R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə55/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   51   52   53   54   55   56   57   58   ...   153

Maddi  istehsalın  ikinci  aparıcı  sahəsi  hesab  edilən  kənd 

təsərrüfatının  Azərbaycanda  daha  da  inkişaf  etməsini  təmin  etmək 

üçün  əlverişli  təbii  şərait  və  zəngin  təbii  ehtiyat  zəminləri  vardır. 

Fəal  temperaturun  4700  dərəcəyə  çatması,  8,7  mln.  ha  torpaq 

sahəsindən  4,4  mln.  ha-rının  kənd  təsərrüfatı  üçün  yararlı  olması 

danılmaz  reallıqlardır.  Onun  tərkibi  əkinçilik  və  heyvandarlıqdan 

ibarətdir.  Azərbaycanda  1,5  mln.  ha  əkin  sahəsi  ayrılmışdır. 

Adambaşına  0,2  ha  əkin  sahəsi  düşür.  Kənd  təsərrüfatının  illik 

verdiyi  məhsulun  61  %-ni  əkinçilik  sahəsi  verir.  Əkinçiliyin 

sturukturunda  taxılçılıq,  texniki  bitkilər  becərilməsi,  subtropik 

bitkiçiliyi,  bağçılıq,  bostan-çılıq,  tərəvəzçilik,  üzümçülük  sahələri 

öz əksini tapır. 

Deyilənlər  içərisində  taxılçılığın  xüsusi  əhəmiyyəti  olmaqla 

650 min ha əkin sahəsi vardır. Respublikanın 44 inzibati rayonunda 

taxıl  becərilsə  də  Đsmayıllı,  Şəki,  Şamaxı,  Cəlilabad,  Masallı 

fermerləri  daha  çox  taxıl  tədarük  edirlər.  2003-cü  ildə, 

Azərbaycanda  2,0  mln.ton  taxıl  tədarük  olunmuşdur.  Đstehlak 

ödənilmədiyindən  hər  il  yaxın  xaricdən  xeyli  miqdarda  taxıl 

məhsulu idxal olunur. 

Texniki  bitkiiərdən  pambıq,  tütün,  kartof,  şəkər  çuğunduru 

becərilməkdədir, 

Respublika 

rayonlarımın 

22-ndə 


pambıq 

becərmək üçün təbii şərait əlverişli olsa da, vaxtı ilə 850 - 1,0 mln. 

ton  pambıq  toplandığı  halda,  2004-cü  üdə  132  min  ton  məhsul 

toplanmışdır. Onun əkin sahəsi də azalaraq 78 min ha-ya enmişdir. 

Bərdə,  Saatlı.  Sabirabad  aparıcı  pambıqçıiıq  rayonlarındandır. 

Gədəbəy, Tovuz, Şəmkir, Qusar, Xaçmaz və s. rayonlardan son illər 

görünməmiş  miqdarda  -  605  min  ton  kartof  məhsulu  toplanmışdır. 

Tütünçülük  təsərrüfatı  Oğuz.  Qəbələ,  Zaqatala,  Qax,  Şəki,  Şahbuz 

və  s.  rayonlar  hesabına  17,3  min  ton  (2004)  məhsul  vermişdir. 

Şəkər  çuğunduru  Đmişli,  Kürdəmir,  Şəki,  Naxçıvan  və  Şərurda 

becərilir.  Toplanan  məhsul  şəkər  alınması  üçün  Türkiyə  və  Đranın 

şəkər  emalı  zavodlarına  göndərilir,  Đmişlidə,  Salyanda  şəkər 

çuğunduru emal zavodunun tikintisinə başlanılmışdır. 

Subtropik  bitklçilikdə  Lənkəran,  Astara,  Zaqatala  rayonları 

çayçılıqla  tanınırlar.  Son  illər  2,7  min  ton  yaşıl  çay  yarpağı 

toplanılmışdır.  Lənkəranda,  Bakıda,  Zaqatalada  çay  çəkib  bükmə 

fabrikləri tikilmişdir. 



