xeyir, şər, şəıof, alicənablıq, intizara, vicdan kateqoriyaları çıxış edirlər.
Bütün ictimai münasibətlərin, insanların hərəkətlərinin interpretasiyası və
qiyməti belə mövqelərdən verilir.
Əxlaq normalarının nisbi müstəqil fəaliyyət meydanını fərqləndi
rərkən onların mühüm xassəsini - universallığını, ictimai münasibətlərin
ən müxtəlif sferalarına, o cümlədən, iqtisadi, siyasi münasibətlər
və əmək
münasibətləri sferasına nüfuz etmək qabiliyyətini unutmaq olmaz. «Bu da
aydındır, belə ki, əxlaq normaları xeyir, şər, vicdan, borc, ləyaqət, şəxsi
məsuliyyət kateqoriyasına və s. kateqoriyalara istiqamətləndirilmişdir».1
Həmin kateqoriyalar bu və ya digər interpretasiya prosesində insanların
bütün sfcralardakı fəaliyyətində davranışının qiymətləndirilməsi kriteri-
yaları qismində çıxış edirlər.
Beləliklə, həm hüquq, həm do əxlaq ictimai həyatın on müxtəlif
sahələrinə nüfuz etmək qabiliyyətinə malikdir. Nə hüquq, nə də əxlaq
sosial münasibətlərin predmetli əlahiddə sferası ilə məhdudlaşmırlar. Hü
quq və əxlaq insanların sosial qarşılıqlı fəaliyyətinin on geniş sahələrində
onların davranışı ilə bağlıdır. Bunu, həm do əxlaqın «universallığını»,
onun hər yerdəki «varlığını», «nüfuzetmə»2 xarakterini nəzərə alaraq belə
nəticəyə gəlmək olar ki, hüququ və əxlaqı onların fəaliyyətini» predmet
sferaları üzrə fərqləndirmək olmaz. Hüquq və əxlaq sosial əlaqələrin
vahid «meydanında» fəaliyyət göstərirlər. Hüquq normaları ilə əxlaq
normalarının sıx qarşılıqlı fəaliyyəti do məhz buradan meydana gəlir.
Hüququn və əxlaqın birliyi nəinki onların fəaliyyət sferasının vahid
liyi ilə, sosial təyinatlarının ümumiliyi ilə, həm də onların struktur xa
rakteristikası ilə müəyyən edilir. Hüquqi və oxlaqi sistemlər çoxşaxəli
təsisatlardır. Buna görə də onların sosial fəaliyyəti onlara daxil olan bütün
elementlərin - ictimai münasibətlərin, ictimai şüurun, normaların birli
yində aşkar olunur.
Hüquqi və oxlaqi sistemin bütün elementləri nə mərhələlərlə, nə do
ardıcıllaqla yaranmır. Onların əmələ gəlməsi prosesi fəaliyyətin, şüurun
dialcktikasını, «ünsiyyətin bir sıra formaları ilə bağlı» təkrarlığın qa
nunauyğunluqlarını nəzərdə tutur. Ona görə də hüquqi sistemdə hüquq
münasibətlərini, hüquq düşüncəsini, hüquq normalarını, əxlaqi sistemdə
isə mənəviyyat münasibətlərini, əxlaqi şüuru, mənəvi normaları fərqlən
dirərkən biz, hər bir sistemin daxili elementlərinin qarşılıqlı fəaliyyətinin
1 Дробницкий О.Г. Понятие морали: Историко-критический очерк. М., 1974, с.283.
2 Y enə orada, с.229.
244
mürəkkəb dialcktikasını tərəddüd etmədən nəzərə almalıyıq. Hüquq
düşüncəsi və hüquq normaları, mənəvi şüur və mənəvi normalar bu tən
zimləyicilərdən hər biri üçün spesifik olan vasitələrin müxtəlif cəhətlərini
əks etdirərək, ictimai münasibətlərin vahid meydanında fəaliyyət gös
tərirlər.
Əxlaqi sistemdə mənəvi şüuru əxlaq normalarından ayırmaq son də
rəcə çətindir, çünki əxlaq institutlaşdırılmamış sistemdir. O, xüsusi «nor-
mamüəyyəncdici instansiyaya», ixtisaslaşdırılmış rəsmi ifadə formalarına
malik deyildir. Əxlaq normaları əxlaqi dildə şəxsiyyətlə dövlət arasında,
habelə fərdlər arasındakı münasibətlərdə ziddiyyətlərin aradan qaldırıl
masına yönələn tələblər, göstərişlər halında təzahür edirlər. Konkret-tarixi
şəraitdən asılı olaraq onlar ən müxtəlif ifadə formasına malik ola bilərlər.
Belə formaya dini hökmləri və müəyyən adətləri, ənənələri, ayinləri və şi
fahi vəsiyyətləri, əfsanələri, atalar sözlərini və məsəllərini aid etmək olar.
Fikrimizcə, hüquqi görüşlərin və hüquq normalarının fərqləndirilmə
sini də sadə formulaya miıncər etmək olmaz. Hüquqi görüşlər dövlətin
verdiyi və ya sanksiyalaşdııdığı normalardan əvvəl yaranmışdır. Ona görə
də hüquqi şüuru və qanunvericilik göstərişlərini asanlıqla fərqləndirmək
olar. Lakin hüquq norması və hüquq düşüncəsi prinsipi, mühakimə, dəyər
yönümü müxtəlif sosial-iqtisadi formasiyalarda heç də asanlıqla fərq
ləndirilmirlər.
Hüquq və əxlaq sosial tənzimləyicilər kimi fərdin azad iradəsi və
onun öz hərəkətlərinə görə məsuliyyət problemləri ilə bağlıdırlar. Hüquq
və əxlaq insanın dəyər yönümiinün mühüm elementləri kimi, əgər insan
azad iradəyə malik olmasaydı, nə yaranmaz, nə də mövcud olmazdılar.
Hüquq və əxlaq insana ictimai münasibətlərin mürəkkəb və dəyişkən alə
minə adaptasiya olunmaqda kömək edərək, onun zəkasına və iradəsinə
nüfuz edirlər. Hüquq və əxlaq fərdin azad iradəsinə həmişə nüfuz edir.
Bununla yanaşı, onlar şəxsiyyətin azad davranışının sərhədlərini müəy
yən edərək, həmin azadlığın «ölçüsü» qismində çıxış edirlər. Lakin bu
birlikdə artıq hüququn və əxlaqın spesifikliyini müəyyən edən xassə var
dır. Hüquq bu zaman azadlığın konkret-tarixi cəhətdən şərtləşdirilmiş
formal ölçüsü qismində çıxış edir. Hüquq öz mahiyyətinə və deməli, öz
anlayışına görə, real münasibətlərdə azadlığın tarixən müəyyən və obyek
tiv surətdə şərtləşdirilmiş forması, bu azadlığın ölçüsü, formal azadlığıdır.
Hüquq öz təbiəti sayəsində insanın davranışının daxili motivlərinə
münasibətdə neytral mövqedə qalaraq, onun zahiri hərəkət azadlığını
245