R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə62/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   58   59   60   61   62   63   64   65   ...   131

Hüquq  normasının  polimorfluğu.  Hüquq  norması  polimoıfdur. 
Belə ki,  hüquq  norması  öz məzmununa görə  eyni  zamanda  da  imperativ- 
dir,  dəyərə və semantik  formaya malikdir.  Hüquq norması vəzifələr verir, 
həm  dəyərləndirir,  həm  də  sosial  münasibətlərin  əhəmiyyətli  mənalarını 
açıb  göstərir.  Hüquq  normaları  hüquqi  reallığın  ilkin  elementləri  qis­
mində  müxtəlif  tarixi  şəraitlərdə  təşəkkül  tapır,  sosial  subyektlər 
arasındakı təbii həyati münasibətləri özünə tabe edirlər.
Bu  zaman  mənalar, dəyər çalarları,  imperativlik qüvvəsi  dəyişə bilər. 
Belə  dəyişikliklərin  mümkünlüyü  prinsipial  xarakterə  malikdir,  çünki 
məhz  belə  dəyişikliklər  sayəsində  hüquq münasibətlərinin  sonsuz müxtə­
liflikləri yaranır.
Hüquq  normasının  daha  çox  əhəmiyyət  kəsb  edən  məzmunlu  ipos- 
taslarına hütuq normasının Ioqosu, nomosu və emosu aid edilir.
Hüquq  normasının  Ioqosu. Hüquq normasının  Ioqosu dedikdə, çox­
saylı  subyektiv  təfsirlərin  və  interpretasiyaların  həyata  keçirildiyi  zaman 
normanın  tanınmaz  dərəcəyədək  dəyişməsinə  imkan  verməyən  məna 
(semantik)  əsası  başa  düşülür.  Yəni hər hansı  hüquq norması  şərh edilər­
kən onun mənası özbaşına olaraq dəyişdirilə bilməz.
Ilüquq  normasının  formal  məntiqin  qanunlarına  tabe  olan  mənası 
özünün  bütün  dolğunluğu  ilə  mübahisəsiz  və  aydın  olmalıdır.  Hər hansı 
elementar  formal-məntiqi  tələblərin  pozulması  yolverilməzdir,  çünki 
normanın  təfsiri  və  ya  interpretasiyasında  bəzən  yol  verilən  sui-istifadə 
qarşısıalınmaz nəticələr verə bilər.
Məhz  loqosun  sayəsində  hüquq  norması  öz  məzmununda  nəinki 
qaydanı və ədaləti,  həm do iradəni və mənanı ehtiva edir. Loqos irrasional 
vurnuxmalara deyil,  düşünülmüş  və  məqsədyönlü hərəkətlərə çağırır. Lo­
qos  -   bu,  hüquq  normasının  mənadoğuran,  mənadaşıyan  quruluşudur. 
Yetkin  şüurlu  inkişafa  malik  şəxsiyyət  hüquqi  tələblərdə  həyati  cəhətdən 
mühüm  olan  mənaları  aşkar  edib  onların  düşünülmüş  olduğunu  daxilən 
etiraf edərkən,  həmin  tələblərə  könüllü  əməl  etmək  vəzifəsini  öz üzərinə 
tərəddüd etmədən  götürür və məhz bu zaman azad və sərbəst iradə nüma­
yiş  etdirir.  Çünki  o,  hüquq  normalarının  tələblərinin  düşünülmüş  oldu­
ğuna  nəinki  şübhə  etmir,  hətta  daxilən  dərindən  inanır.  Belə  şəraitdə hü­
quq norması şəxsiyyət üçün bir növ həyati kredo məna çalarları əldə edir.
Hüquq  normasının  nomosu.  Yunan  termini  olan  «nomos»,  yəni 
qanun  burada  imperativ  mənada  nəzərdə  tutulur.  Belə  ki,  o,  hüquq  nor­
masına  iradəvi  başlanğıc,  xeyli  enerji  potensialı  verir,  onu  sivil  hüquq 
qaydasının təsdiqinin səmərəli vasitəsinə çevirir.
23 6
Nomos  praktiki  davranışın  konkret  qaydasının,  çoxsaylı  ziddiyyətli 
həyati  situasiyaların  eyni  cür  həllinin  sabit  stereotiplərinin  müəyyən 
edilməsində  mühüm  rol  oynayır.  Başqa  sözlə,  nomos  hüquq  normasına 
sabit işlək qüvvə,  güc verir.
Hüquq  normasının  nomosu  sosial  davranışın  özünü  doğrultmayan 
hər  hansı  bir  modelini  qadağan  etməklə  yanaşı,  onun  digər -   daha  əlve­
rişli  olan  səmərəli  modelini  qəbul  etməyi  tövsiyə  edir.  Nomosun  enerji 
potensialı təlqincdici qabiliyyətə malikdir. O, əxlaqi-hüquqi şüuru normal 
inkişaf etmiş  sosial  subyektlərin  fəaliyyətinin  uğurlu  tənzimlənməsindən 
ötrü kifayət qədər təsir gücünə malikdir.
Hüquq  normasının  nomosu  özünün  bütün  fəaliyyət təcrübəsi  ərzində 
özündə  qaydaya  əməl  etmək iradəsini nümayiş  etdirmişdir.  Ilüquq  nor­
ması  nomosunun mövcud  imkanlarında  hüququn təşkilati,  nizamlayıcı  və 
intizam  qüdrəti  cəmləşmiş,  fokuslaşdmlmışdır.  Iliiquq  norması  nomosu­
nun  qaydaya  əməl  etmək  iradəsini  formaya  əməl  etmək  iradəsi  də  ad­
landırmaq  olar.  O.Şpinglcr  yazırdı  ki,  «qədim  yunanlara  formaya  əməl 
etmək iradəsi xas olmuşdur».1
Hüquq  normasına  əməl  etmək  iradəsi  kimi,  nomos  həm  də  qarşıda 
duran  məqsədlərə  nail  olmaq  və tələb  olunan  qaydanı  təsdiq  etmək  qabi­
liyyətinə malik  olan  qüvvədir.  Hüquq normasının nomosu  bu  keyfiyyətdə 
öz enerjisinin sadəcə olaraq  nümayiş etdirmir,  o həm de  normativ-hüquqi 
strukturlara güc verir, onları daha etibarlı səviyyəyə yüksəldir.
Nomos  hüquq  normalarına onların  daxili  proporsiyalarında  müəyyən 
nizamilik  verir,  onların  məqsədəmüvaliqliyini  dəqiqliklə  müəyyənləş­
dirir,  onları  daha  möhkəm  və  həyati  edir.  Nomos  hüququn  daxili  qüvvəsi 
kimi  və  qanunaitaətli  davranışı  müəyyən  etməyə  qadir  olmaq  etibarilə 
normanın  tələblərinə  və  göstərişlərin  əməl  edilmədiyi  hallarda  fərdləıdə 
mümkün  cəza  vahiməsi  yarada  bilir.  Əgər  məcazi  mənada  ifadə  etsək, 
nomos  qanuna  itaət  etməyənlərə  «başınız  üzərində  damokl  qılıncı  asıl­
mışdır»  -   deyə,  onlara  ciddi  xəbərdarlıq  tövsiyəsilə  çıxış  edir.  Ona  görə 
də  fərd  qanunaitaətli  davranış  stereotiplərindən  nə  qədər  çox  kənara 
çıxırsa,  normanın  tələblərini  yerinə  yetirməkdən  nə  qədər  çox  yayınırsa, 
yuxanda göstərilən psixoloji  amil  də bir o  qədər geniş  miqyas alır.
Hüquq  normasının  etosu.  Əgər hüquq  kormasının  nomosunda  qay­
daya  əməl  etmək  iradəsi  fokuslaşdırılmışdırsa,  normanın  etosunda  əda­
lətin  və  ümumi  rifahın  iradəsi  ehtiva  olunur.  Əgər  nomos  hüququn  gü­
cü, qüvvəsidirso, etos hüququn  dəyəridir.
1  Ш пинглер  О.  Закат Европы,  т.2,  M .,  1998,  с .59.
2 3 7


Öz-özlüyündə  götürülən  iradə  və  qüvvə  ünvansızdır və  bunların  hər 
ikisi  istədikləri  istiqamət  üzrə  hərəkət  cdo  bilərlər.  İradə  və  qüvvə  həm 
yaratmaq,  həm  do  dağıtmaq  gücünə  malikdir.  Həm  sivilizasiyalı'dövlətin 
hüquqi  reallığı,  həm  də  despotik,  totalitar rccimin  hüquqi  reallığı  hüquqi 
qanunların fəal iştirakı prosesində təşəkkül tapır.
Hüquq  normasımı  etosu  nomosun  intizam  səylərinə  müəyyən  dəyər 
istiqaməti  verir.  Etosun təsiri  altında nomos humanistliyin universal krite- 
riyalarına  cavab  verən  ədalətli  hüquq  qaydasının  tosdiqetmə  qüvvəsinə 
çevrilir.  Bu,  hüquq  normasına  xüsusi  xassə  verir.  Həmin xassə doğruluq, 
düzgünlük pafosunda təzahür edir.  Bu,  hər bir fərdə  sakitlik,  eləcə də  qü­
rurlu şərəf hissi keçirmək imkanı verir.
Hüquq  normasında  ancaq  onun  nomosunun  nəzərə  alındığı hallarda, 
ctos  isə  qeyri-müəyyən  məqamlarda təcrid  edildikdə,  normanın redusiya- 
laşdırılmış  (ixtisar  edilmiş,  zəiflədilmiş)  modeli  yaranır,  bu da  öz növbə­
sində  hüququ  sanki  cansız bir mexanizmə  bənzədir.  Ona görə də etos hü­
quq  normasını  sadəcə  olaraq  sivilizasiyalaşdırıcı  amilə  deyil,  həm  də 
modoniyyotyaradıcı  vasitəyə çevirir.
Hüquq normasının  etosu  hüquq  düşüncəsi  həyatının və hüquq müna­
sibətləri  təcrübəsini  humanizm  və  mənəviyyat çalarları  ilə bəzəyir, həmin 
həyata  və  təcrübəyə  estetik  cəhətdən  gözəllik  donu  verir.  Məhz  hüquq 
normasının  etosu  sayəsində  cəmiyyətdə  mövcud  olan  insan  birliklərinin 
daxili  çəkişmələrdən  və  ixtilaflardan,  hətta  dağıntılardan  müdafiəsi  üzrə 
müvafiq hüquq norması  əlavə yaradıcı  imkanlar əldə edir.
Etosla  birlikdə  hüquq  normasına  təkcə  intizam  yönümü  deyil,  azad­
lığa  yönüm  do  daxil  olur.  Belə  yönüm  dövlət  mənafelərinin  şəxsiyyətin 
mənafelərilə  bir-birinə  bağlanması  qabiliyyətini  əldə  edir.  Bu  yönümlər 
və  mənafelər  arasında  ziddiyyətləri  qaydaya  salmaqdan  və  onları  uğurla 
həll  etməkdən  ötrü  hüquq  özündə  geniş  imkanları  ctiva  edir.  Dünyanın 
əksər hüquq sistemlərində belə  imkanlar ehtiyatda olurlar.  Lakin digər tə­
rəfdən  məhz  onlar  zəruri  perspektivlərin  istiqamətlərini  göstərirlər.  Hə­
min  perspektivlər  hüquqi  normalivliyin  gələcək  inkişafı  naminə mövcud­
durlar.
Hüquqda  etosun  olması  sivilizasiyalılığı  qcyri-sivilizasiyahlıqdan 
ayıran  müfəssəl  və  hərtərəfli  demarkasiya  xətti  yeritməyə  imkan  verir. 
Hüquqi  mətnlərdə  rəsm  edilən  bu  sərhəd  normativ  müəyyənliyin  zəruri 
əlamətlərinə  malikdir  və  cari  hüquqyaratmada  mühüm  rol  oynayır.  Si­
vilizasiyalı  birgəyaşayışın  dayaqlarını  dağıntılardan  qoruyan  hüquq,
238
nəinki  potensial  və  real  hüququ  pozanların  dağıdıcı  fəallığının  qarşısını 
almağa  soy  göstərir,  həm  də  insanların  sosial  enerjisini  sivilizasiyalı lığın 
kriteriyalarına cavab verən normativ məcraya istiqamətləndirir.
İnsanın  transaqıcssiv  təbiəti  onu  müntəzəm  surətdə  ənənəvi  davranış 
stereotiplərinin  pozuntularına  təhrik  edir.  Hüquq  isə  bu  transaqıcssiv 
enerjini  hüquq  normaları  ilə  uyğunlaşdırmağa  səy  göstərir.  Adətlər,  dini 
normalar,  əxlaq  normaları  kimi  tənzimləyicilərin  intizanılaşdırıcı  qüv­
vələrinin  kifayət  etmədiyi  yerdə  məsələyə  dövlətin  hüquqi  iradəsi  mü­
daxilə  edir.  Sivilizasiyalı  hüquq  qaydasının  bərqərar  olmasının  və  təmin 
edilməsinin  möhkəm  və  sabit  vasitəsi  olan  hüquq,  sosial  subyektləri 
lazımi  davranış  məcrasına  yönəldir  və  bu  zaman  o,  hakimiyyət  xarakteri 
daşıyır.  Mahiyyətinə  görə  zorakılıq  iradəsinin  daşıyıcısı  olan  totalitar 
dövlətin  qeyri-hüquqi,  despotik  iradəsindən  fərqli  olaraq,  hüquqi  iradə 
sivilizasiyalı  qayda,  hüquq  qaydası  yönümliidür.  Cəmiyyətdə  mövcud 
olan  mənəviyyatın  və  mədəniyyətin  on  incə  və  zərif  formaları  məhz 
hüquqi  iradə sayəsində özünün normal  inkişaf imkanlarını əldə edir.
Hüquq  normasının  loqosu,  nomosu  və  etosu  onun  daxilində  ayrı- 
ayrılıqda mövcud olmur,  onun vahid,  canlı  tamlığını  təşkil  edir.  Bir-birini 
qarşılıqlı  surətdə  tamamlamağa  ehtiyacı  olan  loqos,  nomos  və  etos  ümu­
mi  semantik-normativ-dəyor  kontiniumunu  təşkil  edir  və  məhz  bunun 
sayəsində  hüquq  norması  hansısa  arxaik  üçsimalı  ilahi  qüvvəyə  bən­
zədilir.  Onun  ipostaslarından hər biri öz istiqamətinə doğru səylər göstərir 
və  öz  xüsusi  perspektivinə  malikdir.  Lakin  bu,  hüquq  normasına  yeganə 
və bölünməz qalmağa mane olmur və ola da bilməz.
Hüquq  normaları  və  siyasi  normalar.  Fəaliyyətin  sosial  tənzim­
lənməsinin,  insanların  davranışının  bu  növləri  bir-birilə  son  dərəcə  sıx 
bağlıdır,  çünki  onlar  cəmiyyətin  dövlət-hüquqi  strukturunun  mərkəzi 
olmaq  etibarilə  mülkiyyətlə  dövlət  hakimiyyəti  arasındakı  münasibətləri 
müəyyən  edirlər.  Bu  normaların  qarşılıqlı  fəaliyyəti  son  dərəcə  müxtəlif 
formalarda  -   bir-birini  qarşılıqlı  müdafiədə,  qarşılıqlı  ziddiyyətdə,  qarşı­
lıqlı  həmrəylikdə  təzahür edir.  Bu isə öz növbəsində  konkret-tarixi  şərait­
lə,  sinfi  qüvvələrin  qarşılıqlı  münasibətləri  ilə,  ictimai  şüurun  vəziyyətilə, 
kütləvi psixologiya və cəmiyyətin mədəniyyəti  ilə müəyyən edilir.
Buna görə  də həmişə  fəal  olan belə qarşılıqlı  fəaliyyət konkret  situa­
siyanın,  bu  və  ya  digər  prioritetlərin,  mənafelərin  və  tələbatların  irəli 
çəkilməsinin  təsiri  altında  dəyişir.  Lakin  belə  dinamizmə  və  mütəhər- 
rikliyə  baxmayaraq,  hüquq  normaları  və  siyasi  normalar  öz  sıx  qarşılıqlı
239


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə