R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə59/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   55   56   57   58   59   60   61   62   ...   153

energetika,  dağ-mədən  sənayesi  üzrə  «FEBA»,  kimya  üzrə 

«Xyoxst»,  «BASF»,  «Bayer»,  metallurgiya,  maşınqayırma  üzrə 

«Tissen-Krupp», bir daha   avtomobil üzrə    ixtisaslaşan  «BMV», 

«Opel» konsernlərinin adlarını çəkə bilərik.  

«Folksvaqenverke»  ABŞ-da,  Braziiiyada,  Đspaniyada,  Meksikada, 

Çində,  Çexiyada  filiallara,  «Mersedes  -  Bens»  («Daymler  - 

Kraysler»in  hissəsi)  konserni  isə  dünyanın  15  ölkəsində,  o 

cümlədən,  Đtaliyada,  Kanadada,  Yaponiyada,  CAR-da  satış 

məntəqələrinə  malikdir.  ETĐ  dövrü  istehsalının  daha  da 

cəmləşməsinə  səbəb  olmuşdur.  Daha  doğrusu,  ölkədə  məşhur  olan 

4  böyük  metallurgiya  konsemi  metal  əridilməsinin  90  %-ni, 

avtomobil  konsernləri  60  %  sərnişin  avtomobiliərini,  neft  emalı 

konserni isə 70 % benzin hasil etmə qüvvəsinə malikdir. Sənayedə 

çalışan  32  %  işçi  qüvvəsinin  390  min  nəfəri  təkcə  «Simens» 

kosernində çalışır. 

Sənaye 


sahələri 

içərisində 

yanacaq 

energetika, 



metallurgiya,  maşınqayırma,  kimya,  meşə,  tikinti,  yüngül,  yeyinti 

növləri  öz  məhsulları  ilə  istehsala  xidmət  edirlər.  Yanacaq-

energetikasınm  inkişafının  50%-dən  çoxu  gətirmə  xammala 

əsaslanır.  Ölkənin  illik  yanacaq  və  enerji  tələbatı  480  mln.  tondan 

çox  olmasa  da  bunun  330  mln.  tutunu  idxai  edilməlı  olur.  Özündə 

isə  illik  hasilat  200  mln.  tondan  çox  deyiidir.  Aiman  iqtisadiyyatı 

ənənəvi  olaraq  həmişə  kömürə  əsaslanmışdır.  Ona  görə  də 

Almaniyam müharibəyə qədər «kömür ölkəsi» adlandırırdıiar. 50-ci 

illərdə  ölkədə  kömürün  ümumi  hasilatı  160  min.  tona  qədər 

çatmışdır.  Son  illər  hasilatın  kəmiyyət  göstəricisi  210  mln.  tona 

yüksəlmişdir.  Hal-hazırda  AFR  ABŞ-dan,  Polşadan  CAR-dan, 

Avstraliyadan  kömür  idxal  edir.  Yanacaq-energetikada  neft  və  qaz 

başlıca  rol  oynayır.  Yanacaq  -  energetika  balansında  neft  -  40  %, 

kömür  -  30  %,  qaz  20  %,  atom  enerjisi  -  10  %  xüsusi  çəkiyə 

malikdir.  Ölkəyə  neft  RF-dən,  Đran  körvəzi  ölkələrindən,  Nigeriya 

və  Liviyadan,  Şimal  dənizindən  boru  kəmərləri  ilə,  tankerlərlə 

daşınır.  Qərbi  Avropada  Almaniya  ən  çox  neft  və  neft  məhsulları 

idxal  edən  dövlət  kimi  tanınır.  Daha  doğrusu,  ildə  110  mln.  ton 

məhsul emal etmə gücünə malik olan NEZ-lər 130-140 mln. tondan 

az  olmayaraq  neft  idxal  edirlər.  Həmin  idxalat  Liviya,  Səudiyyə 

Ərəbistanı, RF (25 mln. t), Norveç (22 mln. t), Böyük Britaniya (17 



mln. t), Suriya, Əlcəzair, Qazaxıstan, Anqola, Danimarka, Nigeriya, 

Konqo, Azərbaycan, Venesuela, Niderland, Tunis hesabına ödənilir. 

