Hüququn ictimai münasibətlərə təsirinin forma və metodlarının ay
dınlaşdırılması zamanı tədqiqatçılar hüquqi tənzimetmə ilə idarə olunan
qanunauyğnluqlara əsaslanırlar. Hüququn iqtisadi, siyasi və mənəvi mü
nasibətlərlə əlaqələrinin öyrənilməsi hüquq düşüncəsinin - hüququn di
namikasının mühüm aspektidir. Hüququn mahiyyəti də məhz bu kon
tekstdə fəal hərəkət edən substansiya kimi açılır.1
Buna görə də hüququn funksiyasını cəmiyyətin və onun ayrı-ayrı
komponentlərinin sosiomədəni reallığının hüquqi xarakterkstikası kimi
müəyyən etmək olar. Hüququn ətraf mühitin xarici şəraiti ilə, ictimai
mentalitetdə baş verən proseslərlə qarşılıqlı əlaqəsi nəticəsində hüquqi
sistemi yeni şəraitə adaptasiya edərək, hüququn fünksiyalarının özləri də
dəyişikliklərə məruz qalırlar.
Yuxanda göstərilənlərə uyğun olaraq belə bir qənaətə gəlmək olar ki,
hüququn funksiyaları dedikdə, hüququn cəmiyyət həyatındakı mahiy
yəti və təyinatı ilə müəyyən edilən ictimai münasibətlərə yuridik təsirinin
əsas istiqamətləri başa düşülür.
Rusiyalı hüquqşünas-alim V.V.Lazarev hüququn funksiyaları ilə
bağlı onun aşağıdakı bir sıra xüsusiyyətlərini qeyd edir:
1) hüququn funksiyaları onun mahiyyətindən törəmədir və hüququn
cəmiyyətdəki təyinatı ilə müəyyən edilirlər. Funksiya - bu, ictimai müna
sibətlərdə hüququn mahiyyətinin «işıqlandırılmasıdır»;
2) hüququn funksiyaları - bu, onun ictimai münasibətlərə təsirinin
elə istiqamətləridir ki, onların həyata keçirilməsinə tələbat hüququn sosial
hadisə kimi mövcudluğunun zəruriliyini doğurur;
3) funksiyalar hüququn ən mühüm, başlıca cəhətlərini ifadə edirlər
və onlar cəmiyyətin inkişafının həmin mərhələsində hüququn qarşısında
duran köklü vəzifələrin həyata keçirilməsinə istiqamətləndirilmişdir;
4) hüququn funksiyaları onun ictimai münasibətlərin müəyyən nö
vünü qaydaya salan fəal hərəkətinin istiqamətlərindən ibarətdirlər. Ona
görə də hüququn funksiyalarının on mühüm əlamətlərindən biri onun di-
namizmi, hərəkəti və qüvvəsidir;
5) funksiyaların zəruri əlaməti olan daimilik onun fasiləsizliyini,
qüvvəsinin uzunmüddotliliyini səciyyələndirir.2
Hüququn sosial funksiyaları. Sosial institutda xarici təzahür for
manı və daxili məzmunu ayırmaq olar. Sosial institut zahirən müəssiso-
1 Теория государства и права: К урс лекций / П од ред. Н.И.М атузова и А.В.Малько.
М„ ЮРИСТЬ, 1999, с. 155.
" Лазсрсв В.В. Общая теория права и государства. М ., Ю РИСТЬ, 1996, с.124.
268
lərin (təsisatların), maliyyə vəsaitlərinin və maddi vəsaitlərin, kadr ehti
yatlarının məcmusundan ibarətdir. Sosial institutların daxili cəhəti isə
müəyyən funksiyaların həyata keçirilməsinə görə məsul olan səlahiyyətli
şəxslərin standartlaşdırılmış davranış nümunələrinin məcmusunu təşkil
edir. O, fərdləri və bütövlükdə cəmiyyəti antisosial davranışların müxtəlif
təzahürlərindən mühafizə edərək, sosial sabitliyi təmin edir. Hüquq
ictimai münasibətlərdə sabitliyin qarantı qismində çıxış edir, lliiquq nor
maları ictimai münasibətlərin bütün mühüm cəhətlərini tənzimləyir, döv
lət müəssisələrinin və təşkilatlarının işinə nəzarət edir. Hüquq normativ
bir təsisat kimi dövlətin və fərdlorin fəaliyyətində mümkün olanın həd
lərinə nəzarət edərək cəmiyyətin strukturlarının formalaşmasında iştirak
edir. Hüquq cəmiyyətdə fəaliyyət göstərən sosial nəzarətin bir hissəsidir.
Hüquq cəmiyyətin siyasi həyatı ilə sıx bağlıdır və o, siyasətin aləti qis
mində çıxış edir. Nəhayət, hüquq cəmiyyət üçün səciyyəvi olan dəyərləri
əks və təcəssüm etdirərək, cəmiyyətin dəyərlər sisteminin tərkib hissəsi
kimi çıxış edir.
Məlum olduğu kimi, hüququn cəmiyyətdəki statusu bir-birinə sıx
bağlı olan iki ölçü ilə - ümumsosial və yuridik ölçü ilə səciyyələndirilir.
Hüquqa ümumsosial ölçüdə ictimai münasibətlərin bütün komplek
sinə geniş qeyri-formal təsir göstərən mədəni hadisə qismində baxılır.
Hüquq, yuridik ölçüdə ancaq xüsusi, özünə xas olan vasitələr sistemi
çərçivəsində realizə olunur.
Buna görə də hüquq ümumsosial funksiyalar içərisində aşağıda
kılarla fərqləndirilir:
1) hüququn mədəni-tarixi funksiyası. Hüquq milli mədəniyyət və
dünya mədəniyyəti hadisəsi olmaqla, xalqın və insanlığın mənəvi dəyər
lərini və nailiyyətlərini özünə xas olan normativ formada akkumulyasiya
edir. Həmin mənəvi dəyərlərə insan hüquqları, demokratiya (xal hakimiy
yəti), cəmiyyətin əxlaqi (mənəvi) dayaqları və sosial ədalət aiddir;
2) hüququn tərbiyəvi funksiyası. Hüquq cəmiyyətin digər normativ
sistemləri ilə - ənənə (adət), mənəvi, dini (konfesional) sistemilə sıx əlaqədə
olan sosial tənzimləyici qismində həm ayn-ayrı normalar, institutlar və nıc-
xanizmlər (qadağanlar, icazələr, ədalət mühakiməsinin həyata keçirilməsi,
hüquqi müdafiə, cinayət cəzası) vasitəsilə, həm do ölkənin mənəvi həyatının
müstəqil amili kimi subyektlərin davranışına tərbiyəvi təsir göstərir;
3) hüququn sosial nəzarət funksiyası. Hüquq bu istiqamətdə, bir
tərəfdən stimullaşdırma, həvəsləndirmə (əxlaqi, maddi mükafatlandırma),
269
digər tərəfdən isə bu və ya digər davranışı məhdudlaşdırma (hüquqazidd
hərəkətlərin edilməsini dayandırma, saxlama) vasitəsi qismində subyekt
lərin davranışına təsir göstərir. Qeyd etmək lazımdır ki, bu halda söhbət
hüququn qüvvəsinin (fəaliyyətinin) məhz ümumsosial mexanizmi haqqın
da gedir və bu zaman hələ davranışa görə sosial nəzarətin xüsusi-yuridik
alətlərindən istifadə edilmir, yəni davranışa görə məcburiyyət tədbirləri
tətbiq olunmur;
4) hüququn infrormasiya-yönəldici funksiyası. Hüquq subyektlərin
- həmin konkret cəmiyyətdə təşkilatların, fiziki şəxslərin əxlaqi yönümü-
nün qüdrətli mənbəyi kimi çıxış edir. Bu mənada hüququn funksiyaları
htiquqauyğun davranışın subyektiv cəhətinin sosial faydalı, müsbət isti
qamətini formalaşdirmaqdan ibarətdir. İnsanlar öz məkbələri - qanunlar,
qərarlar, fərmanlar və s. vasitəsilə bu və ya digər davranışın sosial müm
künlükləri haqqında informasiya əldə edir. Bu da öz növbəsində onlara
mövcud hüquq qaydası çərçivəsində qarşılarında duran məqsədlərə nail
olmaqda kömək edir.
Hüququn tənzimləyici funksiyası. Hüququn tənzimləyici funksi
yasının mahiyyəti hüququn başlıca sosial təyinatında - ictimai münasi
bətləri tənzimləmək toyinatındadır. Hüququn tənzimləyici funksiyası
aşağıdakılarda təzahür edir:
a) hüquq münasibətlərinin subyektiv tərkibini rəsmiləşdirmək;
b) həyati halların (hüquqi faktların) dairəsini müəyyən etmək;
c) hüquq münasibətlərin iştirakçılarının (subyektlərinin) hüquq və
vəzifələrini formalaşdırmaq.
Hüququn tənzimləyici funksiyasının əsasını səlahiyyətverici (icazə-
vcrici) və vəzifəvcrici (göstorişvcrici) yuridik normalar təşkil edir.
Hüququn tənzimləyici funksiyasının özünün də iki növü - tənzim
ləyici-statik funksiya və tənzimləyici-dinamik funksiya fərqləndirilir.1
Tənzimləyici-statik funksiya, yaxud ictimai münasibətlərin möhkəm
ləndirilməsi və sabitləşdirilmosi funksiyası müxtəlif subyektlərin ictimai
statusunun müəyyən edilməsi zamanı daha müfəssəl və ətraflı ifadə
olunur. Tənzimləyici-dinamik funksiyanın köməyilə isə hüquq insanların
gələcək davranışının necə olmalı olduğunu müəyyən edir.
Hüququn mühafizəcdici funksiyası. IUiququn bu funksiyası onu
sosial tənzimləmənin digər sistemlərindən fərqləndirir. Belə ki, hüququn
1 Теория государства и нрава: Учебник // Под рсд.В.М.Корсльского и В.Д.Перс-
валова. М , ИНФРЛ-М-НОРМЛ, 1997, с.241.
270
bu funksiyası icrası dövlət məcburiyyətilə təminatlandırılan fərdi haki
miyyət qərarlarını qəbul edən dövlət orqanları tərəfindən həyata keçirilir.
Hüququn mühafizəcdici funksiyası bir tənzimləyici kimi hüquqda sabit
liyin, müfəssəl və aydın reqlamentin, dəqiq prosedurun işlənib hazır
lanmasına yardım edir.
Hüququn mühafizəcdici funksiyası xüsusi mühafizəcdici norma
ların, eləcə də mühafizəcdici rccimdə qüvvədə (fəaliyyətdə) olan tənzim
ləyici normaların tətbiq edilməsi yolu ilə realizə olunur. Tənzimləyici
normalar subyektiv hüquqların pozulduğu hallarda onların müdafiəsi və
belə müdafiə üçün səlahiyyətli dövlət orqanlarına müraciət edildiyi (iddia
tələbi qaldırıldığı) zaman tətbiq edilirlər.
Hüququn qiymətləndirici funksiyası. Hüququn qiymətləndirini
funksiyası kiminsə qərarlarının hüquqauyğunluğu və ya qeyri-hüquqiliyi
kriteriyası qismində çıxış etməkdə hüquqa imkan yaradır. Əgər insan hü-
quqauyğun hərəkət edirsə, dövlət və cəmiyyət ona öz iradlarını bildirmə
məlidir. İnsan fəaliyyətdə, hərəkətdə olan məsul varlıqdır. Bu pozitiv mə
suliyyət neqativ yuridik məsuliyyəti istisna edir. Deməli, «hüquq onun
sahibinə, habelə qərarların (hərəkətlərin) yuridik əsası olana hərəkət azad
lığı verir, insanı onların qəbulunun (edilməsinin) xoşagəlməz sosial nəti
cələrindən mühafizə edir və qoruyur.»1
Hüququn qiymətləndirici funksiyasının realizəsində mühafizəcdici
və həvəsləndirici normalar xüsusi rol oynayırlar. Bu normalarda ümumi
şəkildə bu və digər mümkün hərəkətlərin müsbət və ya mənfi qiymətlən
dirilməsi ehtiva edir. Həmin normaların tətbiqi prosesində hərəkətin (xə
tanın) normativ qiymətləndirilməsi konkretləşdirilir, yuridik məsuliyyətin
və ya həvəsləndirmənin (məsələn, məhkəmənin hökmü ilə cinayət cə
zasının təyin edilməsi, Prezidentin fərmanı ilə ordenlə təltif etmə və s.)
fərdi tədbiri müəyyən edilir.
6. Cəmiyyət və onun tarixi pillələri
Cəmiyyət müasir dünyanın sosial strukturunun on geniş və mürəkkəb
tipidir. Cəmiyyət dedikdə, birgə əraziyə, ümumi mədəni dəyərlərə və sosial
normalara, hüquq normalarına malik olan, öz üzvlərinin dərk etdiyi sosiomə-
! Теория государства и права: Учебник // Под рсд.В.М.Корельского и В.Д.Пс-
ревалова. М., ИНФРЛ-М-НОРМЛ, 1997, с.243.
271
Dostları ilə paylaş: |