Son  illərdə  Azərbaycanda  269  min  ton  bostan  məhsulları, 

500  min  ton  meyvə,  14  min  ha  əkin  sahəsindən 77  min  ton  üzüm, 

781min ton tərəvəz məhsulu toplanmışdır. 

Heyvandarlıqda  iribuynuzluların  say  2.0  mln.  xırda-

buynuzluların  sayı  6,0  mln,  donuzların  sayı  20  min  baş  olmuşdur 

(2004). Ət tədarükü 196 min ton, süd 1,8 min ton, yumurta 543 min 

ədəd, yun tədarükü isə 11 min ton təşkil etmişdir. 

Nəqliyyat  maddi  istehsalın  3-cü  aparıcı  sahəsi  olub 

istehsalla  istehlak  arasında,  ölkələrlə  regionlar  arasında  körpü 

rolunu oynayır. O ölkələrdə məhsuldar qüvvələrin inkişafı və daha 

düzgün  yerləşdirilməsində,  əhali  məskunlaşmasında,  ərazilərin 

mənimsənilməsində  əvəzsiz  rol  oynayır.  Azərbaycanda  nəqliyyatın 

bütün  növlərinin  inkişaf etdirilməsi  üçün  təbii  və  iqtisadi imkanlar 

ölçüyə gəlməzdir. Onun dəmir  yolu, avtomobil, dəniz və çay  yolu, 

hava  boru  kəmər  və  habelə  elektron  növü  bir  -  biri  ilə  birbşərək 

qovşaq  təşkil  edirlər.  Nəqliyyat  növlərinin  fəaliyyətləri  onların  il 

boyu  daşıdıqları  yüklərin  t/km-lərlə  miqdarı  ilə  ölçülür.  Burada  da 

dəmir yolu nəqliyyatı aparıcı yer tutur. Ölkədə daşınan yüklərin 70 

%-ə  qədəri  dəmir  yolarının  öhdəsinə  düşür  ki,  bu  da  onun  il  boyu 

fasiləsiz  işləməsi  ilə  də  bağlıdır.  Respublikada  dəmir  yollarının 

ümumi  uzunluğu  2100  km-dən  artığa  çatmaqla  1400  km-ə  qədəri 

çox yük və sərnişin daşınmasını daha yaxşı təmin etmək məqsədilə 

elektrikləşdirilmişdir. Azərbaycanda ilk dəmir yolu neft sənayesinin 

inkişafı ilə əlaqədar olaraq 1880-cı ildə Bakı - Sabunçu - Balaxanı -

Suraxanı - araçında 20 km-lik məsafədə çəkilmişdir. Sonralar Bakı 

neftini  dünya  bazarına  çıxarmaq  üçün  1883-cü  ildə  Bakı-Tbilisi 

dəmir  yolu  istifadəyə  verilmişdir.  1900-cü  ildə  Bakı  -  Dərbənd, 

1901-ci  ildə  Bakı-Mahaçqala  xətləri  də  istifadəyə  verilməklə 

Rusiya  istiqamətində  daşımalar  get-gedə  artmağa  başlamışdır. 

