5)
subycktdo, onu hüquq normalarını pozmağa təhrik edən xarici
təsirlərə və daxili niyyətlərə qarşı dayanmağa imkan verən kifayət qədər
güclü iradənin olması.
Sabit sivilizasiyalı hüquq qaydası təkcə yalnız xarici məcburiyyət
vasitəsilə qoruna bilməz. Vətəndaşların yetkin hüquq düşüncəsi onun da
ha etibarlı dayağı ola bilər. Ona görə də sivil dövlətlər vətəndaşların zən
gin məııəviyyatlı şəxsiyyətlər kimi inkişafı, onların hüquq və azadlıqla
rının müdafiəsi və mühafizəsi üçün zəruri olan şəraitin yaradılmasında
çox maraqlıdırlar. Öz növbəsində inkişaf etmiş hüquq düşüncəsinə malik
şəxsiyyət də öz hüquq və azadlıqlarına özünün dövlətə sivil münasibə
tinin zəruri şərti kimi baxmağa, qarşılıqlı hörmətin və qarşılıqlı məsu
liyyətin daşıyıcısı olmağa meylli olur.
Hüquq düşüncəsinin fəaliyyətində biliklərin rolu. Hüquqa, etibarlı
əsasların imperativlərinə arxalana bilən belə əsasların olması çox vacib
dir. Cəmiyyət və dövlət, hüquq və qanun fərdin qarşılıqlı fəallıq nümayiş
etdirməsində, onun xeyir və ədalət istiqamətində hərəkət etmək istəyinin,
iradəsinin və hisslərinin olmasında maraqlıdır. Bunun üçün şəxsiyyətin
zəruri hüquqi biliklərə yiyələnməsi çox vacib şərtlərdən biridir.
Siyasi və hüquqi təlimlər tarixinin aktual problemlərinin tədqiqi
təcrübəsi göstərir ki, yalnız xeyirxahlıqlardan, qanunlara itaətlikdən və
ədalətdən xəbərdar olan fərdlər xeyirxah, qanuna itaətli və ədalətli ola
bi lorlar. Əksinə, belə etik-siyasi və hüquqi kateqoriyalar haqqında heç bir
təsəvvürə malik olmayanlar cinayət və müxtəlif hüquq pozuntuları tö
rətməyə həmişə meyl edirlər.
Həyatın danılmaz faktlarından biridir ki, xeyrin və ədalətin mahiy
yətini dərk edənlərlə müqayisədə, bunları bilməyənlər içərisində şər daha
tez-tez peyda olur. Qanundan adətən, onu bilməyənlər qorxur, onun yal
nız cəzalandırma vasitəsi olduğunu düşünürlər. Əksinə, qanunların məna
və mahiyyətini yaxşı dərk edənlər onlara hörmətlə yanaşır, öz fəaliyyət
yollarını onların tələbləri çərçivəsində müəyyən edirlər.
Dərindən düşünən hər bir fərd əxlaqda və hüquqda, ayrı-ayrı qanun
larda ehtiva olunan tələblərin mahiyyətini bilmək, öyrənmək tələbatını
həmişə və hər məqamda hiss edir. Belə mənəvi keyfiyyətə malik olan
fərdlər qanunların həqiqiliyi və etibarlılıq dərəcəsi haqqında təsəvvür
lərini günbəgün artırmağa meylli olurlar. Belə keyfiyyətdən uzaq olan və
qanunların göstərişlərinə laqeydliklə yanaşanlar isə bu barədə ümumiy
yətlə eşitmək istəmir, yaxud qanunlara olan nifrətlərini gizlədə bilmirlər.
284
Hüququn və qanunun mahiyyətini dərk edənlər üçün hüquq norma
ları və hüquqi qanunlar əyilməzdir. Qanun belə fərd lorin nəzərində qo
ruyucu və mühafizəedici vasitədir. Belə fərdlər adətən, hüquq və qanunla
bağlı bildiklərini başqaları ilə bölüşməyə həmişə hazır olur, qanunlara
hörmətlə yanaşmağı və onların tələblərinə əməl etməyi otrafdakılara təl
qin etməyə çalışırlar.
2. Müasir hüquq düşüncəsinin vəziyyəti
Müasir hüquq düşüncəsinin vəziyyəti postsovet cəmiyyətində baş
vermiş ümumi böhranlı hadisələrlə, əvvəlki baxışların, ideya və təsəv
vürlərin yenidən qiymətləndirilməsilə şərtləşir. SSRİ-nin süqut etdiyi ilk
illərdə bir tərəfdən hüquqi sosial dövlətin tezliklə qurulacağına, insanı
həm özbaşınalıqlardan və qanunsuzluqlaıdan, həm də kriminal struktur
ların bürokrat!ığmdan qorumağa qadir olan güclü hüquqi sistemin yaradı
lacağına inam azalmış, digər tərəfdən hüquq düşüncəsinə inkişaf etməmiş
«vəhşi» bazar ideologiyası böyük təsir göstərmişdir. Bununla yanaşı o da
molumdur ki, sivilizasiyalı sərbəst bazar cəmiyyəti üçün fərdi hüquq
düşüncəsinin inkişafı, hüququn rolu haqqında yetkin düşüncə tərzinin
olması həmişə zəruri olmuşdur.
Hüquq düşüncəsindəki böhran bütövlükdə hüquqi sferada yaranmış
vəziyyətlə, konstitusiya normaları ilə real münasibətlər arasında mövcud
olan mühüm fərqlərlə, dəqiq və uğurlu fəaliyyət göstərən hüquqyara-
dıcılıq prosesinin olmaması ilə, qanunvericilik aktlarının qiymətlən
dirilməsinin obyektiv kritcriyalarımn çatışmazlığı və ya heç olmaması ilə,
dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinin səmərəsizliyi ilə
başı olmuşdur.
Hər bir sivil cəmiyyətdə və dövlətdə hüquqi sistemin konsepsiyasının
işlənib hazırlanması gedişində irəli sürülən hər hansı müddəa ilk növbədə
özünün birinciliyi və ya başlıca olması ilə diqqəti cəlb etmişdir. Belə
konsepsiyaların müəllifləri taleyüklü problemlərin həllinə yönələn prin
sipləri işləyib hazırlayarkən onların hansının birinci, ikinci və ya üçüncü
olmasını deyil, istisnasız olaraq hamısının cynipilləli olduğunu həmişə ön
plana çəkmişlər.
Belə ki, keçid dövründə hər bir dövlət üçün aşağıdakı bir sıra məq
sədlərə nail olunması ilkin vəzifə kimi müəyyən olunmuşdur:
285
1) insanın, vətəndaşın konstitusiya hüquq vo azadlıqlarının hüquqi
müdafiəsi vo mühafizəsi mexanizmlərinin, habelə digər işlək üsul və va
sitələrinin yaradılması, eləcə do bu mcxanizmlorin, üsul və vasitələrin
təkmilləşdirilməsi yollarının müəyyən edilməsi;
2) yeni hüquq sisteminin və qanunvericilik sisteminin yaradılması
əsasında qanunvericilik aktlarının, qanunqüvvəli aktların vo digər nor
mativ-hüquqi aktların sistemləşdirilməsi vo dövrün tələblərinə cavab ve
rən səviyyədə müntəzəm olaraq təkmilləşdirilməsi;
3) vətəndaş cəmiyyətinin və dövlətçiliyin başlanğıclarının möhkələn-
dirilməsi vo bu istiqamətdə dövlətin hüquq siyasətinin başlıca prinsip
lərinin müəyyən edilməsi, həmin prinsiplərin hüquqi dövlət quruculuğuna
nail olunması məqsədlərinə yönəldilməsi;
4) sosial-iqtisadi islahatların həyata keçirilməsinin hüquqi cəhətdən
təmin edilməsi, bu islahatlar əsasında sərbəst bazar iqtisadiyyatının for
malaşması vo həmin iqtisadiyyatın inkişaf etdirilməsinin on optimal va
riantlarının axtarılması;
5) hüququ totbiqetmo mexanizmlərinin vo təcrübəsinin və qanunların
icrasına nəzarətin gücləndirilməsi vo təkmilləşdirilməsi, eləcə do nor
mativ-hüquqi aktların realizəsi üsullarının möhkəmləndirilməsi;
6) cəmiyyət üzvlərinin hüquq düşüncəsinin və hüquq mədəniyyəti
səviyyəsinin yüksəldilməsi, habelə hüquqi biliklərin yayılması vo təbliği
vasitələrinin gücləndirilməsi;
7) istintaq, təhqiqat, məhkəmə və prokurorluq orqanlarının, eləcə də
digər hüquq-mühafizə orqanlarının əməli fəaliyyətində təhriflərin və hər
cür deformasiyaların qarşısının alınması məqsədilə hüquqi nihilizm təza
hürlərinin aradan qaldırılması, cəmiyyətin hüquqi reallıq və gerçəkliklə
rinin əhalinin diqqətinə çatdırılması istiqamətində işlərin yaxşılaşdırıl
ması, ali təhsil ocaqlarında hüquqi biliklərin tədrisi şəbəkəsinin daha da
genişləndirilməsi və s.
Tarixi inkişaf təcrübəsi şəhadət verir ki, vətəndaş cəmiyyətinin və
hüquqi dövlətin formalaşmasının on mühüm şərti insan, vətəndaş hüquq
və azadlıqlarının etibarlı müdafiəsi və mühafizəsidir. Bu fəaliyyət istiqa
mətini dürüst müəyyən etmək dövlətin qarşısında duran mühüm vəzifədir.
Onun həyata keçirilməsi və uğurlu nəticələrə nail olunması dövlətin yerit
diyi siyasətdən xeyli asılıdır. Bir sözlə, insan, vətəndaş hüquq və azadlıq
larının müdafiəsi vo mühafizəsi fəaliyyət istiqaməti dövlət siyasətinin on
mühüm komponentlərindən biri olmalıdır.
286
Molumdur ki, sərbəst bazar iqtisadiyyatına keçid vətəndaşların var
lılara və yoxsullara sərt diferensiasiyası ilə müşayiət olunur. Belə diferen
siasiya isə əksər hallarda yoxsulların sayının daha da çoxalmasına gəlirib
çıxarır. Buna görə do əhalinin sosial cəhətdən müdafiəsiz təbəqəsinin
mükəmməl dövlət proqramının olması vacibdir. Burada söhbət dövlətin
insana münasibətdə öz üzərinə düşən vəzifə vo öhdəliklərini real şəkildə
yerinə yetirməsi haqqında gedir. Dövlətlərin bu vəzifəsi beynəlxalq
sənədlərdə də öz ifadəsini tapmışdır. Məsələn, «İnsan hüquqları haqqında
ümumi Bəyannamə»nin 22-ci maddəsində deyilir ki, «hər bir insanın
cəmiyyətin bir üzvü kimi sosial təminat və ləyaqətin qorunması üçün
zəruri tədbirlərin həyata keçirilməsindən ötrü hüquqi, iqtisadi, sosial vo
mədəni sahələrdə milli səylər vo beynəlxalq əməkdaşlıq vasitəsilə və hər
bir dövlətin quruluşuna və ehtiyatlarına uyqun olaraq şəxsiyyətinin azad
şəkildə inkişaf etdirilməsi hüququ vardır». Təbii olaraq, həyatda ən zəruri
olanlardan məhrum olan insan nə dövlətin siyasətini müdafiə edə, nə də
onun qanunlarını müsbət qiymətləndirə bilməz.
Bu nöqteyi-nəzərdən praktikada belə bir konstitusiya müddəasım
realizə etmək zəruridir ki, dövlətin, onun hər bir orqanının və vəzifəli
şəxsinin fəaliyyəti insanın hüquq və azadlıqlarının təmin edilməsi ma
raqlarına tabe edilməlidir. Bunun üçün insan hüquq və azadlıqlarının
müdafiəsinin hüquqi mexanizmlərinin ümumi bir sisteminin yaradılması
tələb olunur. Eləcə də müdafiənin ənənəvi məhkəmə və inzibati forma
larının təkmilləşdirilməsi ilə yanaşı, yeni, qeyri-ənənovi formalarının iş
lənib hazırlanması vacibdir. O cümlədən vətəndaşların ərizə və şikayət
lərinə baxılması müddətləri və prosedurlarının sadələşdirilməsi, müəyyən
bir fəaliyyətlə bağlı vətəndaşlar tərəfindən təqdim edilməli olan sənəd
lərin sayı azaldılması, lazımi instansiyalarda vətəndaşların qəbul saat
larının vaxtının uzadılması vo qəbul günlərinin sayının çoxaldı İması və s.
daha məqsədəuyğun olardı. Ümumiyyətlə isə, Böyük Britaniyanın təcrü
bəsində olduğu kimi, vətəndaşların ərizə və şikayətlərinə, digər müraciət
və təkliflərinə baxılması ilə əlaqədar vahid mərkəzləşdirilmiş orqanın
yaradılması ölkəmiz üçün də yaxşı nümunə ola bilər.
SSRİ-nin süqutundan sonra bir sıra postsovet respublikalarında, o
cümlədən Azərbaycanda qaçqınlar və məcburi köçkünlər problemi kəskin
xarakter almışdır. Bu, xüsusi aktuallıq kəsb edən problemdir. Onların hü
quqi vo qanuni statusunu müəyyən edən müvafiq normativ aktların qəbul
edilməsi və təxirəsalınmaz icraya yönəldilməsi günün vacib məsələlə
rindən biridir.
287
Dostları ilə paylaş: |