Neft  emalı  müəssisələri  Hamburqda,  Kölndə,  Karlsruedə, 

Đnqolştadda,  Şvedtdə  yaradılmışdır.  Qaz  sənayesi  yerli  mənbələrlə 

yanaşı,  Niderlanddan,  Şimal  dənizinin  Norveç  sektorundan, 

Rusiyadan alınma yanacaq əsasında inkişaf etdirilir. Yerli mənbələr 

hesabına ildə 4,0 mln. t neft hasil olunur ki, bu da istehlakın 5 %-ni 

ödəyir.  Hər  il  AFR  200  mln.  tona  qədər  neft  və  neft  məhsulları 

idxal edir. RF, başqa ölkələr birlikdə AFR-ə «Dostluq» neft kəməri 

ilə  son  illər  40  mln.  ton  neft  ixrac  etmişdir.  Qaz  hasilatı  yerli 

mənbələr hesabına ən çox 20 mlrd. kubmetrdən artıq olmur. RF-dən 

hər il 33 mlrd. kubmetr qaz idxal olunur. Ümumiyyətlə, ölkə hər il 

68 mlrd. kubmetr qaz idxal etməyə məcburdur. Ölkə tələbatının 30 

%-i RF hesabına ödənilir. Đstehlaka xidmət etmək üçün Rotterdam - 

Köln, Vilhelmsxafen - Köln, Marsel - Karslrue, Qenuya - Karlsrue - 

Đnqolştadt, Triest -Đnqolştodt neft kəmərləri çəkilmişdir. 

Elektroenergetikanın  özünəməxsusluğu  vardır.  Elektrik 

enerjisi  hasilatında  ĐES-lər  başlıca  rol  oynayırlar.  ĐES-lər  Rur  və 

Saar  kömür  hövzələrində  kömürlə,  şimaldan  liman  şəhərlərində 

gətirmə  qazla,  neft  emalı  mərkəzlərində  mazutla  işləyən  ĐES-lər 

illik tələbatı ödəyəcək miqdarda elektrik enerjisi hasil edirlər. Aşağı 

Reyn hövzəsində qonur kömüriə işləyən 6 böyüık ĐES-in 12,0 mln. 

kVt  gücü  vardır.  Kömür  hövzələrindən  uzaqda  yerləşdirilən  AES-

lər  əsasən  80-cı  illərdən  Avstraliyadan,  CAR-dan,  Kanadadan  və 

Fransadan  gətirmə  urana  əsaslanmaqla  enerji  əldə  edilməsində  34 

% xüsusi çəkiyə malikdirlər. Belə ki, 20 bloka, 22,4 mln. kvt gücə 

malik  olan  AES-lər  ildə  170  mlrd.  kvt.  saat  elektrik  enerjisi  hasil 

edirlər.  Ölkənin  şərqində  mövcud  olan  «Nord»  (Qrayfsvald  şəhəri 

yaxmhğmda)  və  Raynsberq  şəhəri  yaxmhğmdakı  AES-lər 

bağlanmışdır.  SES-lər  ölkənin  cənubunda  yerləşən  çaylar  üzərində 

tikilərək  ümumi  hasilatda  60  %-ə  qədər  elektrik  enerjisi  hasil  edə 

bilirlər. 

Alternativ  enerji  mənbələrindən  biri  külək  enerjisi  sayılır. 

Qərbi  Avropanın  14  ölkəsində,  o  cümlədən  də  AFR-də  də  külək 

elektrik  stansiyaları  qədim  tarixə  malikdir.  Bu  sahədə  o  ancaq 

Danimarkadan  geri  qalır.  Almaniya  KES-ləri  böyük  gücə  malik 

olması  ilə  başqa  dövlətlərdən  fərqlənir.  Şimal  dənizi  sahillərində  -



Şlezviq - Qolşteyn ərazilərində, Qrevenbrok külək enerjisi parkında 

2000-ci ildə ən böyük gücə malik KES istifadəyə verilmişdir. Hal-

hazırda  AFR-də  KES-lərin  ümumi  gücü  4,0  mln.  kvt,  elektrik 

enerjisi  hasilatı  isə  6,0  mlrd.  kvt  saatı  keçmişdir.  Almaniya  hər  il 

qonşu ölkələrə 34 mlrd. kvt saatdan artıq elektrik enerjisi ixrac edir. 

AFR-də  elektrik  stansiyalarının  ümumi  gücü  90  mln.  kvt  -  dan 

artıqdır.  Onlanın  illik  elektrik  enerjisi  hasilatı  565  mlrd.  kvt  saat 

olmaqla ölkə dünyada ABŞ, Çin, Yaponiya, RF, Kanadadan sonrakı 

6-cı yeri tutur. 

Metallurgiya  kompleksində  qara  metallurgiya  sahəsi 

xüsusilə seçilir. Onun məhsulları polad, prokat, çuqundan ibarətdir. 

Göstərilən məhsullar istehsalına görə AFR Qərbi Avropada liderlik 

edirsə, dünyada 5-ci  yeri özünə təmin etmişdir. Belə ki, illik polad 

istehsalı  46,0  mln.  t,  çuqun  30  mln.  t-dan  artıqlır.  Əsas  zavodlar 

Rur,  Aşağı  Reyn,  Saar,  Aşağı  Saksoniya,  Bremen  rayonlarındadır. 

Poladın  alınması  oksigen-konvertor  və  elektrik  əritmə  üsulları  ilə 

həyata keçirilir. Əlvan metallurgiya başlıca olaraq gətirmə xammala 

və  toplanmış  yerli  əlvan  metal  qırıntılarına  əsaslanır.  Alüminium  -

0,6  mln.  t,  mis  -  0,6  mln.  t  hasilatı  ilə  səciyyələnir.  Alüminium 

əridilməsində  Qərbi  Avropada  ancaq  Norveçdən  geri  qalır.  Essen, 

Norf,  Fyörde,  Qamburq,  Työtinq  zavodiarına  malikdir.  Mis 

əridilməsi isə Qamburq və Lyünen zavodlarında həyata keçirilir. 

Maşınqayırma  alman  sənayesinin  özəyini  təşkil  edir. 

Mövcud  7000  müəssisədə  1,6  mln.  işçi  çalışır.  Onun  20000-dən 

artıq 

çeşidli, 



keyfiyyətli 

məhsulu 


vardır. 

Đstehsal 

etdiyi 

dəzgahlarının  50  %-dən  çoxu  ixrac  olunur.  Metallurgiya  və  prokat 



zavodları avadanlıqları məhsulları ilə dünya bazarlarını40 % təmin 

edir.  Deyilənlərlə  yanaşı  ağac  emalı,  plastik  kütlələr  istehsah 

məhsullarından  dünya  bazarının  40  %  tələbatını  ödəyir. 

Maşınqayırmanın  əsas  zavodları  ölkənin  cənub-qərbində  Baden  - 

Vyurtemberq  və  Reyn-Rur  rayonunda  yaradılmışdır.  Zavodlardan 

ən  məşhurlan 

«Tissen  -Krupp», 

«Mannesman»,  Münxen, 

Nyurnberq,  Erlanqen,  Manqeym,  Berlin,  Leypsiq,  Hamburq 

sayırlar.  Bremen,  Emden,  Rostok,  Kil,  Hamburq  dünyada  tanman 

gəmiqayırma  ilə  məşhurdurlar.  Optik  -  cihazlar  Baden  - 

Vyurtemberq  və  Tyurinqiya  rayonlarında  əldə  edilir.  Aerokosmik 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə