rini rəhbər tutmaq lazım gəldiyini bilməlidir. Hakim eyni zamanda ədalət
prinsiplərini (yaranmış situasiyalardan asılı olmayaraq) həmişə göz
altında saxlamalıdır. Digər tərəfdən, fərd özünü ancaq o rolla eyniləşdirə
bilər ki, onun «Mən»i təbii olaraq və heç bir təzyiq olmadan vahid tamı
yaratsın. Lakin belə halda insanın başqa roldan imtina etməsi təhlükəsi do
yarana bilər. Məhz o rollar mümkündür ki, çoxsaylı mütəşəkkil oyun mə
kanları qoyurlar və daha dərin mənada özünü özgəninkiləşdirmə təhlükəsi
doğururlar.
P.Berger və T.Lukmanm yazdığı kimi, hər cür institusiyalaşdırılmış
davranış rollu davranışdır. «Rollar iki səviyyədə institusional qaydadan
ibarətdir. Əvvələn, rolların icrası özünü təqdimetmə xarakterinə malikdir.
Məsələn, hökmün çıxarılması prosesində iştirak etmək, deməli, hakimin
rolunu təmsil etmək deməkdir. Hökm çıxaran fərd «öz iradəsilə» deyil,
hakim kimi hərəkət edir. İkincisi, rol davranışın institusional şərtliliyin-
don ibarətdir. Hakimin rolu digər rollarla bağlıdır. Məhz həmin rollann
məcmusu hüquq institutunu təşkil edir. Hakim bu institutun nümayəndə
sini təmsil edir. Deməli, institutun rollarda və rollar vasitəsilə reprezenta-
siyası «faq eksscpcps»in rcprczcntasiyasıdır. Bütün digər reprezentasi-
yalar məhz bundan asılıdır».1 2
Fəlsəfi fikirdən molumdur ki, insan sosial varlıqdır. İnsanın sosial-
lığının xeyli hissəsi sosial rollarda konkretləşir. Sosiallaşma prosesi əsa
sən sosial rolların öyrənilməsindən ibarətdir. Təcrid edilməmiş (yaxud
özünü təcrid etməmiş) sosial subyekt özünü cəmiyyətdə necə apannağm
lazım olduğunu öyrənir, 'fəlimin bu prosesində sosial subyekt rollann
daşıyıcısı kimi həm də yeni rolları öyrənməyi mənimsəyir. Həmin yeni
rollar isə onun biliklərinin inkişafına kömək etməlidir.
Sosial rolların təhlilinin hüquq sosiologiyası üçün xüsusi əhəmiyyəti
vardır. Belə ki, həmin təhlil nəticəsində cəmiyyətdə obyektivloşdirilmiş
sosial normalarla hüquq normaları arasındakı əlaqə aşkar edilir.
Sosial rolların kriminal sosiosferdə də özünəməxsus xeyli funksional
vəzifələri vardır. Cinayətkar birliklər, mütəşəkkil cinayətkar dəstələr öz
«fəaliyyətlərini» xüsusi rolların sərt və çox zaman da «ciddi» bölgüsü
əsasında qururlar. Belə birlik və dəstələr kriminal əməliyyatların həyata
keçirilməsi üçün ilk növbədə öz aləmlərində onların etimadını doğrulda
bilən kadrları seçir və yerləşdirir, onların hər birinə konkret rollarının
1 Berqer P., Lukman T. Göst. kitab., s. 124-125.
2 5 6
nədən ibarət olduğunu izah cü.' !ər. Rollarının konkret olaraq nədən ibarət
olduğunu bilən cinayətkar bi-lik və ya dəstə üzvləri bundan sonra kri
minal təcrübə ilə yaxından tanış olurlar. Cinayətkar birliklərin və ya dəs
tələrin üzvləri ciddi rollu cinayətkar davranışı yalnız lazımi qaydada
mənimsədikdən sonra öz «lidcrloriwnin cinayətkar göstərişlərinin və
konkret rollarının icrasına başlayırlar.
4. Sosial qruplar
Son illərdə sosial qrupların, ilk növbədə azsaylı qrupların öyrənil
məsilə təkcə sosioloqlar deyil, həmçinin də pedaqoqlar, sosial psixo
loqlar, psixoterapevtlər və hətta teoloqlar məşğul olmağa başlamışlar.
Sosiologiya dərs vəsaitində verilən tərifə görə, «sosial qrup başqa
larına münasibətdə qrup üzvünün hər birinin ümumi marağını nəzərə
almaqla fəaliyyət göstərən fərdləriıı birliyidir».1 Tərifdən göründüyü
kimi, heç do bütün sosial strukturlar qrup xarakterinə malik deyillər. So
sial qrup haqqında o halda danışmaq olar ki, müvafiq istehsal sahəsinin
işçiləri və ya müəyyən peşə sahəsinin əməkdaşları həmkarlar ittifaqları,
yaxud peşə statusuna malik birlik yaratmış olsunlar. Deməli, peşə vəziy
yəti qrupların formalaşmasına əsas verir.
Hər bir fərd həyatının müxtəlif anlarında bir neçə qrupun iştirakçısı
ola bilər. Sosial qrupları müxtəlif meyarlara görə təsnif etmək müm
kündür. Təsnifat əsas qrup növlərini ayırmağa və fərqləndirməyə, həm
çinin qrupdaxili və qruplararası qarşılıqlı münasibətlərin müəyyən
edilməsinə imkan verir. Hər bir fərd onun mənsub olduğu bəzi qruplar
toplusunu ayıra və onları «mənim» kimi müəyyənləşdirə bilər. Bu -
«mənim ailəm», «mənim komandam», «mənim dinim» və s. ola bilər.
Belə qruplar inqrup sayıla bilər, yəni bəzilərində fərd özünün mənsu
biyyətini hiss edir, digərlərində isə başqa üzvlərlə eyniləşərək «biz»
inqrupunun üzvlərini qiymətləndirir. Fərdin aid olmadığı digər qruplar -
başqa ailələr, şirkətlər, dini qruplar bu fərd üçün altqrup sayıla bilər, fərd
isə bunu rəmzi olaraq «biz» yox, «başqaları» adlandıra bilər."
1 V a h id o v F .Q ., A ğayev T .B . G öst. kitab, s. 122.
2 Y e n s orada, s. 122-123.
2 57
Hüquq sosiologiyası ədəbiyyatında qrupların «sosial qruplar» hesab
olunmayan aşağıdakı iki kateqoriyası xatırladılır:
a) statistik qruplar (məsələn, eyni gəlirli qrup, yaş qrupu, peşə qrupu);
b) referent qruplar.1 2
Statistik qruplar o vaxt yaradılır ki, sosioloq-tədqiqatçı müəyyən
ümumi keyfiyyətlər daşıyıcılarını vahid anlayış altına salır. Ümumi xas
sələr daşıyıcılarının bir anlayış altında birləşdirilməsi hələ o demək deyil
dir ki, hansısa konkret sosial reallıq həmin anlayışa (sosial qrup anlayı
şına) uyğundur.
Statistik üsulla əhalinin yaş əlamətinə görə qruplaşdırılmasını həyata
keçirmək olar. Belə ki, statistik üsulla qruplaşdırma zamanı bütün əhali
doğulduğu il və ya müəyyən sosial, yaxud iqtisadi statusun uyğun olduğu
həyat fazaları üzrə qrunlara bölünür. Bu prosesdə məktəb yaşlı uşaqların,
əmək qabiliyyəti olan valideynlərlə ailədə yetkinləşən uşaqların, təqa
üdçülərin və s. bölgüsü aparılır.
«Statistik qrup» və ya «statistik kateqoriya» anlayışlarının gerçəkliyə
doğru xaricdən yönəldilən anlayışlar olmasına baxmayaraq, onlar struk
turu əks etdirmirlər. Həmin anlayışlar həmçinin nadir hallarda reallığa da
yönəldilsələr də, sosial struktur kimi təzahür etmirlər. Qeyd etmək lazım
dır ki, sosial struktur insanların bilavasitə özlərinin inteqrasiya olunan
davranışı vasitəsilə «qruplaşdıqları» zaman əmələ gəlir. Bizim «sosial
qruplar» barəsində danışdığımız vaxt söhbət məhz bunun haqqında gedir.
Müasir sosiologiya elmində «referent qrup» ya real qrup, ya da şərti
qrup qismində təqdim olunur. Qeyd olunur ki, burada fərd özünü nümunə
ilə öz davranışını və özünüqiymətlondirməni əlaqələndirir. Bəzən referent
qrupla inqrup uyğun ola bilər. Məsələn, yeniyetmə öz komandasına
müəllimlərinin düşündüyündən də artıq dərəcədə istinad edir. Altqrup da
həmçinin referent ola bilər.2
Hər hansı fərd öz davranışını heç do ünvansız istiqamətləndirmir və
həmin davranışın hansısa meyarlara söykənməsi əksər hallarda qaçılmaz
olur. Yəni hər bir fərd özünü dəyərləndirdiyi kimi, öz davranış aktına da
qrup kontekstində təzahür edən standartlara müvafiq surətdə yönüm və ya
istiqamət verir. Lakin bütün fordlər çoxsaylı müxtəlif insan qruplarına
mənsubdurlar. Belə çoxsaylı qrupların hər biri müəyyən mənada unikal
submədəniyyətdon və ya oksmodəniyyotdən ibarətdir və bunların hamısı
1 K asənov V .V ., N eçip u rcıık o V.İ. G öst. kitab., s.204.
2 V ahidov F .Q ., A ğayev T.B. Göst. kitab, s. 125.
2 5 8
özünəməxsus standartları təşkil edirlər. Biz bu qəbildən olan submodoniy-
yotdon və ya oksmodəniyyotdən, eləcə do standartlardan öz davranışı
mızın dəyərləndirilməsi və təşkili üçün istifadə edirik. Bu göstərilənlərə
uyğun olaraq hüquq sosiologiyasında referent qruplar dedikdə, fərdin öz
görüşlərinin, hiss və hərəkətlərinin qiymətləndirilməsində və formalaşma
sında yönüm verdiyi sosial vahidlər başa düşülür.1
Fordlər öz baxışlarının və əqidələrinin formalaşması prosesində,
eləcə də öz fəaliyyətləri gedişində özlərini başqalarından və ya ətraf
aləmdən təcrid etmirlər. Belə ki, hər bir fərd göstərilən proseslərdə özünü
həmişə digər insanlarla və ya insan qrupları ilə müqayisə edir. Bu zaman
başqa insanların və ya insan qruplarının təsəvvürləri, inamları və fəaliy
yət istiqamətləri müvafiq fərd tərəfindən layiqli təqlidlər qismində qəbul
olunurlar. Yəni hər bir fərd özünün müəyyən baxışları və əqidələri, ha
belə fəaliyyəti çərçivəsində başqalarının analoci keyfiyyətlərini öz fəa
liyyətində təcəssüm etdirməyə soy göstərir, öz baxışları və əqidəsilə on
lara bənzəməyə çalışır.
Bizim hər birimizin də daxil olduğumuz referent qrup bir tərəfdən
qrup qismində çıxış edə, digər tərəfdən isə etməyə bilər. Bundan başqa
biz, referent qrupa psixoloji eyniləşdirmənin mənbəyi qismində də baxa
bilərik. Referent qruplarının mövcud olması fordlərin özgə sosial qrupa
mənsub olan insanları nümunə kimi seçdikləri zaman davranışda təzahür
edən ziddiyyətləri izah etməyə kömək edir.
Referent qruplar həm normativ, həm də müqayisə funksiyalarını
yerinə yetirirlər. Hər hansı fərd özünü hansısa qrupun tamhüquqlu üzvü
görmək istədiyi (yaxud o, hansısa qrupa üzv olmağa səy göstərir) vaxt
həmin qrupun standartlarını və fikirlərini qəbul edir. Belə ki, buna səy
göstərən hər bir fərd özündə müvafiq həyati prinsipləri, siyasi əqidələri,
musiqi və feyz almaq zövqünü (estetik zövq), seksual normaları və nar
kotik vasitələrin və ya psixotrop maddələrin istchlakına münasibəti for
malaşdırır (yaxud buna səylər göstərir). Fərd həmçinin bundan ötrü mən
sub olduğu referent qrupunun müvafiq standartlarından müəyyən bir eta
lon ölçüsü kimi istifadə edir. Belə ölçü etalonundan adətən, fərd öz zahiri
cozbcdiciliyini, intellektini, sağlamlığını, cəmiyyətdəki mövqeyini və hə
yat səviyyəsini qiymətləndirdiyi zaman istifadə edir.
Fərdin üzv olduğu referent qrupunun lazımi standartlara cavab vermə
diyi, yaxud onun mənsub olduğu referent qrupuna uyğun gəlmədiyi zaman
1 Касянов В.В., Нечипурснко В.И. G öst. kitab., s.206.
2 5 9
Dostları ilə paylaş: |