R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə50/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   46   47   48   49   50   51   52   53   ...   153

malik  olduğundan  çoxnövlü  təsərrüfat  sahələri  ilə  tanınır.  Belə 

təsərrüfat  sahələrindən  yanacaq  -  energetika,  metallurgiya, 

maşınqayırma  və  metal  emalı,  kimya  və  neft-kimya,  tikinti 

materialları istehsah, meşə, xalq istehlakı malları istehsah (yeyinti, 

yüngül),  ASK  komplekslərini,  nəqliyyat  və  rabitəni  və  s.  göstərə 

bilərik 


Son illərdə ÜDM-də sənaye 33 %, digər sahələr 31 %, kənd 

təsərrüfatı  və  meşə  təsərrüfatı  18  %,  nəqliyyat  və  rabitə  14  %>, 

tikinti 4 % xüsusi çəkiyə malik olmuşdur. Maddi istehsalının ayrı-

ayrı sahələrinin xüsusi çəkisi isə belədir: yanacaq sənayesi - 61,6%, 

yeyinti sənayesi - 15,1%, elektroenergetika - 12,6 %, kimya və neft-

kimya - 3,4 %, digər sənaye sahələri - 2,6 %, maşınqayırma - 2,2%, 

yüngül - 2,9%, metallurgiya - 0,3 %. 

Yanacaq  -  energetika  kompleksi  (YEK)  Azərbaycan 

təsərrüfatının  hələ  çox  qədimdən  aparıcı  sahələrindən  biri  hesab 

edilir.  Müstəqillik  yoluna  qədəm  qoymuş  respublikamızın  müasir 

inkişaf  mərhələsində  suverenliyimizin  möhkəmlənməsi  və  xalqın 

maddi-rifah  halının  yüksəldilməsində  YEK  bir  daha  strateji 

əhəmiyyət  kəsb  edir.  Yerli  yanacaq-energetika  ehtiyatlarına  malik 

olan hər bir ölkənin, o cümlədən Azərbaycanın da müstəqil inkişafı 

çox rəvan gedir. Zavod və fabriklərin dəzgah və avadanlıqlan, kənd 

təsərrüfatında  işləyən  traktor  və  müxtəlif  kombaynlar,  nəqliyyat 

yollarında 

şütüyən 


qatarlar, 

gəmilər 


və 

tankerlər, 

avtomobillər,səmada hərəkət edən -təyyarə və vertolyotlar, hər gün 

məişətdə  işlədilən  elektrik  cihaz  və  müxtəlif  vasitələr  (alətlər), 

mənzillərin,  ictimai  binaların  qızdınlamasını,  insanların  hər  cür 

rahatlığını  təmin  edən  bir  çox  vasitələr  məhz  YEK-in  inkişafı 

sayəsində hərəkətə gətirilir. Yanacaq-energetika kompleksi ənənəvi 

olaraq  Azərbaycan  Respublikası  iqtisadiyyatının  aparıcı  sahəsi 

olmuş  və  struktur  dəyişikliklərinin,  bazar  iqtisadiyyatına  keçidin 

müasir mərhələsində də onun əhəmiyyəti daha da artmışdır. 

YEK-in  aparıcı  sahələri  yanacaq  və  elektroenergetikadan 

ibarətdir.  Yanacaq  sənayesi  özündə  hasilat  və  emal  sahələrini 

birləşdirir.  Hasilatın  neft,  qaz,  kömür,  torf,  şift  və  odun  tədarükü 

sahələri mövcuddur. 

Neft 

sənayesi 



Azərbaycanın 

ən 


qədim 

təsərrüfat 

sahələrindən 

biridir. 

O, 

nəinki 


iqtisadiyyatın 

strukturunu 




normalaşdırır,  eləcə  də  bütövlükdə  ölkənin  xalq  təsərrüfatını 

inkişafının  bütün  mərhələlərində  həlledici  rol  oynamışdır.  Onun 

inkişafı metallurgiya, maşınqayırma və metal emal, kimya və neft-

kimya, tikinti materialları istehsah komplekslərinin, yeyinti, yüngül 

sənaye  sahələrinin,  eləcə  də  ASK-nın  daha  da  inkişafı  və 

formalaşmasına  səbəb  olmuşdur.  150  ıldən  artıq  bir  dövrdə 

Azərbaycan  zəngin  elmi-texniki  təcrübə  toplamış  və  yüksək 

ixtisaslı  kadrlar  və  neftçilər  ordusu  yaratmışdır.  Azərbaycan 

neftçilərinin  keçmiş  SSRĐ-nin,  habelə  dünyanın  çox  ölkələrindəki 

neft  yataqlarının  axtanılmasında  və  onların  istismara  verilməsində 

əvəzsiz  xidmətləri  olmuşdur.  Bu  əsasdan  da,  Azərbaycan  haqlı 

olaraq «Neft Akademiyası» adlandırılmışlar. 

Azərbaycan  uzun  müddət  Çar  Rusiyasının,  eləcə  də  SSRĐ-

nin  başlıca  neft  bölgəsi  olub  hasil  olunan  neftin  çox  hissəsini 

vermişdir. Belə ki, 1900-1901-ci illərdə Azərbaycan dünya neftinin 

51  %-ni,  Rusiya  neftinin  isə  91  %-ni  hasil  etməkdə  idi.  Əgər,  bu 

illərdə  Rusiyada  14,0  mln.ton  neft  hasil  olunurdusa,  onun  11  mln. 

tondan artığını Azərbaycan neftçiləri hasil edirdilər. 

Azərbaycanın  neft  hasilatı  rayonları  özlərinin  yığcamlılığı 

ilə  seçilir.  Belə  ki,  neft  yataqları  çox  kiçik  ərazidə  -  3000  kv.km 

sahədə bir-birinə yaxın - kompakt yerləşərək böyük geoloji ehtiyata 

malikdirlər.  Azərbaycanda  neft  sənayesi  öz  inkişafına  Abşeron 

yarımadasının  Balaxanı,  Sabunçu,  Ramana,  Suraxanı,  Binəqədi, 

Pirallahı,  Bibiheybət  mədənlərindən  başlasa  da  1949-cu  ildən 

Xəzərə  doğru  istiqamət  almışdır.  Sənaye  üsulu  ilə  ilk  neft  1847-ci 

ildə  Bibiheybət  mədənlərində  fantan  vurmuşdur.  150  illik  neft 

hasilat tarixində yerin təkindən təxminən 1,5 mlrd. ton neft istehsal 

olunmuşdur  ki,  onun  da  500  mln.  tonu  Xəzər  dənizinin  payına 

düşür. Ölkədə neftə olan tələbatın get-gedə artması Lökbatan -Puta, 

Zığ,  Quşxana,  Yasamal,  Qala,  Qaraçuxur,  Duvanın,  Neftçala 

yataqlarını  aşkarlanması  və  onlardan  neft  hasil  olunması  ilə 

nəticələnmişdir.  Deyilənlərin  nəticəsi  kimi  qeyd  olunmasıdır  ki, 

1940-cı ildə Azərbaycanda neft hasilatı 22,2 mln.tona, lakin 1941-ci 

ildə  bu  maksimal  kəmiyyət  göstəricisinə  -  23,5  mln.tona  qədər 

yüksəlmişdir.  Bu  göstərici  SSRĐ-də  hasil  olunan  neftin  75  %-i 

demək  idi.  II  Dünya  müharibəsinin  qələbə  ilə  başa  çatmasında  o 




müddətdə hasil olunmuş 75 mln.ton neftin (ölkədə isə 110 mln. t.) 

çox böyük rolu olmuşdur. 

Son  illərdə  respublikanın  daxili  rayonlarında  (quruda) 

Murad-xanlı, 

Mollakənd, 

Tərsdəllər, 

Kəmaləddin 

yataqları 

istifadəyə  verilsə  də,  eləcə  də  quruda  yeni  neft  jataqlarının 

axtarışına  və  neft  çıxarılmasında  müxtəlif  texniki  yeniliklərin 

tətbiqinə  baxmayaraq  hasilatı  günün  müasir  tələbləri  səviyyəsinə 

qaldırmaq  və  ya  heç  olmasa  onu  sabit  saxlamaq  mümkün 

olmamışdır.  Ona  görə  də  Xəzərə  doğru  üz  tutmaqla  son  vaxtlar 

«Azəri»,  «Günəşli»,  «Çıraq»,  «Şahdəniz»,  «Qarabağ»,  «Dan 

Ulduzu»,  «Əşrəfı»,  «Lənkəran-dəniz»,  «Naxçıvan»,  «Abşeron», 

«Oğuz»,  «Kürdaşı»,  «Araz»,  «Alov»  və  «Đnam»  yataqları 

aşkarlanmışdır. «Azəri» yatağının ehtiyatının 250 mln. tondan artıq 

olması  müəyyənləşdirilmişdir.  Eyni  zamanda  bu  yataqda  bir  neçə 

mlrd.  kubmetrlərlə  qaz  ehtiyatının  olması  bəllidir.  Şahdəniz 

yatağında  isə  1,0  trln.  kub.metrdən  artıq  qaz  ehtiyatının  olması 

kəşfıyyat  aparan  müəssisələrə  aydın  olmuşdur.  Qeyd  etmək 

lazımdır ki, indiki dövrdə Azərbaycanın iqtisadi imkanları yuxarıda 

göstərilən  yataqları  sərbəst  istismar  etməyə  imkan  vermir.  Son 

illərdə Xəzərdə neft hasilatında keçmiş üçün yararlı hesab edilən bir 

sıra  texniki  vasitələrin,  o  cümlədən,  «Xəzər»,  «Şelf»,  «Bakı», 

«Dədə  Qorqud»,  «Đstiqlal»,  «Qurtuluş»  adlı  üzən  qazma 

qurğularının,  habelə  «Günəşli»  adlı  stasionar  özüllərin  tətbiq 

olunmasına  baxmayaraq,  şelf  zonasının  dərinliklərində  yerləşən 

yataqların  işlədilməsində  müəyyən  texniki  çətinliklərlə  qarşılaşılır. 

Bu  çətinlikləri  aradan  qaldırmaq  üçün  yeni  yataqların  istismarında 

Azərbaycan  dünyanın  tanınmış  neft  şirkətlərinə  miiraciət  etməklə 

bu sahədə onlarla əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdir. 

Budur,  1994-cü  il  sentyabrın  20-də  Azərbaycan  Respublikası 

Dövlət Neft şirkəti (ARDNŞ) ilə dünyanın 6 dövlətinıin 11tanınmış 

neft  şirkətləri  arasında  müqavilə  imzalanmışdır.  ABŞ-ın  sabiq 

prezidenti  Klinton  bağlanilmış  müqaviləni  haqlı  olaraq  «Əsrin 

müqaviləsi»  adlandırmışdır.  Xarici  neft  şirkətləri  ilə  ilk 

müqavılənin 

imzalanması 

Xəzər 


dənizinin 

Azərbaycan 

sektorundakı  «Günəşli»,  «Azəri»,  «Çıraq»  yataqlarının  birgə 

işlənməsi  üzrə  həyata  keçirilmişdir.  Saziş  ABŞ-m  «Amoko», 

«Ekson»,  «Penzoyl»,  «Yunokal»,  Böyük  Britaniyanın  «Bi-Pi», 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə