dəniyyətin eyniliyi ılo səciyyələndirilən adamların birliyi başa düşülür.1
Cəmiyyət insanların nəhəngmiqyaslı birliyidir. O, fərdlər arasında
sosial qarşılıqlı hərəkətlərin müxtəlif formalarının yarımfunksional,
özünütənzimləyən sistemi qismində çıxış edir. Fordlərə xas olan məhsul
dar fəaliyyətin istiqamətlərinin çoxluğu konkret vəzifələrin həllini və
müəyyən məqsədlərə nail olunmasını təmin edir. Belə məqsədlərin ən
başlıcası bütöv bir tam kimi cəmiyyətin fəaliyyət imkanlarının genişlən
dirilməsidir.
Cəmiyyət insanların sadəcə məcmusu deyil, fərdlərin özünəməx
susluğunu və əlaqələrini nəzərə almayan mücərrəd bütövlük do deyildir.
Cəmiyyət mürəkkəb, bütöv sosial-mədəni sistem, başqa sözlə, sosial sis
temin xüsusi növüdür.2 Cəmiyyət üzvləri məhz ümumi sosiomədoni sis
tem çərçivəsində oxşar dəyərləri və normaları dəstəkləyir, eyni bir dildə
danışırlar. Cəmiyyət sosial bütövlüyün varisliyini təmin edir. Cəmiyyət
müxtəlif azsaylı qobilə və tayfalardan, eləcə do müasir dövlətlər kimi sayı
milyonlarla hesablanan bütöv insan birliyindən ibarət ola bilər.
İstənilən cəmiyyət üç əsas mövqedən səciyyələndirilə bilər. Həmin
mövqelər özündə vital, sosial və mənəvi prinsipləri ehtiva edirlər.
Vital prinsip nöqteyi-nəzərindən cəmiyyət canlı insan fərdlorinin bir
liyindən ibarətdir. Cəmiyyət onu üzvi sistemlərlə yaxınlaşdıran və həmin
sistemlərdə nəhəng bir makroorqanizmi görməyə imkan verən əlamətlərə
malikdir. Cəmiyyətin on başlıca funksiyası nəyin bahasına olursa-olsun
öz varlığını qoruyub saxlamaqdan, nəsil artırılmasını və nəsillərin fasilə
siz olaraq bir-birini əvəz etməsini təmin etməkdən ibarətdir. Cəmiyyətin
vital ipostası təbii olaraq nəsil, ailə və etnos kimi sosial orqanizmlərdə
daha aydın canlanır.
Sosiallıq prinsipi nöqteyi-nəzərindən cəmiyyət sivilizasiyalı sistem
qismində təzahür edir. Yəni cəmiyyət fordlərə sistemdaxili vəzifələri
uğurla həll etməyə imkan verən çoxsaylı süni, sosiogen alət və vasitə
lərin, müxtəlif mcxanizmlorin məcmusundan ibarətdir. Bu səviyyədə
cəmiyyətin səylərinin on mühüm istiqamətini maddi-iqtisadi, siyasi fəa
liyyət, o cümlədən də hüquq-mühafizə fəaliyyəti təşkil edir.
iqtisadi, siyasi və hüquqi qayda məqsədli səbəblər qismində çıxış edir və
çoxsaylı fərdlərin və lokal birliklərin səylərini istiqamətləndirir. Bu magistral
1 Касьянов В .В., Нечипуренко В.И. G öst. kitab, s.218.
2 V ah id ov F .Q ., A ğ a y e v T .B . G öst. kitab, s.37.
272
istiqamətlərdə təşəkkül tapan ən iri sosial formayaratma qismində üç sistem
- lokal sivilizasiya, dövlət və vətəndaş cəmiyyəti çıxış edir.
Cəmiyyət mənəvi prinsip əsasında mədəniyyətin yeganə fövqəl-
subyekti, dəyərlərin və fikirlərin nəhəng aləminin generatoru kimi təzahür
edir. Cəmiyyətin dəyərlər və fikirlər aləmi normativ prinsiplər vasitəsilə
təcəssüm olunurlar.
Bu dəyər və fikirlər cəmiyyətə xeyir, gözəllik və həqiqət kritcriyala-
rma cavab verən istiqamətdə fəaliyyət göstərmək göstərişini verir. Belə
liklə, cəmiyyət aşağıdakı üç əsas ipostas üzərində yüksəlir:
1) cəmiyyət - bu, təbii-tarixi orqanizm dir;
2) cəmiyyət - bu, sivilizasiyalı sistemdir;
3) cəmiyyət - bu, mədəni subyektdir.
Cəmiyyətin daxili strukturunda mövcud olan hiiquq onun bütün
ipostasları ilə bağlıdır. Öz təbiətinə görə sosial hadisələr olan hüquq mü
nasibətləri və hüquq düşüncəsi vitallıq və mənəviyyat aləmləri ilə mü
şayiət olunur. Yəni sosiosfera «bufer» reallıq qismində çıxış edir. Var
lığın vital və mənə və başlanğıcları hüquq sisteminə məhz həmin reallıq
vasitəsilə dair təsir göstərir. Sosiallıq vital və mənəvi başlanğıcların ener
jisini özündə ehtiva edir, onları öz strukturunda tranoformasiyalaşdırdıq-
dan sonra hüquqi normativliyin zəruri formasına çevirir. Beləliklə, hüquq
sosiaologiyası nə insanın təbii ehtiyaclarını, nə də onların mənəvi həya
tını öz maraqları sferasından kənar etmir.
Sosial makrodinamika. ilər bir cəmiyyətdə fərdlərin sosial sistem
lərin daxilində yerləşdirilməsi üçün imkanlar mövcuddur. Ayrı-ayrı şəxs
lərin və bütöv qrupların bir sosial mövqedən digərlərinə belə keçidi əhə
miyyətli dərəcədə sürətləndirilə və ya ləngidilə bilər. Ona görə də cə
miyyət sosial münasibətlərin tənzimi, iqtisadi, siyasi və hüquqi xarakterli
müxtəlif vəzifələrin həlli üçün sosial mobilliyin potensial imkanlarından
istifadə edir. Şaquli mobilliyin aşağıdakı iki modeli vaıdır:
1) subyektləri hakimiyyətin yüksək pilləsinə qaldıran, məşhurlaş
dıran, şərəfə mindirən və zənginliyə çatdıran pozitiv mobillik;
2) sosial enmə kimi görünən, sosial «dib»in əıı aşağı pilləsi olan ne
qativ mobillik.
Şaquli xarakterli sosial mobillik onunla təmin edilir ki, cəmiyyətdə
sosial yerdəyişmələrin leqal kanalları mövcuddur. Açıq, sivilizasiyalı so-
siumda onlar həmişə çox, sivilizasiyanın kritcriyalarına cavab verməyən
qapalı cəmiyyətdə isə onlar lazımi həddən az olur və əksəriyyət onlara
yiyələnə bilmirlər. Bu kanallarla uğurlu hərəkət etmək fərdlərdə xeyli
273
şəxsi keyfiyyətlərin və peşə keyfiyyətlərinin müəyyən dəstinin olmasını
nəzərdə tutur.
Sosial mobilliyin neqatiz növünü sosial dissosiasiya təşkil edir.
Kütləvi dissosiasiya ictimai sistemin aralıq vəziyyətindən ibarətdir. Bu
prosesdə fərdlər dayaqlı kanallar üzrə deyil, onların taleyi ilə oynayan
qəzəbli taleyin hakimiyyəti altında tez-tez dəyişən şəraitdə yeriləşdirilir.
Sosial adaptivlik. Sistemə onun üçün xarici tələblərə uyğunlaşmaq
xassəsi olan və bununla yanaşı özü üçün öziinümühafizəni və gələcəkdə
uğurlu inkişafın mümkünlüyünü təmin edən adaptivlik-sosiumun həya
tında, o cümlədən onun normativ-tənzimləyici mexanizmlərinin fəaliyyə
tində müəyyəncdici rola malikdir. Belə situasiyada rolların aşağıdakı
bölgüsü təşəkkül tapır:
1) sosium öz daxili sistemlərindən və elementlərindən onların özünümü-
hafizə və inkişaf üçün zəruri olan şəraitə adaptasiya olunmalarını tələb edir;
2) fərdlər, qruplar, birliklər adaptantlar qismində çıxış edir və onlar
dan sosiumun ehtiyaclarına uyğunlaşmaq tələb olunur;
3) hüquq öz üzərinə ictimai sistemlərin və sosial subyektlərin bir-
birinə qarşılıqlı adaptasiyasını həyata keçirən normativ mexanizm rolunu
götürür. Hüquq subyektlərdən normativ, qanuna itaətli və adaptivli dav
ranış tələb edir. Belə davranış ümumi sosial kontekstin məzmununa
uyğunlaşdırılmış davranış olmalıdır.
Cəmiyyətlərin tipologiyası. Sosioloqlar cəmiyyətin keçmişdə möv
cud olmuş və indi mövcud olan bütün təsəvvür edilən və real növlərini
müəyyən tarixi tiplərə bölürlər. Cəmiyyətin oxşar əlamətləri və ya kri-
tcriaylan birləşdirən bir neçə tipi onun tiplogiyasını təşkil edir.
Sosiologiya ədəbiyyatında cəmiyyətlərin ən müxtəlif tipologiyası
aparılır. Belə ki, onlar qapalı və açıq, yazıyaqədərki və yazılı, ibtidai,
quldarlıq, feodal, kapitalist, sosalist, sonayeyəqədərki və sənaye, sabit və
qeyri-sabit, postsənayc, dinamik inkişaf edən, vəhşi barbar və siviliza
siyalı və s. cəmiyyətlərə bölünürlər.1
O vçular və toplayıcılar cəmiyyəti. Bu cəmiyyət mütəşəkkil sosial
həyatın ən erkən formasıdır. Bu cəmiyyətin insanları öz varlığını etdikləri
ov və təbiətdə hazır halda olan qida məhsullarını (meşələrin yabanı mey
vələrini və s.) toplamaq sayəsində qoruya bilmişlər. Belə şəraitdə heyvan
və bitki ehtiyatlarının tükənməsi prosesi getdiyinə görə, insanlar daim hə
rəkətdə olurdular. Onların cəmiyyətində insanların sayı 50 nəfəri öt-
1 Кравченко А.И. Социология: Учебник. M ., 2 008, с. 111.
274
mürdü. İri və mürəkkəb sosial orqanizm formasının bu səviyyədə inkişafı
praktiki olaraq qeyri-mümkün idi. Bu cəmiyyətdə hələ xüsusi mülkiyyət,
daimi ordu, siyasi və hüquqi sistemlər, eləcə də yazı olmamışdır.1
Bostançılıq cəmiyyəti. Bu da insan cəmiyyətinin ilkin pillələrindən
birini təşkil edir. İnsanlar təqribən 10 min il bundan əvvəl bitki yetiş
dirməyi öyrənmiş və bu, onların qida mənbələrindən birinə çevrilmişdir.
Maldarlıq da müəyyən səviyyədə bostançılıqla paralel şəkildə cəmiyyət
həyatına daxil olmuşdur. İlkin maldarlıq vəhşi heyvanların məişətə cəlb
olunması ilə müşayiət edilmişdir.
A q rar cəmiyyətlər. Yaxın Şərqin çay vadilərindəki məhsuldar tor
paq ərazilərində məskunlaşmış insanlar tərəfindən təqribən 5-6 min il
bundan əvvəl kotanın ixtira olunması kənd təsərrüfatında və aqrar cə
miyyətlərin təşəkkülündə, eləcə do bütün bunların sayəsində istehsal
münasibətlərinin formalaşmasında sözün əsil mənasında inqilabi dəyişik
lik, çevriliş olmuşdur. Tədricən bel və kərtmən bostançılıq təsərrüfatının
və analoci cəmiyyətin bərqərar olması əsaslarına xidmət etmişdir.
Aqrar cəmiyyətlərin sürətli inkişafı məhsul bolluğunun yaranması ilə
yanaşı, əhalinin artmasına səbəb olmuş və bu da öz növbəsində sosial
təşkilatın formalarının mürəkkəbləşməsini şortləşdirmişdir. Zaman keç
dikcə hakimiyyətin mərkəzləşdirildiyi siyasi institutların sayı artmağa
başlamış və onların mövcud sistemi təkmilləşdirilmiş, monarx, imperator
hakimiyyətinin irsi xarakteri formalaşmışdır. Yazının meydana gəlməsi
və sürətli inkişafı yazılmış hüququn (qanunların) təşəkkülü ilə müşayiət
olunmuşdur. Bunun da nəticəsində sistemləşdirilmiş qanunvericilik
aktları - ilk məcəllələr (XII Cədvəl Qanunları, Solonun qanunları) yazılı
təcəssümünü tapmışdır.
Sənaye cəmiyyətləri. Bu cəmiyyətlər təqribən 250 il bundan əvvəl
sənaye inqilabları nəticəsində təşəkkül tapmışdır. Sənaye cəmiyyətlərinin
iqtisadi sistemləri maşın texnikasına əsaslanırdı. Qapalı feodal iqtisadi
sistemi, xırda sənətkarlıq emalatxanaları və yerli ticarət labıik və
zavodlarla, dövlət və beynəlxalq bazar sistemləri ilə əvəz olunurdu. Sə
naye cəmiyyətlərinin hüquq sistemi böyük mürəkkəbliyi ilə seçilir və
hakimiyyətin budaqlarından biri qismində çıxış edirdi.
Postsənayc cəmiyyəti. Sosioloqların təsdiqinə görə, hazırda dünya
nın sənaye cəhətdən inkişaf etmiş ölkələrində postsənayc cəmiyyəti for
1 Касьянов В .В ., Нсчинурснко В.И. G öst. kitab, s.220.
275
Dostları ilə paylaş: |