R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə52/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   48   49   50   51   52   53   54   55   ...   153

böyük olmayan elektrik stansiyaları fəaliyyətdə idi. Keçən əsrin 20-

ci  illərində  Azərbaycan  da  QOELRO  planına  qoşularaq  Nuxada, 

Qubada,  Xanlarda,  Qoryagində,  Xankəndində,  Zaqatalada  kiçik 

SES-lər  tikilmişdir.  Deyilənlərin  nəticəsində  Bakı  ən  ucuz  elektrik 

enerjisi  istehsal  edən  sənaye  mərkəzi  kimi  tanınırdı.  Bu  səbəbdən 

də SSRĐ-də elektriklə işləyən ilk tramvay xətti 1924-cü ildə Bakıda, 

ilk  dəmir  yolu  xətti  də  (1926-cı  ildə  Bakı-Sabunçu-Suraxanı 

arasında,  20  km  məsafədə)  işə  salınmışdır.  Bu  dövrlərdə  mövcud 

elektrik  stansiyalarının  ümumi  gücü  71  min  kvt-dan  çox  deyildir. 

1940-cı  ildə  respublikada  elektrik  enerjisi  hasilatı  2,0  mlrd.  kvt 

saata  yaxın  olmuşdur.  Đstehlakla  əlaqədar  olaraq  ildən  ilə  elektrik 

stansiyalarının sayı, eləcə də məhsul hasilatı artırılırdı. Buna başlıca 

səbəb  respublikada  yanacaq  sənayesinin  sürətlə  artması  idi. 

Azərbaycan  ən  çox  elektrik  enerjisi  hasilatına  1988-ci  və  1990-cı 

illərdə  nail  olmuşdur.  Daha  doğrusu,  1988-ci  ildə  23,6  mlrd.  kvt 

saat,  1990-cı  ildə  isə  23,2  mlrd.  kvt.saat  hasil  olunan  elektrik 

enerjisi  istehlakı  tam  ödəyəcək  miqdarda  olmuşdur.  2004-cü  ildə 

gücü  5,0  mln.  kvt-dan  çox  olan  mövcud  15-ə  yaxın  elektrik 

stansiyasından  və  ĐEM-lərdən  18,5  mlrd.  kvt  saat  elektrik  enerjisi 

hasil  edilmişdir.  Adambaşına  düşən  elektrik  enerjisinin  miqdarı  4 

min kvt saatdan çoxdur. Bu da Đtaliyadakından xeyli artıqdır. 

Tez  tikilən,  ucuz  başa  gələn,  yanacağa  və  istehlaka  meyl 

edən,  ilboyu  sabit  elektrik  enerjisi  hasil  edən,  tikilməsində  çox  da 

böyük  ərazi  tələb  olunmayan,  qazla-mazutla  işləyən  istilik  elektrik 

stansiyaları  (ĐES)  dünyanın  bir  çox  ölkələrində  olduğu  kimi 

Azərbaycanda  da  illik  məhsul  istehsalatında  böyük  xüsusi  çəkiyə 

malikdir. Belə ki, illik elektrik enerjisi hasilatında ĐES-lərin xüsusi 

çəkisi  93  %-ə  qədərdir.  Azərbaycanda  yanacaq  sənayesinin 

qədimdən  inkişaf  etməsi  əməyin  məhsuldarlığını  artırmaq, 

məhsulun  maya  dəyərini  aşağı  salmaq,  çox  məhsul  istehsal  etmək, 

mövcud  və  yardımçı  təsərrüfat  sahələrin  daha  da  inkişafını  təmin 

etmək  məqsədi  ilə  elektrik  stansiyalarnın,  o  cümlədən  ĐES-lərin 

yaradılmasını  zəruriləşdirirdi.  Bu  məqsədə,  hələ  1897-ci  ildə 

Bakıda ilk ĐES - «Qırmızı ulduz stansiyası» yaradılmışdır. Sonralar, 

1901-ci ildə Almaniyanın «Simens» firması dünyada ilk dəfə olaraq 

nadir ĐES-i Bakıda quraşdırmışdır. Getdikcə elektrik enerjisinə olan 

tələbat yeni-yeni stansiyaların tikilməsini tələb edirdi. Ona görə də, 



1954-cü  ildə  Xəzər  sahilində  «Şimal»  DRES-i  tikilərək  elektrik 

enerjisi hasil etməyə başlamışdır. Qaz və mazutla fəaliyyət göstərən 

«Şimal»  DRES-inin  gücü  319  min  kvt-dan  artıqdır.  Hal-hazırda 

xarici  şirkətlər,  banklar  hesabına  fıziki  və  mənəvi  cəhətdən 

köhnəlmiş  qurğular  təzələnərək  stansiya  yenidən  modernləşdirilir. 

Bu  işləri  həyata  keçirmək  məqsədi  ilə  Almaniya  və  Yaponiya 

dövlətləri ilə müqavilə imzalanmışdır. 

1958-1962-ci  illərdə  Kür  çaymın  Əli-Bayramlı  hissəsində 

Avropada ilk açıq tipli, gücü 1,2 mln. kvt olan Əli-Bayramlı DRES-

i tikilərək elektrik enerjisinə olan istehlakı indi də ödəməkdədir. 

Kür  çayının  sahilində  -Mingəçevir  şəhərində,  1981-ci  ildə 

tikilən,  10  bloklu  Azərbaycan  DRES-inin  gücü  3,6  mln.  kvt  təşkil 

edir.  Qaz  və  mazutla  işləyən  stansiya  Azərbaycanda  illik  elektrik 

enerjisi  hasilatının  kəmiyyət  göstəricisinin  artmasına  səbəb 

olmuşdur. 

Deyilənlərlə  bərabər,  Bakı  -  1,  Gəncə  -  1,  Sumqayıt  -  1, 

Sumqayıt  -  2,  Naxçıvan  Elektrik  Mərkəzləri  də  yaradılmışdır.  Bir 

qayda  olaraq  ĐEM-lər  istehlak  rayonlarından  ən  çoxu  20  km 

məsafədə  yerləşdirilirlər.  Ona  görə  də  onlar  respublikanın  başlıca 

istehlak mərkəzlərində - iri şəhərlərdə yaradılmışlar. 7 iyun 2001-ci 

ildə  Sumqayıtda  Yaponiyadan  alınmış  90  mln.  dollar  güzəştli 

kreditlə 360 min kvt gücü olan və sutkada 480 ton yüksək təzyiqli, 

temperaturlu  buxar  verə  bilən  müasir  ĐEM  -  buxar  -  generator 

qurğusu 


işə 

salınmışdır. 

Deyilənlərin 

hamısı 


Azərbaycan 

energetikasının əsasını təşkil edir. 

Azərbaycanda  ilk  SES  Gədəbəy  rayonunun  Qalakənd 

yaşayış  məntəqəsi  ərazisində  mis  emalı  sənayesinin  inkişafı  ilə 

əlaqədar  olaraq  1890-cı  ildə  tikilmişdir.  SES-lər  bir  qayda  olaraq 

gec  tikilərək  bir  çox  yararlı  təbii  sərvətlərin  yaradılmış  süni  su 

dəryaçalarının  altında  qalmasına  səbəb  olurlar,  eləcə  də  ən  ucuz 

elektrik  enerjisi  hasil  edirlər  və  s.  Məsələn,  Rusiyada  1986-cı  ildə 

istifadəyə  verilmiş  Sayano  -  Şuşenski  SES-i  25  ilə  tikilmişdir. 

Azərbaycanın hidroenerji ehtiyatlarından hələ tam gücü ilə istifadə 

olunmur.    Respublika  çaylarının  ümumi  hidroenerji  potensialı  5,5 

mln. kvt miqdarındadır. Göstərilən ehtiyat tam istifadə olunarsa, hər 

il  ancaq  çaylar  hesabına  43,5  mlrd.  kvt  saat  elektrik  enerjisi  hasil 

oluna  bilər.  Deyilənlər  təminat  yaratmışdır  ki,  Respublikanın  Kür, 




Araz, Tərtər və digər çayları üzərində Mingəçevir, Varvara, Tərtər, 

Şəmkir, Yenikənd, Araz SES-lərini tikmək mümkün olsun. 

O  zamanlar  Cənubi  Qafqazda  ən  böyük  gücə  malik  SES 

1954-cü  ildə  Kiir  çayı  üzərində  Mingəçevirdə  tikilib  istifadəyə 

verilmişdir. Bu, eyni adlı Mingəçevir SES-i idi ki, onun da ümumi 

gücü  360  min  kvt-a  çatırdı.  Stansiya  elektrik  enerjisi  verməklə 

yanaşı  bir  çox  kompleks  işlərin  də  görülməsi  ilə  nəticələnmişdir. 

Daha  doğrusu,  ümumi  həcmi  16  min  kub  km  su  tutumu  olan  süni 

dəryaça yaradılmış, başçılıq, turizm, su nəqliyyatı inkişaf etdirilmiş, 

mikroiqlim  şəraiti  yaradılmış,  Kür-Araz  düzənliyinə  Yuxarı 

Qarabağ,  Yuxarı  Şirvan  suvarına  kanalları  çəkilmiş,  çayda  illik  su 

axarı 


tənzimlənmiş, 

daşqınların 

qarşısı 

alınmış, 

qızdırma 

xəstəliyinin (malyariyanın) qarşısı alınmış enerji tutumlu təsərrüfat 

sahələri  artırılmış  və  ən  başlıcası  Mingəçevir  kimi  yeni  sənaye 

şəhəri  yaradılmışdır.  Mingəçevir  SES-i  hər  il  900  -  1,0  mlrd.  kvt 

saata qədər elektrik enerjisi hasil edir. 

1957-ci  ildə  Mingəçevirdən  15  km  Yevlax  şəhərinə  doğru, 

ümumi  gücü  16,5  min  kvt  olan  Varvara  SES-i  tikilərək  ölkədə 

elektrik enerjisinə olan istehlakının ödənilməsinə xidmət edir. 

Deyilənlərlə yanaşı ölkədə məhsuldar qüvvələrin inkişafının 

və düzgün  yerləşdirməsinin bir daha təmin etmək məqsədilə 1971-

ci  ildə  hasil  olunmuş  məhsulu  bərabər  bölməklə  Đran  Đslam 

Respublikası  ilə  müştərək,  gücü  22  min  kvt  olan  «Araz»  SES-i 

tikilib  istifadəyə  verilmişdir.  «Araz»  SES-i  hər  il  73  mln.  kvt  saat 

elektrik enerjisi hasil edir. 

Respublikanın  qərb  bölgəsində  mövcud  təbii  sərvətləri 

istehsala  cəlb  etmək,  kənd  təsərrüfatı  işlərini  daha  da 

yaxşılaşdırmaq,  yeni-yeni  enerji  və  əmək  tutumlu  sahələrin 

varlığını 

reallaşdırmaq, 

mərkəzlə 

əlaqələri 

daha 


da 

möhkəmləndirmək məqsədilə Tərtər çayı üzərində «Sərsənk» SES-

ini  tikmək  çox  vacib  idi.  Bu  iş  1976-cı  ildə  həyata  keçirilərək 

yuxarıda deyilənlərin həllinə köməkçi olmuşdur. Onun gücü 50 min 

kvt olmaqla ildə 123 mln.kvt.saat elektrik enerjisi verir. Hal-hazırda 

o erməni təcavüzünə məruz qalmışdır. 

Əlbəttə,  xalq  təsərrüfatmın  dinamik  inkişafını  təmin  etmək 

məqsədi  ilə  elektrik  enerjisindən  hərtərəfli,  səmərəli,  qənaətli 

istifadə  etmək  hər  bir  ölkə,  o  cümlədən  də  Azərbaycan  üçün  də 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə