R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə65/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   61   62   63   64   65   66   67   68   ...   153

verir.  Sintetik  liflər,  piastik  kütlələr,  yerli  boyalar,  formaseptik 

məmulatlar (dünya ixracatında 12 % xüsusi çəkisi var) istehsalı ilə 

bərabər  kimyanın  qədim  sahəsi  sayılan  əsas  kimya  da  -  mineral 

kübrə, soda, turşu, xlor istehsalına da xüsusi fikir verilir. Neft emalı 

əsasında  neft-kimya  Şotlandiyada,  Qreyndjmutda,  Đmminqemdə 

məhsul verməkdədir.  Đldə 12 mln. t kübrə, 3,6 mln. t plastik kütlə, 

0,14 mln. t sintetik kauçuk istehsal olunur. 

Ölkədə  gündəlk  tələbatının  ödənilməsinə  xidmət  edən 

yüngül  sənayenin  toxuculuq,  toxuma,  trikotoj,  ayaqqabı  istehsah 

fabrikləri  bir  qayda  olaraq  iri  sənaye  şəhərlərində  hələ  çox 

qədimdən  inkişaf  tapmışdır.  Ucuz  işçi  qüvvəsi  bolluğu  ölkədə 

toxuculuğun  inkişafıına  təkan  verən  amillərdən  hesab  edilir. 

Pambıq  parça,  sintetik  liflər  sahələri  bu  qəbildəndir.  Pambıq  parça 

toxunuşu  üçün  xammal  ABŞ-dan,  Niderlanddan,  Sudandan, 

Braziliyadan  idxal  olunur.  Yun  parçanın  toxunuşu  üçün  isə  xam 

yun məhsulu Avstraliyadan, Yeni Zelandiyadan, CAR-dan gətirilir. 

Böyük  Britaniya  illik  yun  tədarükünü  -  65'min  tona  çatdırmaqla 

dünyada  7-ci  yeri  tutur.  Son  illərdə  ölkədə  200  mln.  metrdən  çox 

pambıq  parça,  190  mln.  kv.m  yun  parça,  xeyli  miqdarda  sintetik 

parçalar  toxunmuşdur.  Pambıq  parça  -  Lonkaşirdə,  yun  parça  - 

Yorkşirdə,  trikotaj  -  Şərqi  Midlenddə,  kətan  parça  -  Şinmali 

Đrlandiyada  toxunmaqdadır.  Đngilis  yun  parçası  və  hazır  tikili 

paltarları  dünya  şöhrəti  qazanmışdır.  Haqqlı  olaraq  Qlazqonu 

ölkənin  «xalça»  paytaxtı  adlandırırlar.  Toxunmuş  parçaların  çoxu 

Avropa Birliyi ölkələrinə ixrac olunur. 

Böyük  Britaniya  özünün  müxtəlif  çeşidli  yeyinti,  tikinti, 

meşə,  sənaye  sahələri  ilə  yanaşı  xidmət  sahəsi  sferası  ilə  də 

Avropada tanınmaqdadır. 

Đkinci Dünya müharibəsinə qədər ölkədə maddi istehsalın 2-

ci  aparcı  sahəsi  hesab  edilən  kənd  təsərrüfatının  inkişafına  bir  o 

qədər  də  diqqət  yetirilmirdi.  Görünür  buna  səbəb  ingilis 

imperiyasının  müstəmləkə  xarakter  daşıması  olmuşdur.  Son  iilərdə 

kənd  təsərrüfatının  ayrı-ayn  inkişafına  xüsusi  yer  verilir.  Belə  ki, 

2004-cü  ildə  ÜDM-də  onun  çəkisi  -  1,6  %-i  keçmişdir.  Ölkədə 

mövcud  işçi  qüvvəsinin  -  80  %-ə  qədəri  bu  sferada  çalışır.  Kənd 

təsərrüfat  məhsulları  istehlakının  80  %-ni  ödədiyindən  xüsusi  ilə 

Avropa ölkələrindən bu  və  ya digər məhsulları  almaq üçün ölkəyə 



xammallar  idxal  olunur.  Böyük  Britaniyanın  kənd  təsərrüfatı 

yüksək  səviyyədə  mexanikləşdirilməsi  ilə  tanınır.  Ölkədə  çoxlu 

miqdarda  mövcud  olan  lendlordlar  demək  olar  ki,  bütün  torpaqları 

arendaya  vermişlər.  Əkilən  torpaqlar  -  1,3  mln.  ha,  otlaq  və 

biçənəklər  -  6  mln.  ha  təşkil  etməklə  torpaq  sahəsinin  77  %-dən 

çoxu  kənd  təsərrüfatda  istifadə  olunur.  Hektar  hesabı  ilə  məhsul 

əldə  edilməsinə  görə  (1725  dollar)  Böyük  Britaniya  (BB)  dünyada 

Yaponiya,  Đsveçrə,  Niderland,  Belçika,  AFR-dən  sonrakı  6-cı  yeri 

tutur.  Lakin  hər  bir  fermer  ildə  95  nəfərin  istehlakını  ödəyəcək 

miqdarda  məhsul  tədarük  etdiyindən  BB  dünyada  ancaq 

Yaponiyadan  geri  qalır.  BB-da  hər  birisinin  orta  hesabla  70  ha 

torpaq sahəsi olan 244000 fermer təsərrüfatı fəaliyyət göstərir. Belə 

hal BB-m Avropada ən qabaqcıl  yer tutmağa sövq edirsə, dünyada 

ABŞ  və  Kanadadan  geri  qoyur.  Kənd  təsərrüfatı  məhsulları 

istehsalında  heyvandarlığının  payı  80  %-dən  artıqdır.  Ölkə  təbii 

şəraitinə  müvafıq  olan  rayonlarda  saxlanılan  iribuynuzlular  -13,0 

mln.  başdan  az  deyildir.  Burada  südlük,  ətlik-südlük  istiqamətində 

ixtisaslaşma  aparılır.  Bununla  yanaşı  ət  və  yun  alınması 

istiqamətində  saxlanılan  xırdabuynuzluların  sayı  -  43  mln.  başı 

keçmişdir.  Texniki  bitkilər  becərilən  bölgələrdə,  iri  sahələr 

ətrafında  sayı  -  8,0  mln.  başdan  artıq  olan  donuzçuluq  və  eləcə  də 

quşçuluq  sahələri  özlərinə  inkişaf  arealları  tapmışlar.  Đstər 

iribuynuzlular və istərsə də xırdabuynuzlular təbii şəraitləri əlverişli 

olan  Şotlandiyada,  Uelsdə,  Şimali  Đrlandiyada,  ölkənin  Đngiltərə 

hissəsində  bəslənilməkdədir.  BB  ət  tədarükünə  görə  (40  mln.  tona 

yaxın)  dünyada  11-ci  yeri  tutaraq  ildə  adambaşına  66  kq  məhsul 

əldə edə bilir. Eyni zamanda BB mal əti ixrac edir. Đldə hər nəfərə 

düşən südün kəmiyyət göstəricisi - 235 kq-dan cox olmaqla ümumi 

illik məhsulu - 14,0 mln. tondan az olmur. 

Bitkiçilikdə  taxılçılıq  aparıcı  sahədir.  Taxılçılıq  üçün 

ayrılmış  sahənin  -  60  %-ni  buğda  və  37  %-ni  arpa  əkinləri  təşkil 

edir,  Hər  ha-dan  73  sentner  məhsul  götürülməsində  BB-  yalnız 

ABŞ,  RF,  Türkiyə  və  Pakistanla  müqayisə  edilə  bilər.  Onun  illik 

məhsul  tədarükü  -  16-20  mln.  ton  arasında  dəyişilir  (dünyada  5-ci 

yerdədir).  Xüsusilə  heyvandarlığın  yemi  üçün  ildə  -  6,0  mln.  ton 

arpa, 100 min tondan çox vələnir - tədarük olunur. Bunlarla yanaşı, 

heyvandarlığın  inkişafı  üçün  -  1,5  -  3,0  mln.  tona  qədər  qarğıdalı 



məhsulu  da  idxal  edir.  Ümumiyyətlə,  taxılçılığın  balansı  aktivdir. 

Məhsuldarlığı  hər  ha-  dan  393  sentnerə  çatan  kartofçuluğun  illik 

məhsulu - 8,0 mln. tondan artıqdır. Texniki bitkilərdən illik məhsul 

toplantısı  -  8,0  mln.  ton,  məhsuldarlığı  hektar  hesabı  ilə  -  411 

sentnerə çatan şəkər çuğunduru da becərilir. 

Hər il, Böyiik Britaniya - 17 mlrd. dollarlıq yeyinti və kənd 

təsərrüfatı  məhsulları  ixrac  edir.  Đdxalatda  isə  bu  -  32  mlrd. 

dollardan artıqdır. 

Ölkədə nəqliyyat sistemi çox yaxşı inkişaf etmişdir. 

Böyük  Britaniyanın  coğrafi  mövqeyi-adalarda  yerləşməsi, 

iqtisadiyyatının  xarici  əlaqələrdən  və  Britaniya  imperiyasının 

müstəmləkə siyasətindən asılılığı onu hələ çox qədimdən dünyanın 

böyük  dəniz  dövləti  kimi  tanıtdırmışdır.  Bu  liderlik  2-ci  Dünya 

müharibəsinə qədər davam etsə də sonralar ABŞ bu sahədə onu 2-ci 

yerə sıxışdırmışdır. Hal-hazırda BB xarici ticarətinin 98 %-ni dəniz 

nəqliyyatı  ilə  həyata  keçirir.  Gəmi  tərsanələrində  1000-dən  artıq 

tanker  refrijerator,  meşə  daşıyan,  filiz  daşıyan,  sərnişin  daşıyan 

gəmi  vardır.  Dəniz  flotu  üçün  xarakter  cəhət  odur  ki,  yük  daşıyan 

gəmilər  sərnişin  daşıyanlardan  çoxluq  təşkil  edir.  XX  əsrin  90-cı 

illərinin  ortalarında  Britaniya  limanlarından  keçməklə  600  mnln-

dan çox yük daşımaq mümkün olmuşdur. BB-nin hər birisinin yük 

dövriyyəsi  -1,0  mln.  tondan  çox  olan  36  və  hər  birisinin  illik 

dövriyyəsi - 10 mln. tondan artıq olan 13 limanı fəaliyyət göstərir. 

London  (66  mln.  ton),  Liverpol,  Qlazqo,  Sallom  Vo  (40  mln.  t), 

Milford-Xeyven (35 mln. ton), Sautqempton (32mln. t), Đmminqem 

(20  mln.  t),  Tyurt-Tolbot  (11  mlnt),  Redkar  və  digər  limanların 

adlarını  çəkə  bilərik.  Ölkə  çoxsaylı  çaylara,  gəmiçilik  kanallarına 

malik olsa da onların rolu bir o qədər hiss edilmir. Çox vaxtı onlar 

rekreasiya məqsədlərində yaralanırlar. 

Parklarında  25  mln-dan  artıq  avtomobili  birləşdirən 

avtomobil  nəqliyyatı  daxili  yük  və  sərnişindaşımada  aparıcı  yer 

tutur. Ölkə ailəsinin 68 %-nin avtomobili olduğu qeydə alınmışdır. 

Ailənin  23  %-nin  2-3  avtomobili  vardır.  Bərk  örtüklü  avtomobil 

yollarını  uzunluğu  400  min  km-dən  az  deyildir.  Avtomobil 

nəqliyyatının rolu və əhəmiyyəti gündən-günə artmaqdadır. 

Dəmiryolu  nəqliyyatı  Đngiltərədə  hələ  1825-ci  ildə 

Mançestrlə-Liverpul arasında ilk dəmir yolu xətti çəkiləndən inkişaf 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə