həmin forddo nisbi narazılıq hissləri baş qaldırır. Belə narazılıqlar adətən,
fərdin öz referent qrupunda artıq malik olduqları ilə üzv olmaq istədiyi re
ferent qrupundan gözlədikləri arasında mövcud olan fərqlərlə bağlı meydana
çıxır. Deməli, referent qrup anlayışında sosial dəyişikliklərin başa düşül
məsinin açan ehtiva olunur. Bununla belə, heç də bütün referent qruplannın
hamısı müsbət qrup qismində dəyərləndirilə bilməz. Müsbət referent qruplan
ilə yanaşı mənfi referent qruplarının mövcudluğu da istisna oluna bilməz.
Buna görə də mənfi referent qruplan - sosial vahidləri müqayisə etmək və
onlann arasındakı fərqləri müəyyənləşdirmək lazımdır.
Qrupların əksəriyyətində ümumi, yəni bütün cəmiyyət üzvləri tərə
findən tanınan normalar fəaliyyət göstərirlər, çünki həmin normaların
qrupların daxili həyatı üçün əhəmiyyəti vardır. Müvafiq referent qrup
həmçinin də digər normalara əməl olunmasına əhəmiyyət verir. Bunlar
qrupun daxili həyatında bilavasitə rol oynamayan, yaxud onlara əməl
edilməsi elə bir əhəmiyyət kəsb etməyən normalardır.
Xüsusi olaraq referent qrupun həyatına bilavasitə aid olan normalar
da mövcuddur. Lakin belə normaların əksəriyyəti qeyri-oricinaldır. Cə
miyyət ümiyyotlo, qrupların və ya qrupların müəyyən növünün, məsələn,
ailənin həyatına aid olan bir sıra normaları ənənəyə uyğun olaraq miras
qismində qəbul edir. Müəyyən növ qruplar üçün qüvvədə olan həmin
normaların bəzisi (ailə hüququna aid normalar, birliklərin, ittifaqların və
korporasiyaların fəaliyyətini tənzimləyən hüquq normalarının məcmusu)
hüquqi cəhətdən rəsmiləşdirilir və ayrı-ayrı qruplar üçün müəyyən edilir.
Bəzi normalar qruplar tərəfindən onların özləri üçün müəyyən edilir.
Söhbət, hər şeydən əvvəl, bütün qruplarda təxminən bir-birinə oxşar olan
həmrəylik normaları haqqında gedir. Lakin belə normalara əməl edilməsi
yalnız müvafiq qrupların üzvlərinə aid olunur. Şahmat klubunun bəzi
inadkar üzvlərinə görə dağılmağa doğru getməsi başqa qrupları və ya
bütövlükdə cəmiyyəti az maraqlandırır. Əlbəttə ki, belə vəziyyətdə dövlət
ədliyyəsi şahmat klubunun bağlanması zamanı ittifaqın əmlakı barəsində
qanunsuz hərəkətlərin törədilməməsinə nəzarət edir.
Referent qrupların bəzisi öz məzmununa görə adətən, cəmiyyətdə
mövcud olan normalardan fərqlənən normalara malikdirlər. Məsələn, hər
bi alaym zabit heyətinin kiçik qruplarının şərəfi haqqında təsəvvürlər
prinsip etibarilə bütün cəmiyyətin şərəf barəsində təsəvvürlərinə yönəl
dilir. Çünki zabit şərəfinin pozulmasının nə ilə nəticələnə biləcəyini
cəmiyyətdə kifayət qədər yaxşı dərk edirlər.
260
Yuxanda göstərilənlərlə yanaşı, spesifik qrup normaları da möv
cuddur. Bu qəbildən olan normalar cəmiyyətin normativ strukturundan
tamamilə yayınır və ya hətta onunla ziddiyyət təşkil edirlər. Belə halda
referent qrupun «lokal mədəniyyəti» «submədəniyyət» formasında təsbit
edilə bilər.
5. Sosial institutlar
Sosial qruplar ələlxüsus institusional həyatda özlərinə məxsus xüsusi
yer tuturlar. Müasir tədqiqatçı-sosioloqlar sosial institutlara insanın həyati
fəaliyyətinin müxtəlif sferalarını tənzimləyən normaların, qaydaların və
rəmzlərin sabit kompleksi kimi yanaşırlar. Onların fikrincə, sosial in
stitutlar sosial rolların və statusların sistemindən ibarətdir. Fərdlər məhz
bütün bunların köməyilə əsas həyati və sosial tələbatlarını ödəyirlər.
Müasir sosiologiya institutlara rolların təkcə qarşılıqlı əlaqəli sistemi
kimi deyil, həm də terminlərdə formal və qeyri-formal təşkilatlar qis
mində baxır. Sosiologiya ədəbiyyatında (o cümlədən xarici ölkə ədəbiy
yatlarında) təşəkkül tapmış möhkəm ənənəyə görə, sosial institut həm də
sosial təşkilat' hesab olunur.
Sosiologiya dərsliklərində verilən tərifə uyğun olaraq sosial təşkilat
dedikdə, adamların qarşılıqlı fəaliyyətinin konkret məqsədlərinin əlaqə
ləndirilən və həmin məqsədlərə nail olunmasına yönəldilən sərt qaydaya
salınan, tənzimlənən formada birgə fəaliyyət üsulu başa düşülür.1
2
«Təşkilat» sözü dilimizə fransız dilindən keçmişdir. Həmin söz fran
sız dilinə latın dilindən keçmə sözdür. «Təşkilat» sözü latınca «organizo»
sözündəndir və dilimizə «nizami görkəm verirəm», «qaydaya salıram»
mənasında tərcümə olunur. Sosial təşkilat dedikdə, dağınıq, pərakəndo
fərdlərə əlçatmaz olan nəticələrə nail olunması üçün biri-birilə müntəzəm
qarşılıqlı əlaqədə olan fərdlərin, rolların və digər elementlərin məcmusu
başa düşülür. Qeyd etmək zəruridir ki, bu tərif Qərbi Avropa mütəxəs
sislərinə (M.Nyuport, R.Trcvata, D.Biddl, R.Evendcn) məxsusdur.
Sosial institut özündə həm mədəni modellər (nümunələr) anlayışını,
həm də sosial struktur anlayışını ehtiva edir. Deməli, aşağıdakılar institut
hesab olunurlar:
1 Комаров M.C. Введение в социологию. M., Наука. 1994. с. 194.
2 Кравченко А.И. Социология: Учебник. М., 2008. с.204.
261
1) ictimai həyat problemlərinin həlli zamanı insanlar üçün yönümə
xidmət edən çox və ya az standarth qərarlar (mədəni modellər);
2) insanlar tərəfindən göstərilən qərarların (mədəni modellərin)
realizəsinin faktiki olaraq həyata keçirildiyi zaman bilavasitə insanların
özünü xarakterizə edən münasibətlərin nisbi sabit sistemləri.
Bu mənada mədəni modellərin (qaydalar, dəyərlər və rəmzlər kül
liyyatı) məcmusu müəyyən bir fərddən (məsələn, dövlət məmurundan)
digər şəxslərə (məsələn, tabeliyində olan işçilərə, ona müraciət edən kə
nar vətəndaşlara) münasibətdə gözlənilən davranışı müəyyən edir. Mə
dəni modellərin bu dəsti fərdin münasibətlər sistemindəki yerini
müəyyənləşdirir. Bu nöqteyi-nəzərdən sosial institut anlayışı «o deməkdir
ki, həmin tipdən olan adamlar (status) kimi bizdən gözlənilən davranışı
müəyyən edən qarşılıqlı anlaşma (mədəni modellər) əsasında bir-
birimizlə qarşılıqlı fəaliyyətdə (rol oynadığımız) olduğumuz münasibətlər
(qruplar) sistemi daxilində birləşmişik».1
İnstitusiyalaşma - bu, müəyyən tələbatın xüsusi deyil, ümumsosial
tələbat kimi dərk edilməyə və onun realizəsi üçün cəmiyyətdə xüsusi
davranış normalarının müəyyən edilməyə, kadrların hazırlanmasına və
resursların ayrılmasına başlanıldığı vaxt yaranan prosesdir.2
Hüquq sosiologiyası ədəbiyyatında institusiyalaşma prosesini doğu
ran aşağıdakı bir sıra mühüm sosial tələbatların müəyyən edildiyi qeyd
olunur:
1) kom m unikasiyalara (dilə, təhsilə, rabitəyə, nəqliyyata) olan
tələbat;
2) məhsulların istehsalına və xidmətlər göstərilməsinə olan tələbat;
3) maddi nemətlərin bölgüsünə (mən imtiyazlara) olan tələbat;
4) vətəndaşların təhlükəsizliyinə, onların həyat və güzəranının mü
dafiəsinə olan tələbat;
5) qeyri-bərabərlik sisteminin dəstəklənməsinə (müxtəlif krite-
riyalardan asılı olaraq, ictimai qrupların mövqelər, statuslar üzrə yerləş
dirilməsi) olan tələbat;
6) cəmiyyət üzvlərinin davranışına sosial nəzarətə (din, əxlaq, hüquq,
penitensiar sistem) olan tələbat.3
Hər cür insan fəaliyyəti vərdişləşməyə, yəni bir növ adətkarlığa mo-
1 Касьянов B .B., Нечипурснко В .И . G ö st.k ita b , s.209.
2 Yens orada, s.210.
3 Yeno orada.
262
ruz qalır. Məhz ləkrarlıq invariant məqamlarına yönələn hərəkətləri,
fəaliyyəti stnıkturlaşdırır. Belə təkrarlar nəticəsində müxtəlif variantlı
məqamlar sonradan nümunəyə çevrilir. Həmin prosesdə nümunələrin
meydana çıxmasına artıq az güc sərf olunur. Bu isə öz növbəsində insti
tusiyalaşma -- sosial institutların yaranması prosesinin əsasını təşkil edir.
Təsadüfi deyildir ki, vərdişloşmiş hərəkətlərin ancaq tipikləşməyə
məruz qaldığı yerdə institusiyalaşma prosesi haqqında danışmaq olar.
İnstitusiyalaşma sosial normaların, qaydaların, statusların və rolların
müəyyən edilməsi və möhkəmləndirilməsi, onların sistemə salınması
prosesindən ibarətdir. Məlız belə sistem bu və ya digər sosial tələbatın
təmin olunması istiqamətində hərəkət etmək qabiliyyətinə malikdir.
P.Bcrgcr və T.Lukman yazır ki, institusiyalaşma gözlənilən, modelləşdiri
lən və tənzimlənən spontan və eksperimental davranışın əvəz olunma
sıdır. İnstitut bu və ya digər hərəkəti və rolları müəyyən fordlərə və sosial
qruplara həvalə edir. Məsələn, hüquq institutunun müəyyən etdiyi qay
daya uyğun olaraq müəyyən edilmiş yerdə və müəyyən olunmuş iisulla
vurulmalı və bunu müəyyən tipdən olan adam - deyək ki, cəllad et
məlidir.1 Ölüm cəzasının ləğv edildiyi şəraitdə artıq belə tipdən olan
adam ehtiyacın qalmayacağı məsələnin başqa cəhətidir. Burada təkcə
sosial institutun müəyyən prosedurunun yerinə yetirilməsində müəyyən
rolu olan insan tipi (bu mənada cəllad) deyil, həm də ölüm cəzasının
icrasında tətbiq olunan vasitələr nəzərdə tutulur. Məsələn, XX yüzilliyin
80-ci illərindən başlayaraq Qərbi Avropa ölkələrində bir-birinin ardınca
ölüm cəzasının ləğv olunması Fransada gilyotinə, ABŞ-da elektrik (əl
bəttə ki, ölüm cəzasının icrasına qadağan qoyulduğu bir sıra ştatlarda)
stuluna artıq ehtiyacın qalmadığını göstərir.
Deməli, sosial institut «...cəmiyyətin əsas tələbatlarının ödənilməsin
də dəyərli ictimai sərvət və prosedurları özündə birləşdirən əlaqə nor
malarının və sosial normaların təşkil olunmuş sistemi kimi çıxış edir.
İstənilən sosial institut bu və ya digər sosial tələbatın nəticəsi kimi ya
ranır. Tələbat olmadıqda və ya tədricən yox olduqda həmin institutun
varlığı artıq ictimai həyatın inkişafına mane olur və belə institutlar sosial
əlaqələrin ətalətlilik prinsipi üzrə bir müddət fəaliyyət göstərsələr də,
əksər hallarda öz fəaliyyətlərini dayandırmalı olurlar.2 Bu bir daha şə-
1 Verqcr P., L uk m an T. G ö st. kitab, s.92.
2 V ah id ov F .Q ., A ğ a y ev T .B . G öst. kitab, s. 169-170.
263
Dostları ilə paylaş: |