R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə49/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   45   46   47   48   49   50   51   52   ...   153

nəqliyyat-ticarət  dəhlizlərinə  çevrüməsinə  əhəmiyyətli  dərəcədə 

təkan vermişdir. 

Yaxın gələcəkdə Rusiya və Đran dəmiryollarının Azərbaycan 

ərazisi  vasitəsiiə  birləşdiriiməsi  planlaşdırılmışdır.  Bu  məqsədiə 

Đrandan Astara şəhərinədək 250 km məsafədə yeni dəmir yolu xətti 

çəkilməlidir,  Eyni  zamanda  Đran  Respublikasının  dəmir  yolları 

Pakistan  və  Hindistan  dəmir  yolları  şəbəkəsi  ilə  birləşdiriləcəkdir. 

Nəticədə,  Azərbaycan  Avropa,  Cənubi-Qərbi  Asiya  və  Cənubi 

Asiya  kimi  dünyanın,  böyük  regionlarını  bir-biri  ilə  biriəşdirən 

müstəsna nəqliyyat dəhlizinə-koridoruna çevriləcəkdir. 

Respubiikanın  təbii  şəraitinin,  təbii  ehtiyatlarının  zəngin  və 

rəngarəng  olması  insanın  əmək  fəaliyyətinin  və  təsərrüfat 

sahələrinin  genişləndirilməsinə və daha da inkişaf etdirilməsi üçün 

geniş  imkanlar  açır.  Təbii  şərait  və  təbii  ehtiyatlar  məhsuldar 

qüvvələrin  düzgün  yerşləşdirilməsinə  və  inkişafına  təsir  edən 

başlıca  amillərdən  hesab  edilir.  Ərazi  istehsal  komplekslərinin 

(ƏĐK)  inkişafı  və  yerləşdirilməsi  bu  amillərin  yaxşı  mənada 

varlığından  asılıdır.  Müasir  cəmiyyətin  maddi-texniki  bazasının 

yaradılması  vəzifəsinin  həlli  bilavasitə  təbii  şərait  və  təbii 

ehtiyatların 

daha 

dərindən 



öyrənilməsi 

onların 


düzgün 

qiymətlədirilməsi,  eyni  zamanda  elmi  əsaslarla  onlardan  səmərəli 

istifadə  olunması  və  daha  yaxşı  mühafizə  edilməsi  ilə  bağlıdır. 

Azərbaycan Respublikasında məhsuldar qüvvələrin inkişafı, onların 

daha  düzgün  yerləşdirilməsi  ərazinin  səth  quruluşundan,  iqlim 

elementlərinin  münasibliyindən  çox  asılıdır.  Respublikada  relyefin 

mürəkkəbləşməsinə  səbəb  olan  Baş  Qafqaz,  Kiçik  Qafqaz,  Talış 

dağ  sistemi,  Cənubi  Qafqaz  regionunda  ən  böyük  düzənlik  sayılan 

Kür-Araz, 

habelə 


Lənkəran 

ovalıqları 

insanların 

əmək 


fəaliyyətlərindən maksimum istifadə olunmasına öz müsbət təsirini 

əsirgəmirlər.  Ərazidə  relyefin  hündürlüyü  dəniz  səviyyəsindən 

mənfi  28  metrdən  başlayaraq  Bazar  düzü  zirəvəsində  4466  metrə 

qədər  çatır.  Deməli,  relyefdə  hündürlük  amplitudası  4494  m-dən 

çox deyildir. 

Azərbaycan  Respublikasının  dünyanın  orta  enliklərində  -

Güney  Qafqazın  cənub-şərqində  yerləşməsi,  onun  şərqdə  Xəzər 

dənizi  ilə  əhatələnməsi  insanların  əmək  fəaliyyətlərinin  daha  yaxşı 

tətbiqinə  şərait  yaradan  təbii  şərait  və  təbii  ehtiyatlar  kəmiyyət, 



keyfiyyət  göstəricilərinin  istənilən  səviyyədə  olmasına  imkanlan 

daha  da  artırır.  Onu  qeyd  etmək  kifayətdir  ki,  dünyanın  11  iqlim 

tipindən  9-u  Azərbaycanda  olmaqla  iqlimin  65  %-i  subtropik,  33 

%-i  isə  mülayim  xarakterlidir.  Havanın  soyuq  və  isti  aylardakı 

gedişi  münasib  olmaqla  mütləq  maksimal  temperatur  Culfa  yə 

Kürdəmirdə  +44°S,  mütləq  minimal  temperatur  isə  1933-cü  ildə 

Naxçıvanda - 37°S olduğu qeydə alınmışdır. Đllik fəal temperaturun 

cəmi  4700°S  -yə  çataraq  isti  sevən  bitkilərin,  o  cümlədən  pambıq 

becərilməsinə  hələ  qədimdən  imkanları  daha  da  artırmışdır.  Đllik 

atmosfer  yağıntılarının  gedişi  qeyri  bərabər  olmaqla  ən  az  Ələt 

qəsəbəsində  -  96  mm,  ən  çox  -  1959-cu  ildə  Lənkəran  -  Astara 

bölgəsinin Gərgəlan sahəsində - 2767 mm olmuşdur. 

Azərbaycan hələ qədimdən təbii sərvətlərdən neyf-qaz diyarı 

kimi  tanınmışdı.  Belə  yataqlar  quruda  və  Xəzər  akvatoriyasında 

fəaliyyət göstərir. Neftin geoloji ehtiyatının 10,5 mlrd.ton, qazın isə 

12-15 trln. kubmetrə qədər olduğu müəyyənləşdirilmişdir. 

Azərbaycanda  ehtiyatına  görə  dünyada  Çindəki  yataqdan 

geri  qalan,  MDB-də  isə  tayı-bərabəri  olmayan,  Daşkəsənin  Zəylik 

sahəsində  yerləşən  alüminium  alınmasında  istifadə  olunan 

alunitdən,  Naxçıvanın  Nehrəm  sahəsində  ehtiyati-1,0  mlrd.  tona 

çatan daşduzdan, Yuxarı Ağcakənd ərazisində ehtiyatı 35,2 min.ton 

olan  gipsdən,  Naxçıvanda  Gümüşlü  polimetalından,  Paraqaçay, 

Qapıcıq  molibdenindən,  Kəlbəcərdə  Şorbulaq,  Ağyataq,  Löhçay 

civəsindən,  Daşkəsəndə  dəmir  filizindən,  Qazax  rayonunun  Daş 

Salahlı  bentonit  gilindən,Tovuzun  Ağdaş  seolitindən,  çoxsaylı 

rəngarəng  tikinti  daşlarından,  Neftçala,  Xıllı,  Böyük  Şor,  Şirxan 

yodlu-bromlu  sulardan,  Naftalanda  müalicə  neftindən,  ehtiyatı  14 

min  ton  olan  Hacıvəlli  kvars  qumlarından,  Zaqatala-Balakən 

polimetal  filizlərindən,  Abşeron  və  Qobustanda  çöküntü  duz 

ehtiyatlarından geniş surətdə istifadə olunur. Yuxarıda deyilənlərin 

əsasında  haqlı  olaraq  Kiçik  Qafqazı  Azərbaycanın  «Urah» 

adlandırırlar. 

Su  ehtiyatları  dedikdə,  buraya  çaylar,  göllər,süni  su 

anbarları,  yeraltı  sular,  atmosfer  suları  və  s.  başa  düşülür. 

Respublikada 8359 daimi və dövri axara malik çay vardır. 

Azərbaycanın yeraltı təbii sərvətlərindən biri də sutkası təbii 

ehtiyatı  18,8  min  kubmetr  hesablanan  mineral  sulardır.  Bunlar  bir 



sıra  göstəricilərinə  görə  dünyada  tanınan  Karlovi  Varidən  üstün 

olan  Kəlbəcər  rayonundakı  Đstisudan  (1-ci,  2-ci),  Naxçıvandakı 

Sirab,  Badamlı,  Vayxır,  Darıdağ  mineral  sularından,  Şuşa 

rayonundakı Turşsudan, Laçındakı Turşsudan, Dəvəçi rayonundakı 

müalicə əhəmiyyətli Qalaltı mineral sularından ibarətdir. Deyilənlər 

əsas götürülərək Azərbaycanı yeraltı suların «muzeyi» adlandırırlar. 

Göstərilənlərlə  bərabər  Azərbaycan  zəngin  hidroenerji 

potensialına  malikdir.  Hidroenerji  potensial  43,5  mlrd.kvt.  saat 

hesablanmışdır. Bunun 18 mird. kvt/saatı texniki cəhətdən istehlaka 

yararlıdır.  Yerdə  qalanı  -  7  mlrd.  kvt.  Saatı  iqtisadi  cəhətdən 

səmərəli. 7 mlrd. kvt. saatının ancaq 21,4 faizindən istifadə olunur. 

Araz çayının hidroenerji potensialına  gəldikdə isə onun 7 mlrd.kvt 

saatdan çox olmağını qeyd edə bilərik. 

Daimi və dövri mövcudlaşan göllər 750-dən çox deyildir. 

Azərbaycanda torpaq, meşə ehtiyatları da ölkədə məhsuldar 

qüvvələrin  inkişafı  və  yerləşdirilməsində  öz  təsirini  göstərir.  Belə 

ki, torpaq fondu 8,7 mln. ha-a bərabər olmaqla, meşə sahəsi ümumi 

ərazinin 11,5 faizini təşkil edərək 1,0 mln.ha-dan çoxdur. 

Azərbaycanda 

kurort-rekreasiya 

resurslarının 

xüsusi 


əhəmiyyəti  vardır.  Şuşa,  Şəki-Zaqatala,  Şamaxı, Naxçıvan,  Gəncə-

Qazax, Xəzər dənizi sahilləri bu sahədə seçilən bölgələrdir. 

Azərbaycanda  əhali  qədim  məskunlaşmaya  malikdir.  Onun 

milli  tərkibinin  91  faizdən  çoxunu  azərbaycanlılar  təşkil  edir.  Orta 

sıxlıq  95  nəfərə  çatır.  Şəhər-kənd  əhalisinin  nisbəti  52:48  təşkil 

edir.  Əmək  ehtiyatları  4400  min  nəfərdən  çoxdur.  Əmək 

ehtiyatlarından səmərəli istifadə etmək, əhalinin sosial vəziyyətinin 

yaxşılaşdırılmasını nəzərdə tutan «Azərbaycan regionlarının iqtisadi 

inkişaf  səviyyəsinin  daha  da  inkişaf  etdirilməsi»  haqda  dövlət 

proqramı həyata keçirilir. 

Azərbaycanda  təsərrüfat  sahələri  bir  qayda  olaraq  maddi  və  qeyri-

maddi  istehsal  sahələrinə  bölünür.  Maddi  istehsala  sənaye,  kənd 

təsərrüfatı,  nəqliyyat  və  rabitə,tikinti,  ticarət,  ictimai  iaişə,  tədarük 

daxildirsə,  qeyri-maddi  istehsalda  elm,  maarif,  səhiyyə,  bədən 

tərbiyəsi, mənzil təsərrüfatı, idarəetmə sahələri vardır. 

Azərbaycan  Respublikası  deyildiyi  kimi  əlverişli  coğrafı 

mövqeyə,  zəngin  və  rəngarəng  təbii  şəraitə  və  təbii  ehtiyatlara 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə