R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə66/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   62   63   64   65   66   67   68   69   ...   153

etməyə başlamışdır. Müasir  BB-da dəmir  yolları get-gedə  azalaraq 

17  min  km-ə  enmişdir.  Dəmir  yolları  şəbəkəsinin  sıxlığı  hər  1000 

kv.  km-də-68  km-dir.  Onun  31  %-i  elektrikləşdirilmişdir. 

Ümumiyyətlə  ölkənin  coğrafı  mövqeyi  bir  növ  dəmiryollarının 

inkişafına  və  yerləşməsinə  öz  təsirini  göstərməyə  bilmir.  BB  bir 

növ Avropa ölkələrindən təcrid olunmuşdur. Bu çatışmazlığı aradan 

qaldırmaq  məqsədilə  hələ  XIX  əsrin  başlanğıcında  fransız 

mühəndisi  Alber  Matyonun  layihəsinə  əsasən  La-Manşm  ən  ensiz 

yeri olan Pa-de-Kale ilə Duvr arasında sualtı tunelin çəkilməsi fıkri 

irəli  sürülmüşdür.  Nəhayət  1987-ci  ildə,  həmin  layihələrin  həyata 

keçirilməsi  haqda  ingilis-fransız  razılaşmasına  nail  olunmuşdur. 

«Əsrin  tikintisi»nin  reallaşmasında  aşağıdakı  xronoloji  ardıcıllıq 

mövcuddur:  1987-ci  ildə  tikintiyə  başlanılmış,  1991-ci  ilin 

iyununda  Avrotunelin  çəkilişi  başa  çatmış,  1994-cü  ilin  mayında 

Đngiltərənin  kraliçası  II  Yelizaveta  və  Fransa  prezidenti  Fransua 

Mitteranın  iştirakı  ilə  təntənəli  açıiışı  olmuş  və  1994-cü  ilin 

noyabrında  London  -  Paris  arasında  qatarlarının  kommersiya 

hərəkəti  həyata  keçirilmişdir.  Texniki  layihəyə  əsasən  Pa-de-Kale 

ilə Duvr arasında suyun 40 m dərinliyindən keçməklə 3 paralel xətt 

çəkilmişdir.  Hər  250  metrdən  göstərilən  xətlər  bir-biri  ilə  eninə 

qalereyalarla  birləşdirilmişdir.  37  km  su  altından  keçən 

Avrotunnelin  uzunluğu  50  km-ə  çatır.  Deyilənlərlə  yanaşı  yeraltı 

keçidlər,  Folkstondd,  Koledə,  Londonda,  Parisdə  beynəlxalq 

terminallar  da  tikilib  istifadəyə  verilmişdir.  Baxmayaraq  ki,  tunel 

çox  baha  başa  gəlmişdir,  o  özünü  doğrultmuşdur.  Bu  vaxta  qədər 

həmin  xətlə  22  mln-dan  artıq  sərnişin  daşınmışdır.  Nəticədə, 

London-Paris  arasındakı  məsafə  3  saata  qət  olunursa,  bunun  20 

dəqiqəsi  ancaq  tunneldən  keçmə  vaxtıdır.  Beləliklə,  Pa-de-Kale-

Duvr  arası  Avrotunnel  BB-nı  qonşu  Avropa  dövlətləri  ilə  birbaşa 

əlaqələndirməyə, iqtisadi inkişafa səbəb olmuşdur. 

Beynəlxalq  daşımalarda  aviasiya  nəqliyyatından  geniş 

istifadə  olunur.  Londonun  Xitrou  hava  limanı  dünya  əhəmiyyəti 

kəsb  edən  limandır.  Hava  nəqliyyatı  ilə  ildə  100  mln-dan  artıq 

sərnişin  daşmır.  Cavan  nəqliyyat  növlərindən  biri  boru  kəmər 

nəqliyyatıdır.  Onun  ümumi  uzunluğu  -  17  min  km-dən  artıqdır. 

Bunun  4,0  min  km-i  neft,  13  min  km-i  isə  qaz  kəmərlərinə  aiddir. 

Đstehlakın  ödənilməsində  əvəzsiz  əhəmiyyət  kəsb  edir.  Ölkə  neft 



kəmərlərinin  səviyyəsinə  görə  qonşu  ölkələrdən  əhəmiyyətli 

dərəcədə fərqlənir. 

Çoxsahəli xarici iqtäsadi əlaqələrdə ticarət aparıcı yer tutur. 

Xarici  ticarət  dövriyyəsi  595  mlrd.  dollardır.  Đxracat  -  280  mlrd. 

dollar  həcmindədir,  idxalat  xeyli  çox  -  315  mlrd.  dollardan  az 

deyildir. Deməli, xarici ticarət saldosu aktiv deyildir. BB-nin ticarət 

tərəfdaşları  ən  çox  Avropa  Birliyi  və  Şimali  Amerika  ölkələridir. 

Đxracatda  Avropa  Birliyi  ölkələri  -  53  %,  Şimali  Amerika  -  14% 

xüsusi  çəkiyə  malikdir.  Lakin  bu  ayrı-ayrı  ölkələrdə  -  Almaniyada 

13,2  %,  ABŞ-da  -  12,6  %,  Fransada  -  12,6  %,  Niderlandda  7,3 

%xüsusi çəki ilə seçilirlər. Đxracatın strukturunda başlıca yeri hazır 

məhsullar - xüsusilə maşınqayırma sahəsinin məhsulları, son illərdə 

isə elmtutumlu və kimya məhsulları böyük çəki ilə fərqləniriər. XX 

əsrin sonlarından başlayaraq neft və taxıl məhsulları ixaracı da gəlir 

gətirən sahələrə çevrilmişdir. 

Əlbəttə, hər hansı ölkə xarici ticarət əlaqələrini yalmz bu və 

ya  digər  məhsulu  ixrac  etməklə  başa  vurmur,  eləcə  də  daha  çox 

gərəkli məhsulların idxalına da fıkir verir. Bu baxımdan idxalatdan 

AB-51%, Şimali Amerika ölkələri - 13 %, ölkələrdən isə Almaniya 

- 15,2 %, ABŞ - 11,9 %, Fransa 10,5% Niderland 6,8 %, Yaponiya 

65  %  xüsusi  çəki  ilə  iştirak  edirlər.  Son  vaxtlar  çay  Hindistandan, 

Şri-Lankadan, pambıq və cut Pakistindan, qurğuşun Malayziyadan, 

neft  Küveytdən  daxil  olaraq  (50  %)  gətiriiən  məhsulların  çeşidi 

xeyli  artırılmışdır.  Qeyd  etmək  gərəkdir  ki,  BB  adambaşına  illik 

işlədilən çayın miqdarına görə dünyada 1-ci yeri tutur. 

Deyilənlərlə yanaşı, BB dünyada çox kapital ixrac edən ölkə 

kimi də tanınır. Lakin amerikan kapitanı ölkədə avtomobil sahəsinə 

50  %-dən  artıq  sərmayə  qoyuluşu  ilə  fərqlənir.  Böyük  Britaniya 

dünyanın nəhəng maliyyə mərkəzi kimi də öz funksiyasını ildən- ilə 

daha  da  artırır.  Dünyanın  20  tanınmış  bankları  arasmda  7-ci  yeri 

tutan  «XSBK  Xoldinqs»  və  17-ci  yerə  malik  «Vestminster  Benk» 

ingilislərə məxsusdur. 

Đqtisadi-sosial  fərqlərin  mövcudluğu  daxildə  ayrı-ayrı 

regionların  ayrılmasına  səbəb  olmuşdur.  Bu  əsasdan  da  ölkədə  8 

iqtisadi  rayon  ayırmaq  mümkündür.  Bunlar  Cənubi  Đngiltərə, 

Midlend,  Lankaşir,  Yorkşir,  Şimal  rayonu,  Şotlandiya,  Uels  və 

Şimali Đrlandiyadan (Olsteıı) ibarətdir. 



Ən böyük və iqtisadi cəhətdən inkişaf etmiş iqtisadi rayon -

Cənubi  Đngiltərədir.  Ölkə  ərazisinin  30  %-ə  qədərini  əhatə  edərək 

ümumi  əhalinin  -  40  %-i  burada  cəmləşmişdir.  Đqtisadi  gücündə 

sənaye məhsulları - 33 %, kənd təsərrüfatı məhsulları tədarükü - 40 

% təşkil edir. Ölkənin paytaxtı London burada yerləşdiyindən onun 

ətrafında  Britaniya  hökuməti  formalaşmış,  çoxlu  sayda  ticarət  və 

maliyyə müəssisələri yaradılımışdır. London indi də dünya miqsaylı 

liman  və  maliyyə  mərkəzi  kimi  tanınır.  Elektronika,  aviaraket 

sahəsi,  avtomobil,  kimya,  kağız-sellüloz,  ixtisaslı  kadrlar,  elmi 

tədqiqat  müəssisələri  Oksford  və  Kembric  Universitetləri,  çoxlu 

sayda xidmət sahələri vardır. 

Đqtisadi  inkişaf  potensialına  görə  2-ci  rayon  Midlend  hesab 

edilir. Belə ki, burada ümumi əhalinin 15 %-i  yerləşir, ərazinin 10 

%-i vardır, 20 % sənaye məhsulu istehsal olunur. Əlverişli coğrafi 

mövqeyi  olan  Midlendi  bəzən  «Qara  Đngiltərə»  adlandırırlar  ona 

görə ki, o qara metallurgiyanın beşiyi hesab edilir. Yüngül, yeyinti, 

avtomobil,  kömür,  dəmir  filizi  sahələri  ilə  tanınır.  Birmingem, 

Koventri, Stok-on-Trent şəhərlərinə malikdir. 

Đllik sənaye məhsulunun 15 %-nə, ərazinin - 3%-nə, əhalinin 

12  %-nə  malik  olan  Lankaşir  rayonu  pambıq  parça  toxuculuğuna, 

əlvan  metallurgiyaya,    kimyaya,    atom  və    maşınqayırma    sənaye 

sahələrinə 

malikdir. 

Mançester 

Merseysayd 

Liverpol 

aqlomerasiyaları  əhalinin  sayının  çoxluğu  ilə  seçilir.  Südlük 

istiqamətli heyvandarlıq kənd təsərrüfatının aparıcı sahəsidir. 

Xüsusi  çəkisinə  görə  Yokşir  sonrakı  yerlərdən  birini  tutur. 

Ölkə  ərazisinin  6  %-nə  malik  olmaqda  10  %  əhali  burada 

cəmləşmişdir. Sənaye məhsulu istehsalıda 10 %  xüsusi çəkidə  yun 

tədarükü  ilə  bərabər  polad  əridilməsi,  kömür  hasilatı,  avtomobil 

aparıcı  sahələrdən  hesab  olunurlar.  Ölkənin  poladının  1/3-ni  (1-ci 

yer tutur) verən iqtisadi rayonda Şeffild (1,1 mln. əhali), Lids (705 

min  nəfər),  Bredford  (456  min  nəfər)  və  Qalifaks  şəhərləri 

təsərrüfatının  müxtəlif  sahələri  üzrə  ixtisaslaşmışlar.  Qull, 

Đmminqem  limanları  çox  böyük  iqtisadi  əhəmiyyət  kəsb  edirlər. 

Ərazinin şimal hissəsi taxılçıhq üzrə, şəhər ətrafları isə tərəvəzçilik 

üzrə ixtisaslaşmışlar. 

Şotlandiyanın  32  %  ərazisində  ümumi  əhalinin  10  %-i 

yaşayır. Sənaye məhsulunun - 10 %-ə qədəri rayonun payına düşür. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə