R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə63/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   59   60   61   62   63   64   65   66   ...   153

Qeyd  etmək  lazımdır  ki.aşkarlanmış  mineral  təbii  sərvətlər 

qədimdən istehsala malik olduqlarından onların çoxunun ehtiyatı ya 

tükənmiş,  ya  da  ki,  tükənmək  üzrədir.  Bu  səbəbdən  də  müvafiq 

təsərrüfat sahələri gətirmə xammalara əsaslanırlar. 

Tarixi-coğrafi xüsusiyyətlərinə nəzər saldıqda aydın olur ki, 

başqa Avropa ölkələrinə nisbətən kapitalist inkişaf yoluna daha tez 

qədəm  qoyması  Böyük  Britaniyanın  aparıcı  bir  dövlət  olmasına 

səbəb  olmuşdur.  Daha  doğrusu,  o,  XIX  əsrin  əvvəllərində  dünya 

sənaye  məhsulunun  yarıdan  çoxunu  vermiş  sənaye  çevrilişinin 

beşiyi,  dünyanın  sənaye  emalatxanasının  mərkəzi  olmuş,  aparıcı 

dəniz flotlarına malik olmuş (hər gəmidən 9-u ingilis gəmisi), dəniz 

yollarında  liderlik  etmiş,  dünyanın  birinci  müstəmləkə  dövləti 

sayılmış,  London  dövrün  ən  böyük  şəhəri  olmaqla  dünyanın 

maliyyə  mərkəzinə  çevrilmişdir.  Sonralar  ABŞ  və  Almaniya  kimi 

dövlətlərin sürətli inkişaf etməsi Böyük Britaniyanın bu və ya digər 

sahədə 


çəkisinin 

azalmasının 

zəruriləşdirmişdir. 

Bunlara 


baxmayaraq,  1949-cu  ildən  Şimali  Atlantika  Blokunun  (NATO) 

üzvü olmaqla dünyanın nüvə dövləti kimi tanınmış, habelə Avropa 

Biriiyinin  üzvlüyünə  qəbul  olunmuşdur.  Böyük  Britaniyanm 

əvvəllər  Britaniya  imperiyasına  daxil  olan  ölkələrin  birliyini 

yaratmış və ona hal-hazırda rəhbərlik edir. Bu, keçmiş müstəmləkə 

ölkələri  ilə  əlaqələri  tənzimləyən  özünəməxsus  iqtisadi  birlik 

formalarından  biridir.  Struktur  dəyişikliklərinin  nəticəsində  Böyük 

Britaniya  daha  çox  elm  tutumlu  istehsal  sahələrinin  yaradılmasını 

həyata keçirməyə başlayaraq, nəticədə təsərrüfat sahələrinin məhsul 

çəkisinə görə «böyük yeddilər» də beşinci yerə çıxmışdır. 

Böyük  Britaniya  dövlət  quruluşuna  görə  parlamentli 

monarxiyadır.  Monarx  fəaliyyət  dairəsi  çox  dar  çərçivədə  olmaqla 

yalnız  «şahlıq  edir,  idarə  etmir».  1952-ci  ildən  ölkənin  başlıcası 

kraliça  Yelizavetadır.  Qanunvericilik  hakimiyyəti  2  palatalı 

parlamentə məxsusdur. Yuxarı palataya - lordlar palatasina ömürlük 

seçilmiş  1200  lord,  2  arxiyepiskop  və  24  yepiskop,  aşağı-millətlər 

palatasına  isə  birbaşa  və  gizli  səsvermə  yolu  ilə  5  il  müddətinə 

seçilmiş 651 deputat daxildir.  

Đcraedici hakimiyyət Nazirlər Kabinetinin əlində cəmləşmişdir. Baş 

nazir vəzifəsinə millətlər palatasında üstünlük təşkil edən partiyanın 

lideri  seçilir.  Ölkədə  Konstitusiya  yoxdur.  Əsas  qanunu  2  palatalı 



parlament  tərəfindən  qəbul  edilən  qanunvericilik  aktları  əvəz  edir. 

Milli bayram - kraliçanın anadan olduğu gün - iyul aymm 2-si 6-cı 

günü  keçirilir.  Konservativ  partiya  1867-ci  ildən  fəaliyyətdədir. 

1890-cı  ildən  yaranan  Leyboristlər  partiyası  1997-ci  ildə 

hakimiyyətə  gəlmişdir.  Ölkə,  tarixən  çox  qüvvətli  Britaniya 

Konqresi, Ümumi Federasiya, tred yuniarlarının Şotlandiya və Uels 

Konqresi adiı həmkarlar birliklərinə malikdir. Son illər ölkədə milli 

məsələlər  çox  gərgin  xarakter  almaqdadır,  Belə  ki,  Şotland  və 

Şimali  Đrlandiya  problemləri  hələ  də  mövcuddur.  Böyük  Britaniya 

BMT-nin  Təhlükəsizlik  Şurasının  daimi  üzvüdür.  Bununla  yanaşı 

ATƏT-in, Avropa Şurasının, Avropa Birliyinin və digər beynəlxalq 

təşkilatlarının  da  üzvüdür.  Đnzibati  ərazi  bölgüsünə  Đngiltərə, 

Şotlandiya, Uels və Şimali Đrlandiya tərkibində 47 əyalət, 7 mərkəzi 

əyalət,  26  rayon,  9  vilayət  və  3  ada  daxildir.  Böyük  Britaniya, 

Đngiltərə,  Bermud,  Britaniya  Virginiyası,  Kaymanov,  Terks,  Kar-

kos,  Montserratt,  Folklend,  Pitkern,  Xenderson,  Müqəddəs  Yelena 

və bir sıra başqa müstəməkə  ada ərazilərinə də malikdir. Eləcə də 

Gibraltar Böyük Britaniyaya aiddir. 

60  mln.  əhalisi  olan  Böyük  Britaniya  bu  sahədə  Avropa 

ölkələri içərisində AFR-dən geri qalmaqla dünyada 17-ci yeri tutur. 

Əhalinin 83%-i Đngiltərədə, 9%-i Şotlandiyada, 5 %-i Uelsdə, 3 %-i 

Şimali  Đrlandiyada  yaşayır. Təbii artım hər 1000  nəfər hesabı ilə  2 

nəfərə (doğum - 13 nəfər, ölüm - 11 nəfər) qədərdir. Đnsanların orta 

ömür sürməsi kişilərdə 75,3 il, qadınlarda - 80 ildən artıqdır. Böyük 

Britaniya Avropada ən az uşaq ölümünə malik olan (1000 nəfərdə 6 

nəfər) ölkə kimi tanınır.  Əhalinin orta sıxlığı 244,3 nəfərdir. Onun 

milli tərkibində ingilislər -81,5%, Şotlandlar - 10 %>, irlandlar 4 % 

xüsusi  çəkiyə  malikdir.  Şəhər  əhalisinin  çəkisi  89  %-dir.  Paytaxt 

olan  Londonda  -  7,37  mln.  əhali  yaşayır.  Fəal  əhalinin  -  28  %-i 

maddi istehsalının aparıcı sahəsi hesab edilən sənayedə, 2 %-i kənd 

təsərrüfatında,  70  %-i  isə  xidmət  sferasında  çalışmaqdadır.  Ölkədə 

27  mln.  nəfər  işləyən  əhali  vardır.  Đngilis  dili  dövlət  dili  olmaqla 

dünyada 500 mln. insan bu dildə ünsiyyət saxlayır. 

Təsərrüfatın  ümunıi  xarakteristikasına  diqqət  yetirdikdə 

aydm olur ki, ölkədə maddi və qeyri-maddi istehsal sahələri bu və 

ya 


digər 

səviyyədə 

inkişaf 

etmişdir. 

Yanacaq-energetika, 

metallurgiya, maşınqayırma, kimya, yüngül, yeyinti sənaye sahələri 




ilə yanaşı kənd təsərrüfatı, nəqliyyatı xidmət sahələri sferası ölkədə 

məhsuldar  qüvvələrin  sürətli  inkişafı  və  düzgün  yerləşdirilməsində 

aparıcı rol oynamışlar. Sənayenin ÜDM istehsalında - 25 % xüsusi 

çəkisi vardır. Kənd təsərrüfatı Ümumi Daxili Məhsul istehsalmda - 

1 %-dən çox olmamaqla, xidmət sahələri 70 %-dən artıq xüsusi çəki 

ilə  tanınır.  Böyük  Britaniyanın  iqtisadi  inkişafının  xarakter 

xüsuisyyətlərindən  biri  orada  xırda  və  orta  müəssisələrin  daha  çox 

üstünlük təşkil etməsidir. Xırda biznes özündə 35 % işçi qüvvəsini 

birləşdirərək  -  21  %  mal  dövriyyəsi  ilə  tanınır.  Emal  sahəsinin 

strukturunda ən çox inkişaf edən növlər kimyadan," neft emalıdan, 

elektron 

sahəsindən, 

optik 

ləvazimatlardan, 



rezintexniki 

məhsullardan və plastik kütlələrdən ibarətdir. 

Ölkənin  iqtisadi  inkişafında  yanacaq-energetika  xüsusi  yer 

tutur. Balansda - 30 % kömür, - 62 % neft və qaz, - 8 %ohidro və 

atom enerjisi vardır. Son illər ölkədə neftin və qazın artımı kömürə 

olan tələbatı xeyli sıxışdırmışdır.  Şaxtaların çoxu bağlanmış,hasilat 

öz maksimum həddinə 1913-cü ildə 300 mln. tona çatmışdırsa, hal-

hazırda bu 50 mln. tona  qədərdir. Çıxarılan  yerli  kömür baha başa 

gəldiyindən (550 m dərinlikdə  yerləşir) ildə 15-20 mln. tona qədər 

kömür idxal etməli olur. XX əsrin 80-cı illərinə qədər neft sənayesi 

gətirmə  xammal  əsasında  inkişaf  etməkdə  idi.  Bu  illərdə  ölkənin 

neft hasilatı 150 min tondan (Derbişir qraflığmda) çox olmamışdır. 

Lakin  1975-ci  ildən  Şimal  dənizi  ərazisindən  neft  hasilatının  baş 

verməsi  ölkəni  dünyada  neft  dövləti  kimi  tanıtdırmağa  səbəb 

olmuşdur.  Hal-hazırda  Böyük  Britaniyada  137  mln.  ton  neft  hasil 

olunur. 


«Britiş 

Petroleum» 

və 

«Şell» 


aparıcı 

neft 


korporasiyalarındandır.  Hər  il  Fransaya,  Đtaliyaya,  Niderlanda, 

AFR-ə,  ABŞ-a  -85  mln.  tondan  artıq  neft  ixrac  edir.  Ölkədə  neft 

emalı  müəssisələrinin  çoxu  texnoloji  cəhətdən  Şimal  dənizinin 

yüngül neftini emal etmək üzrə ixtisaslaşmadığından ölkə hər il 50 

mln-dan  çox  xarĐci  ölkələrdən  xam  neft  almalı  olur.  Bu,  əsasən, 

Yaxın Şərq ölkələri hesabına həyata keçirilir. Đldə 100 mln. ton neft 

emal edə bilən Milford - Xeyven, Pembruq, Stenlou, Tisport, Şell-

Xeyven, Sayttempton, Qreyndjmut, Đmminqem və Salom - Vo kimi 

NEZ-ləri  (onların  sayı  25-dən  çoxdur)  fəaliyyət  göstərir.  Hasil 

olunmuş neft və  gətirilmə neft  emal müəssisələrinə uzunluğu - 2,5 

min km-dən artıq olan neft kəmərləri vasitəsilə çatdırılır. XIX əsrin 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə