R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə44/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   40   41   42   43   44   45   46   47   ...   153

Đribuynuzlular demək olar ki, dünya  regionları üzrə bərabər 

yerləşdirilmişlər.  Onların  sayı  -  1,3  mln.  başdır.  Lakin 

məhsuldarlığı  regionlar  üzrə  qeyri-bərabərdir.  Avropada,  Şimali 

Amerikada  iribuynuzlu    malqaranın    südçülük-ətiçilik  və  südlük 

istiqamətlisi  saxlanılır.  Son  illər  dünyada  550  mln.  ton  süd 

sağılmışdır.  Süd  sağınında  ABŞ,  RF,  Hindistan,  AFR,  Fransa 

irəlidədirlər. ABŞ da ildə hər baş inəkdən - 7,7 min kq süd sağıldığı 

halda Đsraildə bu göstərici - 8,4 min kq-dan çoxdur. 

Qərbi  Avropa  ölkələri  dünya  süd  sağımının  30%-dən 

çoxunu  verirlər.  Ətlik  istiqamətli  növlər  isə  mülayim  və  subtropik 

qurşağın  daha  çox  quraq  keçən  rayonlarında  bəslənilir.  Belə 

ölkələrdən  ABŞ-ın,  Kanadanın,  RF-nm,  AFR-in,  Avstraliyanın, 

Yeni  Zelandiyanın  adını  çəkmək  olar.  XX  əsrin  sonunda  dünyada 

220 mln. ton ət istehsal olunmuşdur. 

Məlumdur  ki,  iribuynuzluların  sayına  görə  dini  adət-

ənənələr əsasında Hindistan liderlik edir. Son illərin məlumatlarına 

görə Hindistanda iribuynuzluların ümumi sayı 510 mln. başa çatır. 

Bu kəmiyyət göstəricisi Braziliyada - 165 mln. baş, Çində 140 mln. 

baş, ABŞ-da - 101 mln. baş, Argentinada - 52 mln. baş, Pakistanda 

48 mln. baş, Rusiyada 36 mln. başa qədər çata bilir. 

Xırdabuynuzlular  dünyada  1,3  mlrd.  sayı  keçmişlər.  Onlar 

Çində  -  135  mln,  Avstraliyada  -  123  mln,  Hindistanda  56  mln, 

Đranda 50 mln, Yeni Zelandiyada - 48 mln, Böyük Britaniyada - 42 

mln, Türkiyədə 33 mmrbaşdan artıqdır. 

ĐEÖ-də  ətlik-yunluq  və  ətlik  istiqamətli,  ĐOÖ-də  isə 

çoxməqsədli  və  yun  alınması  istiqamətində  olan  növlər  bəslənilir. 

Son  illər  dünyada  -  2,5  mln.  ton  yun  tədarük  olunmuşdur.  Yun 

tədarükündə  fərqlənən  dövlətlərə  Avstraliya,  Yeni  Zelandiya,  Çin, 

Rusiya və Qazaxıstanı misal göstərə bilərik. 

Donuzçuluq təsərrüfatı, Şimali Amerikada, Avropada, eləcə 

də  Asiyanın  bir  çox  ölkələrində  qədim  inkişaf  tarixinə  malikdir. 

Mövcud 954 mln. baş donuzun 470 mln. başı Çində saxlanılır. Latın 

Amerikasından  -  Braziliya,  Meksika,  Qərbi  Avropadan  -  AFR, 

Đspaniya,  Fransa;  Şərqi  Avropadan  -  Rusiya,  Polşa  donuzçuluğun 

inkişafında fərqlənirlər. 



Keçi  saxlanması  dünyanın  Çin,  Hindistan,  Somali,  Sudan, 

Efiopiya,  Nigeriya,  Banqladeş,  Pakistan,  Đran,  Türkiyə  (anqor 

keçiləri),  ABŞ  dövlətləri  üçün  səciyyəvi  olmaqla  dünyada  onların 

sayı  -  700  mln-dan  çoxdur.  Onlar  süd,  ət,  yun,  dəri,  qalantereya 

məhsulları  alınmasında  istifadə  olunurlar.  Çində  -  50  mln, 

Pakistanda - 30 mln, Türkiyədə - 20 mln. keci saxlanılır. Bunun 3,0 

mln. başı anqor keçilərinin hesabınadır. 

ABŞ-da, Argentinada, Asiya regionunda 60 mlndan artıq at 

saxlanılır.  Bunun  26  mln.  başı  Amerikada,  17  mln-u  Asiyadadır. 

Müsəlman  dünyası  xalqları  onun  ətindən,  südündən,  ərzaq 

məhsulları kimi istifadə edirlər. 

XX  əsrin  2-ci  yarısmdan  sürətli  inkişafa  malik  olan 

sahələrdən  biri  də  quşçuluqdur.  14  mlrd-dan  çox  saya  malik 

olmaqla Çində - 3,1 mlrd. ev quşları saxlanılaraq bu sahədə o, lider 

sayılır.  Sonrakı  yerldəri  ABŞ,  Braziliya,  Đndoneziya  tutur.  Son 

illərdə  toyuqların  verdikləri  yumurta  -  47  mln.  t  və  ya  700  mlrd. 

ədəd təşkil etmişdir. Çin - 400 mlrd. ədəd, Rusiya - 34 mlrd. ədəd, 

Hindistan - 28 mlrd.  ədəd  yumurta verməklə  göstərilən ardıcıllıqla 

birinci beşliyə daxil olurlar. Adambaşına düşən yumurta sayında isə 

Niderland  (720  ədəd),  Belçika  (390  ədəd),  Yaponiya  (370  ədəd), 

Çexiya  (350  ədəd),  Belorusiya  (340  ədəd),  ABŞ  (315  ədəd)  və 

Fransa (350 ədəd) dünyada tanıınrlar. 

Heyvandarlıqla balıqçılığın xüsusi yeri vardır. Ondan alınan 

məhsulların  75  faizi  insanların  ərzaq  məhsulu  kimi  gərəkli  olursa, 

yerdə  qalanından  balıq  unu,  qidalandırıcı  əlavələr  və  balıq  yağı 

alınmasında,  heyvanların  yemi  üçün,  eləcə  də  əczaçılıqda  geniş 

istifadə olunur. 

Balıqçılıqda  120  mln.  insan  çalışır.  Ondan  ildə  55  mlrd. 

dollar  dəyərində  məhsul  alınır.  Bunların  yerinə  yetirilməsində  1,3 

mln. balıqtutan gəmi iştirak edir. 

Balıqçılıq  bəşər  cəmiyyətinin  ən  qədim  istehsal  sahəsi 

olmaqla  öz  inkişafında  Atlantik,  Sakit,  Hind  və  Şimal  Buzlu 

okeanlarına,  habelə  daxili  dəniz  və  digər  sututarlara  əsaslanır.  XX 

əsrin sonu üçün yuxanda göstərilən mənbələrdən - 125 mln. t balıq 

və  müxtəlif  dəniz  məhsulları  əldə  edilmişdir.  Bu  sahədə  Atlantik 

okeanı - 28%, Sakit okean - 63%, Hind okeanı -9% xüsusi çəki ilə 

tanınırlar.  Ölkələrdən  isə  Çin,  Peru,  Çili,  Yaponiya,  ABŞ, 



Hindistan, Đndoneziya, RF, Tailand və Norveç özlərinə məxsus yer 

tuturlar. 

Dünya kənd təsərrüfatının ümumi xarakteristikasından aydın 

olur  ki,  onun  kəmiyyət,  keyfıyyət  göstəricilərinin  yerinə 

yetirilməsində heç də bütün regionlar eyni çəkiyə malik deyillər. Bu 

əsasdan  da  Asiya,  Şimali  və  Mərkəzi  Amerika  (xüsusilə  ABŞ, 

Kanada, Meksika), Cənubi   Amerika,  Qərbi  Avropa,  Cənubi 

Avropa,  Şərqi  Avropa,  Mərkəzi-Şərqi  Avropa,  Afrika,  Avstraliya 

və  Okeaniya  regionları  kənd  təsərrüfatının  bütün  sahələri  üzrə, 

eləcə də ixtisaslaşma dərəcəsinə və s. əlamətlərinə görə biri digərini 

təkrarlanırlar. 

Yekunda  onu  da  qeyd  etməliyik  ki,  XX  əsrin  sonunda  və 

XXI 

əsrin 


başlanğıcında 

dünya 


təsərrüfatının 

beynəlmiləlləşdirilməsi,  kənd  təsərrüfatının  inkişafı  həb  də  təbb 

olunan  səviyyədə  deyildir.  Apancı  texnika,  texnologiya  ĐEÖ-də, 

xüsusilə Şimali Amerika və Avrasiya ölkələrində cəmlşsə də, ĐOÖ-

də  insanların  həyat  səviyyələri  ilə  yanaşı  ölkələrin  iqtisadi  inkişaf 

səviyyələrinin aşağı olması hələ də davam edir. 



 

V.9. Nəqliyyat 

 

Đstehsalla  istehlak  arasında  əlaqə  yaradan,  hər  bir  yaşayış 



məntəqəsi  arasında  -  kənd,  qəsəbə,  rayon,  şəhər,  dövlət,  region 

arasında  körpü  rolunu  oynayan,  təsərrüfat  sahələrinin  işinı, 

inkişafını  əlaqələndirən,  ölçüyəgəlməz  dərəcədə  iqtisadi,  siyası, 

mədəni,  strateji  əhəmiyyət  kəsb  edən,  sərnişin  və  hər  cür  yüklərin 

daşınması əməliyyatını həyata keçirən, bazar təsərrüfatının ayrılmaz 

hissəsi sayılan, daxili və xarici bazarın varlığını təmin edən, istehsal 

olunmuş  məhsulun  sərfıni  və  istehlakını  mövcudlaşdıran  nəqliyyat 

maddi  istehsalın  sənaye  və  kənd  təsərrüfatından  sonrakı  3-cü 

aparıcı  sahəsi  hesab  edilir.  Deyilənlərlə  yanaşı  nəqliyyat  ərazilərin 

mənimsənilməsinə  və  əhali  məskunlaşmasına,  istehsal  sahələrinin, 

zavod və fabriklərin, emal müəssisələrinin mövcudlaşmasına, kənd 

təsərrüfatının  sürətlə  inkişafına,  şəhər,  qəsəbə  və  kəndlərin 

salınmasına  və  formalaşmasına  təkan  verir.  Bir  sözlə,  o,  ölkə  və 

regionlarda 

məhsuldar 

qüvvələrin 

inkişafının 

və 


düzgün 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə