R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə67/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   63   64   65   66   67   68   69   70   ...   153

Klayd-says  aqlomerasiyası  Qlazqo  ilə  birlikdə  əhalinin  50  %-nə 

malikdir. Qlazqo Şotlandiyanın sənaye mərkəzi hesab edilir. Kömür 

hasilatı metallurgiya, ağır maşınqayırma, ölkədə mövcud SES-lərin 

80%-i, neft kimyası vardır. Qrendjmut , Edinburq, Aberdm kimi bir 

sıra  sənaye  mərkəzləri  fəaliyyət  göstərir.  Çoxsahəli  kənd 

təsərrüfatında  südçülük  maldarlığı,  yem  bitkiləri  əkini,dağlıq 

sahələrdə zərif yunlu qoyunçuluq inkişaf etmişdir. 

Uels  kömür  metallurgiya  rayonu  kimi  tanınır.  Qara 

metallurgiyanın  Port-Tolbot  kimi  poladəritmə  mərkəzi  vardır. 

Nyuport,  Suonsi  ətrafında  əlvan  metallurgiya  müəssisələri 

yaradılmışdır. Milford-Xeyvenddə, Pembrukedə neft-kimya, Kardif 

limanında  metallurgiya  və  maşınqayırma  sahələri  hələ  qədimdən 

yaradılmışdır.  Ekstensiv  xarakterli  kənd  təsərrüfatında  ətli-yunlun 

qoyunçuluq, çay dərələrində isə əkincilik sahəsi xarakterdir. 

Şimali Đrlandiya ölkənin bir o qədər də inkişaf edən rayonu 

kimi  tanınır.  Ölkənin  6,0  %  sahəsini,  3  %  əhalisini  özündə 

birləşdirməklə  illik  sənaye  məhsulunun-1,5  %-ni  istehsal  edir. 

Rayon  Böyük  Britaniyaya  1921-ci  ildə  birləşdirilmişdir.  Böyük 

Britaniyada  Olster  problemi  ən  kəskin  məsələlərdən  biri  kimi  hələ 

də qalmaqdadır. Rayonda əhalinin əksər hissəsi kənd təsərrüfatı ilə 

məşğuldur.  Qoyunçuluq, tərəvəzçilik,  yem bitkilərinin becərilməsi, 

iribuynuzlulardan  cavan  heyvanların  ət  alınması  üçün  bəslənilməsi 

xarakterdir.  Əsas  sənaye  sahələri  əhalisi  350  min  nəfərdən  artıq 

olan  Belfasda  cəmlənmişdir.  Bunlar  gəmiqayırmadan,  toxumadan, 

avtomobilqayırmadan, 

cihazqayırmadan 

və 

sintetik 



liflərin 

istehsalından ibarətdir. 



 

 

 

 

VI.4. Fransa 

 

Sahəsi - 544 min kv. Km   



 Əhalisi - 61,0 mln. nəfər 

 Paytaxtı - Paris şəhəridir.  




ÜDM-1610mlrd. Dollar 

 ÜDM - adambaşına 25,7 min dollar 

Fransa,  hələ  qədimdən  dünya  iqtisadiyyatında,  eləcə  də 

beynəlxalq  münasibətlərdə  çox  böyük  rol  oynayır.  O  iqtisadi 

qüvvəsinə  görə  dünyanın  6-cı  ölkəsi  sayılır.  Burada  inkişaf  edən 

elmtutumlu müasir sənaye sahələrinin yüksək intensivliyi ilə seçilən 

kənd  təsərrüfatının  və  səviyyəli  xidmət  sahəsi  sferasının 

mövcudluğu Fransanı dünyada tanıtdırmışdır. Đldə 75 mln-dan artıq 

turisti qəbul edə bilməsi də ölkə üçün şöhrət gətirmişdir. O dünyada 

maşınqayırma,  yüksək  səviyyəli  aqrar  sənaye  kompleksi  ilə  də 

tanınır.  Fransa  Böyük  Britaniya  ilə  birlikdə  səsdən  iti  sürətə  malik 

«Konkord»  hava  sərnişin  gəmisinin,  eləcə  də  digər  Avropa 

dövlətlərinin  iştirakı  ilə  «Arian»  kosmik  gəmisinin  yaradıcısıdır. 

Dünya  ölkələri  içərisində  AES-lərdən  elektrik  enerjisi  alınmasında 

(75  %)  2-ci  yeri  tutur.  Dünyanın  ĐEÖ-Iərindən  olan  «yeddilər» 

içərisində özünə layiqli yer tutur. 

Avropa  Şurasında  Fransa  dünyanın  nüvə  və  kosmik  dövləti 

sayılmaqla  Şimali  Atlantika  blokunun  (NATO-nun)  üzvüdür. 

«Tomson», 

«Laqarder» 

qrupları 

hərbi 


sənaye 

məhsulları 

istehsalında  dünyada  tanınır.  Fransa  BMT-nin  TŞ-nın  daimi 

üzvlərindən  biridir.  O,  eyni  zamanda  Avropa  Đttifaqının,  Avropa 

Şurasının, Yevratomun, MAQATE-nin, ĐNTERPOL-un, OESP-nin, 

MOK-m,  VTO-nun,  YUNESKO-nun,  MAR-m,  EKA-nm,  ELB-

in,FAO-nun, VMO-nun, KOKOM-un, ĐSO-nun, MTP-nin, ĐFAD-m 

iştirakçısıdır. Dünyanın ən gözəl şəhərlərindən biri olan Parisdə bir 

çox  beynəlxalq  təşkilatlar,  eləcə  də  iri  dünya  banklarının  25-dən 

artıq  idarələri  yerləşir.  Parisin  fəaliyyəti  dünyada  bu  deyilənlərlə 

məhdudlaşmır, eləcə də o BMT-nin təhsil, elm və mədəniyyət üzrə 

dövlətlərarası  təşkilatlarının  -  YUNESKO-nun  yerləşdiyi  mərkəz 

hesab  edilir.  Qvadelupa,  Martiniki,  Reyonon  və  Fransa  Qvianası 

zamor  departamentləri,  zamor  əyalətləri  olan  Fransa  Polizeniyası, 

Yeni Kaledoniya, Uolis, Futana, Cənub və Antarktika adalan sahəsi 

və  zamor  əyalətləri  cəmiyyətləri  -  Mayotta,  Sen-Pyer,  Mikolon 

keçmişdən  nəhəng  müstəmləkələrinin  qalıqları  kimi  indi  də 

Fransam  tanıtmaqdadır.  Onların  ümumilikdə  sahəsi  135  min  kv. 

km,  əhalisi  isə  2,0  mln.  nəfərə  yaxındır.  Fransa  Qvianasında 

yerləşən Kuru kosmadromu dünyada tanınır. Fransa Yaxın Şərq və 




Balkan  problemlərinin  həllində  əhəmiyyətli  dərəcədə  rol  oynayır. 

Deyilənlərlə  yanaşı,  Fransa  çox  fəal  geosiyasi  xətt  həyata  keçirir. 

Fransa  hərbi  kontingentləri  bir  çox  ölkələrdə  -  Almaniyada, 

Bosniyada və Hersoqovinada, Cibutidə, MAR-nda təmsil olunurlar. 

Fransanın çox əlverişli coğrafi və geosiyasi mövqeyi vardır. 

O Avropanın qərb qurtaracağında yerləşərək Atlantik, Aralıq dənizi 

və  Pireney  ətrafında  yerləşən  dövlət  kimi  tanınır.  O,  iki  tərəfdən  -

Atlantik  okeanı  və  Aralıq  dənizi  suları  ilə  əhatə  olunmuşdur. 

Ölkənin  tərkibinə  Aralıq  dənizində  yerləşən  Korsika  adası  da 

daxildir.  Ölkə  La-Manş  və  Pa-de-Kale  boğazı  vasitəsilə  şimal 

dənizinə  çıxış  əldə  edərək  özünün  coğrafi  yerləşməsinin 

əlverişliliyini daha da artırmış olur. Ölkənin sahil xəttinin uzunluğu 

3427  km-dən  artıqdır.  Sahillərinin  formasına  görə  fransızlar 

ölkələrini «Ekzaqon» adlandırırlar. Dəniz və quru yolu əlaqələrinin 

münasibliyi,  beynəlxalq  yolların  kəsişdikləri  yerdə  yerləşməsi 

Fransanın  qədimdən  iqtisadi  mövqeyinin  güclənməsinə,  bu  da  öz 

növbəsində  ölkə  təsərrüfatının,  iqtisadi  inkişaf  sürətinin,  ticarət  və 

mədəni  əlaqələrin  artmasına  imkanı  daha  da  artırmışdır.  Onun 

coğrafi mövqeyinin əlverişliliyi Şimal, Ardenn, Lotoringiya, Elzas, 

Lion  regionlarının  Avropa  meqolopolisi  ilə  birləşməyə  imkan 

vermişdir.  Eyni  zamanda  əlverişli  mövqe  bir  çox  ölkələrə 

inteqrasiya əlaqələrinin artması prosesini daha da artırmışdır. Qeyd 

etmək  lazımdır  ki,  Fransanın  Afrika  kontinentinə  yaxınlığının  da 

özünəməxsusluğu  vardır.  Hələ  vaxtı  ilə  bir  neçə  Afrika  dövləti 

Fransa  müstəmləkə  imperiyasının  tərkibində  olmaqla  fransızların 

oraya  axımlarına  şərait  yaratmışdır.  Əlcəzairdən  gələn  fransızların 

ildən  ilə  artması  müşahidə  olunur.  Belçika,  Andorra,  Monako  ilə 

qonşuluğu 

«mədəni 

inteqrasiya»nm 

get-gedə 

artmasını 

sürətləndirir.  Almaniya  ilə  qonşuluğu  isə  daha  da  çox  geosiyasi 

əhəmiyyət  kəsb  edir.  Hal-hazırda  hər  iki  dövlət  daha  çox 

əməkdaşlıq  və  inteqrasiya  sərhədinə  malikdirlər.  Deyilənlərlə 

yanaşı, 1987-ci ildən çəkilməyə başlayan, uzunluğu 50 km olan Pa-

de-Kale boğazının 40 m dərinliyindən keçməklə Paris və Londonun 

əlaqələndirilməsini  həyata  keçirən  Avrotunnelin  1994-cü  ildən 

fəaliyyət  göstərməsinin  də  xüsusi  əhəmiyyəti  vardır.  Fransa  dünya 

birliyində ekoloji cəhətdən ən təmiz AES şəbəkəsi ilə də tanınır. 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə