R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə54/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   50   51   52   53   54   55   56   57   ...   153

Maşınqayırması,  Sərdarov  adma,  Qaradağ  dəniz  özülbri,  Binəqədi 

və s. neft-qaz maşınqayırma zavodlarının adını çəkə bilərik. Onların 

məhsulları  qazma  nasos  şlanqları,  fontan  armaturları,  kalon 

başlıqları, nəhəng bloklar, üzən platformalar, mancanaq dəzgahları, 

qazma baltaları, səyyar qaldırıcı qurğular, pərli baltalar, reduktorlar, 

hidromat,  tökmə  polad,  tökmə  çuqun,  dərin  kəşfıyyat  quyuları 

qazmaq  üçün  qovşaqlar  və  sairdən  ibarətdir.  Dünyada  ilk  dəfə 

buruq  qazma  işində  yeni  mərhəb  açmış  turbin  qazma  və  elektrik 

qazma qurğuları Bakıda istehsal edilmişdir. 

Maşınqayırma  kompleksinin  aparıcı  sahəsi  elektrotexnika 

maşınları  istehsalı  hesab  edilir.  Buraya  1975-ci  ildən  fəaliyyətdə 

olan  məişət  kondisionerləri  zavodu,  1980-ci  ildə  yaradılmış 

«Azərelek-troterm»,  1975-ci  ildə  yaradılmış  Azərelektrikişıq  Bakı 

Đstehsalat  Birliyi,  1962-ci  ildə  tikilmiş  Bakı  təcrübə-eksperimental 

zavodu,  1974-cü  ildə  tikilmiş  Bakı  Elektrik  Məişət  Đstehsalat 

Birliyi, 1960-cı ildə tikilmiş Bakı Soyuducular zavodu, 1947-ci ildə 

tikilmiş  Bakı  radio  zavodu,  Mingəçevirdə  «Azərkabel»  zavodu, 

1961-ci ildə tikiimiş mayesiz transformatorlar zavodu daxildir. 

Respublikamızın  yeni  maşınqayırma  sahəbrindən  biri  də 

cihazqayırma,  avtomatlaşdırma  vasitəbri  idarəetmə  sistemləri 

istehsalı sahəsidir. 

Nəqliyyat  və  kənd  təsərrüfatı  maşınlar  istehsal  edən  sahə 

çox 

zəif 


inkişaf 

etmişdir. 

Gəmiqayırma, 

gəmi 


təmiri, 

avtomatlaşdırma  və  avtomobil  təmiri  zavodlarında  yedək  gəmiləri, 

kiçik  tankerlər,  qazma-kəşfiyyat-bərpa  və  kran  gəmibri,  «Dədə 

Qorqud»,  «Đstiqlal»  tipli  üzən  platformalar  istehsal  olunıur.  Son 

vaxtlar  Gəncə  avtomobil  zavodu  işə  düşərək  «Oka»  adlı  minik 

maşınları  buraxır.  Mingəçevir  kənd  təsərrüfatı  maşınqayırma 

zavodu avtoyükləyicilər, xəndək-qazan maşınlar, Zəyəm zavodu isə 

kənd  təsərrüfatı  alətləri  və  suvarma  nasoslarının  əldə  edilməsinə 

kömək edir. 

Kimya və neft-kimya kompleksi ağır sənayenin sahələrindən 

biri  olub  mineral  xammalların  istehsah  ilə  məşğul  olan  -  dağ-

mədən, duz, turşu, mineral kübrələr alınmasına xidmət edən - əsas; 

karbohidrogen  xammalı,  müxtəlif  yarımfabrikatlar  istehsal  edən  -

üzvü  sintez  plastik  kütlə,  kauçuk,  müxtəlif  növləırin  alınması  -

polimerlər;  şin,  polietilen  hazırlanması  ilə  məşğul  olan  –  polimer 



metallarının  emalı  kimyasını  özündə  birləşdirir.  Onun  əsas 

müəssisələri 

Bakıda, 

Sumqayıtda, 

Gəncədə, 

Neftçalada, 

Mingəçevirdə  tikilmişdir.  Đstehsal  olunan  soda,  sulfat  turşusu, 

superfosfat  kübrəsi,  kükürd,  kalium,  kübrəsi,  tibb  preparatlan, 

yuyucu tozlar, xlor, lak-boya, etil spirti, plastik kütlə, polietüen və 

sair kimi çox çeşidli məhsulları vardır. 

Tikinti  materialları  kompleksi  respublikada  mövcud  olan 

istehsal  komplekslərinin  bütün  həlqələri  ilə  sıx  surətdə  əlaqəlidir. 

Sement,  dəmir-beton  konstruksiyaları,  müxtəlif  ölçülü  pänellər, 

tikinti  daşı,  pəncərə  və  tikinti  şüşüəsi,  şifer,  keramik  örtüklər, 

asbest-sement  borular,  istilik  izolyasiyalan,  polimer  materiallar, 

polivinil,  linoleum,  aqlopirit,  perlit,  mərmər,  travertin,  turşuya  və 

odadavamı  müxtəlif  materiallar,  çuqun  və  dəmirdən  hazırlanmış 

bəzi  santexniki  məmulatlar,  habelə  yardımçı  tikinti  materiallar 

hesab edilən meşə materialları kompleksin formalaşmasında iştirak 

edirlər. Bakıda, Gəncədə, Sumqayıtda, Naxçıvanda, Xankəndində - 

bir sözlə, respublikanın iri sahələrində olan iri evtikmə kombinatları 

kompleksin daha da inkişaf etdirilməsinə təkan verirlər. 

Respublikada  ən  zəif  inkişaf  edən  sahələrdən  biri  meşə 

kompleksidir. Çünki o, yerli mənbələr hesabına  sənaye əhəmiyyəti 

kəsb  etmir.  Müasir  meşələr  sanitariya,  külək,  su,  torpaq,  yol 

qoruyucu  əhəmiyyət  kəsb  edirlər.  Mövcud  meşə  sahəsi  1,039  min 

ha  olmaqla  ümumi  ərazinin  11,5  %-ni  örtmüşdür.  Onun  tərkibi 

ağacların 

qırılmasını, 

oduncağın 

nəqliyyat 

magistrallarına 

daşmasını  və  emal  mərkəzlərinə  etdirilmasıni  əhatə  edən  ağac 

tədarükündən;  taxta-şalban,  faner,  kibrit,  mebel,  tara,  müxtəlif 

tikinti  hissələri  istehsalna  malik  olan  oduncağın  mexaniki 

emalından  və  nəhayət,  kağız,  karton,  kanifol,  yem  mayaları 

hasilatını  əhatə  edən  oduncağın  kimyəvi  emalından  -  meşə 

kimyasından ibarətdir. Mebeli müxtəlif uzaq məsafələrə daşımağın 

rentabelli  olmamasından  onun  hissələrinin  istehlaka  daşımaqla 

quraşdırılması  müəssisələrin  düzgün  yerləşdirilməsinin  başlıca 

prinsipi  sayılır.  Ona  görə  əsas  mebel  fabrikləri  istehlak  rayonları 

olan  Bakıda,  Gəncədə,  Naxçıvanda,  Xankəndində,  Sumqayıtda 

istehlaka xidmət edirlər. 

Xalq istehlakı malları istehsalı kompleksinin sahələri yüngül 

və yeyinti sənayesi  hesab edilir. Burada yüngül sənaye bir o qədər 



də  az  əhəmiyyət  kəsb  etmir.  Onun  toxuculuq,  tikiş,  toxuma, 

xalçaçıhq,  trikotoj,  xəz-dəri,  gön-dəri,  ayqqabı  sahələri  vardır. 

Adları  çəkilən  sahələrin  inkişafi  üçün  respublikada  əlverişli  təbii 

şəraitin münasibliyi, təbii ehtiyatların bolluğu, işçi qüvvəsi, əlverişli 

nəqliyyat  növləri,  istehlak  kifayət  qədərdir.  Toxuculuğun  pambıq 

parça,  yun  parça,  ipək  parça  sahələri  ilə  yanaşı  trikotaj,  gön-dəri 

ayaqqabı  fabrikləri  istehlak  rayonlarında  -  Bakıda,  Gəncədə, 

Mingəçevirdə  yaradılmışdır.  Xalçaçılıq  demək  olar  ki,  hər  yerdə  - 

Bakıda,  Gəncədə,  Qarabağda,  Qazaxda,  Agstafada,  Quba-Xaçmaz 

zonasında,  digər  dağlıq  və  dağətəyi  inzibati  rayonlarda  qədim 

inkişaf tarixinə malikdir. 

Yeyinti  sənayesinin  30-dan  çox  sahəsi  mövcuddur.  Çörək, 

çörək məmulatları, ət və ət məmulatları, şəkər, şəkər tozu, qənnadı 

məmulatları,  süd  və  süd  məhsulları,  konservlərin  müxtəlif  növləri 

və  s.  buraya  daxildir.  Bunların  müəssisələrinin  çoxu  xammala, 

istehlaka  yaxın  yerləşdirməyi  tələb  etsə  də  bəziləri  hər  yerdə 

yerləşdirməyi üstün tutur (çörəkbişirmə). 

8,4  mln  Azərbaycan  əhalisini  xidmət  sahələrindən  ayrı 

düşünmək  ağılsızlıq  olardı.  Lakin  əhalinin  sıxlığı,  məskunlaşma 

dərəcəsi,  milli  tərkibinin  müxtəlifliyi  xidmət  sahələrinə  tələbatı 

artırır,  ya  da  azaldır.  Onun  maddi-texniki  bazasından,  inkişaf 

səviyyəsindən asılı olaraq xidmətin keyfıyyəti və kəmiyyət dərəcəsi 

də  fərqlənir.  Xidmət  sferasının  mənzil  -  kommunal,  pərakəndə 

ticarət,  ictimai  iaişə,  məişət,  elm,  təhsil,  məktəbəqədər  tərbiyə, 

mədəni xidmət, sosial təminat, istirahət, turizm, maliyə-bank, mülki 

və  hiiquqi  mühafizə,  rabitə  xidməti  sahələri  mövcuddur. 

Deyilənlərin  hamısı  bu  və  ya  digər  səviyyədə  Azərbaycan 

Respublikasında öz inkişaf əksini tapmışdır. 

Aqrar-sənaye 

kompleksi 

(ASK) 

xalq 


təsərrüfatı 

kompleksinin  tərkib  hissələrindən  biridir.  ASK  kənd  təsərrüfat 

məhsullarını  istehsah  və  emalı  sahəsində  bir-biri  ilə  əlaqədə  olan 

kənd  təsərrüfatı  və  sənaye  müəssisələrinin  hər  hansı  ərazidə 

məcmuusunu  təşkil  edir.  Onun  başlıca  vəzifələrindən  biri  kənd 

təsərrüfatı  məhsullarının  sabit  artımını  saxlamaq  şərti  ilə  əhalini 

ərzaq  və  yeyinti  məhsulları  ilə,  heyvandarlığı  isə  yemlə,  sənayeni 

müxtəlif xammallarla təmin etməkdir. 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə