ol aq o vo münasibətlərində dəyişməz qalmışlar. Bu, hər şeydən əvvəl,
onunla izah edilir ki, hüquq normalarının vo siyasi normaların genezisini
vo varlığını müəyyən edən yeganə mənbə mülkiyyət münasibətləridir. Bu
münasibətlər həm hüququn, həm də siyasətin məzmununu şortləşdirir. İn
sanlar arasında hüquqi vo siyasi əlaqələr do məhz mülkiyyətlə əlaqədar
yaranır. Siniflərin, sosial qrupların və fərdlorin mənafeləri, tələbatları
mülkiyyətə münasibətdə daha parlaq təzahür edirlər.
Hüquq norması azadlığın obyektiv olaraq şərtləşən ölçüsünü və for
masını ifadə edir. Yuridik münasibətlərin hələ rüşcym halında olduğu za
man hüquq artıq azadlığın ifadəsi olur. Molumdur ki, hüquq normaları
tarixi inkişafın müəyyən mərhələsində təşəkkül tapırlar. Məhz bu vaxt
yeni ictimai münasibətlərin yaranması cəmiyyət daxilində mülkiyyətin
yenidən bölgüsünə, onun cəmiyyətin böyük olmayan hissəsinin (bir qrup
azlığın) əlində comloşməsino gətirib çıxarır. Bütün bunlar cəmiyyətin si
niflərə parçalanması, xüsusi mülkiyyətin formalaşması şəraitində baş ve
rir. Siniflərin istehsal vasitələrinə münasibətdə müxtəlif sosial mövqeləri
fordlərin real azadlıq dərəcəsini aşkarlayan mülkiyyət münasibətlərinin
xarakterini müəyyən edir. Bu, fərdlorin mülkiyyətlə əlaqəsindən irəli
gəlir.
Mülkiyyət münasibətlərinin formalaşması siyasi münasibətlərin tə
şəkkül tapmasından, dövlətin əmələ gəlməsindən ayrılmazdır. Həmin
münasibətlər xüsusi orqanların və institutların timsalında siyasi hakimiy
yətin yaradılmasını tələb edir. Məhz həmin xüsusi orqanlar və institutlar
qanunvericilik vasitəsilə hökmran sinfin mənafelərinə və hakim iradəsinə
rəsmi, ümumi vo «sivilizasiyalı» xarakter verir.
Mülkiyyət münasibətləri hüquq münasibətlərinin və siyasi mü
nasibətlərin əsasını təşkil edir, çünki mülkiyyətə malik olan iqtisadi cə
hətdən hökmran qüvvə siyasi hakimiyyətə do malik olur. Mülkiyyət mü
nasibətlərindən doğan hüquq normaları dövlətin qanunyaratma fəaliyyəti
nəticəsində yuridik və siyasi normalara çevrilir, siyasi hakimiyyətə mü
nasibətdə siniflərin, təbəqələrin, sosial qrupların və siyasi partiyaların
münasibətlərini tənzim edən normalar qismində çıxış edirlər.
Hüquq və siyasət normativ cəhətdən strukturlaşdırılmışdır. Hüququn
normativ təbiəti heç bir şübhə doğurmur. Siyasi normativliyin hüquqda
olduğu kimi formal müəyyənlik səviyyəsində olmamasına baxmayaraq,
bütün siyasi sferanın özü də normativləşdirilmişdir. Siyasi normalar heç
də həmişə rəsmi sənədlərdə ehtiva olunmurlar. Onlar siyasi mütəfək
240
kirlərin və liderlərin siyasi görüşlərində və ideyalarında, onların dövlət
hakimiyyətinin xarakteri vo strukturları, onun fəaliyyət formaları və
metodları, siniflər vo sosial qruplar arasında hakimiyyətlə bağlı münasi
bətlərin tənzim edilməsi haqqındakı təsəvvürlərində ehtiva oluna bilərlər.
Siyasi normalar cəmiyyətin kütləvi ictimai şüuruna, sosial-psixoloji əh
val-ruhiyyəsinə daxil edilir.
Siyasi şüur sahəsində siyasi proseslərin, siyasi əlaqələrin və münasi
bətlərin, siyasi sistemin institutlaşmasının həyata keçirilməsinin zərim
şərti qismində çıxış edən ümumi prinsiplər, dəyər yöniimləri və normalar
işlənib hazırlanır. Həmin prinsiplər, yönümlər və normalar, hər şeydən
əvvəl, sinfi mənafelərin, təbəqə vo qrup mənafelərinin, siyasi reallığa
münasibətlərin dərk edilməsi vo ifadəsidir.
Mənafelər öz ətrafında dəyər-normativ yönümün bütün sistemini
siyasi, estetik vo dini yönümü qruplaşdırır. Lakin siyasi normativ-dəvər
sistemi bu mənafeləri daha mərkəzləşdirilmiş şəkildə ifadə edir, çünki o,
bilavasitə siyasi hakimiyyətlə bağlı olan münasibətləri tənzimləyir. Bu
münasibətlər sinifli cəmiyyətdə insanların bütün həyati-fəaliyyət sfera
larında siniflərin, sosial qrupların və fərdlorin qarşılıqlı fəaliyyətinin xa
rakterini müəyyən edirlər.
Siyasi normalar öz inkişaf dərəcəsinə görə siniflərin və qruplaşma
ların mənafe və tələbatlarının on fəal ifadəçisi olurlar. Bu isə insanların
davranışının sosial cəhətdən tənzimlənməsində iistün rolunu, onların hü
ququn, mənəviyyatın vo incəsənətin ictiırai münasibətlərə təsirinin bütiin
digər formalarını özlərinə tabe etmək səylərini müəyyən edir.
Burcua inqilabları dövründə fərdlə dövlət arasında sanki vasitəçi ro
lunu oynayan siyasi partiyalar meydana gəlirlər. Onlar öz məramnamə və
proqramlarını yaradır, həmin sənədlərdə dövlət hakimiyyətinə təsirin
gücləndirilməsinin müxtəlif yollarını müəyyən edirlər. Siyasi hakimiyyə
tə (dövlət hakimiyyətinə) sahib olmaq həmin partiyaların başlıca məq
sədlərindən biri kimi çıxış edir.
Hüquq normaları ilə siyasi normalar arasında qarşılıqlı münasibət
formal bərabərlik, ədalət, insan hüquqları və hüquqi dövlət ideyaları irəli
sürən burcua-dcmokratik inqilabları dövründə dəyişir. Hüququn dövlət
üzərində prioriteti prinsipi, dövlətin insan hüquqları üzərində tam ha
kimiyyətinin məhdudlaşdırılması son dərəcə əhəmiyyət kəsb edən ümum
bəşəri dəyərdir. Yeni situasiyada hüquq normaları siyasi normalar qarşı
sında birincilik qazanır, hüququn rolu getdikcə tədricən artmağa başlayır
241
Hüququn siyasət üzərində üstünlüyü normal situasiyadır və belə üstünlük
bütün sivilizasiyalı dövlətlər üçün səciyyəvi olmalıdır.
Siyasi normaların hüquq normaları qarşısında birinciliyi zorakılıq
doğurur və totalitar rejimlər üçün zəmin yaradır. Siyasətin, hüquq norma
larının hüquqi dayağının olmadığı yerdə totalitarizmin yaranması la
büddür. Totalitarizm həm də o yerdə baş qaldırır ki, hüquq siyasi ha
kimiyyətin məhdudlaşdırıcısı qismində çıxış etmir, insan hüquqları siyasi
hakimiyyətin həyata keçirilməsinə nəzarət vasitəsi olmaq imkanından
məhrum edilir.
Buna görə də hüquq normalarının və siyasi normaların qarşılıqlı
əlaqəsi bu sosial tənzimləmə sferalarında ümuminin və xüsusinin mü
cərrəd təhlilindən ibarət deyil. Hüquq normalarının və siyasi normaların
qarşılıqlı əlaqəsi problemi siyasi rccimin xarakteri haqqında məsələdir.
Siyasi recimin mahiyyəti isə onun cəmiyyətdə hüquqi başlanğıcların,
prinsiplərin və hüquq normalarının hökmranlığını tanıyıb-tanımaması ilə
müəyyən edilir.
Hüququn siyasət və siyasi hakimiyyət üzərində prioriteti müasir mə
dəniyyətin sarsılmaz prinsipidir. L.Diigi yazırdı: «Hökmdarlar üzərində
yüksələn və onlar iiçüı mütləq olanları idaıo edən hüququn mövcudluğu
zəruri postulatdır. Bütün həndəsənin Evklid postulatında rahatlıq tapdığı
kimi, bütün müasir xalqların həyatı da eynilə hüquq normaları postu
latında rahatlıq tapır. İycrinqin öyrətdiyi kimi, hüquq qüvvələr siyasəti
deyil, o, dövlətin işi do deyil. Hüquq dövlətdən əvvəl gəlir və onun üzə
rində yüksəlir: o, dövlət qüvvələrinin sərhədidir və dövlət hüququn xid
mətində olmalı olan qüvvədən başqa bir şey deyildir».1
Hüquq normalarından fərqli olaraq, siyasi nonnalarda ideyaların və
siyasi proqramların rəqabətinin mövcud olması qaçılmazdır. Siyasi nor
malar içərisində yüksək nüfuza, müxtəlif siyasi qrupların mənafe və məq
səd qarşıdurmalarının qarşısını almağa qadir olan normalar yoxdur. Belə
qüvvə siyasi normaların xaricindədir və həmin qüvvəni təbii olaraq
hüquq, hüquqi prinsiplər və hüquq normaları təşkil edirlər.
Hüquq və əxlaq normaları. Sosial tənzimetmə sistemində mühüm
rol hüquqa və əxlaqa məxsusdur. Bilavasitə ictimai münasibətlərdə ya
ranan və insanların qarşılıqlı fəaliyyətinin spesifik üsullarını əks etdirən
hüquq və əxlaq normalarının təyinatı siniflərin, sosial qrupların, fərdlərin
1 Дюги Л. Социальное право, индивидуальное право и преобразование государства.
М ., 1909, С.В.
242
və bütövlükdə cəmiyyətin mənafelərini təmin edən insanların davranışına
məqsədyönlü təsirdən ibarətdir. Bununla yanaşı, bu «sosial tənzimlə
yicilərin hər biri öz spesifikliyinə malikdir. Hüquqda və əxlaqda ümu
minin və spesifikliyin aşkar olunması onların insan şüuruna və davra
nışına, fərdlərin qarşılıqlı fəaliyyətinə və bir-birinə qarşılıqlı təsir göstər
məsinə təsiri üsullarının öyrənilməsi iiçün böyük idrak və praktiki əhə
miyyəti vardır.
Hüququn və əxlaqın qarşılıqlı əlaqəsini, sosial tənzimləmənin bu
sistemlərində ümumi və spesifik cəhətləri nəzərdən keçirərkən hər şeydən
əvvəl belə bir suala cavab vermək zəruridir: hüquq və əxlaqın ümumiliyi
ictimai münasibətlərin xarakterindonmi irəli gəlir və ya bu sistemlərdən
hər biri həmin sferada yaranan sosial normaların spesifikliyini müəyyən
edən öz ictimai münasibətlər sfresına malikdirmi? Qoyulmuş suala cavab
hüququn və əxlaqın mahiyyətinin açılmasının zəruri şərtidir.
Hüquq normalarının və siyasi normaların qarşılıqlı fəaliyyətinin təh
lili zamanı insanların qarşılıqlı fəaliyyətinin hüquqi formalarını doğuran
ictimai münasibətlərinin təbiəti, yəni onların mülkiyyətə və siyasi haki
miyyətə dair sosial əlaqələrinin təbiəti edildi. Məhz bu, hüquq normala
rının fəaliyyətinin diapazonunun genişliyini müəyyən edir. İctimai
münasibətlərin nisbətən böyük olmayan sferası hüquqi xarakteristikadan
kənarda qalır və onların tənzimləyicisi qismində «xalis» şəkildə əxlaq
normaları, dini normalar, qeyri-hüquqi adətlər və ənənələr çıxış edirlər.
Mülkiyyət və siyasi hakimiyyət münasibətləri sferasında yaranan hü
quq normaları onların hüdudlarından kənara çıxmaq, insanların sosial
qarşılıqlı fəaliyyətinin daha gcııiş sahələrini əhatə etmək ənənəsinə ma
likdirlər. Ona görə do hüquq normaları ictimai münasibətlərin nisbətən
böyük olmayan dairəsini (dostluq, qarşılıqlı yardım, sevgi, əzabkeşlik
münasibətləri) «sərbəst» buraxaraq, insanların praktiki fəaliyyətinin ən
geniş parametrlərində fəaliyyət göstərirlər. Əxlaqi tənzimləyicilərin fəa
liyyətini do məhz bəzən münasibətlərin bu dairəsinə şamil edirlər.
Belə mövqeyi düzgün hesab etmək olmaz, çünki əxlaq və bu sferanın
hüdudlarından kənardakı münasibətlər ən geniş fəaliyyət meydanına ma
likdir. Əxlaq ivsanların hərəkətlərində ifadə olunan, onların bir-birinə,
cəmiyyətə, müəyyən sinfə, dövlətə və müdafiə olunan şəxsi əqidələrə,
ənənələrə, bütün cəmiyyətin ictimai rəyinin qüvvəsinə münasibətini tən
zimləyən görüşlərin, normaların, prinsiplərin və inamların tarixən müəy
yən edilmiş sistemidir. Belə normaların, inamların kritcriyaları qismində
243
Dostları ilə paylaş: |