1936-cı  ildə  Bakı  -Mincivan,  1947-ci  ildə  Mincivan  -  Culfa  dəmir 

yolları  birləşdirilərək  məhsul  daşımalarının  kəmiyyət  -  keyfıyyət 

göstəriciləri  daha  da  yaxşılaşdırılmışdır.  Dəmir  yollarının 

elektrikləşdirilməsinə  SSRĐ-də  ilk  dəfə  Azərbaycanda  başlanaraq 

bu  iş  1926-cı  ldə  uzunluğu  20  km-ə  bərabər  olan  Bakı-Sabunçu-

Suraxanı  arasında  həyata  keçirilmişdir.  Bununla  da  çox  rahat, 

sürətli və ekoloji cəhətdən sərfəli olan elektrik qatarlarından istifadə 

olunmuşdur.  Bakı'-  Astara,  Əbt  -Culfa  (445  km)  xətləri  Böyük 



Vətən  müharibəsinin  məhsuludur  (1941).  Suraxanı  -  Qala  (1949), 

Qala  -  Artyom  (Pırallahı)  1959-cu  ildə,  Buzovna-  Bilgəh,  Yeni 

Suraxanı - Hövsan, Bilgəh - Pirşağı, Bilgəh - Sumqayıt 1968-ci ildə 

işə  salınaraq  elektrikləşdirilmişdir.  Nəhayət  qərb  rayonlarının  təbii 

sərvətlərini  istehsala  daha  yaxşı  cəlb  etmək,  toplanmış  hər  cür 

məhsulları  mərkəzə  nəql  etməyi  asanlaşdırmaq,  əlaqələri  daha  da 

möhkəmləndirmək  məqsədi  daşıyan  Yevlax-Bərdə  -  Ağdam  xətti 

1963-1965-ci  illərdə,  habelə  Ağdam-Xankəndi  xətti  1977-ci  ildə 

istifadəyə  verilmişdir.  Şəki-Zaqatala  zonasnı  Yevlax  stansiyasına 

qovuşdurmaq  məqsədilə  1981-1985-ci  illərdə  uzunluğu  184  km-ə 

çatan  Yevlax-Balakən  dəmiryolu  istifadəyə  verilmişdir.  Nəticədə 

Filizçayın  nadir  polimetal  fıliz  ehtiyatlarının  və  digər  sərvətlərin 

istehsala  cəlb  edilməsi,  Şəki-Zaqatala  iqtisadi  rayonunun  sosial 

iqtisadi və mədəni həyatının daha da yüksəldilməsi işində bu yolun 

mühüm əhəmiyyəti olmuşdur. 

Deyilənlərlə  yanaşı  onu  da  qeyd  etməliyik  ki,  hələ  1967-ci 

ildə  metropoliten  istifadəyə  verilərək  hal-hazırda  onun  uzunluğu 

32,5 km-i keçmişdir. Eləcə də 1960-cı ildə funikulyor, 1924-cü ildə 

Bakıda tramvay xətləri istifadəyə gərəkli olmuşlar. 

«Qapıdan  -  qapıya»  qısa  məsafələrə,  dağlıq  ərazilərdə  yük 

və  sərnişin  daşımada  rentabelli  hesab  edilən  avtomobil  nəqliyyatı 

ölkədə dəmiryolundan sonra yükdaşımada 2-ci, sərnişindaşımada 1-

ci  yeri  tutur.  Onun  ümumi  uzunluğu  25  min  km-dən  çoxdur. 

Hazırda  res-publika  əhəmiyyətli  magistral  avtomobil  yollarından 

Bakı-Rostov,  Bakı-Astara,  Bakı-Tbilisi,  Yevlax-Balakən  xətlərini 

göstərə bilərik. 

Ən  bahalı  nəqliyyat  növü  hava  nəqliyyatı  hesab  olunur. 

Onunla  çox  saxlanılması  mümkün  olmayan,  tez  xabab  olan, 

çatdırılması  tez  gərək  olan  yüklər  və  sərnişinlərin  daşınmasına 

üstünlük  verilir.  Hal-hazırda  respublika  daxilində  12  istiqamətə 

hava xətti fəaliyyət göstərir. Hələ 1924-cü ildən Bakı-Tbilisi, 1926-

cı ildən isə Bakı - Moskva hava xətti fəaliyyət göstərməkdədir. 

Məlumdur ki, su nəqliyyatı dəniz və çay nəqliyyatına ayrılır. 

Dəniz  nəqliyyatı  xüsusi  əhəmiyyətə  malikdir.  Ona  görə  ki,  Xəzər 

dənizi  Avropa  ilə  Asiya  arasında  əlverişli  mövqedə  yerləşərək 

körpü rolunu oynayır. 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə