təklənən nəzəri konsepsiyalara uyğun olaraq hüquq düşüncəsinin əsas
funksiyalarına aşağıdakılar aid edilir:
1) hüquq düşüncəsinin dərketmə funksiyası;
2) hüqııq düşüncəsinin qiymətləndirmə funksiyası;
3) hüquq düşüncəsinin tənzimləyici funksiyası.1 2
Hüquq düşüncəsinin praktiki olaraq əsas funksiyaları ilə əhatə olunan
bütün digər funksiyalarına informativ və proqnostik funksiyalar aiddir.
Hüquq düşüncəsinin dərketmə funksiyası intellektual (fikri) fəaliy
yətin nəticəsi olan və «hüquqi hazırlıq» anlayışında ifadə olunan yuridik
biliklərin müəyyən cəminə uyğun gəlir.
Hüquq düşüncəsinin qiymətləndirmə funksiyası təcrübə və hüquqi
praktika əsasında şəxsiyyətdə hüquqi həyatın müxtəlif cəhətlərinə və ha
disələrinə müəyyən emosional münasibətə səbəb olur. Emosional müna
sibət konkret situasiyada və ya fərdin, sosial qrupun, bütövlükdə cəmiy
yətin gələcəkdə əldə edilən, yaxud edilməli olan hüquqi biliklərin əldə
olunmasının əhəmiyyətini müəyyənləşdirən zaman ifadə olunur.
Hüquq düşüncəsinin məzmununa qiymətləndirmə münasibətlərinin
aşağıdakı dörd əsas növü daxildir:
1) hüququ və qanunvericini (hüquq normalarını, onun prinsiplərini
və institutlarını) qiymətləndirmə;
2) ətrafdakıların hiiquqi davranışım və fəaliyyət obyektlərini (cina
yətkarlığı, cinayətləri və cinayətkarları) qiymətləndirmə;
3) hüquq-mühafizə orqanlarını (ədliyyəni, daxili işlər orqanlarını,
prokurorluğu və bunların fəaliyyətini) qiymətləndirmə;
4) özünün hüquqi davranışını (özünü qiymətləndirmə) qiymətlən
dirmə.
1 Iüquq düşüncəsinin tənzimləyici funksiyası özündə hüquqi fəallığın
bütün digər mənbələrini sintez edən hüquqi göstərişlərin və dəyərli-hü
quqi yönümlərin vasitəsilə həyata keçirilir. Belə tənzimləmənin nəticəsi
qismində hiiquqauyğun və ya hüquqazidd davranış növündə davranış
reaksiyası çıxış cdir.2
İnsanların hüquqi hazırlığı onların formal-hüquqi biliklərə yiyələn
1 Общая теория нрава и государства / П од ред.В.В.Лазарсва, М., ЮРИСТЬ, 1996,
с. 194.
2 Каминская В .И ., Ратинов Л.Р. П равосознание как элемент правовой культуры.
Правовая культура и вопросы правового воспитания. М., 1974, С.57.
280
məsi ilə bitmir. Belə ki, hüquqi biliklərə yiyələnməklə yanaşı, onlardan
istifadə etməyi də bacarmaq lazımdır.
Hüquq düşüncəsinin növləri və səviyyələri. Müasir hüquq nəzəriy
yəsinə hüquq düşüncəsinin müxtəlif növləri məlumdur. Mövcud növlər
hüquq düşüncəsinin subyektləri üzrə müəyyən edilir. Belə ki,
subyektlərin dairəsinə görə hüquq düşüncəsi aşağıdakı növlərə bölünür:
1) fərdi hüquq düşüncəsi;
2) qrup hüquq düşüncəsi;
3) ictimai hüquq düşüncəsi.
Fərdi və qrup hüquq düşüncəsi ictimai (sosial) xarakter daşıyır. İcti
mai və qrup hüquq düşüncəsi fərdi hüquq düşüncəsindən kənarda mövcud
ola bilməz.
Hüquqi fəaliyyətin ifadəsinin dərinliyi nöqteyi-nəzərindən hüquq
düşüncəsinin aşağıdakı üç səviyyəsi fərqləndirilir:
1) adi (empirik) hüquq düşüncəsi;
2) elmi (nəzəri) hüquq düşüncəsi;
3) peşə hüquq düşüncəsi.
Adi (empirik) hüquq düşüncəsi təbii şəkildə, konkret həyat şəraitinin,
şəxsi həyat təcrübəsinin və əhali üçün əlçatan olan hüquqi təhsilin təsiıı
altında təşəkkül tapır. «Adi hüquq düşüncəsi insanların hüquq və qanun-
çuluğa dair kütləvi təsəvvürlərini, emosiyalarını və əhval-ruhiyyəsini
əhatə edir».1
Elmi (nəzəri) hiiquq düşüncəsi geniş və dərin hüquqi ümıımiləş-
dirmələr, hüquqi biliklər və qanunauyğunluqlar, eləcə də sosial-hiiquqi
gerçəkliyin xiisusi tədqiqatları əsasında formalaşır. Məhz elmi hüquq
düşüncəsi hüquqyaradıcılığın bilavasitə mənbəyi olmalı, yuridik prakti
kanın təkmilləşdirilməsinə xidmət etməlidir. Çünki yaxşı nəzəri bünöv
rəni heç bir praktiki təməl əvəz edə bilməz.
Elmi hüquq düşüncəsi hüququn sistemləşdirilmiş şəkildə, nəzəri cə
hətdən mənimsənilməsini ifadə edən müxtəlif siyasi-hüquqi ideyaların,
konsepsiyaların və baxışların bütöv bir sistemini özündə ehtiva edir.
Müasir cəmiyyətlərdə hüququn, qanunvericiliyin və siyasi-konstitusiya
münasibətlərinin inkişaf istiqamətlərinin müəyyən edilməsində və gös
tərilməsində üstün rol məhz elmi hüquq düşüncəsinə məxsusdur.
Hüquqi hadisələrin əks etdirilməsinin, onların mahiyyətinin aşkar
1 Теория государства и права, курс лекций / Под ред.Н.И.Матузова, Н.И.Малько.
М., ЮРИСТЬ, 1999, с.564-565.
281
olunmasının daşıyıcıları vo hərəkətvericilər! qismində tədqiqatçı-hüquq
şünas alimlər, bir qayda olaraq, yuridik yönümlü elmi-tədqiqat müəssi
sələrində çalışan peşəkar hüquqşünaslar çıxış edirlər.
Peşə hüquq düşüncəsi dedikdə, hüquqşünasların hüquqi şüuru nəzər
də tutulur. Əks etdirmə predmetindən asılı olaraq hüquqşünasın şüurunda
hüquq münasibətlərinin müxtəlif sahələrinə (məsələn, mülki hüquq, mül
ki-prosessual, cinayət, cinayət-prosessual, ailə, əmək və s. hüquq münasi
bətlərinə) uyğun olan sferalar yaranır. Hüquqşünasların hüquqi şüurunun
mahiyyəti və xüsusiyyətləri hüquqi ideologiyanın və hüquqi psixologi
yanın məzmununda, hüquqi biliklərin, təsəvvürlərin, göstərişlərin, dəyər
yönümlorinin həmin peşə qrupuna xas olan sistemində konkretləşdirilir.
Deməli, peşə hüquq düşüncəsi peşəkar hüquqşünaslar mühitində
təşəkkül tapan siyasi-hüquqi ideyaların, anlayışların, təsəvvürlərin, ənə
nələrin və stereotiplərin ifadəçisidir. Hüquq düşüncəsinin bu səviyyəsi
yuridik normaların realizəsində çox böyük əhəmiyyət kəsb edir. Hüquqi
praktikanın stili vo ruhu onun demokratik vo humanist adekvatlığından
asılıdır. Buna görə do bəzi məqamlarda hüquqşünasların peşəkar şüu
runda təzahür edən təhriflər vo yönümün («ittihamedici» vo ya «bəraot-
vcrici») deformasiyası, bürokratçılıq, insan taleyinə laqeydlik vo s. yalnız
təəssüf doğurur.
Hüquqşünasların hüquq düşüncəsi nəzəri olmalıdır. İdeoloci səviyyə
kimi ifadə etmə dərəcəsi hüquq düşüncəsi üçün tamamilə əlverişlidir.
Hüquqşünaslar ənənəvi oləraq ideoloji təbəqə nümayəndələri siyahısına
daxildirlər. Elmin əsas məqsədi hüquqşünasların hüquq düşüncəsinin
konkret xüsusiyyətlərini, hər şeydən əvvəl, yüksək ixtisaslı mütəxəssis
olmaq, qanunçuluğa ciddi vo dönmədən əməl etmək kimi xüsusiyyətlərini
aşkar etməkdən ibarətdir.1
Hüquq düşüncəsinin strukturu. Həm fərdi, həm do qrup hüquq dü
şüncəsi mürəkkəb struktura malik təsisatdır. Həmin təsisatda rasional
komponentləri fərqləndirmək mümkündür. Ona görə də insanların qanun
lara və digər normativ-hüquqi aktlara münasibətinin təhlili hüquq düşün
cəsində bir sıra başqa elementlərin də fərqləndirilməsinə imkan yaradır.
İnformasiya - bu, birinci elementdir. Deməli bu, şüurda qanun,
yaxud digər normativ-hüquqi akt haqqında bu vo ya digər həcmdə infor
masiyanın olmasını zəruri edir. İnformasiya tam vo hərtərəfli olmalıdır.
1 Общая теория права и государства / П од ред.В.В.Лазарева, М., ЮРИСТЬ, 1996,
с .197-198.
282
Natamam informasiya qanunun mətninin şərh edilməsi üçün kifayət edə
bilməz. Buna görə də hüquq düşüncəsinin informasiya səviyyəsi onun
struktur hissəsinin zəruri komponentdir. Çünki qanun və ya hər hansı
digər normativ-hüquqi akt haqqında kifayətcdici informasiya olmadan, nə
qanuna, nə də istənilən normativ-hüquqi akta münasibət yarana bilməz.
İkinci element qiymətləndirmədir. Qanun və ya normativ-hüquqi akt
haqqında informasiya əldə edən insan ona öz münasibətini bildirir, onu
qiymətləndirməyə səy göstərir və öz dəyərləri ilə müqayisə edir. Bu
nöqteyi-nəzərdən aksioloci (dəyər elementləri) elementlər hüquq düşün
cəsinin strukturunda mühüm yer tutur. İnsanın məhz dəyər təsəvvürləri
əsasında onun hüquqi sfcradakı davranışının motivləri formalaşır.
Hüquq düşüncəsinin informasiya və qiymətləndirmə elementləri əsa
sında onun üçüncü elementi
iradəvi element formalaşır. Qanundan xə
bərdar olan və onu qiymətləndirən insan qanunla, yaxud hər hansı nor
mativ-hüquqi aktla nəzərdə tutulmuş şəraitdə nə edəcəyini qərarlaşdırır.
Qanundan öz şəxsi məsələlərini həll elmək üçün istifadə ctınək, yaxud
ondan «yan keçmək», həmin qanunu ciddi şəkildə icra ctınək və ya başqa
bir hüquqi akt tapmaq
bütün bunlar hüquq düşüncəsinin iradəvi ele
mentinə daxildir. Hüquq düşüncəsinin idarəvi elementini bəzən hüquqi
göstəriş, yəni psixoloji istiqamət, insanın hüquqi tənzimetmə sferasında
hərəkət etmə hazırlığı da adlandırırlar.
Psixoloji istiqamət öz növbəsində hüquq düşüncəsinin psixoloji
strukturunu ifadə edir. Iliiquq düşüncəsi insana real hüquq münasibət
lərinin mürəkkəb sistemində mövcud olmağa, həmin sistemə adaptasiya
olunmağa, onun üstünlüklərindən istifadə etməyə və öz mənəvi-praktiki
səyləri ilə onların sabitliyini qorumağa imkan verən mənəvi-intellektual,
hissi-emosional və iradəvi xassələrin məcmusundan ibarətdir. Şəxsiyyətin
qanuna itaəlli davranış qabiliyyəti və hazırlığının əsaslarının psixomcnlal
qismində çıxış edən hüquq düşüncəsi aşağıdakıları nəzərdə tutur:
1) sosial münasibətlərin hüquqi cəhətdən qaydaya salınmasında və
rəsmiloşdirilməsindo obyektiv zərurətin subyekt tərəfindən dərk edilməsi;
2) lazım olan sosial qaydanı hüququn və qanunun təminetmək qa
biliyyətinə subyektdə inamın olması;
3) qanuni hakimiyyətin nüfuzuna subyekt tərəfindən hörmət nümayiş
etdirilməsi;
4) hüquq normalarına əməl edilməsinin zəruriliyi qarşısında subyekt
tərəfindən məsuliyyət hissinin dərk edilməsi;
283
Dostları ilə paylaş: |