R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə53/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   49   50   51   52   53   54   55   56   ...   153

vacib  məsələlərdən  hesab  edilir.  Bu  baxımdan  1982-ci  ildə 

respublikamızın  şimal-qərbində  gücü  380  min  kvt,  illik  elektrik 

enerji hasilatı 900 mln. kvt saatdan çox olan Şəmkir çayı üzərində 

eyni adlı SES tikilib istifadəyə verilərək bölgənin elektrik enerjisinə 

olan illik istehlakını ödəmək mümkün olmuşdur. 

Kür  çayı  üzərindəki  gücü  150  min  kvt  4  bloklu  Yenikənd 

SES-in  yarımçıq  qalmış  tikintisini  başa  çatdırmaq  üçün  Avropa 

Yenidənqurma  və  Đnkişaf  Bankı  tərəfındən  53,2  mln.  ABŞ  dollar 

həcmində  uzunmüddətli  kredit  verilmiş  və  nəticədə  1999-cu  ildə 

tikinti  başa  çadırılaraq  2000-ci  ilin  may  ayında  istifadəyə 

verilmişdir. 

Azərbaycanda  ekoloji  cəhətdən  daha  təmiz  olan  alternativ 

elektrik  enerjisi  hasilatı  mənbələri  sayılan  külək,  günəş,  isti  su 

(geotermal)  enerji  mənbələrindən  də  istifadə  etmək  imkanları  da 

mövcuddur.  Təsadüfü  deyildir  ki,  alternativ  enerji  mənbələrindən 

yaxın  gələcəkdə  istifadə  edilməsinə  dair  dövlət  sərəncamı  artıq 

verilmişdir.  Xəzər  dənizi  sahili  boyunca,  eləcə  də  Abşeron 

yarımadasında  illik  orta  surəti  9  metr  saniyəyə  bərabər  olan  külək 

enerjisindən  daha  sox  istifadə  edərək  belə  qurğuların  yaradılması 

çox gərəklidir. Günəş enerjisindən respublikada demək olar ki, heç 

istifadə  olunmur.  Buna  da  gələcəkdə  xüsusi  fikir  verilməlidir. 

Azərbaycanın  bir  çox  bölgələri,  o  cümlədən  Orta  Kür,  Lənkəran, 

Astara,  habelə  Abşeron  çox  böyük  ehtiyatlara  və  yüksək 

temperaturlu  isti  su  ehtiyatlarına  malikdir  ki,  onlardan  yaşayış  və 

ictimai  binalanın  qızdırılmasında,  isti  şitiliiklərin  yaradılmasında, 

eləcə də müalicə məqsədlərində istifadə olunması çox gərəklidir. 

Azərbaycanın 

mövcud 


elektrik 

stansiyaları 

yüksək 

gərginlikli  elektrik  xətləri  ilə  əlaqələndirilmiş  və  vahid  energetika 



şəbəkəsi  yaradılmışdır.  Respublikada  fəaliyyət  göstərən  energetika 

şəbəkəsi  qonşu  dövlətlərin  -  Rusiyanın,  Gürcüstanın,  Đran  Đslam 

Respublikasmın, 

Türkiyənin 

energetika 

şəbəkəsi 

ilə 

də 


əlaqələndirilmişdir.  Müasir  dövrdə  blokadada  olan  Naxçıvan 

Türkiyə  və  Đran  Đslam  Respublikasının  enerji  şəbəkələri  ilə 

əlaqələndirilərək eletrik enerjisinə olan illik istehlakını ödəyə bilir. 

Azərbaycan  energetika  şəbəkəsi  elektirk  enerjisinə  olan 

tələbatını  ödəmək  məqsədi  ilə  Gürcüstanın  elektrik  şəbəkəsi  ilə  də 

birləşdirilmişdir. 




Abşeronda  Böyükşor  gölü  sahilində  tikiləcək  Yeni  Bakı 

ĐEM-inin  istifadəyə  verilməsi  şəhərin  elektrik  enerjisi  və  istilik 

təchizatını  daha  da  yaxşılaşdırmağa  şəraiti  reallaşdırmağa  kömək 

edəcəkdir.  Digər  tərəfdən,  Hacıqabul  rayonunun  Nəvahi  yaşayış 

məntəqəsi  yaxmlığında  ümumi  gücü  3,2  mln.  kvt-dan  çox  olacaq 

«Yeni  Azərbaycan»  DRES-i,  Đran  Đslam  Respublikası  və 

Azərbaycanın 

Araz 


çayı 

üzərində 

tikəcəkləri 

Ordubad, 

«Xudafərin»,  «Qız  qalası»  su  elektrik  stansiyalarının  tikilib  başa 

çatması,  eləcə  də  Araz,  Qamx,  Həkəri,  Kür  çaylan  üzərində 

tikilməsi  nəzərdə  tutulan  SES-lərin  reallaşması  təbiəti  mühafızə 

normalarına  əməl  etməklə,  Azərbaycan  Respublikasının  elektrik 

enerjisi  ilə  təchizatını  tamlığı  ilə  yerinə  yetirəcəkdir.  Bu,  eyni 

zamanda  Azərbaycaınn  xarici  ölkələrə  elektrik  enerjisi  ixrac 

etməsinə də şərait yaradacaqdır. 

Metallurgiya  kompleksi  ağır  sənayenin  tərkibində  xalq 

təsərrüfatının  başlıca  sahəsi  olub,  bütün  digər  sənaye  sahələrinin, 

kənd təsərrüfatının, nəqliyyatının, hərbi-strateji sahələrin inkişafının 

açarını  təşkil  edir.  O,  müasir  zamanda  çox  böyük  imkanlara  malik 

sənaye  kompleksi  olub  başqa  sənaye  sahələri  ilə  də  sıxı  surətdə 

əlaqəlidir.  Bəllidir  ki,  hər  hansı  bir  dövlətin  iqtisadi  və  hərbi 

qüvvəsi bir növ həmin dövlətin istehsal etdiyi metalın kəmiyyət və 

keyfiyyət  göstəriciləri  ilə  müəyyən  edilir.  Digər  tərəfdən, 

metallurgiya  kompleksi  inkişaf  etdikcə  koks-kimya,  maşınqayırma 

və sair sahələr də inkişaf tapır, ayrı-ayrı sənaye qovşaqlarının, şəhər 

və  qəsəbələrin  bərqərar  olması  mövcudlaşır.  Bunlarla  yanaşı 

metallurgiya  rayon  əmələgətirici  faktor  kimi  də  özünü  göstərir, 

məhsulları  dövlətin  xiarici  ticarətində  aparıcı  rol  oynayır.  O,  iki 

sahəni 

özündə 


birləşdirir. 

Bunlardan 

biri 

müəssisələrinin 



yaradılarkən  xammala,  yanacağa,  suya,  müxtəlif  qatışıqlara, 

əlverişli  coğrafı  mövqeyə,  nəqliyyata,  istehlaka  meyl  edəni  -  qara 

metallurgiya,  digəri  isə  müəssisələri  çox  və  ucuz  elektrik  enerjisi 

hasilatı  mənbələrinə,  suya,  xammala,  istehlaka  yaxınlaşanı  əlvan 

metallurgiyadır.  Azərbaycanda  bu  deyilənlərin  hamısı  ilkin 

zəminlər olmaqla mövcuddur. Dəmir filizi çıxarılmasından, çuqun, 

polad  əridilməsindən,      prokat      və      başqa      metallarla      dəmir   

ərintiləri,  ferroərintilər  təbəqə  dəmir  boru,  rels  və  s.  istehsalından 

ibarət  olan  tam  dövriyyəli  qara  metallurgiya  tam,  həmin 



məhsulların  bir  neçəsini  istehsal  edən  natamam  dövriyyəli 

müəssisələri  mövcuddur.  Göstərilən  məhsulların  alınmasında 

xammal  kimi  filizin  bu  və  ya  digər  növlərindən,  müxtəlif 

qatışıqlardan, habelə yancaq olaraq kömürdən, elektrik enerjisindən 

istifadə  edilir.  Respublikada  1954-cü  ildə  Daşkəsən  dağ-mədən 

kombinatı,  fıliz  saflaşdırma  fabriki,  1952-ci  ıldə  Sumqayıt  boru 

prokat  birliyi,  Bakıda  təkrar  qara  metallurgiya  müəssisəsi,  iri 

maşınqayırma  zavodları  nəzdində  çox  da  böyük  olmayan  -  kiçik 

metallurgiya sexləri yaradılmışdır. 

Əlvan  metallurgiya  yüngül  metal  fılizlərinin  hasilatından 

onların 

saflaşdınlmasından, 

əridilməsindən, 

müxtəlif 

digər 

ərintilərin əldə edilməsindən ibarətdir. Ölkənin eiektrikləşdirilməsi, 



müdafiə  qüdrətinin  daha  da  möhkəmbndirilməsi,  maşınqayırma, 

elektorotexnika,  kimya  bir  çox  digər  təsərrüfat  sahəbrinin  inkişafı 

və düzgün yerləşdirilməsi üçün onun çox böyük əhəmiyyəti vardır. 

Əlvan  metalların  bəziləri  korroziyaya,  digəri  odadavamlılığa,  bir 

çoxu  isə  yüksək  elektrikkeçirmə  qabiliyyətinə  malikdir.  Əlvan 

metallurgiyanın  ağır-mis,  qalay,  qurğuşun,  sink,  nikel,  yüngül  -

alminium,  maqnezium,  titan,  qiymətli  -  qızıl,  gümüş,  platin,  çətin 

əriyən  volfram,  molibden,  nadir-  uran,  germanium  növləri  vardır. 

Əlvan  metallurgiyanın  əsas  müəssisələri  1955-ci  ildə  Sumqayıtda 

yaradılmış  alüminium  zavodundan,  1965-ci  ildə  Gəncə  şəhərində 

istifadəyə  verilmiş  Gil-  torpaq  istehsalat  birliyindən,  Bakıda 

yerləşən  əlvan  metalların  emalı  zavodundan  ibarətdir.  Sumqayıt 

alüminium  zavodu  ilkin  xammal  buraxan  müəssisədən  alüminiurn 

prokatı, məftil, məişət soyuduculan üçün buxarlandırıcüar, konserv 

sənayesi  üçün  folqa,  müxtəlif  konstruksiya  materialları,  borular  və 

sairə buraxan müəssisəyə çevrilmişdir. 

Azərbaycan 

Respublikasında 

təsərrüfat 

strukturunun 

formalaşmasında  maşınqayırma  kompleksi  aparıcı  rol  oynayır.  O, 

özündə 600 dən artıq müəssisə və istehsal sahələrini birləşdirirdi ki, 

onlar  da  350-dən  çox  adda  müxtəlif  növlü  məhsullar  verirdilər. 

Bunların içərisində neft maşınqayırmasının xüsusi çəkisi 50 faizdən 

az  deyildir.  Bu  sahənin  inkişafı  bilavasitə  neft  sənayesinin 

qədimdən yaradılması və inkişafı ib bağlıdır. Keçmişdə 16-dan çox, 

hal-hazırda neft sənayesinə xidmət edən  8-ə qədər zavod fəaliyyət 

göstərir.  Bunlardan,  Səttarxan  adma,  «Bakı  fəhbsi»,  Keşlə 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə