŞ, Çin, 



Yaponiya,  AFR,  Hindistan,  Fransadan  sonra  7-ci  yeri  tutur.  O 

kapitalist  istehsal  üsulunun  vətəni  hesab  edilir.  XVIII  əsrdə  baş 

vermiş  böyük  inqilab  Avropanın  digər  ölkələrinə  nisbətən  burada 

kapitalist  əvvəl  inkişafına  zəminlik  yaratrmışdır.  Nəticədə  Böyük 

Britaniya  dünyanın  nəhəng  dəniz  dövlətinə  çevrilərək  onun  çox 

geniş  və  zəngin  ərazilərini  zəbt  etmək  imkanı  qazanmışdır.  Đkinci 

Dünya  müharibəsi  başlanana  qədər  onun  35  mln.  kv.km.sahəsi  və 

700  mln.  nəfərə  qədər  əhalisi  olan  mülkləri  olmuşdur.  Sonrakı 

illərdə  həmin  mülklərin  əksəriyyətində  milli  azadlıq  hərəkatının 

qüvvətlənməsi  onların  çoxunun  müstəqillik  qazanmasına  səbəb 

olmuşdur.  Buna  baxmayaraq  son  illərə  qədər  əhalisi  6,0  mln-dan 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə