R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə51/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   47   48   49   50   51   52   53   54   ...   153

«Remko»,  Norveçin  «Statoyl»,  Türkiyənin  «TRAO»,  Səudiyyə 

Ərəbistanın  «Delta»  neft  şirkətləri  ilə  bağlanmışdır.  Müqaviləyə 

əsasən 30 il müddətində göstərilən yataqlardan 511 mln.ton neft və 

55  mlrd.  kubmetr  qaz  çıxarılması  nəzərdə  tutulmuşdur.  Hasil 

olunan  neftin  253  mln.tonu,  qazın  isə  hamısı  əvəzsiz  olaraq 

Azərbaycana  çatacaqdır  ki,  bunun  da  ümumi  gəliri  34  mlrd.  ABŞ 

dollarına bərabərdir. 

Azərbaycanda  indiyə  qədər  neft  sənayesinin  daha  da 

inkişafını  nəzərdə  tutan  15  dövlətin  34  neft  şirkəti  ilə  24  neft 

müqaviləsi 

imzalanmışdır. 

Bağlanılmış 

müqavilələrə 

görə 


Azərbaycanın  neft  sənayesinin  inkişafına  60  mlrd.  ABŞ  dolları 

həcmində sərmayə qoyuluşu nəzərdə tutulmuşdur. Onun da artıq 12 

mlrd. dolları Azərbaycana daxil olmuşdur. Đmzalanan müqavilələrin 

nəticəsində  yaxın  gələcəkdə  Azərbaycanda  neftin  illik  hasilatı  100 

mln.  tona  çatacaqdır.  Đlkin  neft  7  noyabrl997-ci  ildə  «Çıraq-1» 

yatağından  çıxarılmış  və  176  km  uzunluğunda  çəkilmiş  sualtı  neft 

borusu  ilə  Sanqaçal  terminalına  vurulmağa  başlamışdır.  Sutkada 

«Çıraq  -1»  platformasından  20  min  tondan  çox  neft  çıxarılır.  Bu 

vaxta  qədər  «Çıraq  -  1»  yatağından  35  min  tondan  çox  (22 

mln.barrel)  neft,  7  mlrd.  kubmetr  qaz  hasil  edilmişdir.  Hasil 

olunmuş neftin 31 mln.tonu 9 iyun 1999-cu ildə istifadəyə verilmiş 

və  uzunluğu  830  km  olan  Bakı-Supsa  neft  kəməri  ilə  Gürcüstan 

Respublikasına, oradan da Avropa bazarlarına daşınmışdır. 

Hal-hazırda Azərbaycanda neftin illik hasilatı 15,3 mln. ton 

təşkil  edir.  Bunun  90  %-ə  qədəri  Xəzərdən  çıxarılır.  Đstehsal 

olunmuş  neftin  bir  hissəsi  Yeni  Bakı  Neftayırına  zavoduna  emal 

üçün  göndərilir.  Zavodda  90  addan  çox  yeni  emal  məhsulları 

içərisində  yüksək  keyfıyyətli  yağlar,  müxtəlif  növ  benzin,  dizel 

yanacağı,  ağ  neft  və  mazut  xüsusilə  seçilir.  Yerli  neftayırına 

zavodlarının eyni zamanda Qazaxıstandan tankerlərlə gətirilən xam 

nefti də emal edir. Neft məhsullarının çox hissəsi yerli istehlak üçün 

işlədilir,  eləcə  də  xarici  ölkələrə  satılır.  Xəzərdən  çıxarılan, 

Azərbaycana  Qazaxıstandan  gətirilən  nefti  xaricə  nəql  etmək  üçün 

1997-ci  ildən  bərpa  edilən,  uzunluğu  1411  km-ə  çatan  Bakı  - 

Novorosiyski, Bakı-Supsa (830 km) neft boru kəmərlərindən, eləcə 

də  Bakı-Batumi  dəmir  yolundan  istifadə  olunur.  2005-ci  ilin 

dekabrında  işə  düşməli  olan,  ümumi  uzunluğu  1767  km-ə  çatan 



Bakı-Tbilisi-Ceyhan  (BTC)  neft  boru  xətti  ən  mühüm  strateji 

əhəmiyyətə  malik  olmaqla  qonşu  ölkələrin  daşımalarına  da  kömək 

edəcəkdir.  BTC  neft  boru  xətti  Azərbaycan  ərazisində  443  km, 

Gürcustan  ərazisində  248  km  və  Türkiyə  ərazisində  1076  km 

uzunluğa  malik  olacaqdır.  BTC  neft  boru  kəməri  nefti  birbaşa 

Aralıq dənizinə çıxarmağa imkan verəcəkdir. Aktau - Bakı arasında 

Xəzərin  dibindən  keçməklə  çəkilməsi  planlaşdırılan  boru  kəməri 

istifadəyə  verildikdən  sonra  Qazaxıstan  neftinin  artıq  trankerlərlə 

yox,  birbaşa  həmin  kəmərlə  dünya  bazarına  çıxarılması 

reallaşacaqdır. 

Qaz  sənayesi  Azərbaycanın  yanacaq  balansında  başlıca  rol 

oynayır.  1928-ci  ildən  başlayaraq  Azərbaycanda  qaz  sahəsi 

sənayenin  apanci  növünə  çevrilmişdir.  Cavan,  ən  sərfəli,  ekoloji 

baxımdan  təmiz,  ən  ucuz  yanacaq  növü  olan  yanar  qaz  məişətdə, 

elektrik  stansiyalarında,  kimya  sənayesində  və  bir  sıra  digər 

təsərrüfat sahələrində çox geniş istifadə olunur. Qazın az bir hissəsi 

müstəqil  qaz  yataqlarından  -  Abşeron  yarımadası  və  Xəzər 

dənizinin  akvatoriyası  yataqlarından  əldə  edilir.  Müstəqil  qaz 

ehtiyatının 80 %-dən artığı, kondensatının isə 93 %-dən çoxu Xəzər 

dənizində  yerləşən  yataqların  öhdəsinə  düşür.  Xəzərdə  yerləşən 

Şahdəniz  qaz  yatağının  cox  böyük  ehtiyatı  müəyyən  edilmişdir. 

Şahdəniz-Tbilisi-Ərzurum  qaz  boru  xətti  2006-ci  ildə  çəkilərək 

Gürcüstana,  Türkiyəyə,  Yunanıstana,  Rumuniyaya,  Đtaliyaya  və 

eləcə də Avropanın digər bazarlarına mavi yanacaq nəql edəcəkdir. 

Onun uzunluğu 1050 km olacaqdır. 

Respublika  daxilində  ən  zəngin  qaz  yataqları  Qaradağ  -

Qobustan,  Gürgən  -  Zirə  zonalarında  yerləşir.  Azərbaycanda  təbii 

qaz,  zavod  qazı,  səmt  qazı  almaraq  istehlakının  ödənilməsinə  sərf 

olunur.  2005-ci  ildə  Respublikada  5,0  mlrd.  kubmetrəqədər  qaz 

hasil  olunmuşdur.  Qaza  olan  tələbatının  böyüklüyü  Đran  Đslam 

Respublikasından  (Naxçıvana),  əsasən  də  Rusiyadan  Dərbənd  -

Qazıməmməd qaz kəməri ilə hər il 5,0 mlrd. kubmetrə qədər (2005-

ci il) qaz istehlak olunmasına şərait yaranır. 

Fəsillər üzrə qaza olan istehlakın artıb-azalmasından «artıq» 

qaz əldə edilir. O da 1974-cü ildə tikilmiş Kalmaz və 1988-ci ildən 

istifadəyə  verilmiş  Qaradağ  süni  yeraltı  qaz  anbarlarına 

doldurularaq pis vaxtlarında istifadə üçün gərəkli olur. 



Đstehsalla  istehlakı  əlaqələndirmək  üçün  Azərbaycanda  40 

min  km  ümumi  uzunluğa  malik  qaz  boru  kəmərləri  çəkilsə  də 

bunun 5 min kilometrini magistral xətlər təşkil edir. 

Azərbaycanda  yanacağın  digər  növlərinin-kömürün,  şistin 

sənaye əhəmiyyəti kəsb etmədiklərinə görə hasil olunmasını nəzərə 

alaraq  onların  şərhinin  verilməsinə  ehtiyac  qalmır.  Bu  ehtiyatlar 

Xırdalan qəsəbəsi və Đsmayıllı rayonu ərazisində aşkarlanmışdır. 

Yanacaq-energetika  kompleksinin  ikinci  aparıcı  sahəsi 

elektroenergetikadır.  Buraya  elektrik  stansiyalarından,  istilik 

elektrik  mərkəzlərindən  (ĐEM)  elektrik  enerjisinin,  isti  suyun, 

buxarın istehsalı və onların istehlakçıya çatdırılması daxildir. Xalq 

təsərrüfatında  damar  rolunu  oynayan  elektroenergetikanın  özünə 

məxsus  xüsusiyyətləri  vardır.  Belə  ki,  başqa  təsərrüfat  sahələrində 

olduğu  kimi  istehsal  olunmuş  məhsul  yığılıb  anbarlarda 

saxlanılır,əksinə,hasil 

olunmuş 


məhsul 

birbaşa 


istehlakçıya 

göndərilir.  Daha  doğrusu,  nə  qədər  məhsul  tələb  olunursa  o  qədər 

də istehsal olunur. 

Azərbaycanda 

elektroenergetikanın 

günün 


tələbləri 

səviyyəsində  inkişaf  etdirmək  üçün  hər  cür  imkanlar  vardır.  Daha 

doğrusu,yanacaq,su,külək,günəş,geotermik  mənbələr  mövcuddur. 

Bu əsasdan da respublikada SES, ĐES, ĐEM, KES fəaliyyət göstərir. 

Đstehlaka  müvafıq  olaraq  elektrik  stansiyalarının  qədim 

yaranma tarixi vardır. Hələ 1913-cü ildə ümumi gücü 40 min kvt-a 

çatan  mövcud  elektrik  stansiyalarından  111  mln.  kvt.  saat  elektrik 

enerjisi  hasil  edilmişdir.  Bu,  orta  və  kiçik  gücə  malik  7  elektrik 

stansiyasının  fəaliyyətinin  göstəricisi  idi.  Đnqilaba  qədər  elektrik 

stansiyasının demək olar ki, hamısı Bakıda cəmləşmişdir. Đlk əvvəl 

Bakıda  yerli  mazutla  işləyən  bir  neçə  kiçik  ĐES-lər  yaradılmışdır. 

Bu  stansiyalar  tərəfindən  istehsal  olunan  elektrik  enerjisi  əsasən 

neft quyularının qazılmasına, neftin hasilatına və emalına işlədilirdi. 

Stansiyalardan  ən  böyükləri  45  min  kvt  gücü  olan  Belqorod,  9,8 

mln.  kvt  gücü  olan  Bibiheybət  hesab  olunaraq  müvafiq  olaraq 

1901-1902-ci  illlərdə    tikilib  istifadəyə  verilmişdir.  Deyilənlərlə 

yanaşı  Suraxanı  (900  kvt),  Ramana  (4  min  kvt), Pirallahı  (1,4  min 

kvt),  Zabrat  (720  kvt),  Sabunçu  (700  kvt)  ĐES-ləri  də  az  da  olsa 

elektrik  enerjisi  hasilatına  kömək  edirdilər.  Əlbəttə,  qonşu 

rayonlarda  -Gəncədə,  Nuxada,  Qubada,  Lənkəranda  da  çoxda 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə