R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə60/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   56   57   58   59   60   61   62   63   ...   153

sənayenin  mərkəzləri  Münxen,  Ausburq,  Hamburq,  Bremen  hesab 

edilir. 


Elektrotexnika və elektron sənayesində işləyənlərin sayı 1,0 

mln-dan  çoxdur.  Bunun  məhsulları  energetika  avadanlıqları  ilə 

yanaşı EHM, texnikası, informasiya texnikası, məişət elektronikası, 

AES-lər  üçün  reaktorlar  quraşdırılmışdır.  «Klassik  elektrotexnika» 

məhsulu  istehsalına  görə  (20  %)  o,  ancaq  ABŞ-dan  (25  %)  geri 

qalır.  EHM-ə  görə  AFR  ABŞ-ı,  Yaponiyanı  qabağa  buraxır. 

«Simens»  konserni  telekommunikasiya  texnikası  və  kompüterlər 

buraxır  ki,  bu  sahədə  də  Yaponiyanm  «Matsuşita  elektrik»  indən 

geri qəlir. AFR məişətdə gərəkli olan qabyuyanlara görə ABŞ-dan, 

tozsorana görə ABŞ və Yaponiyadan sonrakı yeri tutur.  

Batareyalara görə dünyada üçüncü yeri tutur. AFR hər il 47 

mln.  keyfiyyətli  telefon  aparatları  buraxır.  Son  illərdə  6,0  mln-a 

qədər  televizor,  3,0  mln-dan  artıq  videotexniki  aparat,  1,5  mln. 

telefaks  aparatı,  2,0  mln.  radiotelefon  buraxmışdır.  «Simens», 

«Boş»  müəssisələri  avtomobillər  üçün  soyuducular  və  elektrik 

avadanlıqları buraxılışı üzrə ixtisaslaşmışdır. 

Avtomobilqayırma  bütün  göstəricilərinə  görə  alman  ağır 

sənayesinin  dirəyi  hesab  edilir.  Đldə  5,4  mln.  ədəd  avtomobil 

buraxan  AFR  dünyada  ABŞ,  Yaponiyadan  soııra  3-cü  yeri  tutur. 

Almaniyanın hər min nəfərinə 500 avtomobil düşür. Bu da dünyada 

Đtaliya və ABŞ-dan (520) sonra 3-cü yer deməkdir. Burada, 100-dən 

artıq  modelin  buraxılmasında  650  mindən  artıq  işçi  çalışır. 

Avtomobillərin  43  %-i  ixrac  olunur.  Ölkədə  «Folqsvagen», 

«Mersedes  -  Bens»,  «BMV»,  «Ford-Verke»,  «Opel»  avtomobil 

fırmalarının  zavodları  Volfsburq,  Ştuttqart,  Kyöln,  Ryusselsxaym 

və Münxendə yaradılmışdır. 

Kimya  sənayesi  məhsulunun  2/5-ni  Şimali  Reyn-Vestfali 

rayonu  verir.  Sənaye  sahəsində  800  mindən  artıq  işçi  çahşır.  AFR 

kimay  məhsulları  ixracatına  görə  dünyada  liderlik  edir  (13  %). 

Burada  plastik  kütlə,  sintetik  liflər,  sintetik  kauçuk,  formaseptik 

məmulatlar,  turşu,  ğübrələr  və  s.  məhsullar  istehsal  olunur. 

Kimyanın  aparıcı  «Bayer»,  «Xyoxst»,  BASF  şirkətləri  fəaliyyət 

göstərirlər. «Bayer» Reyn-Rur rayonunda, «Xyoxst» Frankfurd- na-

Maynda,  BASF  isə  Lyudviqsfendə  hakimlik  edirlər.  Kimyanın 

inkişafında  koks-kimya,  neft  emalı,  AES-lər  böyük  rol  oynayırlar. 



Đllik  sənaye  məhsulunun  1/10-ni  verən  kimya  sənayesi  ekoloji 

tarazlığının pozulmasında heç də əlvan metallurgiyadan geri qalmır. 

Yüngül  sənaye  emal  sahəsinin  14  %-ə  qədər  məhsulunu 

verməkdədir.  Onun  məhsulunun  1/10-isə  ixrac  olunur.  Aparıcı 

sahələrdən  biri  toxuculuq  hesab  edilir  ki,  orada  da  emal  sahəsində 

çalışanların   4   %-ə   qədəri   cəmləşmişdir.   Ölkədə   toxuculuqda 

çalışanların  4/5-ü  Şimali  Reyn  -Vestfali,  Baden  -  Vyurtemberq  və 

Bavariyada  yerləşən  müəssisələrdə  çalışırlar.  Toxuculuğun  ən 

böyük mərkəzi iri şəhərlərə meyl etməklə, o cümlədən Frankfurtda 

yaradılmışdır.  Đxtisaslaşmış  ayaqqabı  fabriki  isə  Pirmazen 

şəhərindədir. 

Yeyinti  sənayesi  çox  çeşidliliyi  ilə  seçilir.  Un  və  un 

məhsulları,  ət  və  ət  məhsullan,  süd  və  süd  məhsulları,  qənnadı 

məmulatı, şəkər tozu, müxtəlif növ konservlər, pivə, çörək və çörək 

məmulatları  sahələri  əsasən  istehlaka  və  xammala  meyl  edirlər. 

Yerli  imkanlar  olsa  da  xeyli  miqdarda  ət  idxal  edir.  Ölkədə  mal-

qara  yağı  470  min  ton,  süd  28  mln.  ton,  xeyli  miqdarda  siqaret, 

şəkər, 0,8 mln. ton yumurta tədarük olunur. 

Dünyanın  ən  nəhəngi  sayılan  Almaniyada  1200-dən  artıq 

pivə tozu, zavodların fəaliyyət göstərir. Təkcə Bavariyada 750 belə 

pivə  bişirən  zavod  mövcuddur.  Dünyada  hər  il  1,0  mlrd.  dekolitr 

məhsul istehsalından Almaniyada adambaşına 150 litr pivə düşür. 

AFR  şokolad  əldə  edilməsi  üçün  hər  il  305  min  ton  kakao 

idxal edir. 

Ölkədə  xidmət  sahələri  ÜDM-da  68  %  xüsusi  çəki  ilə 

tanınır. Bu dünya ölkələri içərisində 7-ci yer (ABŞ, Fransa, Belçika, 

Kanada, Avstraliya, Avstriyadan sonra) deməkdir. 

Almaniya ABŞ-dan sonra ən çox kənd təsərrüfatı məhsulları 

idxal  edən  ölkə  hesab  olunur.  Bununla  yanaşı,  onun  ixracatda  da 

rolu az deyildir. Avropa  Đttifaqında da ən çox süd və ət məhsulları 

istehsal edən ölkə kimi də tanınır. Taxıl tədarükündə isə Fransadan 

geri qalır. Kənd təsərrüfatında ərazinin 50 %-i -12,1 mln. ha istifadə 

olunur.  Lakin  ÜDM  istehsalında  kənd  təsərrüfatının  payı  1%-dən 

artıq  deyildir.  Kənd  təsərrüfatında  illik  ümumi  məhsul  istehsalının 

60 

%-dən 


artığını 

heyvandarlaq 

sahəsi 

verməkdədir. 



Heyvandarlıqda  da  iribuynuzlular  və  donuzçuluğun  payı  daha 


çoxdur.  Əkin  sahələri  ümumi  ərazinin  35  %-dən  çoxunu  əhatə 

etmir.  


Bunun  da  çoxu  yem  bitkilərinin  becərilməsinə  aid  edilir.  Yem 

bitkiləri  çatışmadığından  onun  xeyli  hissəsini  xaricdən  gətirmək 

lazım  gəlir.  Kənd  təsərrüfatında  ölkədə  mövcud  olan  işçi 

qüvvəsinin 5 %-i məşğuldur. Əhali yerli mənbələr hesabına taxılla, 

südlə, yağla, kartofla yaxşı təmir olunmuşdur. Əkin sahəsinin 70 %-

i  taxılçılıqda  istifadə  olunur.  Başlıca  ərzaq    bitkisi      buğda   

becərilməsindən  ibarətdir  (1/3)  ki,  bu  da  kənd  təsərrüfatı 

məhsullarının 5 %-ni verir.  

Əsasən  şəkər  çuğunduru  becərilən  Aşağı  Reyn  rayonunda,  habelə 

Qarsın  şimal  dağətəyi  ərazilərində  buğda  becərilir.  Heyvandarlığın 

yemi,  eləcə  də  pivə  alınması  üçün  arpa  becərilməkdədir.  Çox 

yerlərdə  çovdar,  vələmir  də  əkilir.  Kartofçuluq  geniş  yayılmışdır. 

Đldə  17  mln.  ton  kartof  tədarük  olunur.  Yem  bitkilərindən  yem 

çuğunduru,  qarğıdah,  kökümeyvəlilər,  yonca  becərilməkdədir. 

Üzüm Yuxarı Reyn, Mozel, Mayn, Naye, çay vadilərində, bağçılıq, 

tərəvəzçilik  isə  Yuxan  Reyn,  Aşağı  Elba,  Mayn,  Nekkar  çay 

dərələrində inkişaf etdirilir.  

Heyvandarlıqda 

iribuynuzlular, 

donuzçuluq, 

quşçuluq 

inkişaf  edən  sahələrdəndir.  Ölkədə  16  mln.  baş  iribuynuzlu 

saxlanılır  ki,  o  da  şərqi  Avropada  ancaq  Fransadan  geri  qalmaq 

deməkdir.  24  mln.  baş  donuzun  saxlaılmasına  görə  o  Qərbi 

Avropada  1-ci  yer  tutur.  Südllük  heyvandarlıq  şimal  hissədə  və 

Alpm  ətəklərində,  ətlik  istiqamətli  maldarlıq  isə  cənub  və  dağlıq 

rayonlarda,  donuzçuluq  demək  olar  ki,  hər  yerdə  inkişaf 

etdirilmişdir. 

AFR-də 

məhsuldar 



qüvvələrin 

inkişafı 

və 

düzgün 


yerləşdirilməsini  təmin  etmək  məqsədilə  nəqliyyatın  gərək  olan 

növlərinin  hamısı  inkişaf  etmişdir.  Nəqliyyat  növlərinin  sıxlığına 

görə  ölkə  dünyada  birinci  yerlərdən  birini  tutur.  Dəniz  yollarının 

sıxlığında  Yaponiya,  Belçika  və  Niderlanddan  geri  qalır.  Belə  ki, 

hər 100 kv.km sahəyə 12,5 km istifadədə olan dəmir yolu, 200 km-

ə qədər avtomobil, 2 km daxili su yolu düşür. Nəqliyyat ölkədə bir 

ildə  hasil  olunmuş  elektrik  enerjisinin  1/5-ni  istehlak  edir. 

Nəqliyyat  növləri  içərisində  54  %  yük  dövriyyəsinə  -  280  mlrd. 

ton/km, 90 %-dən artıq sərnişin daşımasına malik olan uzunluğu 0,7 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə