R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə56/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   52   53   54   55   56   57   58   59   ...   153

Qazaxıstanla, Türkmənistanla, Đranla, RF ilə, digər Mərkəzi 

Asiya  dövlətləri  ilə  ildən-ilə  Xəzər  dənizi  vasitəsilə  daşımalarda 

kəmiyyyət,  keyfıyyət  göstəriciləri  artır.  Daşımalar  əsasən  neft  və 

neft  məhsulları,  meşə  materiallan,  taxıl,  duz,  kənd  təsərrüfatı 

məhsullarından  ibarətdir.  Bu  daşımalarda  yaradılmış  gəmi-bərələr 

xüsusi  rol  oynayırlar.  Bunlardan  1962-ci  ildə  çəkilmiş,  uzunluğu 

343  km  olan  Bakı-Türkmənbaşı,  Bakı-Bektaş,  Bakı-Aktau  bərə 

xətlərini  göstərə  bilərik.  Bu  xətlərdə  müasir  tipli  «Azərbaycan», 

«Dağıstan», 

«Akademık 

H.Əliyev», 

«Professor 

Gül», 

«Türkmənistan»,  «Sabit  Orucov»  gəmi-bərələri  işləməklə  müxtəlif 



məzmunlu yük və sərnişin daşımaqdadırlar. 

Azərbaycanda  çay  nəqliyyatından  demək  olar  ki,  istifadə 

olunmur.  Yalnız  Kürün  ağzından  Yevlax  şəhərinə  qədər  az 

miqdarda çay gəmiçiliyindən istifadə olunur. 

Su  nəqliyyatı  ən  ucuz  nəqliyyat  növü  olmaqla  respublika 

iqtisadiyyatında aparıcı əhəmiyyət kəsb edir. 

Bu  və  ya  digər  region  daxlində  mövcud  elektrik 

stansiyalarının  hamısının  bir-biri  ilə  yüksək  gərginlikli  elektrik 

xətləri  vasitəsilə  birləşdirilərək  vahid  mərkəzdən  idarə  olunmaqla 

hasil olunmuş elektrik enerjisinin istehlakçıya çatdırılması elektron 

nəqliyyatı  vasitəsilə  həyata  keçirilir.  Daşımalarda  hələlik  çox 

çeşidli  yüklərə  malik  olmayan  boru  kəmər  nəqliyyatının  qədim 

inkişaf  tarixi  vardır.  Azərbaycanda  boru  kəmər  nəqliyyatının 

inkişafı  neft-qaz  sənayesinin  inkişafı  ilə  bağlıdır.  Bu  məqsədlə 

Rusıyada  ilk  dəfə  12  km  uzunluğu  olan  Balaxanı  -  Qaraşəhər  neft 

boru  xətti  1878-ci  ildə  hasil  olunmuş  nefti  Xəzər  sahilindəki  neft 

emalı zavodlarına çatdırmağa səbəb olmuşdur. 1896-1907-ci illərdə 

çəkilmiş  Bakı-Batumi  ilk  əvvəl  ağ  neft  daşıyan  kəmərin  uzunluğu 

883  km-ə  çatmışdır.  Nəticədə,  Azərbaycan  nefti  Qara  dəniz 

sahillərinə,  oradan  da  Avropa  bazarlarına  göndəriimişdir.  1963-cü 

ildə  çəkilmiş  134  km  uzunluğu  olan  Əli-Bayramlı  -  Bakı  neft 

kəməri də  emal zavodunu xam neftlə təmin etməyə  nail olmuşdur. 

Neft  Daşları  -  Bakı,  Siyəzən-Bakı,  Qroznı-Bakı  neft  kəmərləri  də 

çəkilərək  respublikada  məhsuldar  qüvvələrin  inkişafı  və  düzgün 

yerləşdirilməsində  çox  əhəmiyyətli  olmuşlar.  1997-ci  ildə  işə 

düşmüş  Bakı  -  Qrozm  -  Novorosiysk  (1411  km),  1999-cu  ildə 

istfadəyə  verilmiş,  uzunluğu  830  km  olan  Bakı-Tbilisi-Supsa  neft 



kəmərləri  də  Bakı  neftinin  dünya  bazarına  çıxanımasında  mühüm 

rol  oynayır.  2005-ci  ilin  2-ci  yarısında  işə  düşəcək  uzunluğu  1767 

km-ə  catan  Bakı-Tbilisi-Ceyhan  əsas  neft  boru  xətti  vasitəsilə  ildə 

50-100 mln. tona qədər məhsul dünya bazarına çatdırılacaqdır. 

Respublikada  mövcud  qaz  kəmərlərinin  uzunluğu  40  min 

km-ə çatmaqla magistral qaz kəmərlərinin uzunluğu 5 min km-dən 

çoxdur. Bunlardan Qaradağ - Agstafa - Tbilisi, Đran - Astara - Qazı-

məmməd, Mozdok - Qazıməmməd, Dərbənd - Qazıməmməd, Zirə -

Bakı,  Neft  Daşları  -  Bakı,  Çıraq  -  Neft  Daşları  -  Bakı  qaz 

kəməriərinin  adını  çəkə  bilərik.  Çəkilməsinə  2005-ci  ildə 

başlanılacıq  Şahdəniz-Tbilisi-Ərzurum  qaz  kəmərlərinin  uzunluğu 

1050 km olacaqdır. 

Neft  Daşları  estakadalarının  uzunluğu  76  km,  Şollar  -  Bakı 

su kəməri (1-ci) 1916-1917-ci illərdə, 2-ci Şollar-Bakı su kəməri isə 

1953-cü ildə çəkilmişdir. 

Hal-hazırda  Azərbaycan  Respublikası  dünyanın  109-dan 

artıq dövləti ilə ticarət əlaqələrinə malikdir. 

Dünya ölkələrinin hamısında olduğu kimi Azərbaycanda da 

fiziki-coğrafi,  inzibati,  iqtisadi  rayonlar  ayrılmışdır.  Adlarmdan 

göründüyü  kimi  rayonlar  müxtəlif  prinsiplər  əsasında  ayrılmışlar. 

Respublikada  fıziki  coğrafı  xüsusiyyətlərinə  görə  Böyük  Qafqaz, 

Kiçik Qafqaz, Araz, Lənkəran, Naxçıvan böyük coğrafı regionlarını 

ayırmaq  mümkün  olduğu  halda,  təsərrüfäta,  əraziyə  rəhbərliyi, 

idarəetməni,  nəzarəti  daha  da  yaxşıiaşdırmaq  üçün  Naxçıvan 

Muxtar  Respublikası,  66  kənd  və  13  şəhər  rayonu,  69  şəhər,  o 

cümlədən  Respublika  və  Muxtar  Respublika  tabeçiliyində  olan  14 

şəhər, 130 şəhər tipli qəsəbə və 4354 kənd inzibati bölgüsü ayrılır. 

Əməyin  coğrafi  bölgüsü  nəticəsində  əmələ  gəlmiş  hər  bir  iqtisadi-

coğrafı  rayon  özünün  ixtisaslaşmasına,  təsərrüfatının  inkişaf 

xüsusiyyətlərinə, 

coğrafı 

mövqeyinin 

özünəməxsusluğuna, 

həmçinin  istehsalın  kompleks  inkişafı  ilə  təbii  şəraitinə,  əmək 

ehtiyatlarına  və  insanların  milli  adət-ənələrinə  görə  ölkənin  qonşu 

rayonlarından fərqlənən ərazilərdir. 

Bu  baxımdan,  respublikada  son  illər  10  iqtisadi  rayon 

ayırmaq  mümkün  olmuşdur.  Bunlardan  Abşeron,  Quba-Xaçmaz, 

Dağlıq  Şirvan,  Şəki-Zaqatala  Böyük  Qafqaz  çoğrafı  regionunda 

yerləşirlər. 




1.Abşeron iqtisadi rayonu 

Ərazisi-5920kv.km 

Əhalisi - 2 238,0 min nəfər 

Tərkibinə Bakı, Sumqayıt şəhərləri, Abşeron və Xızı inzibati 

rayonlan daxildir. 

Đxtisaslaşmış  təsərrüfatı  yanacaq-energetiika,  metallurgiya, 

maşınqayırma, kimya və net-kimya, tikinti və meşə, yüngül sənaye 

sahələridir. 



2. Quba-Xaçmaz iqtisadi rayonu 

Sahəsi - 70 min kv.km  

Əhalisi - 460 min nəfər  

Tərkibində  -  Xaçmaz,  Quba,  Qusar,  Dəvəçi,  Siyəzən,  inzibati 

rayonları yerləşir. 

Đxtisaslaşmış təsərrüfat sahələri  yanacaq, yeyinti, xalçaçılıq, 

meyvəçilik, tərəvəzçilik, kartof və turizmdən ibarətdir. 

3.Şəki - Zaqatala iqtisadi rayonu 

Sahəsi- 8797kv.km 

Əhalisi - 540 min nəfər 

Tərkibi  -  Şəki  şəhəri,  Oğuz,  Qəbələ,  Qax,  Zaqatala,  Balakən,  Şəki 

inzibati rayonlarından ibarətdir. 

Bitkiçilik,  baramaçılıq,  üzümçülük,  taxılçılıq,  meyvəçilik, 

ət-süd,  ət-yun  təmayüllü  qoyunçuluq  yaxşı  inkişaf  etmişdir. 

Respublikada tədarük olunan tütünün 15 %-ni, fındığın 90 %-ni, gül 

yağımın hamısını, taxılının 17 %-ni, yaşıl çay yarpağının 1,6 %-ni, 

baramanın 32 %-ni, ətin 9 %-ni verir. 



4.Dağlıq Şirvan iqtisadi rayonu 

Sahəsi - 7,1 min kv.km. 

Əhalisi - 283 min nəfər 

Tərkibi  -  Ağsu,  Şamaxı,  Đsmayıllı  və  Qobustandan  ibarətdir. 

Üzümçülük, bağçılıq, heyvandarlıq, şərabçılıq inkişaf etmişdir. 

Kiçik  Qafqaz  coğrafı  rayonunda  Gəncə-Qazax,  Yuxarı  Qarabağ, 

Kəlbəcər-Laçın iqtisadi rayonları yerləşir. 

5. Gəncə - Qazax iqtisadi rayonu 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə