R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə48/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   44   45   46   47   48   49   50   51   ...   153

900  nəfərdir,  Ən  çox  əhalisi  olan  şəhər  Rusiyada  yerləşir.  Belə  ki, 

Moskvanın əhalisi 10357,8 min nəfərdir. 

Ümumi  Daxili  Məhsulun  adambaşına  düşən  maksimal 

miqdar  -50.000  dollara  çatır  ki,  bu  da  Lüksemburqda  müşahidə 

olunur. Ən azı isə Bosniya və Hersoqovinada - 1800 dollardır. 

Avropada Rusiya da daxil olmaqla 44 ölkə, 1 mülk-Gibraltar 

yerləşir.  Đdarə  olunmasına  görə  31dövlət  respublikadır.  Bunlardan 

4-ü  federativ  quruluşludur.  Serbiya  və  Çernoqoriya  respublika 

idarəetmə  formasına  uyğun  quruluşa  malikdir.  11  monarxiya 

respublikası  vardır.  Bunlardan  10-u  konstitusiyalı  monarxiyadır. 

Belçika  federativ  quruluşa,  Vatikan  isə  teokratik  -  mütləq 

monarxiyaya  malikdir.  Avropanın  əhalisi  demək  olar  ki,  avropoid 

irqinə  mənsubdur.  17  ölkə  -  Avstriya,  Albaniya,  Macarıstan, 

Almaniya,  Yunanınstan,  Danimarka,  Đrlandiya,  Đtaliya,  Malta, 

Norveç,  Polşa,  Portuqaliya,  Finlandiya,  Fransa,  Çexiya  və  s. 

dövlətlərin  əhalisinin  milli  tərkibinin  90  %o-dən  çoxu  eyni 

millətdəndir.  Rusiya,  Böyük  Britaniya,  Đspaniya,  Đsveçrə  və 

digərləri  çoxmillətli  hesab  olunurlar.    Burada    slavyan  (rus, 

ukraynalı,  polyak,  çex,  belorus,  serb,  bolqar  və  b.),  alman,  roman, 

finn-uqor,  türk  dil  qrupları  vardır.  Ən  çox  yayılan  dillər  ingilis, 

alman, fransız, rus, italyan, ispan, polyak və s.dir. Avropa əhalisinin 

90  %-dən  çoxu  xristian,  yerdə  qalanları  isə  müsəlman,  idoist 

dinlərinə mənsubdurlar. 

 

VI. 1. Azərbaycan Respublikası 

 

Sahəsi  86,6  min.kv.km,  əhalisi  8,4  mln.  nəfərdən  çoxdur. 



Paytaxtı  Bakı  şəhəridir.  Đstehsal  olunan  illik  ümumi  daxili  məhsul 

12 mlrd. dollar, adambaşına düşən illik ümumi daxili məhsul isə 1,3 

min ABŞ dolları miqdarındadır (1997). 

Dövlət  quruluşuna  gəldikdə  1995-ci  ildə  qəbul  olunmuş 

Konstitusiyaya  əsasən  Azərbaycan  idarəetmə  formasına  görə 

prezidentli  respublikadır.  Ali  Qanunvericilik  orqanı  Milli  Məclis, 

Đcraedici  orqan  Nazirlər  Kabineti  hesab  edilir.  Dövlətin  başçısı 

prezidentdir. 




Đnzibati  bölgüsünə  görə  Azərbaycan  66  rayon,  69  şəhər  və 

Naxçıvan Muxtar Respublikasına ayrılır. 

Əsası  1991-ci  ildən  qoyulan  Yeni  Azərbaycan  Partiyası 

aparıcı partiya hesab edilir. 

Azərbaycan 

Cənubi 


Qafqaz 

regionunda 

ərazisinin 

böyüklüyünə və əhalisinin çoxluğuna görə ən böyük respublikadır. 

O,  regionun  şərq  hissəsini  əhatə  edərək  birbaşa  Xəzər  dənizinə 

çıxışa  malikdir.  Respublika  cənubdan  Đran  Đslam  Respublikası  ilə 

765 km, cənubi-qərbdən Türkiyə Respublikası ilə 13 km, Şimaldan 

Rusiya  Federasiyası  ilə  397  km,  şimal-qərbdən  Gürcüstan 

Respublikası  ilə  471  km,  qərbdən  təcavüzkar  Ermənistanla  1007 

km,  şərqdən  donmayan  Xəzər  dənizi  ilə  825  km  məsafədə 

sərhədləşir. 

Xəzər  dənizində 

yerləşən  Abşeron  və 

Bakı 


arxipellaqları  da  Azərbaycana  aiddir.  Beləliklə,  500  km-dən  artıq 

qərbdən-şərqə,  400  km-dən  çox  bir  məsafədə  şimaldan  cənuba 

uzanan Azərbaycanın sərhəd xəttinin uzunluğu 3742 km təşkil edir. 

Azərbaycan  çox  əlverişli  fiziki-coğrafı,  iqtisadi-coğrafı, 

geosiyasi  mövqeyə  malikdir.  Azərbaycan  18  oktyabar  1991-ci  ildə 

müstəqillik  əldə  etdikdən  sonra  Türkiyə,  Mərkəzi  Asiya  dövlətləri 

ilə iqtisadi-coğrafi mövqeyi bir daha xüsusi əhəmiyyət kəsb etməyə 

başlamışdır.  1962-ci  ildə,  uzunluğu  343  km-ə  çatan  Bakı-

Türkmənbaşı  gəmilərə  xətti  işə  düşdükdən  sonra  Mərkəzi  Asiya 

Respublikalarının,  Rusiya  Federasiyasının  Sibir,  Uzaq  Şərq 

regionlarının,  habelə  Çin  və  Yaponiyanın  Avropa  ölkələri  ilə 

nəqliyyat-iqtisadi 

əlaqələrində 

Azərbaycanın 

iqtisadi-coğrafı 

mövqeyinin  rolu  daha  da  artmışdır.  Xəzər  hövzəsində  dünyanın 

üçüncü  böyük  neft  rayonunun  kəşfı,  hasilat  və  yanacağın  dünya 

bazarına 

çıxarılması 

ilə 


əlaqədar 

olaraq 


Azərbaycan 

Respublikasının  geosiyasi  mövqeyinin  əhəmiyyəti  və  rolu  ölçüyə 

gəlməz 

dərəcədə 



əhəmiyyətli 

olmuşdur. 

Qazaxıstan 

və 


Türkmənistanın  nefti,  qazı  da  Azərbaycan  ərazisindən  kəmərlər 

vasitəsilə  qərbə  -  Avropa  bazarlarına  nəql  edilməkdədir. 

Deyilənlərə görədir ki, dünyanın ABŞ, Böyük Britaniya, Yoponiya, 

Fransa,  Đtaliya,  Norveç,  Səudiyyə  Ərəbistanı,  Türkiyə  kimi 

dövlətləri və bir sıra digər qonşu dövlətlər Azərbaycanda özlərinin 

iqtisadi  və  strateji  mövqelərini  daha  da  möhkəmləndirməyə 

çalışırlar. 



Azərbaycanın  iqtisadi-coğrafı  mövqeyinin  əhəmiyyətini 

səciyyələndirərkən  onu  başqa  ölkələrlə,  məsələn,  Gürcüstan 

Respublikası  ilə,  Özbəkistanla  müqayisə  etmək,  onun  harada 

yerləşməsini,  hansı  ölkələrlə  həmsərhəd  olduğunu  göstərmək, 

coğrafi  mövqe  ilə  insanların  sosial  şəraitinin  və  təsərrüfat 

fəaliyyətinin  qarşılıqlı  əlaqələrini  aşkara  çıxarmağı  vacib  hesab 

etmək lazımdır. 

Son  illərdə  iqtisadi  coğrafi  movqeyin  əlverişli  olması  ilə 

əlaqədar  Đranla,  Türkiyə  ilə,  Rusiya  Federasiyası  ilə,  Gürcüstanla 

hər cür əlaqələr daha da möhkəmlənir. Astara, Biləsuvar, Cəlilabad, 

Babək,  Sədərək,  Qazax,  Xaçmaz  rayonlarında  yaradılmış  sərhəd-

keçid  məntəqələri  və  şəffaf  gömrükxanalar,  Araz  üzərində  salınan 

yeni  körpülər,  Đranla  birgə  tikiləcək  Ordubad,  Xudafərin,  Muğan 

SES-ləri  və  s.  deyilənlərə  əyani  mümunədir.  Gələcəkdə  isə  Đran, 

Azərbaycan,  Gürcüstan,  Türkiyə  arasında  qarşılıqlı  enerji  verilişi 

daha da gücləndiriləcəkdir. 

Azərbaycan  Respublikasının  şimal-cənub  və  şərq-qərb 

istiqamətli  nəqliyyat  magistrallarının  Avropa  və  Asiya  ölkələri 

arasında  beynəlxalq  yük  və  sərnişin  daşımalarında  rolu  ildən-ilə 

artırılacaqdır. 

Əlverişli  dənizkənarı  iqtisadi-coğrafı  mövqeyi,  Volqa-Don 

və  Volqa-Baltik  su  sistemləri  vasitəsi  ilə  dünya  Okeanına  çıxışı 

olan  Azərbaycan  bir  çox  ölkələrlə  müntəzəm  dəniz-nəqliyyat 

əlaqələrini  daha  da  genişləndirməklə  gələcəkdə  də  bu  işi  davam 

etdirəcəkdir. 

Gürcüstanın  MDB  və  bir  sıra  dünya  ölkələri  ilə  dəmiryolu 

əlaqələri Azərbaycan vasitəsi ilə həyata keçirilir. 

Azərbaycan  özünün  dünyada  əlverişli  mövqeyi  sayəsində 

Avropanın inkişaf etmiş ölkələri ilə Asiyanın ĐEOÖ-ləri arasındakı 

ticarət-iqtisadi və mədəni əlaqələrdə fəal iştirak edir və əhəmiyyətli 

vasitəçilik  xidməti  göstərir.  Əlverişli  coğrafi  mövqe  Bakı  hava 

limanının  da  beynəlxaiq  əhəmiyyətini  və  onun  çox  mühüm 

nəqliyyat qovşağı kimi rolunu daha da artırır. 

Qədim «Đpək Yolu»nun bərpa olunması Azərbaycanın Şərqi 

və  Mərkəzi  Asiya  dövlətiəri  ilə  Avropa  dövlətləri  arasında  böyük 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə